Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə22/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   18   19   20   21   22   23   24   25   ...   95

Ki̇fayət  Ağayeva
66
3. alimlərin əcdadlarımıza bənzədiklərini zənn etdikləri müa-
sir preindustrial cəmiyyətlərdə yaşayan tayfalar barədə antropo-
loji araşdırmalar.
Sümüklər və daşlar: arxeoloji qazıntılar. Maddi mədəniy-
yət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər 
və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alət-
ləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün 
son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr 
vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək 
alətləri, adət-ənənələri, dini baxışları haqqında məlumatlar əldə 
edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai 
münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyek-
tinə çevrilir (İ.Hüseynov və N. Əfəndiyeva, 2009: 6). 
Feminist alimlər təkamülə uğramış tariximizə yenidən bax-
maqdan  ötrü  bir  sıra  tarixi  məsələlərə  yenidən  nəzər  salırlar. 
Bildiyimiz  kimi,  qədim  dövrlərdə  insanlar  vəhşi  heyvanlardan 
qorunmaq üçün daş və dəyənəklərdən istifadə edirdilər. İnsanın 
ilk əmək aləti sivri daş, dəyənək və yer qazmaqdan ötrü istifa-
də etdiyi itiuclu çubuq olmuşdur. Təəssüf ki, arxeoloji qazıntılar 
ya yetərli deyil, ya da olanlar tam halda deyildir (R. Hubbard, 
1979: 65). R. Hubbard demişkən “davranış özündən sonra qalıq 
buraxmır”. Alimlər sadəcə, çox az və ümumi ipuculara - çənə və 
kəllə sümüklərinə, diş, daş ovuntularına əsaslanıb hansısa elmi 
nəticələrə gələ bilirlər. Daha çox keçmişə döndükcə daha az dəlil-
lər əldə edirik. Bəzi tarixi dövrlər barəsində çoxsaylı mübahisələr 
mövcuddur, məsələn, 8-9 milyon, 4-5 milyon illər öncəki dövr 
haqqında əlimizdə sanballı dəlillər yoxdur. Bəzən tapılan daş və 
ya sümüyə görə nələrisə ehtimal etmək olar, lakin üzvi material-
lar - qamış, bitki, qabıqlar bizim zamanımıza qədər gəlib çatma-
mış, çürüyüb torpağa qarışmışdır. Nəticə olaraq, “bizə gəlib çatan 
qalıqlar  bizə  planetimizdə  qədim  dövrdə  yaşayan  əcdadlarımız 
haqqında konkret fikir söyləmək imkanı vermir” (Bieier, 1984: 
122-3). Bu qalıqlar nə qida, nə də istifadə edilən alətlər haqqında 


ABŞ-da gender m
əsələləri
67
dəqiq məlumat verə bilir. Coun Duprenin təbiricə desək, tarix və 
insan təkamülü haqqında bildiklərimiz “miflərin mənşəyi” dərə-
cəsindədir (Dupre, J., 1990: 45).   
Bütün bu bəhs olunan çətinliklərə rəğmən, arxeoloqlar və ant-
ropoloqlar insanlara qədim dövrün Kişi Ovçu nəzəriyyəsi haqqın-
da hansısa bilgiləri əldə etmək imkanı verir. Bununla əlaqəli eh-
timal olunan bir neçə versiya mövcuddur. Bunlardan bəziləri ilə 
sizi tanış edirik.
Ənənəvi rekonstruksiyaya görə 12-28 milyon il bundan əv-
vəl meymunabənzər əcdadlarımız havaların quraqlıq keçməsi ilə 
əlaqədar artıq ağaclarda yaşaya bilmir və digər yaşayış yerlərinə 
üz tuturlar. Yeni yerlərdə yaşamağa məhkum olan əcdadlarımız 
yeni vərdişlərə uyğunlaşmaq məcburiyyətində qalırlar. Bu vərdiş-
lərdən biri də, baypedalizmdir (iki ayaq üstündə duraraq gəzmək 
bacarığı). Bununla da, onların iki qabaq ayaqları artıq əl funksi-
yasını yerinə yetirmək imkanını əldə edir. Beləliklə, onların iki 
əli əşyaları qırmaq, cırmaq, tutub saxlamaq imkanına malik olur. 
Ayaq  üstə  gəzəndən  sonra  onların  orqanizmlərində  bir  çox  də-
yişikliklər baş verir, məsələn, onların çanaqları böyüyür, dilləri 
inkişaf edir, bədən ölçülərinə uyğun olaraq baş ölçüləri və beyin 
çəkiləri də artır. Lakin bunlarla bərabər, onlar bəzi çətinliklərlə 
də üzləşirlər, əvvəlki zamanlarla müqayisədə hamiləlik dövrü tez 
başa çatır və yeni doğulan körpələr analarının digər fəaliyyətləri-
ni məhdudlaşdırır. Çoxsaylı körpə uşağa görə, qayğı göstərməyə 
məhkum olunan qadınlar çox uzaqlara gedə bilmirlər və bununla 
da, kişilər yeganə qida əldə edə bilən qüvvəyə çevrilirlər.
Qida tapmağa məcbur olan kişilər də xüsusi çətinliklərlə üz-
ləşirlər. Meşələrdəki darısqallıq ucbatından savannaya köçməyə 
məcbur olan qədim insanlar yeni çətinliklərə məruz qalırlar. Sa-
vannadakı bitkilər çox sərt olduğuna görə onlar yemək üçün uy-
ğun  olmur,  həzm  prosesində  çətinliklər  yaradır. Artıq  yığıcılıq 
deyil, ovçuluq daha önəmli hesab olunur. İnsanların qidasının çox 
hissəsini ət təşkil edir. Uğurlu ovçuluq kooperativ sürətdə fəaliy-


Ki̇fayət  Ağayeva
68
yət tələb etdiyinə görə, onlar birlikdə ov etməyə məcbur olurlar. 
Hər uğurlu ovdan sonra kişilər ovdan əldə etdikləri payı evə gə-
tirirlər və qadınlar ondan yemək hazırlayırlar (Gough, K., 1975: 
57). Bununla da, kişilər əsas qida təminatçısı olurlar.  
 Həmin dövrdə əmək genderə görə aşağıdakı kimi bölünür – 
qadınlar mağaradakı işlərin məsuliyyətini daşıyırlar, kişilər qadın 
və uşaqları yeməklə təmin etməklə yanaşı, həm də onların mü-
dafiəsində dururlar. Bunları uğurla həyata keçirə bilən insanların 
mövcud olma şansları çoxalır. Əlavə olaraq onu da qeyd etmək 
lazımdır ki, deyilənlər qadınlara daha emfatik, qayğıkeş, asılı ol-
maq  vərdişlərini  aşılayırdısa,  kişilərdən  daha  cəsur,  emosiyasız 
və aqressiv olmağı tələb edirdi. Sonralar bu adaptiv xüsusiyyətlər 
təkamül prosesinə təkan verdi (Lovejoy, O., 1981: 349).   
Əcdadlarımızın qədim sosial həyatı haqqında yuxarıda verilən 
bu təsvir eyni ilə bu gün Qərb dünyasının tarix kitablarında təs-
vir olunan orta sinif ailəsi haqqında yazılarla üst-üstə düşür. Digər 
elmi dissiplinlər kimi, antropologiya da Amerika və Qərb sənaye 
ölkələrində (İngiltərə, Fransa və digər inkişaf etmiş Avropa ölkələ-
ri) orta və yuxarı-orta sinfin insanları tərəfindən idarə olunur və 
onların nümayəndələri bu elmdə dominantlıq edirlər. Bu kimi bil-
gilər bizim cəmiyyətin bütün insanlarına ciddi təsir edir, nəhayət 
dünyanı necə anlamağımızı onlar yönləndirirlər. Feminist alimlər 
bu sahədə (insan təkamülü) tərəfkeşliklə müşayiət olunan iki növ 
cərəyan aşkarlamışdır: etnosentrizm və androsentrizm.
Etnosentrizm bir xalqın mədəni inam və təcrübələrinin digər-
lərindən daha üstün hesab edilməsi kimi anlaşılır. Ovçu Kişi arqu-
mentində biz iki cür etnosentrizmə təsadüf edirik. Birincisi, istər 
tarixi, istərsə də, qarışıq-mədəni nöqteyi-nəzərdən müasir Qərb 
gender  münasibətləri  bizə  universal  dəyər  kimi  təqdim  olunur. 
Başqa sözlə, onlara görə qadın və kişi rolları dünyanın hər yerin-
də eyni cür olmuşdur və bu gün gender rollarının bu şəkildə (bizə 
təlqin edilən kişi işi, qadın işi) bölünməsində təəccüblü heç bir 
şey yoxdur. Biz bunları təbii rollar kimi qəbul etməliyik. İkinci və 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə