Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə35/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   31   32   33   34   35   36   37   38   ...   95

ABŞ-da gender m
əsələləri
107
yət qoymalıdırlar. Məsələn, dinamik həyat tərzi, idmanla məşğul 
olmaq,  çimmək,  üzgüçülük  hovuzunda  üzmək  və  s.  qadınların 
orqanizminə  çox  ziyandır.  Müsahibəyə  cəlb  olunan  qadın  və 
kişilərin əksəriyyəti qadınlardakı PMS-i belə təsvir edirlər: Onlar 
çox qəribə görünürlər və onlara az fiziki hərəkət etmək tövsiyə 
olunur. 
Alimlər  tələbələrlə  sorğu  aparıblar,  onları  bir  neçə  qadınla 
qarşılaşdırıblar, əvvəlcədən tələbələrə onların premenstrual mər-
hələdə olduqlarını söyləyiblər və bu qadınların fizioloji hallarını 
təsvir etməyi onlara tapşırıq kimi veriblər. Əslində, bu qadınların 
heç biri həmin vaxt bu dövrdə olmamışdır. Qadınların həqiqətən 
premenstrual dövrdə olduqlarını zənn edən tələbələr onları aşağı-
dakı kimi təsvir ediblər: Onlar aqressiv, neqativ davranışlıdırlar 
və s. Digər bir qrup tələbə də qadınlarla qarşılaşdırılıb və eyni 
tapşırığı alıblar. Tələbələr eyni sözləri onlar üçün də söyləyiblər. 
Deməli, həqiqət deyil, gözləntilər əsas götürülür. 
Yuxarıda söylənilənlərə onu da əlavə etmək lazımdır ki, bu 
dövrdə qadının üzləşdiyi problemlər, gündəlik çətinliklər də bu 
simptomlara öz təsirini göstərir. Eyni qadın PMS zamanı özünü 
bir ay bu cür, gələn ay başqa cür hiss edə bilər. Əlbəttə, əhvali-ru-
hiyyədəki neqativ dəyişiklikləri təkcə PMS-lə əlaqələndirmək ab-
surddur. Qadınların gündəlik qayğıları, məsələn, uşağa qayğı, ev 
işləri və evdən kənar işlər PMS-lə üst-üstə düşərsə, bu halda qadı-
nın davranışındakı neqativliyi anlamaq çətin olmaz. Məsələn, bu 
dövr həftənin iş günlərinə düşəndə qadınların əhvali-ruhiyyələri 
daha aşağı olur, bu, həftə sonuna təsadüf edəndə isə əhvali-ru-
hiyyələri xeyli yaxşı olur. Alimlərin fikirlərinə görə, kişilərin ay 
ərzində diskomfort hiss etdikləri günlərin sayı qadınlarla müqa-
yisədə daha çoxdur. Bir tədqiqatçı göstərir ki, səhərə yaxın saat 
4-də kişilərdə testesteronun səviyyəsi pik həddinə çatır və axşam 
saat 8-də bu ən aşağı səviyyəyə düşdüyü üçün onlar gündəlik hor-
monal siklin subyektidirlər. “Bəzən insanlar deyirlər ki, qadınlara 
etibar etmək olmaz, çünki onlar hər ay aybaşı olurlar, onlara mə-


Ki̇fayət  Ağayeva
108
nim cavabım budur. Kişilər hər gün aybaşı olurlar və beləliklə, 
kişilərlə sülh haqqında danışıqları yalnız axşamlar aparmaq olar” 
(Gorman C., 1992). 
Tədqiqatçıların bəzilərinin fikrinə görə, bu dövrdə qadınla-
rın iş qabiliyyətinin aşağı düşməsini sübut edən elə bir akademik 
mənbə yoxdur. Araşdırmaların əksəriyyətində göstərilir ki, vəzifə 
yerinə yetirməklə, iş icra etməklə menstrual sikl arasında heç bir 
əlaqə  yoxdur.  “Menstrual  siklin  əhvali-ruhiyyəyə  və  tapşırığın 
necə yerinə yetirilməsinə çox təsiri vardır; yəni bunun pozitivliyi-
nin neqativlikdən daha çox olduğunu desək, daha düzgün olardı” 
(Ripper M., 1991). 
Bütün yuxarıda söylənilənlər PMS-nin nə mövcudluğunu, nə 
də mövcud olmadığını birmənalı şəkildə sübuta yetirmir, sadəcə 
bütün bunlar problemin tədqiqatı və əldə olunan nəticələr haqqın-
da oxuculara az da olsa məlumat verir. Minlərlə qadın PMS-nin 
müalicə formaları ilə tanış olur və müalicə alırlar. PMS-in təsiri-
ni azaltmaqdan ötrü təklif edilən müalicələrin mövcud olduğuna 
baxmayaraq, müalicə zamanı istifadə edilən dərmanların fəsadları 
barəsində də yazılara təsadüf olunur. Bu dövrdə həkimlər proges-
teron hormonun azalmasını göstərirlər və buna görə də PMS döv-
ründə qadın orqanizmində progesteron hormonun stabilləşdirilmə-
si üsulu bu simptomu müalicə edən ən əsas vasitə hesab olunur. 
Tədqiqatçılar bu hormonun fəsadlarının olması barədə çox yazır-
lar; döş ağrıları, uşaqlıq yolu və yoğun bağırsaqlarda sişlər, aybaşı 
olmayan periodlarda qanaxmalar və s. Hətta uzunmüddətli araş-
dırmalardan  sonra  bəlli  olmuşdur  ki,  progesteronla  müalicə  döş 
vəzilərində şiş və servikal xərcəngə də gətirib çıxara bilər. Bundan 
əlavə bu həm də progesterondan asılılıq yaradır (Golub S., 1992). 
PMS-in müalicəsi zamanı vitamin B6 həddən artıq dozada is-
tifadə etməyin fəsadları mövcuddur. Vitamin B6-nın yüksək doza-
sı sinir sistemin pozulmasına səbəb olur, hətta əl və ayaq barmaq-
ların  uclarında  hissiyyatı  da  azaldır  (Fausto-Sterling A.,  1985). 
PMS-in müalicəsində ən təsirli müalicə mütəmadi idman etmək, 


ABŞ-da gender m
əsələləri
109
pəhriz gözləmək (kafein, şəkər və sodanın qəbulunun azaldılma-
sı;  az  yağlı  yeməklərin  yeyilməsi;  yüksək  proteinli  yeməklərin 
az-az, tez-tez istifadə edilməsi, kompleks karbohidratın istifadəsi 
və s.) və psixoterapiya ilə məşğul olmaqdır. 
PMS-in araşdırması uzun illər davam etsə də, hələ də alim-
lər bunun tam mahiyyətini açıqlaya və ya araşdıra bilməmişlər. 
Biz təkcə bir şeyə əmin ola bilərik ki, bəzən bir sindromdan azad 
olmağa çalışanda, özümüz də bilmədən digər bir sağlamlıq prob-
lemi ilə üzləşirik. 
Postpartum  depressiya  sindromu  (PDS).  Uşaq  dünyaya 
gətirəndən sonra cavan analar üçün analıq melanxoliyası və ya 
cocuqluq melanxoliyası çox yayılmış hallardandır. Dünyanın bir 
çox ölkələrində aparılan tədqiqatlara görə qadınların çoxu uşaq 
dünyaya  gətirəndən  sonra  bir-iki  həftə  kədərli,  gərgin  və  əsəbi 
olurlar. Bəzi qadınlarda bu hisslər üç gün ərzində yoxa çıxır. Sor-
ğu aparılan bəzi qadınlar iddia edirlər ki, onlarda çox pis simp-
tomlar meydana gəlir: qeyri-adekvat davranış, narahatlıq, günah-
karlıq hissi, hədsiz yorğunluq və uşağa qayğı göstərməyə özlərin-
də güc tapmamaq və s. Bütün bunlar postpartum depressiyanın 
simptomlarıdır və iki həftədən üç aya qədər davam edə bilər. Bəzi 
qadınlarda bu simptomlar daha kəskin şəkildə özünü büruzə verir, 
hətta postpartum psixoza, halüsinasiya (gerçək olmayan şeyləri 
görmə ya da eşitmə) və ya sayıqlamalar (gerçəklə əlaqəsi olma-
yan şeylərə inanma) ola bilər. Hətta bu hal əqli pozulma hallarına 
qədər gedib çıxa bilər. Mətbuatdan bizə məlum olan faktlara görə, 
bir çox hallarda bu qadınlar intihara və uşaqların həyatlarına qəsd 
etməyə də əl ata bilirlər. 
Bəs bunların səbəbləri nədir? Buna səbəb kimi ən çox uşaq 
doğulandan sonra progesteronun qəfil aşağı düşməsi amili göstəri-
lir (Giovannini M.J., 1992). Əlbəttə, Giovannini təkcə bunu səbəb 
kimi əsas tutmurdu, o yeni analara dəstəyin zəif olması amilini də 
xüsusi vurğulayırdı. Müəllif iddia edirdi ki, bu sindromun etiologi-
yasında sosiomədəni və mühit faktorları əsas rol oynayır. Ümu-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə