Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə30/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

Ki̇fayət  Ağayeva
92
Bəs dişi rüşeymin inkişafı haqqında bizə bu günə qədər hansı 
faktlar məlumdur? Təəssüf ki, hazırda bu proses alimlər tərəfin-
dən tam xırdalığına qədər tədqiq edilib öyrənilməmişdir. Əvvəllər 
belə zənn edilirdi ki, Y xromosomun olmaması və testesteron pro-
duksiyasının çatışmamazlığı ucbatından hamiləliyin təxminən on 
ikinci həftəsində XX embrionu qeyri- müəyyən cinsiyyət vəzisi-
nin yumurtalığa transformasiya edilməsinə təkan verir. Belə təsəv-
vür yaranır ki, erkək xromosomu olan Y-in olmaması ucbatından 
dişi rüşeym inkişaf edir. Buna parallel hipotezalar da mövcuddur. 
Erkək cinsiyyət vəzilərinin inkişafı üçün təkanverici amillər oldu-
ğu kimi, dişi yumurtalığını formalaşdıran amillər də vardır. Bəzi 
alimlərə görə dişi cins hormonu hesab olunan es trogen yumurta-
lıqda sintez edilib dişi cinsiyyət vəzilərinin inkişafı üçün əsas ola 
bilər. Bütün bu deyilənlər də hipoteza hesab olunur. 
Yuxarıda söylədiklərimizdən savayı, müxtəlif hormonlar da 
cinslər arasındakı fərqlilik üçün əsas ola bilər. Yeni suallar mey-
dana çıxır: Erkək və dişilər arasındakı mövcud davranış və şəxsi 
keyfiyyət fərqlərinə xromosom və hormonlar səbəb ola bilərmi? 
Əgər həqiqətən belədirsə, bu nə dərəcədədir? Bioloji əsaslı fərq-
liliklər dəyişkən ola bilərmi? 
İnsandakı  cinsi  diferensiasiyanı  aşağıdakı  kimi  xarakterizə 
etmək  olar: 
1) xromosom cinsi bütün cins xromosomlarının tərkibindən 
asılı olur; 
2) qonadın cinsi formalaşmış qonadın tipindən asılı olur;
3) hormonun cinsi hasil edilən cins hormonlarının keyfiyyət 
və kəmiyyətindən asılı olur; 
4) somatik və ya fenotipik cins xarici cinsiyyət orqanların-
dan, ikinci dərəcəli cinsi əlamətlərdən, bədənin mütənasibliyin-
dən və başqa amillərdən asılı olur; 
5) psixi cins fərdin psixoseksual oriyentasiyasından və fərdin 
gender mənsubiyyət anlamından asılı olur. Dəfələrlə qeyd etdi-
yimiz kimi, cins-şəxsiyyətin bioloji statusu olduğu halda, gender 


ABŞ-da gender m
əsələləri
93
onun  müxtəlif  sosio-mədəni  faktorların  təsiri  altında  olan  so-
sio-psixoloji  statusudur. 
  Hər bir xromosom minlərlə sayda genlərə malik olur. Hər 
bir gen isə insanın yalnız bir əlaməti (məsələn, gözlərin, dərinin 
rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s.) barədə məlu-
matın daşıyıcısı olur. 
Doktor L.Şettlizin nəzəriyyəsinə görə, gələcək körpənin cin-
sinə mayalanmanın vaxtı da təsir edə bilir. Onun zəninncə, X xro-
mosomlu spermotozoidlər qadın orqanizmində daha çox yaşayır. 
Buna görə də ovulyasiyadan 1-4 gün əvvəl baş verən mayalanma 
dünyaya  gələcək  uşağın  qız  olması  ehtimalını  artırır.  Bu  nəzə-
riyyəyə görə uşağın oğlan olması üçün tərəflər cinsi əlaqəyə ya 
ovulyasiyaya 12 saat qalmış, ya da ovulyasiya zamanı girməlidir-
lər. Ovulyasiya dövrü hansı dövr hesab edilir? Bu yumurtalıqdan 
yetişmiş yumurta hüceyrəsinin çıxdığı dövrdür. 
Müasir dövrdə dünyaya gələcək körpənin cinsinin müəyyən 
edilməsində ən yayılmış üsullardan biri də Çin cədvəli üzrə he-
sablamadır. Bu üsulla uşağın cinsi mayalanma baş verən aydan 
hesablanır və bu qadının yaşından asılıdır. Bu nəzəriyyəni dəstək-
ləyənlərə görə bu hesablama 99% doğrudur. İndi bu hesablamalar 
haqqında  məlumatları  müxtəlif  kitablarda  tapmaq  mümkündür. 
Bu, belə hesablanır: Valideynlərin mayalanmaya qədərki (maya-
lanma baş verən aya qədər) tamam olmuş yaş illəri və ayları götü-
rülür. Ananın rəqəmi dördə, atanın rəqəmi üçə bölünür. Nəticələri 
müqayisə  edəndə,  rəqəmdəki  vergüldən  sonra  rəqəmlər  kimdə 
daha çoxdursa, o cins qalib gəlmiş deməkdir. 
Prenatal  xətalar.  Prenatal  xətalar  nadir  hallarda  baş  ver-
sələr  də,  istisna  xarakterli  olsalar  da  belə,  təəssüf  ki,  bəzən  bu 
hallar qaçılmaz olur. Baş verən bu xətalar cinsi xromosomların 
və hormonların inkişafının genderə olan təsirini öyrənmək üçün 
unikal imkanlar açır. Bu sahədə aparılan ilk tədqiqatların məkanı 
Conz Hopkinz Universitetinin nəzdindəki Gender İdentifikasiya 
 Klinikasıdır. 


Ki̇fayət  Ağayeva
94
Dişi döl androgen xarakterli olarsa, nə baş verə bilər? Dişi 
kimi  dünyaya  gəlsə  də  hərəkətlərində  həm  dişi,  həm  də  erkək 
davranışlı ola bilər. Belə zənn edilir ki, genetik disfunksiya uc-
batından, erkək dölün hüceyrələri androgen ifrazatına qeyri-həs-
saslıq göstərə bilər. Belə olan halda, dünyaya gələn uşaq feminin 
xarakterli,  yoxsa  maskulin  xarakterli  olacaqdır? 
Prenatal  xətalar  hansılardır?  Nəzərinizə  çatdırmaq  istədiyi-
miz ilk prenatal xəta sindromu adrenogenital sindromdur (AGS). 
Bu,  ananın  və  ya  dölün  böyrəküstü  vəzinin  və  ya  ananın  hor-
monun  təsirə  uğraması  nəticəsində  əmələ  gələn  disfunksiyadır. 
AGS-li fərdlərdə androgen yüksək dərəcədə olur və əlbəttə, bu 
vaxtında aşkar olunmazsa, fərd bütün həyatı boyu mütəmadi ola-
raq kortisol qəbul etməzsə, bu fərdin vəziyyəti heç də ürəkaçan 
olmaz (Hoyenga, K.B., and K.T.Hoyenga, 1993). Həm erkəklər, 
həm də dişilər androgen sindromla dünyaya gələ bilərlər. Bunlar 
genetik  olaraq  dişidirlərsə,  onların  daxili  reproduktiv  orqanları 
dişi xarakterlidir, lakin xarici cinsiyyət üzvləri erkəklərdə oldu-
ğu kimidir. Onların daxili reproduktiv orqanları [yumurtalıqları, 
uşaqlığın (fallop) borusu və uşaqlığın özü] normal olur və demək 
olar ki, hamiləlik qabiliyyətinə malikdirlər, sadəcə, onların xarici 
cinsiyyət oqanlarının kosmetik cərrahiyəyə ehtiyacı vardır. 
Bütün  həyatları  boyu  hormon  əvəzedici  terapiya  qəbul  et-
mələrinə  baxmayaraq,  bu  sindromla  doğulan  dişilərdə  yeniyet-
məlik dövründə qəribə hallar müşahidə olunur və elə bu qəribə-
liklər də alimlərdə böyük marağa səbəb olmuşdur. Bu sindromla 
doğulan uşağın gender identifikasiyası və davranış xüsusiyyətlə-
ri onlar üçün əsas tədqiqat obyekti olmuşdur. Dişi doğulanların 
uşaqlıq dövründəki gender rollarına kişi hormonları təsirsiz ötüş-
mür. Conz Hopkinz Universitetinin nəzdindəki Gender İdentifi-
kasiya Klinikasında müalicə alan AGS-li qızlar alimlər tərəfindən 
müşahidə olunmuşdur və onlarla müsahibə aparılmışdır. Müsahi-
bənin əsas sualları aşağıdakılar olmuşdur: Onların geyimlərində 
üstünlük verdikləri əsas elementlər, boş vaxtlarını hansı şəkildə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə