Ki̇fayət Ağayeva
110
miyyətlə, müəllif sosial mühit stresslərinin (maliyyə və ailədəki
çətinliklər, uşağın atası ilə olan problemlər, ailədə uşaqların say
amili və s.) əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. Bəzən plansız
hamiləlik, ana olmağa hazır olmamaq, kəbindən kənar uşağın dün-
yaya gəlməsi zamanı yaxınların dəstəyini görməmək kimi səbəb-
lər də gənc anaların postpartum depressiya sindromuna mübtəla
olmasına səbəb ola bilər. Analığa hazırlıq dövrü zəif olur və gənc
anaya dəstək çox aşağı səviyyədə olur. Bunu yalnız aşağıdakı si-
tuasiya ilə müqayisə etmək olar. Hər hansı bir çox məsuliyyətli
sahədə işləmək üçün heç bir treyninqi, təcrübəsi olmayan bir işçi
götürürlər və həmin işçidən keyfiyyətli iş tələb edirlər. Sözsüz, bu
vəziyyət həmin işçiyə neqativ təsirsiz ötüşməyəcəkdir.
Biologiya ilə mədəniyyətin təması. Yuxarıda bəhs olunan
məsələlərdən aydın olur ki, sosial və bioloji amillər daima təmas-
dadır. Əlbəttə, fərdin inkişafında biologiya əvvəl gəlir və sonra
təcrübə və mühit öz işini görür. İnsan bütün ömrü boyu davamlı
və transformativ dəyişikliklərə məruz qalır və fərdin davranışı
nəinki mühiti dəyişməyə, həmçinin özünün biologiya və fizio-
logiyasını da dəyişməyə qadirdir. Bu fəsildə öyrəndiklərimiz bun-
ları bir daha təsdiq edir.
Bununla da feminist alimlər bioloji determinizmi sosial kons-
truksionizmlə əvəz etməyə səy göstərirlər. Ümumiyyətlə, bioloji
və ya sosioloji amillərə ayrı-ayrılıqda diqqət yetirmək hekayə-
nin yarısını anlamağa bərabərdir. Yəni bioloji varlıq olan insan
hər zaman genderin davamlı konstruksiyasının bir hissəsi kimi
öyrənilməlidir. Mədəniyyət və fərdi davranış biologiya və fizio-
logiyaya təsir etmə gücünə malikdir və bunun əksi də mümkün-
dür. Bəzi alimlərin qadın və kişilərin davranış və şəxsiyyətlərin-
dəki fərqlərini bioloji baza ilə əsaslandırılması cəhdləri sadəcə
hipotezadır. Bioloji fərqlərin mövcud olması o demək deyil ki,
bir cinsin davranışı və ya xüsusiyyəti o birisindən ya əskikdir, ya
da artıqdır. Bəli, kişi və qadınlar bir çox məqamlarda fərqlidirlər,
bunu kimsə inkar etmir; yalnız bu o anlama gəlmir ki, birinin bu
ABŞ-da gender m
əsələləri
111
fərqlər fövqində digərinin əleyhinə diskriminasiya edilməsi təbii
haldır. Bu, ən azı sosial ədalətsizlikdir.
Gender cinsin sosiomədəni kateqoriyası kimi. Müasir ədə-
biyyatlarda gender mövzuları yetərli şəkildə işlənilsə də, bu sahə-
də alimlər bir çox məsələlərdə ümumi məxrəcə gələ bilmirlər, bu,
xüsusilə, genderin funksional təyinatında ciddi hiss olunur. Tibbi
sosiologiyanın orta məxrəcli nəzəriyyəsi də, təyinatı da çox zəruri
məsələdir, təcrübədə gender yanaşmanın tətbiqinin nə dərəcədə
effektli ola bilməsi bu məsələdən çox asılıdır.
Cinslərin münasibəti məsələsində genderə sosial konstrukt
kimi əsas vermə bioloji determinizmin təkzibi deməkdir. Bioloji
determinizm o yanaşmanı təklif edir ki, cəmiyyətdə cinslər arasın-
dakı münasibət bioloji cinsə mənsub xüsusiyyətlərdən irəli gəlir.
Bioloji determinizmə görə düzənlənən davranış normal və təbii
hesab oluna bilər. Beləliklə, sosial qrupların cinslərarası münasi-
bəti bioloji prinsiplərin fərqinə görədir. Sosiumun gender struktu-
runun mürəkkəbləşməsi, müasir sivilizasiyanın sosial strukturun
industrializm pilləsindən postindustrializm sosial strukturu pillə-
sinə transformasiya etməsi xüsusiyyətlərinə görədir. Belə olanda,
sivilizasiya bütün fərdlərin əlaqələrini xarakterizə edə bilən cə-
miyyətin özəl sosial təşkilatı kimi anlaşılır.
Bu günə qədərki feminist konsepsiya gender təbabətinin ye-
ganə konsepsiyası olduğuna görə bu konsepsiyadan daha ətraflı
bəhs olundu. Feminist konsepsiyanı səhiyyənin humanist konsep-
siyası adlandırsaq, yanılmarıq. Yəqin ki, səhiyyəyə münasibətin
əsasında insan təbiətinin vəhdəti və bu münasibətin kökündə də
hökmən gender yanaşmaları olmalıdır. Feministlərə görə, səhiy-
yənin əsasında gender fərqləri durmalıdır, bunları daha da kon-
kretləşdirəndə bioloji cinsin əhəmiyyəti azalır və aksent, əsasən,
sosiallığın üzərinə düşür. Cəmiyyətin gender stratifikasiyasının
situasiyaya görə dəyişkənliyinin modifikasiyası üçün müəyyən
edilmiş parametrlər mövcuddur. Onlar gender spesifikasının real-
laşmasının institusional tələbləri ilə təyin olunur.
Ki̇fayət Ağayeva
112
Feminist alimlər çoxdan o fikirlə yaşayırlar ki, anlamaq üçün
zəruri olan hər bir şey müasir elmi kateqoriyalarla izah olunma-
lıdır. Elmi biliklər üçün sirr olan başqa bir dünya da mövcud-
dur ki, bu, fərdlər üçün xarakterik olan hisslər, emosiyalar, si-
yasi həvəslər dünyasıdır. Xəstəlik – insan orqanizmin təkcə fi-
ziki halı deyil, o, həmçinin, sosial fenomendir. Müxtəlif mədəni
ənənələr də orqanizm üçün xarakterik olan həm normal, həm də
xəstə hal kimi qiymətləndirilə bilər. Avropa tərbiyəsi görmüş in-
sanlar, adətən, fizioloji sağlamlığı orqanizmin vəziyyətinə görə
təyin edirlər və onlar sosial öhdəliklərini də bu vəziyyətin köməyi
ilə yerinə yetirə bilirlər. Xəstəlik orqanizmin müəyyən vəziyyəti
kimi şərh olunur və xəstəlik zamanı fizioloji tarazlıq və cismin
harmoniyası pozulur. Genderin mürəkkəb strukturu tibbdə qadı-
nın gender statusuna baxışın xarakterini təyin edir. Sosial rolların
necə icra olunması bu və ya digər mənada insanın sağlam və ya
xəstə olması halı ilə çox əlaqəlidir. Əlbəttə, fizioloji xüsusiyyət-
lər də yuxarıda qeyd olunan sosial rolların ifasında mühüm əhə-
miyyət kəsb edir. Əsas diqqət əlbəttə, sosial epidemiologiyanın
üzərinə qoyulmalıdır, çünki bu tibbdə insanların fizioloji xüsu-
siyyətləri və bacarıqları ilə bilavasitə əlaqəsi olan qadın və kişinin
gender statusunun formalaşması sahəsidir. Sosial epidemiologiya
anlayışı kifayət qədər genişdir, çünki o tibb elminin kateqorial
sahəsinə aiddir və bu da tibbin sosiologiyasında əsas bir anlayış
kimi istifadə olunur. Bundan çıxış edərək, qadının tibbdə gender
statusunun fizioloji əsaslarını nəzərdən keçirmək olar. Bununla
da, qadın patalogiyasını bir tərəfə qoyub, o xüsusiyyətlərə nəzər
salınmalıdır ki, fizioloji təbiət spesifik sosial effektləri təyin edə
bilir. Bu mənada həm tibbdə, həm də sosial münasibətdə qadın və
kişi arasında prinsipal fərq menstruasiya və menopauzadır. Prob-
lemin kəskinliyi onunla izah olunur ki, həm menstruasiya, həm də
menopauzaya, adətən, tibbi elmin maraq dairəsi kimi baxılmışdır,
bu fizioloji hadisənin sosial effekti tədqiq olunmamışdır.
Feminist alimlər genderə cinsin sosiomədəni kateqoriyası
Dostları ilə paylaş: |