Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə20/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   16   17   18   19   20   21   22   23   ...   95

ABŞ-da gender m
əsələləri
59
dığını anlamaq, cəmiyyətin inkişafını bu istiqamətdə dəstəkləmək 
və cəmiyyəti lazımi dəyişikliklə təmin etməkdir. Elə buna görə 
tarixən qadının passiv və yaradıcılıqdan uzaq olması prinsipinə 
müasir qadın tədqiqatçıları etiraz edirlər və bunu androsentrizmin 
(kişilərin qadınlardan üstün olması fikrini dəstəkləyən baxış) nə-
ticəsi hesab edirlər. Qadın tədqiqatı feminizmlə möhkəm tellərlə 
bağlıdır.  Lüğət  kitablarının  birində  feminizmin  izahı  belə  veri-
lir:  “Feminizm  –  qadınların  azadlıq  hərəkatının  əsasında  duran 
cinslərin bərabərliyi nəzəriyyəsidir”. Daha ümumiləşmiş şəkildə 
feminizmə aşagıdakı təyinatı vermək olar: “Feminist – o adam-
dır ki, digər insanlarla cinsi əlamətinə görə mənfi münasibətdə 
deyil  və  qadınların  siyasi,  iqtisadi,  mənəvi,  seksual  bərabərliyi 
istiqamətində fəaliyyət göstərir. Qadının şəxsiyyəti məsələsində 
feministlər  mədəniyyətdə  cinsin  inkişaf  forması  və  şəxsiyyətin 
realizə  məsələsini  yenidən  müzakirəyə  qoyurlar.”  “Əgər  Tanrı 
qadını kişidən fərqli yaratdısa, cəmiyyət qadını insandan fərqlən-
dirdi” (Sulamif Fayerston).
Müasir cəmiyyətdə qadın problemi keçmişdəki qədər olmasa 
da, hələ də mövcuddur. Minlərlə kişi zülmünə tuş gələn qadınla-
rımız hələ də diqqətdən kənarda qalıblar. Onlara yardım etmək, 
onların haqlarını qorumaq hər bir ədalətli vətəndaşın borcudur. 
Qadınlara, haqsızlığa düçar olanlara yardım etməyə çalışanların 
bir adı var: feminizm...
Feministlərin tələb etdiyi bərabərlik Tanrının insanlara bəxş 
etdiyi bərabər dünyayagəlmə prinsipinə söykənir. Bəzən səhv ola-
raq belə güman edirlər ki, feminizmin məqsədi qadınların kişilər-
dən daha üstün olmaqlarını sübuta yetirməkdir. Ona görə də femi-
nizmdən danışıldıqda onu kişilərə düşmən bir anlam kimi qəbul 
edirlər. Feminizm kişilərə düşmən olmaq deyil, əksinə, kişilərin 
dostu olmaqdır. Bu, təkcə kişilərə olan dost münasibət kimi yox, 
həmçinin insanlığa olan dostluq anlamında təqdim olunmalıdır. 
Feminizmdə qorxulu və çəkinməli heç nə yoxdur.  Hətta femi-
nizmin Qərb cəmiyyətlərini uçuruma aparması haqqında iddialar 


Ki̇fayət  Ağayeva
60
irəli sürənlər də tapılır. Halbuki feminizm və onunla bağlı nəzə-
riyyələrin  düzgün  anlaşılması  həyatımızda  uğurlu  addımlar  ata 
bilməyimiz üçün özül ola bilər.
Bərabərlik bütün inkişaf etmiş və özünü demokratik vətəndaş 
cəmiyyəti quruculuğu yolunda hesab edən ölkələrin bir nömrəli 
vəzifəsi olmalıdır. Bir zümrənin digər zümrəyə zülmü, bir insanın 
digər insandan özünü üstün tutması sonda əzilənlərin üsyanı ilə 
bitir.  Bu  gün  bərabərlik  deyəndə  biz  bu  bərabərliyi  cəmiyyətin 
bir  qisminə  deyil,  bütün  təbəqələrinə  şamil  etməliyik.  İnsanlar 
 bərabərdirlər! Bu deyim bərabərliyə bir genderin sahib çıxması 
anlamına gəlmir, bu hər iki genderin nümayəndələrinə şamil olu-
nur. Əks halda, cəmiyyətin tərəqqi edə bilməsi ehtimalını düşün-
mək belə xətadır.
Feminist nəzəriyyələrdə marqinallıq geniş mənada təkcə qa-
dınların  mövcud  olduqları  kontekstdə  deyil,  bütün  ədalətsizlik, 
bərabərsizlik və istismardan əziyyət çəkmək kontekstində nəzər-
dən keçirilməlidir. Əhalinin böyük əksəriyyətinin mövqeyi siyasi 
cəhətdən nəzərə alınmalıdır.  
Bu gün həm sosial, həm özəl sektorda əsas tələb, insana qa-
dın və kişiliyindən asılı olmadan, insan kimi baxa bilən və insa-
nın ruhuna, duyğularına və mənəviyyatına cinsiyyətçi bir baxışla 
deyil, tam neytral insani bir baxışla yanaşan, hörmət edən sağ-
lam bir cəmiyyət qura bilməkdir. Dünyamızda belə cəmiyyətləri 
öz ölkələrində uğurla qura bilən onlarla ölkə mövcuddur. Bütün 
dünya insanları əzəldən bəri bir-birilərindən öyrənmiş və öz cə-
miyyətlərinin  proqresi  üçün  müsbət  olanları  tətbiq  etməyə  səy 
göstərmiışdir.
 Kimsənin kimsəyə hökm etmədiyi bir dünyada yaşadığımızı 
düşünək.  Qadınlarla  kişilərin  bir-birilərinə  bənzəmədiyi,  amma 
əlaqələrimizi  formalaşdıran  yaşam  fəlsəfəsinin  qarşılıqlı  əsası 
üzərində qurulduğu eqalitar bir cəmiyyətdə sülh içərisində yaşa-
dığımızı düşünək. Bunları yalnız feminist ideyaları qəbul etməklə 
və onları həyatımıza tətbiq etməklə mümkün edə bilərik. Qadın-


ABŞ-da gender m
əsələləri
61
lı-kişili mütərəqqi, sivil və ədalətli bir cəmiyyət üçün bu gün dün-
yaya feminizm gərəkdir. Feminizm təkcə qadın üçün deyil, hər 
kəs üçündür.  
 
Ədəbiyyat:
İngilis dilində
1. Alfred, Lord Tennyson, “Poems”, London, 1842
2.  Ann  Oakley,  “Sex,  Gender,  Society”,  Maurice  Temple 
Smith  Ltd,  1972
3. Anthony Giddens, “Sociology”, Cambridge: Polituy Press, 
1989
4. Buchanan, Ian., Socialist Feminism, “A Dictionary of Cri-
tical Theory”, Oxford Reference Online. Oxford Univer-
sity Press, 2011
5. Dunbar R., “Women Liberation as a Base of Social Revo-
lution // The New Feminism in Twentieth Century Ameri-
ca.” Lexington (Mass.), 1971. P.183 
6. Curthoys A., “For and Against Feminism.” , Sidney,1988. 
P. 131 

7. Ferguson, A. & Hennessy, R., “Feminist Perspectives on 
Class and Work”, Stanford Encyclopedia of Philosophy, 
2010
8. Gayle R., “The Traffic in Women: Notes on the Political 
Economy of Sex // Toward an Anthropology of Women”, 
N.Y., 1975
9.  Harriss,  Kathryn,“New  Alliances:  Socialist-Feminism  in 
the Eighties”,  in the journal of “Feminist Review”, (31): 
34–54, 1989
10. Hornsby J., “The Oxford Companion Philosophy”, N.Y., 
1995, p. 305 
11. Lewontin R., “Human Diversity”, London, 1982, p. 142


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə