Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə4/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   2   3   4   5   6   7   8   9   ...   95

ABŞ-da gender m
əsələləri
11
formaları ya pozitiv, ya da neqativ şəkildə sanksiyalar alır.
Daha sadə dillə desək, birinci komponent o anlama gəlir ki, 
dünyaya erkək (XY xromosomları ilə) kimi gələn oğlan uşaqları 
sonradan  kişi  adlandırılır,  dünyaya  dişi  (XX  xromosomları  ilə) 
kimi gələn qız uşaqları sonradan qadın adlandırılır. İkinci kompo-
nentə görə bütün cəmiyyətlərdə əmək genderə uyğun bölüşdürü-
lür. Üçüncü komponentə görə isə, erkək özünü kişi kimi apararsa, 
mükafatlandırıla bilər, qadın kimi apararsa, cəzalandırıla bilər və 
ya əksinə. 
Əslində, genderin konstruksiyası polyar (qütbləşmiş) və zid-
diyyətlidir. Sosial normalar zaman-zaman dəyişir, gender asim-
metriyası isə sabit qalır.
Cins-gender sistemi sosial stratifikasiya kimi funksiya göstə-
rir, qadın və kişilər, onlara aid davranış və xüsusiyyətlər cəmiy-
yətdə  qeyri-bərabər  qiymətləndirilir.  Gender  sisteminin  himayə 
və  inkişafında  insanların  şüuru  mühüm  rol  oynayır.  Fərdlərin 
gender şüurunun konstruksiyası sosial və mədəni stereotiplərin, 
normaların  dəstəklənməsi  və  yayılması  vasitəsilə  baş  verir,  cə-
miyyət insanları etdiyi xətalara görə cəzalandırır.
Sosial  qurumlarda  mükafatlandırma  və  cəza  vermə  qəbul 
olunur, üstünlüklər mükafat kimi verilir, öhdəlik və qadağalar in-
sanların cinslərinə uyğun (düzdür, burada başqa amillər də əsas 
götürülür: sinif, yaş, etnik mənsubiyyət, din və s. faktorlar) təyin 
edilir. Cins-gender sisteminin qadın-kişinin həyatına və həyat tər-
zinə çox böyük təsiri vardır. Bu an qadın statusu üzrə BMT Ko-
missiyasının 1980-ci ildə verdiyi hesabatdan bir məqamı xatırlat-
maq yerinə düşərdi: “Nəzərə alsaq ki, qadınlar dünya əhalisinin 
təxminən 60 %-ini təşkil edirlər, görülən işlərin üçdə ikisini ye-
rinə yetirirlər, lakin dünya gəlirinin onda birinə sahibdirlər, dünya 
mülkiyyətinin 1 %-dən azı onlara məxsusdur”. Qeyd edilən sta-
tistikadan üç onillikdən çox bir zaman keçsə belə, verilən rəqəm-
lərdə  ciddi  bir  dəyişiklik  nəzərə  çarpmır.  İnsanı  təəcübləndirən 
belə  faktlar  qadın  və  kişilərin  patriarxal  cins  –  gender  sistemi 


Ki̇fayət  Ağayeva
12
mövcud olan cəmiyyətdəki vəziyyətini əks etdirir. Patriarxal elə 
bir  cins  –  gender  sistemidir  ki,  cəmiyyətdə  kişilər  dominantlıq 
edirlər, maskulinlik femininlikdən daha yüksək qiymətləndirilir. 
Feministlər isə patriarxal cəmiyyətin əksi hesab olunan, cinslərin 
bərabərliyi prinsipləri üzərində bərqərar olan eqalitar cəmiyyətə 
üstünlük verirlər. Bu elə bir cəmiyyətdir ki, kişilərə məxsus olan 
hər bir hüquq və imkan qadınlar üçün də əlyetər olur. O da qeyd 
olunmalıdır  ki,  heç  də  kişilərin  hamısı  partiarxal  cəmiyyətdən 
eyni cür faydalanmır, lakin bu da bir həqiqətdir ki, belə cəmiyyət-
də qadınların üstünlükləri kişilərə nisbətən daha az olur.
Cins genderə qarşı. Mübahisələrə səbəb olan feminist nəzə-
riyyələr, gender sosiologiyası, gender psixologiyası və “Gender 
araşdırmaları”nın əsasını gender anlamı təşkil edir. Bir məsələni 
də qeyd etmək yerinə düşərdi ki, feminizmin gender konsepsiya-
sına və genderin üzünə olan münasibət eyni deyildir: Bəzi femi-
nistlərə görə genderə əsaslanan tədqiqat diqqəti daha çox aktual-
lıq kəsb edən qadın məsələlərindən yayındırır və bu məsələləri 
kölgədə qoyur.
Əslində, genderlə bağlı məsələlərdə marağa səbəb feminist-
lərin  müasir  cəmiyyətdə  mövcud  olan  qadına  qarşı  diskrimina-
siyası  ilə  əlaqəli  tədqiqatın  nəticəsidir. Antropoloq  Geyl  Rubin 
Seksual iqtisadiyyat: hetereoseksual əlaqələrdə sosial mübadilə 
üçün cins qadın resursu kimi” adlı məqaləsində genderi “ictimai 
fəaliyyətin predmeti olan bioloji cinsin tənzimlənməsində kom-
pleks razılaşma” kimi təyin edir (Gayle R., 1975). 1980-ci illərdə 
bu təyinat müxtəlif konsepsiyalar üçün əsas oldu. Bir çox Avropa 
ölkələrində və ABŞ-da “Gender araşdırmaları” tədris olunur və 
elmi dissiplin kimi rəsmi status alıb, hətta bu fənni bilmək sosial 
işçilər və bir çox dövlət məmurları üçün məcburidir.
Feministlər bu termini sosial aspektdən fərqliliyini diqqətə 
çatdırmaq  məqsədi ilə irəli sürmüşlər. Erkək və dişi arasında-
kı fərqi nəzərə çatdırmaqdan ötrü cins deyilərkən onun biolo-
ji  fərqi  diqqətə  çatdırılır.  Söhbət  genderdən  gedirsə,  o  zaman 


ABŞ-da gender m
əsələləri
13
onun sosiomədəni fərqi, yəni kişi, qadın anlaşılır və burada da 
söhbət onların sosial vəziyyətlərindəki fərqlərdən gedir (Hornsby 
J., 1995: 305).   
Amerikalı  tədqiqatçıların  irəli  sürdüyü  iddialara  əsaslanan 
E.Qiddensdən (1989) də bir sitatı gətirmək yerinə düşərdi: “Qadın 
və kişi arasında bədən quruluşu və fiziki fərqdən bəhs  olunursa, 
bu, cinsi fərqdir, gender isə qadın və kişi arasındakı psixoloji, sosi-
oloji xüsusiyyətləri və onların fərqlərini özündə ehtiva edən fərq-
dir.  Əgər  fərdin  cinsi  bioloji  olaraq  təyin  olunmuşdursa,  gender 
mədəni və sosial olaraq verilir. Beləliklə, iki cins (erkək və dişi) 
və  iki  gender  (qadınlıq-femininity  və  kişilik-masculinity)  möv-
cuddur” (Anthony Giddens, 1989). Belə təyinatın özü təsdiq edir 
ki, kişi dominantlığı və cinsi diskriminasiyası ilə müşayiət olunan 
patriarxal rejimin şərtləri daxilində kişi ilə qadın arasındakı sosial 
fərqlərə biganə qalmaq olmaz. Bu mənada genderin təyinatını ən 
yaxşı təqdim edən, gender metodologiyası üzrə məşhur nəzəriyyə-
çi alim hesab edilən C.Skott bunu belə ifadə edir: “Cinslər arasın-
dakı fərqin qəbulu elə güc münasibətlərinin mahiyyətinə aparan 
yola əsaslanan sosial münasibət elementidir” (Scott J., 1986:106).  
Feminist alimlər gender deyərkən həm təbii olanlara (bioloji 
amillərə), həm də sonradan qazanılanlara (sosial, mühit amilləri) 
önəm  verirlər,  çünki  insan  dünyaya  gələn  kimi  dərhal  öyrənmə 
prosesinə  qoşulur.  Onlara  görə  gender  anadangəlmə  olmaqdan 
çox, sonradan yaranmadır. Gender sosial gözləntilərin yarandığı 
və ötürüldüyü sosial öyrənmə prosesidir. Həmin o gözləntilər ki, 
sonradan onlar bizim şəxsiyyətimizin komponentlərinə çevrilirlər.
İlk feminist alimlərdən hesab edilən Meri Votistonkraft özü-
nün  “Qadınların  hüquqlarının  müdafiəsi”  (1792)  adlı  əsərində 
bərabərsizliyin əsasını tərbiyədə görür: “Əgər qadınlar özlərini, 
həqiqətən də təfəkkürlü mövcudat kimi apararlarsa, onlarla qul 
kimi və yaxud ev heyvanları kimi, yəni insanların (çox yəqin ki, 
kişilər nəzərdə tutulur) ağılca fərqli dostları kimi rəftar etmək ol-
maz. Xeyr, qadınların səhhətini qorumaq, həyat prinsiplərini ar-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə