124
Yoluxucu və parazitar xəstəliklərin beynəlxalq təsnifatı
Xəstəliklər, travmalar və ölüm səbəbləri haqqında B ey nəl-
xal q statistik təsnifatda (1965) birinci sinif “yoluxucu və parazi-
tar xəstə lik ləri” ayrılаraq yoluxucu və parazitar xəstəliklər
sinfinə ancaq “yo lu xu cu”, “transmissiv” xəstəliklər salınmışdır.
Nəticədə yoluxucu xəs təliklərin çoxu təsnifatın bütün siniflərinə
səpələnmişdir. Yoluxucu və parazitar xəstəliklərin ardıcıl yer ləş-
di rilməsi birinci sinfin da xi lin də müəyyən taksonomik qrupa
(bakteriya, virus, rikketsioz, spi ro xetoz, mikoz, helmintoz) aid
olmasına əsaslanır. Ancaq qəbul edilən bu qayda heç də hər yer-
də hesaba alınmayıb (ayrı-ayrı hallarda klinik və ekoloji əla mət-
lər nəzərə alınıb).
Epidemik prosesin təkamülü
Müasir anlayışlara görə epidemik prosesin inkişafına po pul-
yasiya və növlərarası münasibət səviyyəsində törədici ilə insan
or qa nizmi arasında yaranmış qarşılıqlı münasibətlər təsir gös-
tərir. Parazitar sistemlər üçün xas olan əlaqələr epidemik proses
haq qında təlimin daxili bioloji əlaqələridir. Sosial və təbii mühit
ele mentləri epidemik prosesin inkişafında böyük rol oynayır.
Be lə liklə, epidemiologiya üçün bioloji elmlərlə əlaqələr epide-
mik proses haqqında təlimdə daxili əlaqələri təmin edir.
Epidemik prosesin inkişaf mexanizmi müasir epidemio lo gi-
yada ümumiləşdirilmiş 3 nəzəriyyənin əsasında dərk edilir: epi de-
mik prosesin daxili tənzimləmə (özünütənzimləmə) nəzə riy yəsi
(V.D.Belyakov, 1975), törədicilərin yoluxma mexanizmi nəzəriy-
yəsi (L.V.Qromaşevski, 1941), transmissiv və bir qisim yo lu xucu
xəstəliklərin təbii-ocaqlılıq nəzəriyyəsi (Y.N .Pavlovski,1938).
125
Epidemik proses haqqında təlimin əsas bölmələri və onların
qarşılıqlı əlaqəsi.
Epidemik prosesin təzahürü müxtəlif əhali qruplarında, ərazi
və zaman daxilində xəstəliyin strukturuna və intensivliyinə görə
fərqlənir. V.D.Belyakov epidemiyaəleyhinə tədbirlərin həcminə
və məzmununa, epidemik diaqnostikanın istiqamətinə və əhaliyə
göstərilən əksepidemik xidmətin təşkilinə, epidemik prosesin i n-
kişaf sxeminə, yaranmış yeni elmi təsəvvürlərə əsasən müvafiq
düzəlişlər etmişdir.
Riyazi üsullar və elektron hesablama texnikasının epidemio-
loji müayinə və əksepidemik tədbirlərdə tətbiq edilməsi epide-
mioloji diaqnostikanın imkanlarını xeyli artırmışdır, bu isə öz
n öv bəsində epidemik prosesin inkişaf intensivliyinin müxtəlif
şəraitlərdə kəmiyyətcə qiymətləndirilməsini mümkün etmişdir.
Bunun əsasında operativ epidemioloji təhlilin aparılması, yolu-
xu cu xəstəliklərin proqnozlaşdırılması üsullarının işlənməsi və
əksepidemik xidmətin keyfiyyətinin yüksəldilməsinə effektiv
təsir göstərən sistemin yaranması imkanı meydana gəlmişdir.
Be lə ki, qrip, adenovirus, streptokok, stafilokok və s. yoluxucu
xəs təlik lərdə epidemik prosesin inkişaf xüsusiyyətlərinin hər tə-
rəfl i müayinəsi nəinki yoluxucu xəstəliklərin qanunauyğunluqla-
rını yeni aspektdə öyrənməyə, hətta epidemik prosesin özünü-
tən zim ləmə sisteminin varlığını müəyyən etməyə imkan verdi
(Belyakov V.D. 1975).
Epidemik prosesin tənzimlənməsi (özünütənzimləmə) əks
əlaqə əsasında fəaliyyət göstərən parazit törədici və insan – s a-
hib populyasiyalarının genotipik və fenotipik cəhətdən müxtəlif
olan və daim dəyişən, bir-birilə qarşılıqlı əlaqədə olan sistemin
vasitəsilə təmin edilir.
Epidemik prosesin inkişaf mexanizmini təşkil edən səbə biy-
yət- nəticə əlaqələrinin yeni anlayışı əhalinin yoluxucu xəs tə lik-
lərlə xəstələnməsinin qanunauyğunluqlarının və onun ə s a sında
bu xəstə liklərə qarşı mübarizənin yeni prinsiplərinin, e l ə cə də l a-
zımi vəsait, üsul və tədbirlərin öyrənilməsi üçün pers pek tiv
şərait yaradır. Belə ki, biliklərin müasir səviyyəsində epidemik
prosesin özünü tənzimləmə nəzəriyyəsinin qəbul edil məsi i m mun-
126
rezistent insanların genotipik və fenotipik xüsu siy yət lə ri ni n ə-
zə rə alaraq, antroponoz yoluxucu xəstəliklərə qarşı mübarizədə
əsas prinsip kimi profilaktikanın fərdləşdirilməsini ön plana
çəkir.
Bu şəraitdə əsas qüvvələri epidemik prosesin fasiləsizliyini
təmin edən və törədicinin kollektivdə saxlanmasında xüsusi rolu
olan, immuniteti zəifləmiş şəxslərin müdafiəsi üçün profilaktik
tədbirlər planının işlənib hazırlanmasına və təcrübəyə tətbiq
edilməsinə yönəltmək lazımdır.
L.V.Qromaşevskinin yoluxucu xəstəliklərin törədicilərinin
yoluxma mexanizmi təlimi
Patogen törədicilərin yoluxma mexanizmi təkamül pro se-
sin də yoluxucu xəstəliyin törədicisinin yoluxmuş orqanizmdən
sağlam həssas or qanizmə ötürülməsini təmin edən forma laş mış
üsulların məcmusudur.
Yoluxucu xəstəliklərin törədicilərinin yoluxma mexanizmi
nəzəriyyəsi L.V.Qromaşevski (1941) tərəfindən işlənib hazır lan-
mış dır. O, XX əsrin 40-cı illərinə qədər yoluxucu xəstəliklərin
patologiyasına dair toplanmış məlumatları araşdıraraq antro po-
noz larda epidemik prosesin inkişafına nəzər yetirir və törə di ci lə-
rin yoluxma mexanizmi nəzəriyyəsini yaradır. Bu mexanizm
törədicinin spesifik sahibin orqanizmini dəyişməsini və onun b i o -
loji növ kimi təbiətdə saxlanmasını təmin edir.
Bu nəzəriyyəyə görə patogen törədicinin yoluxma me xa-
nizmi canlıların uzun təkamül prosesində yaranmışdır və yolu-
xu cu xəstəliklərin törədicilərinin parazitar təbiəti ilə bağlıdır. P a-
ra zit sahibin orqanizmində yaşaması üçün əlverişli şərait tapır
(lazımi qida, müvafiq temperatur və s.). Lakin parazit təbiətdə
nö vünü saxlamaq üçün hökmən öz sahibini tərk etməlidir. Para-
zitin başqa sahibə keçməsinin əsas səbəbi ondadır ki, yoluxmuş
sahibin orqanizmində xəstəlik nəticəsində immunoloji (müdafiə)
dəyişiklik baş verir, bunun nəticəsində parazitin yaşa ması üçün
əlverişsiz şərait yaranır ki, o da mikrobların ölümünə gətirib ç ı-
xara bilər.
Dostları ilə paylaş: |