Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

ABŞ-da gender m
əsələləri
35
kömək edirdilər. Funksionalistlərin gender rolları haqqında söy-
lədikləri fikirlər postindustrial cəmiyyətdə özünü doğrultmurdu 
və heç də iddia edilən stabillik onların dediyi kimi gender rolların 
ənənəyə uyğun bölünməsi səbəbinə görə deyildi.    
Funksionalizm və ya struktural funksionalizmə görə cəmiy-
yətin  bütün  elementləri  bir-biriləri  ilə  sıx  əlaqədardır,  insanlar 
edilən dəyişikliklərdə çox ehtiyatlı olmalıdırlar, çünki cəmiyyət-
dəki  hər  hansı  bir  elementin  dəyişdirilməsi  bu  cəmiyyətdə  əsr-
lərlə  bərqərar  olan  sabitliyi,  harmoniyanı  zədələyə  bilər.  Funk-
sionalistlər  cəmiyyətin  stabil  qalmasında  əhəmiyyətli  rolu  olan 
əsas elementləri müəyyənləşdirmək istəyirlər, çünki əsas sosial 
ehtiyacların düşünülmüş şəkildə qarşılanması cəmiyyətin başlıca 
elementlərinin funksiyasına təkan verir. Sosial stabillik, tarazlıq 
üçün cəmiyyətin hər bir elementinin yeri və rolu var. Onlara görə, 
yalnız ictimai nəzarətin mexanizmləri effektiv və səmərəli fəaliy-
yət göstərdiyi halda, cəmiyyətdə tarazlıq mövcud ola bilər. Sosial 
nəzarət və stabillik o zaman dayanıqlı olur ki, insanlar arasında 
konsensus mövcuddur və onlar ümumi inam və dəyərləri bölü-
şürlər.  Bu  xüsusiyyətlər  sosial  dəyişikliklərə  mane  olmaq  üçün 
ən  əsas  elementlərdir.  Bu  nəzəriyyənin  dəstəkləyicilərinə  görə, 
gender rollarında, evlilikdə, ailədə sosial tarazlığın pozulmaması 
çox önəmlidir.  
Funksionalizmə görə, cəmiyyət bütöv şəkildə o zaman sta-
billiyi,  harmoniyanı  saxlaya  bilər  ki,  burada  cəmiyyətin  norma 
və ənənələrini əlində əsas tutan mövcud qurumlar müştərək fəa-
liyyət  göstərsin.  Herbert  Spenserin  təbirincə,  insanın  “bədən”i-
nin fəaliyyəti, onun “orqanlar”ının necə fəaliyyət göstərməsindən 
çox asılıdır.   
1940-cı  və  1950-ci  illərdə  gender  bərabərsizliyini  funksio-
nalist perspektivdən formalaşdıran ən məşhur sosioloqlardan biri 
də Talkot  Parsonsdur  (1902-1979, ABŞ). Talkot  Parsons  struk-
tural funksionalist məktəbin yaradıl ma sın da əsas fiqurlardan he-
sab olunur. Onun çox maraqlı nyuklear ailə modeli var idi. Onun 


Ki̇fayət  Ağayeva
36
fikrincə, ailədəki əmək bölgüsündə gender bərabərsizliyini təbii 
qəbul etmək lazımdır, çünki ailə üzvlərinin hər birinin fərqli və-
zifəsi vardır. Belə bölgü ailənin stabilliyinə xidmət edir və gen-
der rolları tamamlayıcı xarakter daşıyır: qadın ev-eşiyə görə, kişi 
ailənin təminatına görə məsuliyyət daşıyır. Bununla da, gender 
digər  sosial  qurumlar  kimi,  cəmiyyətin  bütövlükdə  stabilliyinə 
təkan verir.  
Funksional prerekvizitlər (qida, sığınacaq, geyim və pul) so-
sioloji tədqiqatda ən çox önəm verilən elementlərdir, çünki bunlar 
olmadan fərd yoxsulluq xəttindən yuxarı qalxa bilmir. Funksional 
prerekvizitlərin mövcudluğu üçün cəmiyyət sosial nizamı saxla-
malıdır.   
Funksionalistlərə görə əməyin genderə görə bölünməsi ənənə-
si saxlanılmalıdır, çünki bundan ən çox cəmiyyət faydalanar.  
Qadın hərəkatı və feminizmin inkişafı. Feminizm yeni bir 
nəzəriyyə  olmaq  etibarı  ilə  eyni  zamanda,  “hüquq  bərabərliyi, 
insanlıq  şərəfi  və  qadınların  müstəqil  qərar  vermə  haqqı”  əldə 
etmək  məqsədilə  meydana  gələn  siyasi  hərəkatdır.  Feminizm 
hərəkatının aparıcı qüvvələri qadınların genderinə görə diskrimi-
nasiyaya məruz qalma halları ilə barışmır və cəmiyyətdə hər iki 
genderə eyni cür dəyər verilməsi üçün mübarizə aparırlar.
Feminizm  ilk  dəfə  sosial  filosof  Çarlz  Furye  (1772-1837) 
tərəfindən  gündəmə  gəlmişdir.  İlk  dəfə  olaraq  o,  qadınların 
müstəqilliyinin  mümkünlüyü  barədə  fikirlər  irəli  sürmüşdür.
XIX əsrin sonlarında bir çox Avropa ölkələrində, Amerika və 
Avstraliyada feminizm və qadın hərəkatının ilk dalğası başladı. Bu 
hərəkatın başlanmasına səbəb qadınların kişilərlə yanaşı siyasi bə-
rabərliyə nail ola bilmə və istədikləri ixtisası seçərək arzu etdikləri 
universitetlərdə təhsil ala bilmə hüququnu əldə etmə ehtiyacından 
irəli gəlirdi. Bunun təsiri bir çox ölkələrə də keçdi və bu, kütləvi 
hal aldı. Bir çox ölkələrdə (Almaniya, Sovetlər Birliyi, Böyük Bri-
taniya) qadınlara ilk dəfə olaraq seçki hüququ verildi. Qadınların 
səsvermə hüquqları ölkələr və illər üzrə aşağıdakı kimidir:


ABŞ-da gender m
əsələləri
37
Ölkələr
İllər
Ölkələr
İllər
Yeni Zelandiya
1893
Hindistan
1950
Avstraliya
1902 
Kolumbiya
1954
Finlandiya
1906 
Malaziya, 
Zimbabve
1957 
Norveç
1913
Əlcəzair
1962
Danimarka
1915
Iran, Mərakəş
1963
Kanada, Rusiya  1917 
Liviya
1964
Avstriya, 
Almaniya, Polşa, 
Rusiya
1918
Ekvador
1967
Hollandiya
1919
İsveçrə
1971
ABŞ, SSRİ-
inin bəzi 
respublikaları
1920
Banqladeş
1972
İsveç
1921
İordaniya
1974
Britaniya, 
Irlandiya 
1928
Portuqaliya
1976 
İspaniya
1931
Namibiya
1989
Türkiyə 
1934
Qərbi Samoa 
1990
Fransa
1944
Cənubi Afrika
1994
Italiya 
1945
Küveyt
2005
Argentina, 
Yaponiya, 
Meksika, 
Pakistan
1947
BƏƏ
2006
 
Çin
1949
Saudiyyə 
Ərəbistanı
2011
 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə