Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə8/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

ABŞ-da gender m
əsələləri
23
təcrübəsinə dəyər verilməmişdir və elmi tədqiqatlarda buna eti-
nasız yanaşılmışdır. Bunun səbəbi cəmiyyətdə patriarxallıq, kişi 
sözünun önəmli hesab edilməsi olmuşdur. 
Cəmiyyətdə heç də bütün qadın və kişilərin statusu eyni deyil, 
buna görə də burada bir çox amillər nəzərə alınmalıdır. Eycizm 
(ageism-yaş), klassizm, təhsil, mədəniyyət, iqtisadiyyat, din, dil 
və digər amillər qadının sosial statusuna fərqli təsir edə bilən  fak-
torlardır. Ona görə də qadın və kişilər dedikdə, müxtəlif tip qadın 
və kişilər nəzərdə tutulmalıdır. Feminist tədqiqat bütün tip qadın 
və kişilərin həyat təcrübəsini özündə ehtiva edir. Müasir dövrdə 
feminist sosioloqlar sosial dəyişikliyin vəkilidirlər və gender bə-
rabərsizliyini aradan qaldırmaqdan ötrü əllərindən gələni etməyə 
hazırdırlar.
Gender stereotipləri. Gender stereotipləri gender atributları 
haqqında sadələşdirilmiş ümumiləşdirmələrdir. Gender stereotip-
ləri – bugünkü cəmiyyət üçün qadın və kişi haqqında formalaşan 
təsəvvürlərdir. Bu stereotiplər həm fərd, həm də cəmiyyət səviy-
yəsində funksionallaşır. Stereotiplər həm pozitiv, həm də neqa-
tiv ola bilər, lakin bu informasiyalar, çətin ki, adı çəkilən genderi 
dəqiq ifadə etsin. Gender təkcə məişətdə, gündəlik həyatımızda 
deyil, o, əsrlərdir ki, dində, fəlsəfədə və ədəbi əsərlərdə mövcud-
dur və bizimlədir. Ta qədim zamandan bu günümüzə qədər möv-
cud olan əsərlərdən misallara nəzər salaq: “Qadın kişiyə nisbətən 
daha ürəyinazikdir və gözyaşlarına hakim ola bilmir... Lakin ki-
şilər...  təhlükəli  vəziyyətdə  yardım  etməyi  bacarır  və  qadınlara 
nisbətən daha cəsarətlidirlər”. Bu, Aristotelin zamanında da belə 
olmuşdur (Florence Denmark and eds, 2008: 326). “Qadını zəif 
cins adlandırmaq ona olan haqsızlıqdır; bu qadına qarşı ədalət-
sizlikdir. Əgər güclülük kobudluqdursa, o zaman razılaşmaq olar, 
çünki qadınlar kişilərdən daha az kobuddurlar. Əgər söhbət əxlaqi 
güclülükdən  gedərsə,  o  zaman  qeyd-şərtsiz  bu  üstünlük  qadına 
aiddir. Qadında intuisiya daha güclüdür, o, fədakardır, daha dö-
zümlüdür. Qadınsız kişi çox şeyi bacarmaz” (Mahatma Gandhi, 


Ki̇fayət  Ağayeva
24
1967). “Kişi başı ilə, qadın ürəyi ilə; kişi əmr edir və qadın tabe 
olur; qalan şeylər əfsanədir” (Alfred, Lord Tennyson, 1842). Düz-
dür son onilliklər ərzində gender stereotipləri kifayət qədər dəyiş-
mişdir, gender rollarında da dəyişikliklər baş vermişdir, lakin hələ 
də gender fərqləri haqqında inamlar güclüdür. 
İnsanlar  arasında  qadının  stereotipik  rolu  haqqında  ən  çox 
yayılan fikir onun ev qurması haqqında olan deyimlərdir. Qadın 
hər zaman ailəsinin mənafeyini öz şəxsi mənafeyindən üstün tu-
tur;  qadın  sevgi  hissi  ilə  doludur,  ürəyiyumşaqdır,  qayğıkeşdir, 
diqqətlidir, simpatikdir, emfatikdir. Kişinin rolu fərqlidir, çünki 
o, ailənin təminatçısıdır. O, həmçinin rasional, iddialı, rəqabətçil, 
müstəqil, aqressiv, cəsarətli, səmərəli, karyera yönümlü və praq-
matik  olmalıdır. 
Bu cür stereotiplər olduqca zərərlidir və fərdin şəxsi və peşə-
kar  inkişafına,  eləcə  də  özünüifadə  qabiliyyətinə  və  yaradıcılı-
ğına mane ola bilər. 1960-cı illərdə aparılan bir tədqiqata görə, 
tədqiqatçılar kişi və qadınlara xas olan xüsusiyyətlərin siyahısını 
təqdim etdilər.  
  
Instrumental / Maskulin 
xüsusiyyətlər
Ekspressiv / Feminin 
xüsusiyyətlər
Yetkin, səriştəli
Empatik
Rasional 
Həssas 
İnadkar 
Passiv 
Müstəqil
Qeyri-müstəqil
Aqressiv
Sözəbaxan 
İtiağıllı
Qayğıkeş
Dominant
Emosional
Aktiv
Passiv


ABŞ-da gender m
əsələləri
25
Kobud
Nəzakətli 
Qəddar
Xeyirxah
Verbal
Analitik
Yuxarıdakı cədvəldə sadalanan xüsusiyyətlərlə razılaşırsınız? 
Bütün bunlar ətrafınızda gördüklərinizə uyğun gəlir?
Gender  diskriminasiyası.  Genderinə  görə  ayrı-seçkiliyə 
məruz qalmaq gender diskriminasiyası adlanır. Başqa sözlə, “hər 
hansı bir şəxsə və ya bir qrupa ədalətsiz davranma diskrimina-
siyadır. Bəzən bu ədalətsizliyin səbəbi yaş, gender, din və ya irq 
ola bilər”. Cəmiyyətdə qızlarla davranışda müşahidə olunan qey-
ri-bərabərlik bütün səviyyələrdə iyerarxiyaya aparıb çıxarır. Belə 
tərəfkeşliklər  təkcə  evdə  ailə  daxilində  deyil,  həmçinin  ictimai 
qurumlarda və sosial strukturun bütün sahələrində müşahidə olu-
nur. Bu, o deməkdir ki, belə tərəfkeşliklər fiziki, iqtisadi, mədəni, 
psixoloji amillərə söykənir. Bu fərqlər təbii fərqlər deyil, onlar 
patriarxal cəmiyyətdə sosial konstruksiya olunmuş fərqlərdir, bu 
da onları praktik edir və cəmiyyət tərəfindən normal qəbul olunur.  
Bu diskriminasiya qadınların həyatının bir hissəsinə çevril-
mişdir.  Bu  elə  hamiləliyin  birinci  günündən,  dünyaya  gələcək 
uşağın cinsi məlum olan andan başlayır. Bu həyat boyu davam 
edən diskriminasiya bir sıra situasiyalarda asanlıqla,  açıqcasına 
həyata keçirilir. Bunun nəticələri həm fərdlərə, həm də cəmiyyətə 
təsirsiz  ötüşmür.  
Belə neqativ davranış fərdlər və cəmiyyət arasında təsadüf olu-
nur və bəzən də onlar əsas hüquqlardan məhrum olur. Bu ayrı-seç-
kilik yalnız müxtəlif səviyyələrdə  açıq şəkildə deyil, gizli formada 
da ola bilər. Patriarxal cəmiyyətdə təsadüf olunan ayrı-seckilik tək-
cə qadınlara qarşı deyil, həmçinin kişilərə qarşı da baş verir.    
O  zaman  ki,  bir  kategoriya  ali,  digəri  aşağı  olur,  diskrimi-
nasiya  dərhal  baş  verir.  Gender  əsaslı  diskriminasiya  müxtəlif 
situasiyalarda  müxtəlif  cür  cərəyan  edə  bilər,  lakin  onun  kökü 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə