ABŞ-da gender m
əsələləri
107
yət qoymalıdırlar. Məsələn, dinamik həyat tərzi, idmanla məşğul
olmaq, çimmək, üzgüçülük hovuzunda üzmək və s. qadınların
orqanizminə çox ziyandır. Müsahibəyə cəlb olunan qadın və
kişilərin əksəriyyəti qadınlardakı PMS-i belə təsvir edirlər: Onlar
çox qəribə görünürlər və onlara az fiziki hərəkət etmək tövsiyə
olunur.
Alimlər tələbələrlə sorğu aparıblar, onları bir neçə qadınla
qarşılaşdırıblar, əvvəlcədən tələbələrə onların premenstrual mər-
hələdə olduqlarını söyləyiblər və bu qadınların fizioloji hallarını
təsvir etməyi onlara tapşırıq kimi veriblər. Əslində, bu qadınların
heç biri həmin vaxt bu dövrdə olmamışdır. Qadınların həqiqətən
premenstrual dövrdə olduqlarını zənn edən tələbələr onları aşağı-
dakı kimi təsvir ediblər: Onlar aqressiv, neqativ davranışlıdırlar
və s. Digər bir qrup tələbə də qadınlarla qarşılaşdırılıb və eyni
tapşırığı alıblar. Tələbələr eyni sözləri onlar üçün də söyləyiblər.
Deməli, həqiqət deyil, gözləntilər əsas götürülür.
Yuxarıda söylənilənlərə onu da əlavə etmək lazımdır ki, bu
dövrdə qadının üzləşdiyi problemlər, gündəlik çətinliklər də bu
simptomlara öz təsirini göstərir. Eyni qadın PMS zamanı özünü
bir ay bu cür, gələn ay başqa cür hiss edə bilər. Əlbəttə, əhvali-ru-
hiyyədəki neqativ dəyişiklikləri təkcə PMS-lə əlaqələndirmək ab-
surddur. Qadınların gündəlik qayğıları, məsələn, uşağa qayğı, ev
işləri və evdən kənar işlər PMS-lə üst-üstə düşərsə, bu halda qadı-
nın davranışındakı neqativliyi anlamaq çətin olmaz. Məsələn, bu
dövr həftənin iş günlərinə düşəndə qadınların əhvali-ruhiyyələri
daha aşağı olur, bu, həftə sonuna təsadüf edəndə isə əhvali-ru-
hiyyələri xeyli yaxşı olur. Alimlərin fikirlərinə görə, kişilərin ay
ərzində diskomfort hiss etdikləri günlərin sayı qadınlarla müqa-
yisədə daha çoxdur. Bir tədqiqatçı göstərir ki, səhərə yaxın saat
4-də kişilərdə testesteronun səviyyəsi pik həddinə çatır və axşam
saat 8-də bu ən aşağı səviyyəyə düşdüyü üçün onlar gündəlik hor-
monal siklin subyektidirlər. “Bəzən insanlar deyirlər ki, qadınlara
etibar etmək olmaz, çünki onlar hər ay aybaşı olurlar, onlara mə-
Ki̇fayət Ağayeva
108
nim cavabım budur. Kişilər hər gün aybaşı olurlar və beləliklə,
kişilərlə sülh haqqında danışıqları yalnız axşamlar aparmaq olar”
(Gorman C., 1992).
Tədqiqatçıların bəzilərinin fikrinə görə, bu dövrdə qadınla-
rın iş qabiliyyətinin aşağı düşməsini sübut edən elə bir akademik
mənbə yoxdur. Araşdırmaların əksəriyyətində göstərilir ki, vəzifə
yerinə yetirməklə, iş icra etməklə menstrual sikl arasında heç bir
əlaqə yoxdur. “Menstrual siklin əhvali-ruhiyyəyə və tapşırığın
necə yerinə yetirilməsinə çox təsiri vardır; yəni bunun pozitivliyi-
nin neqativlikdən daha çox olduğunu desək, daha düzgün olardı”
(Ripper M., 1991).
Bütün yuxarıda söylənilənlər PMS-nin nə mövcudluğunu, nə
də mövcud olmadığını birmənalı şəkildə sübuta yetirmir, sadəcə
bütün bunlar problemin tədqiqatı və əldə olunan nəticələr haqqın-
da oxuculara az da olsa məlumat verir. Minlərlə qadın PMS-nin
müalicə formaları ilə tanış olur və müalicə alırlar. PMS-in təsiri-
ni azaltmaqdan ötrü təklif edilən müalicələrin mövcud olduğuna
baxmayaraq, müalicə zamanı istifadə edilən dərmanların fəsadları
barəsində də yazılara təsadüf olunur. Bu dövrdə həkimlər proges-
teron hormonun azalmasını göstərirlər və buna görə də PMS döv-
ründə qadın orqanizmində progesteron hormonun stabilləşdirilmə-
si üsulu bu simptomu müalicə edən ən əsas vasitə hesab olunur.
Tədqiqatçılar bu hormonun fəsadlarının olması barədə çox yazır-
lar; döş ağrıları, uşaqlıq yolu və yoğun bağırsaqlarda sişlər, aybaşı
olmayan periodlarda qanaxmalar və s. Hətta uzunmüddətli araş-
dırmalardan sonra bəlli olmuşdur ki, progesteronla müalicə döş
vəzilərində şiş və servikal xərcəngə də gətirib çıxara bilər. Bundan
əlavə bu həm də progesterondan asılılıq yaradır (Golub S., 1992).
PMS-in müalicəsi zamanı vitamin B6 həddən artıq dozada is-
tifadə etməyin fəsadları mövcuddur. Vitamin B6-nın yüksək doza-
sı sinir sistemin pozulmasına səbəb olur, hətta əl və ayaq barmaq-
ların uclarında hissiyyatı da azaldır (Fausto-Sterling A., 1985).
PMS-in müalicəsində ən təsirli müalicə mütəmadi idman etmək,