34
malarına qədər. Bu termin həmçinin yoluxucu xəstəliyin törə di ci-
sini, onun makroorqanizmə daxil olmasını, orqanizmdə t ö rə dicinin
lokalizasiyasını ifadə etmək üçün işlədilir.
İnfeksiya mənbəyi – patogen mikroorqanizmlərin çoxaldığı
və toplandığı insan və ya heyvan orqanizmi olub, buradan
törədicilər ətraf mühitə xaric edilə və həssas orqanizmə daxil ola
bilirlər.
Yoluxucu xəstəliklərin törədicigəzdirənliyi – infeksion pro-
sesin formalarından biridir, bu zaman törədicilərin insan və heyvan
orqanizmində parazitlik etməsi klinik təzahürlərsiz baş verir və
törədicilərin ətraf mühitə ifraz olunması ilə müşayiət edilir; patoge-
nin növündən asılı olaraq “bakteriyagəzdirmə” (“basilgəzdirmə”),
“virusgəzdirmə”, “helmintgəzdirmə” ayırd edilir.
Pandemiya (qlobal epidemiya) – dünyanın bir çox ölkələrində
xəstəliyin yayılmasına deyilir
Skrininq – əhalinin hamısının və ya müəyyən hissəsinin
(kontingentinin, kollektivin) eyniadlı müayinəsidir.
Ekzotik (gətirilmə) infeksiyalar – epidemik prosesin sax-
lanması üçün labüd olan şəraitin olmaması üzündən həmin yerə
xas olmayan yoluxucu (parazitar) xəstəliklərdir.
Təcili profilaktika – törədicinin daxil olduğu orqanizmdə i n-
feksion prosesin inkişafının qarşısının alınması məqsədilə qoru yucu
preparatların (kimyəvi preparatların, faqların, zərdabların və s.) y e-
ri dilməsidir.
Təcili bildiriş–yoluxucu (parazitar) xəstəliklərin qeydiy yatı
zamanı əsas xəbərdaredici sənəddir, yoluxucu xəstəliklə xəstə və
ya törədicigəzdirən aşkar edildikdə, həmçinin qida və ya kəskin
peşə zəhərlənməsi olduqda sanitar-epidemioloji xidmət idarəsinə
göndərilir.
Endemik infeksiyalar–epidemik prosesin saxlanması üçün
l a büd olan təbii və ya sosial şəraitlərin yaranması ilə əla qədar
müəyyən yer üçün xas olan yoluxucu (parazitar) xəstə liklərdir.
Epidemioloji məlumat– konkret ərazidə epidemioloji şəraiti
və yoluxucu (parazitar) xəstəliklərlə mübarizə və profilaktika təd-
birlərinin vəziyyətini səciyyələndirən qeydiyyat və hesabat m ə lu-
matlarının, arayış, xəbər, icmal və s. kompleksidir.
35
Epidemioloji situasiya (şərait) – müəyyən zaman müd də-
tin də konkret ərazidə yoluxucu (parazitar) xəstəliklərin yayılma-
sının xarakteristikasıdır.
Əksepidemik (profilaktik) vasitə və tədbirlərin epidemioloji
effektivliyi – hər hansı vasitə (məsələn, vaksin), tədbir və ya
on ların kompleksi vasitəsilə müəyyən qrupun müdafiəsinə və ya
ümumilikdə epidemik prosesə məqsədyönlü təsirin nəticəsində
alınmış effektdir. Bu, təcrübə və kontrol qruplarında xəstə lən-
mənin müqayisəsinin əsasında nəzarət olunan epidemioloji təc-
rü bə şəraitində təyin edilir.
Epidemioloji təhlil–epidemioloji diaqnozun qoyulması məq-
sədilə epidemik prosesin öyrənilməsi üçün spesifik üsul və m e-
todların işlədilməsidir.
Operativ epidemioloji təhlil – müəyyən ərazidə epidemioloji
şəraitin öyrənilməsi olub, epidemik prosesin idarə edilməsi üzrə
operativ qərarların qəbul edilməsi məqsədilə həyata keçirilir.
Prospektiv (koqort) epidemioloji təhlil–determinə edən amil -
lərin aşkar olunması məqsədilə epidemik prosesin öyrənil məsidir.
Retrospektiv epidemioloji təhlil – tədqiqat anından əvvəlki
müd dət ərzində həmin ərazidə epidemioloji şəraitin öyrənilməsi
olub, profilaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi
və epidemioloji proqnozların işlənib hazırlanması üçün aparılır.
Epidemioloji diaqnoz–öyrənilən zaman intervalında əha li-
nin müəyyən qrupları arasında konkret ərazidə epidemioloji ş ə-
raitin və onun determinantlarının (səbəblərinin) qiymət lən di ril -
məsi olub, profilaktik və əksepidemik tədbirlərin plan laş dı rıl ması
və həyata keçirilməsi və epidemioloji proqnozların i ş lənib hazır-
lanması məqsədilə aparılır.
Epidemioloji kontrol– profilaktik və əksepidemik təd bir lə-
rin ye rinə yetirilməsinə nəzarət vasitəsidir.
Epidemioloji metod–epidemik prosesin yaranması, in kişafı,
məh dudlaşdırılması və ləğv edilməsinə dair məlumatların təhlilini
və sintezini təmin edən spesifik üsul və vasitələrin cəmidir.
Epidemioloji nəzarət (monitorinq)–müəyyən ərazidə yolu-
xucu xəstəliklərin epidemik prosesi üzərində dinamik (fasiləsiz)
və kompleks izləmə sistemidir, buraya epidemioloji məlumatın
36
top lanması, verilməsi, təhlili və qiymətləndirilməsi daxildir. O,
p r o filaktik və əksepidemik tədbirlərin təkmilləşdirilməsi və ef -
fek tivli yinin artırılması üzrə tövsiyələrin işlənib hazırlanması
məq sə di lə aparılır.
Epidemioloji proqnoz– yoluxucu xəstəliklərin yayılmasının
yaxın və uzaq gələcəkdə inkişafı (və ya ləngiməsi) haqqında söy -
lənən proqnozdur.
Epidemioloji müayinə (epidemik ocağın müayinəsi)–epi-
demik ocağın yaranmasının səbəb və şərtlərinin aşkar edilməsi,
onun məhdudlaşdırılması və ləğv edilməsi üzrə hazırlanmış təd-
bir lər sistemidir.
Yoluxucu xəstəliklərin epidemiologiyası – epidemik prose sin
yaranması və inkişaf qanunauyğunluqları və onun məhdud laş -
dırılması və ləğv edilməsi haqqında elmdir.
Qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası – əhalinin
sağ lamlıq vəziyyətinə təsir göstərən müxtəlif mənşəli qeyri-küt-
ləvi pozğunluqların və somatik xəstəliklərin yaranması və yayıl-
ma sının qanunauyğunluqlarını epidemioloji metodun vasitəsilə
ö y rənən istiqamətdir.
Epidemik proses – əhali arasında spesifik infeksion halların
(klinik təzahür edən xəstəlik və ya törədicigəzdirənlik) yaran-
ması və yayılması prosesidir. Onun bioloji əsasını parazitar sis-
tem təş kil edir.
Epidemiya – epidemik xəstələnmənin bir forması olub, bütün
əha linin və ya onun ayrı-ayrı qruplarının yoluxucu (pa razitar) xəs -
təliklərlə kütləvi yoluxmasıdır. Bundan başqa, epidemik alovlan-
malar və ya qrupşəkilli xəstələnmə (ailədə, məktəb, istehsalatda və
s.) ayırd edilir.
“Epizootiya”,“panzootiya”və“enzootiya”terminləri törə di -
cinin heyvanlar arasında dövranı prosesində “epidemiya”, “pan-
demiya” və “endemiya” terminlərinə uyğundur.
Dostları ilə paylaş: |