Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə18/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   14   15   16   17   18   19   20   21   ...   95

ABŞ-da gender m
əsələləri
53
Sosialist feministlər qadın azadlığı uğrunda aparılan mübarizə za-
manı çox mühüm amilləri (irqi, sinfi, iqtisadi status) də nəzərə 
almağı tövsiyə edirlər.   
Qeyd etdiyimiz  kimi, sosialist feminizm marksizmdə olan 
bir çox konsepsiyalara, yəni insanların həyatlarındakı maddi və 
tarixi  şəraitə  əsaslanır.  Sosialist  feministlərə  görə  seksizm  və 
əməyin genderə görə bölünməsi bütün dövrlərdə iqtisadi sistemlə 
şərtlənmişdir. Bu şərtlər kapitalizmin patriarxallıqla əlaqələri çər-
çivəsində  ifadə  olunur.  Lakin  sosialist  feministlər  marksistlərin 
sinif və sinfi mübarizə anlayışını qəbul etmirlər və hesab edirlər 
ki, bunlar tarixi və iqtisadi inkişafı təyin edən aspektlərdir (Har-
riss, Kathryn, 1989: 38). Marksa görə sinfi istismar dəf olunarsa, 
genderə görə istismar da avtomatik aradan götürülər. Sosialist fe-
ministlərə görə isə sinfi istismarla genderə görə istismarın heç bir 
əlaqəsi yoxdur, sadəcə istismarla imtiyazın fərqli formaları möv-
cuddur və bunların arasındakı əlaqələrin hansı şəkildə qurulması 
onların nə qədər uğurlu və uğursuz işləmələrinə təkan ola bilər. 
Sosialist  feministlər  iddia  edirlər  ki,  genderə  görə  istismar  heç 
bir zaman marksist feministlərin iddia etdiyi kimi, sinfi istisma-
rın  tərkib  hissəsi  ola  bilməz.  Marksist  feministlər  qadının  sinfi 
statusu, ərin sinfi və ya vəzifə statusun törəməsi olduğunu qeyd 
edirlər.  Məsələn,  əgər  hər  hansı  bir  vəzifəli  kişi  öz  katibəsi  ilə 
evlənirsə, katibə həyat yoldaşının sinfi statusunu əldə edir.  
1972-ci ildə “Sosialist feminizm qadın hərəkatı üçün strate-
giyadır” (Socialist Feminism a Strategy for the Women’s Move-
ment”) adlı əsərdə  “sosialist feminizm”  termini istifadə edilmiş-
dir; bu əsəri Çikaqo Qadın Azadlıq Birliyi çap etdirmişdi (Marga-
ret “Peg” Strobel and Sue Davenport, 1999).  
Digər  bir  uzun  ömürlü Amerika  sosialist  feminist  təşkilatı, 
Radikal Qadınlar və Azadlıq Sosialist Partiyası da Karl Marks və 
Fridrix Enqelsin “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” 
və Oqust Bebelin “Qadın və sosializm” adlı əsərlərinə müraciət 
etmişlər, onlar genderə görə istismar və sinfi istismarla bağlı ide-


Ki̇fayət  Ağayeva
54
yalara yenidən aydınlıq gətirmişlər. Onlar bununla bir daha qeyd 
etmək istəmişlər ki, marksist feminizmlə sosialist feminizm heç 
bir zaman eyni ola bilməz. Onların fikrincə, sosialist feminizmin 
prinsipləri tam fərqlidir, “Sosialist feminizm seksizm, irqçilik və 
sinfiliyin  ortaq  kökü  olduğunu  qeyd  edir”.  Sosialist  feminizm 
sosial dəyişikliklər üçün inkluziv üsuldur. Onlar qarşıdurma və 
rəqabətdən çox sintez və əməkdaşlığı qiymətləndirirlər.  
Sosialist feminizm radikal feministlər qədər ekstrimist cərə-
yan  olmasalar  da,  onlar  da  böyük  sosial  dəyişikliklər  etməyin 
tərəfdarıdır. Sosialist feminizm kapitalizmə son qoymağa çağırış 
edir, lakin bunu inqilabla deyil, iqtisadiyyatda islahat etməklə hə-
yata keçirməyin tərəfdarı olduğunu göstərir. Sosialist feminizm 
kapitalizmi seksist quruluş hesab edir, çünki bu quruluşun kişiləri 
güc və pula sahibdirlər. Kişilər öz güc və pullarına qadınları şə-
rik etmək fikrində deyillər və qadınların pul və gücə sahib olmaq 
imkanı çox azdır. Elə bu səbəbdən, kişilər güclüdür və qadınlar 
onların nəzarəti altında qalmağa məhkumdurlar.  
Qısası,  sosialist  feminizm  əsas  diqqəti  iqtisadiyyat  və  si-
yasətə yönəldir. ABŞ-da iş yerlərində qadınlara kişilərdən daha az 
maaş verirlər. Bu, təxminən bu şəkildə olur, əgər bir iş üçün qa-
dına $0.70 verirlərsə, analoji işin qarşılığında kişilərə $1 verirlər. 
Sosialist feministlərə görə, bu fərqli ödənişin kökündə kapitalist 
sistemi durur.      
Radikal feminizm. Bu cərəyan nəinki cəmiyyətin əksər üzv-
ləri  tərəfindən,  ümumiyyətlə,  digər  feminist  qruplar  tərəfindən 
də birmənalı qarşılanmır. Radikal feminist cərəyan heteroseksu-
al şəxslərarası münasibətlərin və sosial qurumların strukturunun 
əleyhinə olub, kişisiz cəmiyyət qurmağın tərəfdarıdır.
Radikal feministlər islahatlara cəhd göstərmirlər, cəmiyyətdə 
mövcud problemləri inqilabla həll etmək istəyirlər və bu inqilab 
sosial xarakter deyil, bioloji xarakter daşıyır. Sulamif Fayerstoun 
özünün  “Cinsin  dialektikası:  feminist  inqilabın  problemi”  kita-
bında yazır: “Əsas bərabərsizliyi elə təbiətin özü yaradır – insan 


ABŞ-da gender m
əsələləri
55
irqinin yarısı sonradan kişilərin marağını gücləndirən qurum qis-
mində olan ümumi uşaqları daşımalı və yedirtməlidir” (Curthoys 
A., 1988:131). Azad olmaqdan ötrü qadın analıq funksiyasından 
canını  qurtarmalıdır;  təbiətlə  əlaqəni  tam  qırmaq  lazımdır  və 
uşaqların istehsalına keçmək lazımdır. Patriarxatı tam rədd edən 
radikal feministlər kişi təsirindən azad olan qadının necə fikir yü-
rütməsi, özünü aparması barədə ideyalar irəli sürürlər. Feminist 
qadınlar onların təbiiliyinə xələl gətirən imiclərin əksini istəyir-
lər, onlar hündürdaban ayaqqabı geyən, gözəl görünmək üçün na-
rahat geyimdən istifadə edən, bir sözlə, bəzək-düzəkli qadınları 
qəbul etmirlər. Radikal feminizm özünün kulturoloji istiqamətini 
təyin etmək üçün qadın fəlsəfəsini, mədəniyyətini və s. yaratmağı 
təklif edir. Liberal feminist təşkilatların dəqiq strukturu mövcud-
dursa, radikal feministlər lidersizlik prinsipini əllərində əsas tu-
turlar. Onlar mütəmadi şəkildə kiçik qadın qruplarından olan təş-
kilatlarına yığışırlar, nə iş görəcəklərini müzakirə edirlər. Radikal 
feministlərin siyasi mübarizə metodları da digər feministlərdən 
fərqlidir. Onlar üçün lobbizm, KİV vasitəsilə təbliğat aparmaq, 
etiraz  nümayişi  mübarizə  vasitələri  deyildir.  İnqilabi  əhvali-ru-
hiyyəli olduqları üçün 1960-cı illərin radikal feministləri tez-tez 
zorakılıq aktları təşkil edirdilər (məsələn, kişiləri girov götürür-
dülər). Radikal feministlərin etiraz nümayişləri də ekstravaqant 
formalarda təzahür edir (məsələn, onlar etirazlarını cadugər geyi-
mində, lüt halda küçələrə çıxmaqla bəyan edirlər).
 Radikal feministlərə görə dünya kapitalist-maskulin iqtisa-
diyyatın təsiri altındadır və kapitalist sistem təbiəti etibarı ilə ki-
şilərin qadınları istismar etməsinə səbəb olur. Radikal feministlər 
mövcud problemin həlli yolunu kişisiz cəmiyyətdə görürlər. 
Radikal feminizm, “şəxsi həyat siyasidir” şüarı ilə şəxsi hə-
yatda yaşanan bərabərsizliklərin, şəxsi həyatda qadına tətbiq olu-
nan təzyiqdə patriarxal siyasətin təməli olduğunu vurğulamışdır. 
Ailədə  qeyri-bərabər  iş  bölgüsü  (qadınların  daha  çox  yüklən-
məsi),  hetereoseksual  ailələrdə  kişilər  tərəfindən  törədilən  ailə-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə