Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə21/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   17   18   19   20   21   22   23   24   ...   95

Ki̇fayət  Ağayeva
62
12. Mahatma Gandhi,  “The mind of Mahatma Gandhi”, Ah-
medabad, Navajivan, Pub. House, 1967
13. Margaret Mead, “Sex and Temperament in Three Primiti-
ve Societies”, William Morrow and Company, 1935
14. Margeret “Peg” Strobel and Sue Davenport,“The Chicago 
Women’s Liberation Union: An Introduction”, 1999The 
CWLU Herstory Website, University of Illinois
15. Marx, K. & Engels, F., “The Communist Manifesto”, [1], 
1848
16.  “A  Contribution  to  the  Critique  of  Political  Eco-
nomy” edited by Maurice Dobb, London, Progress Puba-
lishers,  1979
17. Parsons T., 1955, “The American Family: Its Relations 
to Personality and to the Social Structure,” Pp.3-33 in T. 
Parsons and R.F. Bales (Eds.), Family, Socialization and 
Interaction Process, Glencoe, IL: The Free Press
18. “Psychology of Women: A Handbook of Issues and The-
ories”, edited by Florence Denmark, Michele Antoinette 
Paludi, Westport, Connecticut, London, 2008, p.326
19. Scott J., “Gender: A Useful Category of Historical Analy-
sis// American Historical 
Review”, 1986. N/ 1053-1075, p.106
20. Wotistonecraft M., “Vindication of the Rights of Women 
//  Feminism:  The  Essential  Historical  Writings”,  N.Y., 
1994. p. 6
    Rus dilində
21. Бовуар де, С, “Второй пол”. СПб., Заключение, 1997
22.  Воронина  О.  А.,“Введение  в  гендерные  исследова-
ния”,  (Тезисное  изложение  лекции)  //  Материалы 
Первой Российской летней школы по женским и ген-
дерным  исследованиям  “Валдай-9”.  М.,  1997,  С.  31


ABŞ-da gender m
əsələləri
63
23. Лауретис де, Т. “Американский Фрейд // Гендерные 
исследования”, 1998. № 1. С.136
24. Попкова Л., Гендерная реконструкция политических 
систем,  “СТРАТЕГИИ  ЖЕНСКОГО  ПОЛИТИЧЕ-
СКОГО  УЧАСТИЯ”,  на  примере  выборов  1999  г.  в 
Самаре


Ki̇fayət  Ağayeva
64
II FƏSİL
Tarix və gender. Genderin sosial konstruksiyası 
başqa məkanlarda: əcdadlarımız və 
müasir  preindustrial  cəmiyyətlər
İ
nsanların yaranışı, mənşəyi, mahiyyəti, yaşam tərzi, tələ-
batları və ünsiyyət vasitələrinin tədqiqi hər zaman aktual 
olmuşdur. Bəşəriyyətin  yaranışı  ilə  bağlı  bir  sıra  nəzə-
riyyələr mövcuddur. Bəziləri hesab edirlər ki, insan meymundan 
əmələ gəlib, təkamül nəticəsində insan şəklinə düşmüşdür. Lakin 
təkamül nəzəriyyəsi, darvinizm bu problemlə bağlı heç bir dəlilə 
malik deyildir. Bəzilərinə görə isə insanı Tanrı elə əvvəlcədən in-
san şəklində yaratmışdır. Aramızda olan insanlardan kimsə milyon 
il bundan qabaq yaşamasa da, hər kəsin bəşəriyyətin yaranışı, əc-
dadlarımızın yaşayışı haqqında müəyyən təsəvvürləri mövcuddur. 
Bu vaxta qədər oxuduğumuz tarix kitablarında, izlədiyimiz 
tarixi  filmlərdə  əcdadlarımızın  yaşayış  tərzi  oxşar  şəkildə  bizə 
təqdim olunmuşdur. Ən qədim insanlar kiçik kollektiv şəklində 
yaşayır, birlikdə işləyir, mənsub olduqları əmlak isə bütün kol-
lektivə məxsus idi. 
Hamımız üçün mahiyyət etibarı ilə önəmli olan əcdadımız he-
sab edilən mağara adamının yaşayış tərzi belədir: Əli dəyənəkli, 
bədəni tüklü yarı insan, yarı meymun şəkilli güclü mağara kişisi 
yanında ondan yardım gözləyən və bu səbəbdən də ondan asılı olan 
qadın və uşaqları yeməklə təmin edir, düşmənlərdən müdafiə edir. 
Bəs bu ssenaridə qadının yeri haradadır? “Hətta qadın bu ssenaridə 
yer alsa belə, o, yəqin ki, səhnənin görünməz bir küncünə düşər. 
Məsum  görkəmli,  qucağında  körpə,  ocağın  qarşısında  dizlərini 


ABŞ-da gender m
əsələləri
65
yerə dayayaraq əyləşən qadın yemək tədarük edir”. Bu nəzəriy-
yə elə bir elmi həqiqət kimi qəbul olunmuşdur ki, kimsəni bunun 
həqiqət olmamasına inandırmaq çətindir (Bieier, R, 1984:116). 
 Bəşər övladının dünyaya göz açdığı andan mövcud olmaq 
üçün ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar mey-
və və bitki kökləri, toxum, yumurta toplamaqla məşğul olmuşlar. 
Bu məşğuliyyət növü yığıcılıq adlanır. Qədim insanların yaşayışı-
nı təmin edən digər vasitələrdən biri də ovçuluq olmuşdur. Bəzən 
tarix boyu yığıcılıq məşğuliyyət növünün qadınlara, ovçuluğun 
isə kişilərə aid olması fikri dəstəklənir. 
Əlbəttə, son dövrlərdə bunun əksini söyləyən, yeni elmi nə-
ticələr ortaya qoyan tədqiqatçılar da mövcuddur. Bu dərsdə in-
san təkamülündə mərkəzi yer alan Ovçu Kişi nəzəriyyəsindən və 
onu  tənqid  edən  digər  nəzəriyyələrdən  bəhs  olunacaqdır.  Qərb 
alimləri qeyd edirlər ki, insanların əsas yemək ehtiyacı ovçuluq-
la təmin  olunmuşdur  və  bu  səbəbdən də  kişilər daha dominant 
olmuşdur. Onlara görə bu gün kişi üstünlüyü və qadın tabeçiliyi 
ilə müşayiət olunan cəmiyyət təbii qəbul olunmalıdır, çünki dün-
ya bərqərar olduğu gündən bu, belə olmuşdur və bunu dəyişmək 
cəmiyyəti məhvə apara bilər. Lakin feminist tədqiqatçılar bütün 
bu məsələlərə yenidən nəzər salmaq istəyirlər, çünki onlar qadın-
ların iştirakını heçə salan tarix kitablarını yenidən yazmaq istə-
yirlər.  Onlar  təkamül  prosesində  qadının  da  fəal  rolu  olduğuna 
əmindirlər, çünki dünyanın yarı-yarı inkişafı absurddur, qadınlar-
sız təkamül prosesi mümkün deyildir. Ovçuluqdan az əhəmiyyəti 
olmayan  yığıcılığın  da  insanların  ehtiyaclarının  ödənilməsində 
böyük rolu olmuşdur. Belə bir alternativ təkamül prosesini orta-
ya qoymaqla insanların tarixi gender rolları haqqında müəyyən 
təsəvvürlər yaratmaq  mümkündür. Bunun üçün əsas qaynaqlar 
aşağıdakılardır:
1. keçmişimizi özündə saxlayan arxeoloji qazıntılar; 
2. primatlardan, məsələn şimpanzelərdən bəhs edən elm, pri-
matologiya;  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə