Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə38/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   34   35   36   37   38   39   40   41   ...   95

ABŞ-da gender m
əsələləri
117
Həyat yoldaşı onun təklifinə belə cavab verdi: “Əgər sən bu zən-
ci balasına yazıb-oxumaq öyrətsən, o zaman həm onu buralarda 
saxlamaq çətin olacaq, həm də qul olmaq onu ömrünün axırına 
qədər incidəcəkdir. Ən əsası da, onu idarə etmək çətin olacaq və 
sahibinə ondan heç bir fayda olmayacaq. Onun özünə isə, bunun 
xeyirdən çox ziyanı olacaq. Bundan sonra o həmişəlik bədbəxt 
olacaq”. Çətin ki, təhsilin gücünü, önəmini başqa bir sitatla bu 
qədər düzgün ifadə etmək mümkün olsun. 
Bəli, təhsil bizi hörmətli edir və bizim cəmiyyətdə layiq ol-
duğumuz yeri anlamağıza, tutmağımıza kömək edir. Təhsil bizə 
məxsus olduğumuz sosial vəziyyətimizi anladır və bunu mükəm-
məlləşdirməkdən ötrü bizə güc, bacarıq verir.  
İnsanlar təhsil almaq üçün bəlli bir yaşda məktəbə gedirlər. 
Bu insanın hansı ehtiyacından irəli gəlir? Belə bir ehtiyac var-
sa, o zaman məktəbin üzərinə hansı məsuliyyət düşür? Məktəb, 
ilk növbədə şagirdlərin gələcək həyatlarında cəmiyyətdə müxtə-
lif rollarını lazımi şəkildə yerinə yetirməkdən ötrü onlara verilən 
bilik və bacarıqların təminatçısıdır. Məktəb bilik və vərdişlərdən 
savayı, şagirdlərin gələcək həyatlarında onlar üçün önəmli rol oy-
nayan sosial, siyasi və iqtisadi dəyərləri öyrətməkdə də məsuliy-
yət daşıyır. 
Məlumdur ki, məktəblərdə sistemli təhsil almaq üçün kuriku-
lum (məktəb proqramı) mövcuddur. Kurikulum iki cür olur, biri 
şagirdlərin gördüyü açıq kurikulum, digəri isə şagirdlərin görmə-
diyi, amma məktəbdə aktiv işlənən, hər bir müəllimin bildiyi gizli 
kurikulumdur. Birincinin vasitəsilə kitablarda verilən materialla-
ra əsasən dərslər tədris olunur. Digəri isə eksplisit şəkildə həyata 
keçirilir. İkincisi, bilikdən çox şagirdlərin davranışlarını nizamla-
maqdan ötrüdür. Davranış nizamlanması məsələsi də əksər hallar-
da, genderə uyğun həyata keçirilir. Məsələn, eyni səviyyədə ye-
rinə yetirilmiş, yaxşı hesab olunan iş üçün qız və oğlanların fərqli 
mükafatlandırılması  (məsələn,  sinif  otağının  səliqəyə  salınması, 
kiməsə  yardım  etmək  və  s.)  və  ya  əksinə  pis  hesab  olunan  işin 


Ki̇fayət  Ağayeva
118
nəticəsinə görə qız və oğlanların fərqli cəzalandırılması (məsələn, 
dərsə kecikmək, dərsdə danışmaq, kiminləsə dalaşmaq, pəncərənin 
şüşəsini sındırmaq və s.) halları. Bütün bunları müşahidə edən qız 
və oğlan şagirdlər özləri də bilmədən stereotipləşərək təhsil alırlar. 
Ümumiyyətlə, təhsil yüksək statusa bir vəsilədir. Təhsil insana 
hörmət qazandırır və o, prestijə aparan yoldur. Təhsilin əsas məqsə-
di insanlara cəmiyyətdə layiq olduqları yerlərini tapmağa yardım 
etməkdir. Bəzən onların yerləri də elə onların genderlərinə uyğun 
təyin  olunur.  Təhsil  söylədiyimiz  kimi,  cəmiyyətdə  yüksək  sta-
tus və özünütəsdiqdən ötrü çox önəmlidir, lakin bu qadınlar üçün 
daha vacibdir. Patriarxal cəmiyyətdə qadının təhsilli olması onun 
haqqını, hüququnu bir növ sığorta edir. Təhsilin köməyi ilə fərdlər 
həm iqtisadi, həm sosial, həm də siyasi həyatlarında düzgün seçim 
edə bilirlər. Təhsil sistemi gender normalarının və ən mühümü isə 
seks-gender sisteminin təyinedicisidir. Bəlkə, elə bu səbəbdən də, 
hələ lap keçmişdə təhsil qadınlar üçün əlçatmaz olduğu bir zaman-
larda, onlar ilk növbədə təhsil uğrunda mübarizəyə qoşulmuşdular. 
ABŞ-da təhsil tarixi perspektivdən. ‘School’ (məktəb) sözü 
yunan mənşəlidir,  mənası “leisure” (boş vaxt) deməkdir. Keç-
mişdə kasıbların boş vaxtı olmadığına görə yalnız varlılar rəsmi 
məktəbə  gedə  bilirdilər.  Orta  səviyyəli,  kasıb  əhali  üçün  savad 
zəruri deyildi, valideynlər, qohumlar bildiklərini bir-birlərinə öy-
rədirdilər və ya hər hansı bir sənəti öyrənmək üçün oğlanlarını 
usta yanına şagird göndərirdilər ki, onun peşəsini öyrənsin. Plan-
lı təhsildən söhbət belə gedə bilməzdi. 1786-cı ildə Amerikada 
gənclərə, əsasən oğlanlara bəzi elmlərdən (əxlaq fəlsəfəsi, riya-
ziyyat və ritorika) özəl dərslər verilirdi. Cəmiyyətin orta səviyyəli 
təbəqəsindən olan təhsilli gənclər daha nüfüzlü, zəngin adamların 
yanında hüquqşünas, məmur və başqa vəzifələrdə çalışırdılar.  
Amerika qadınlarına verilən təhsildən danışanda onu qeyd et-
mək lazımdır ki, onların öyrəndiyi sahələr, ümumiyyətlə, çox az 
olurdu. Onlar azacıq ədəbiyyat, xarici dil və müsiqıdən xəbərdar 
olurdular. Onların bu elmlərdən xəbərdar olması həyat yoldaşla-


ABŞ-da gender m
əsələləri
119
rının həyatını maraqlı etməkdən ötrü idi. Bir də onlara ona görə 
təhsil verilirdi ki, onlarla evlənən elit gənclər həyat yoldaşlarını 
zövqlə  geyinməyi  bacaran,  yumor  hissli,  ağıllı  görmək  istəyir-
dilər. 1786-cı ildə Filadelfiyada ilk qız məktəbi Gənc Xanımlar 
Akademiyası (Young Ladies Academy) açıldı və məktəbi açmaq-
da əsas məqsəd gənc xanımların ailədəki rolunu inkişaf etdirmək 
idi. Amerikada qadınlar haqqında belə bir fikir formalaşmışdı ki, 
Amerika qadını dövlətin inkişafında mühüm rol oynamalıdır, la-
kin bu, o demək deyil ki, onlar qadını siyasi lider kimi görmək 
istəyirlər. Onlara vətən üçün sanballı oğul böyüdən savadlı ana 
lazım idi. Əlbəttə, bu məktəblər kasıb qızlar üçün deyil, ağdərili 
elit təbəqənin qızlarından ötrü açılırdı (Howe, F., 1984).  
XIX  əsrdə ABŞ-da  sənayeləşmə  inkişaf  etdikcə  bir  çox  iş 
yerlərində savadlı işçilərə ehtiyac yarandı. Əsrin birinci yarısın-
da, xüsusilə də Amerikanın Şimali-Şərqində yerləşən şəhərlərdə 
oğlan və qızlar üçün dövlət məktəbləri açılmağa başladı. Əlbəttə, 
bütün bu məktəblər ağdərili əhali üçün nəzərdə tutulmuşdu. 
  Belə ibtidai məktəblərin çox yerdə açılması qadınların iş-
ləməsi üçün yeni imkanlar yaratdı. 1800-ci illərdə kişilər ikinci 
iş yeri kimi məktəblərdə müəllimlik edirdilər, çünki məktəblər-
də bütün ili deyil, ilin müəyyən vaxtlarında, əsasən qış aylarında 
fermalarda iş az olanda dərs keçirilirdi. Beləliklə, urbanizasiya 
və  sənayeləşmənin  təhsillilərə  olan  tələbi  çoxsaylı  məktəblərin 
açılmasına ehtiyac yaratdı və məktəbdə dərslər artıq qısa müd-
dətli  deyil,  bütün  ilboyu  keçirilirdi.  Beləliklə,  müəllim  işləyən 
qadınlar üçün tam iş yeri imkanı oldu. Kişilərdən fərqli olaraq, 
müəllim kimi işləyən qadınlara çox az maaş (40 % az) verilirdi və 
bu da çoxsaylı məktəblərin açılmasına şərait yaradırdı. Müəllim-
lərin əksəriyyətinin qadın olması fikrini onunla əsaslandırırdılar 
ki, qadınlarda analıq instinkti güclüdür, onlar uşaqlarla işləməyi 
yaxşı bacarırlar, hər hansı bir problem yarananda qadın müəllim-
lər dərhal problemi həll edə bilirdilər. Lakin məktəbin idarəçiliyi 
kişi müəllimlərə həvalə olunurdu (Schwager.S., 1972: 343).  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə