Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə10/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   6   7   8   9   10   11   12   13   ...   95

ABŞ-da gender m
əsələləri
29
Bəzən qadınların bioloji rolu kimi təqdim edilən analıq və-
zifəsinə qadının əsas sosial rolu kimi də baxırlar. “Qadının yeri 
evdir”  stereotipini  formalaşdıranlar,  bu  ideyanı  dəstəkləyənlər 
bununla da qadını yalnız özəl sektora qapatmaq istəyirlər. 
Əlbəttə, bu gün əksər qadınlar öz həyatlarına özləri nəzarət 
etmək iqtidarındadırlar, çünki onların yüksək təhsil alma, təhsil-
lərinə uyğun karyera qurma imkanları vardır. Onların ailədə uşaq-
larının sayını əvvəlcədən planlaşdıra bilmə, onları uyğun qayğı 
mərkəzlərində yerləşdirib işə getmə imkanları onlara həm təhsil-
lərində, həm də karyeralarında irəliləmə şansı verir. Xöşbəxtlik-
dən müasir dövrdə istehsalın elə bir sahəsini tapmaq olmaz ki, 
orada qadınlar özlərini sınamasınlar, uğur qazanmasınlar. 1960-cı 
illərin tədqiqatlarına istinadən onu demək olar ki, bu dövrdə Ame-
rikada  qızlar  yuxarı  siniflərlə  müqayisədə  aşağı  siniflərdə  daha 
çox uğur qazanırdılar. Müəyyən bir yaşdan sonra qızlar təhsil və 
karyeradan çox ailə qurmaq haqqında düşündükləri üçün onların 
məktəbdəki  uğurları  azalırdı.  Lakin  son  dövrlərdə  bu  tendensi-
yalar dəyişməyə başlamışdır, çünki qadınlar gec ailə qururlar və 
karyeralarını  möhkəmləndirməkdə  israrlıdırlar.  
Məlum  olduğu  kimi,  keçmişdə  qızlar  bəlli  bir  yaşa  qədər 
təhsil ala bilirdilər. Onların təhsili sistemli deyildi. Onlar yalnız 
oğlanların işi-gücü çox olan dövrlərdə məktəbə gedirdilər və mü-
vəqqəti təhsil alırdılar. Əksəriyyət ölkələrdə, qızların sistemli təh-
sil ala bilmə imkanı XIX əsrin sonlarına gedib çıxır.  
Femininliyin meyarları. Gender araşdırmaları fənninin öy-
rənilməsində  bir  sıra  terminlərin  izahına  böyük  ehtiyac  vardır. 
Bunlardan  biri  olan  femininlik,  mədəni  və  sosial  konstruksiya 
kimi qız və ya qadın mənasında anlaşılır. Femininliyin hansı xü-
susiyyətləri vardır? Qızlar incə, qayğıkeş və təvazökar görünürlər 
və özlərini qurban verə bilmək dərəcəsində fədakardırlar, lakin 
əksər kişilərdə bu qabiliyyətlər yoxdur. Qız və qadınlar həmçinin 
fiziki görünüşlərinə - paltar, makiyaj və saçlarına çox önəm ve-
rirlər və gözəl görünmək üçün çox vaxt sərf edirlər. Qızlar erkən 


Ki̇fayət  Ağayeva
30
yaşlarından gələcək ailələri barədə xəyal qururlar, necə ana, necə 
həyat yoldaşı olmaqları barədə çox düşünürlər. Əlbəttə, bu xüsu-
siyyətləri bütün qızlara qeyd-şərtsiz aid etmək düzgün olmazdı, 
çünki çox ciddi qızlar vardır ki, idman, biznes, elmdə uğurlar on-
lar üçün xarici görünüşlərindən qat-qat irəlidə gəlir. Bu qadınlar 
gec yaşlarında ailə qurmaq barədə fikirləşir və ya ümumiyyətlə, 
bəzən bu barədə heç düşünmürlər.  
Bu terminin izahını belə də cavablandırmaq olar ki, qadınlıq 
bir şəxsin və onun ətrafında olan insanların onlar haqqında göz-
ləntilərinə əsaslanan bir konstruksiyadır. Femininlik elə bir dav-
ranış xüsusiyyətlərinin toplusudr ki, qız və qadınlar cəmiyyətin 
ideal qız-qadın üçün nəzərdə tutduğu davranış xüsusiyyətlərinə 
sahib  olmalıdırlar.  Qızlar  vaxtaşırı  “qeyri-adekvat”  davranışla-
rına görə danlanırlar, onun davranışını ideal hesab etdikləri hər 
hansı bir qızın davranışı ilə müqayisə edirlər.        
Femininlik modeli müəyyən edilmiş bir sıra rollarla (qadınlıq 
və analıq) assosiasiya olunur, çünki hər bir gənc qız gələcəkdə 
hökmən hər hansı bir kişinin  həyat yoldaşı və övladının anası 
olacaqdır.  
Sahibkarlar gənc qadını işə daha rahat qəbul edirlər, onlar dü-
şünürlər ki, subay qızlar evə tələsmir, çünki onlar özlərini işə sərf 
etmək üçün kifayət qədər vaxta sahibdirlər. Hətta işləyərək təhsil 
alan gənc qızlar da iş- şəxsi həyat balansını qorumağı daha yaxşı 
bacarırlar.    
Femininliyin  ən  mühüm  meyarlarından  biri  də  qadınların 
gündəlik həyatlarında çeşidli iş fəaliyyətlərini yerinə yetirə bil-
mək qabiliyyətidir. Onlar məişət işlərini də səliqə ilə yerinə ye-
tirirlər, əmək fəaliyyətlərini də davam etdirirlər, könüllü kimi də 
çalışırlar, hətta hobbilərini də təxirə salmırlar. Başqa sözlə, qadın-
lar çoxsaylı işləri icra etmək qabiliyyətinə malik olsalar da, onlar 
üçün əsas ailə və uşaqlardır. Onların evlə, ailə ilə əlaqəli qabiliy-
yətləri seçdikləri peşədə də özünü göstərir. Əsl qadın o qadındır 
ki, o həm işi, həm də ailəsi üçün zaman ayıra bilir. Bu səbəbdən 


ABŞ-da gender m
əsələləri
31
də müəllimlik, tibb bacısı, sosial işlə bağlı peşələri çox vaxt qızlar 
seçirlər.     
Maskulinlik. Maskulinliklə bağlı xüsusiyyətlər hansılardır? 
Oğlanlar fiziki cəhətdən güclü, bir az kobud, özünə əmin, qətiy-
yətli, tədbirli, aqressiv, adamla yola getməyən təsiri bağışlayırlar. 
Qızların əksinə olaraq onlar daha rasional və praktikdirlər. La-
kin reallıqda bütün kişilər bu xüsusiyyətlərə malik deyillər, çünki 
mövcud olan fiziki fərqliliklərin bioloji səbəblərlə əlaqəsi yoxdur. 
Heç də gündəlik həyatda təsadüf etdiyimiz bütün kişilər qətiy-
yətli, tədbirli, rasional, praktik deyillər. Onların arasında kifayət 
qədər maskulinliklə uzlaşmayan emosional xarakterli və həssas 
olanları da var. Femininlik xüsusiyyətlərinə malik oğlanları (ev 
yığışdırmağa, səliqə-səhmana, bişirməyə meyilli) ana uşağı ad-
landırıb cırnandırlar. Qaranlıqdan qorxduğunu dilə gətirən oğla-
na dərhal güclü və cəsur olmalı olduğunu xatırladırlar. Bu rolları 
təlqin  etməyin  mahiyyəti  nədən  ibarətdir?  Oğlanlardan  gözlə-
nilən bu xarakterləri hər an onlara xatırlatmaqda məqsəd nədir? 
Bu xüsusiyyətlər oğlan və ya kişinin ev üçün deyil, böyük dün-
ya üçün yetişdirildiyi, ailə təminatçısı olduğu fikrini əks etdirir. 
O, utancaq, qorxaq deyil, sona qədər hədəfinə getməyi bacaran, 
qabiliyyətli olmalıdır. O, məhsuldar bir karyera əldə etmək üçün 
çalışmalı, faydasız, səmərəsiz işlərə vaxt sərf etməməlidir və çox 
ciddi bir iş sahibi ola bilmək üçün əlindən gələni etməlidir. Belə-
liklə, kişiliyin dəyəri onun maskulinliyi ilə, ailəsini təmin etməsi 
ilə ölçülür.  
Maskulinliyin meyarlarından ən əsasları ailədəki qızlara, qa-
dınlara nəzarət etməkdir. Bu nəzarət müxtəlif üsullarla həyata ke-
çirilə bilər, məsələn, qardaşlar bacıların hara getdiyini, kiminlə 
görüşdüyünü soruşa bilərlər, hətta bacıların və ya qızların görüş-
dükləri kişilər xoşlarına gəlməsə, bu görüşə birbaşa və ya dolayı-
sı ilə mane ola bilərlər. Onlar ailələrindəki qızın seçdiyi təhsilin 
növünə, təhsilin hansı pilləyə qədər olması məsələsinə də qarışa 
bilərlər. Böyük maliyyə ilə bağlı qərarların verilməsində onların 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə