354
Həqiqi ifadələri və ya dəyişənləri çıxışa vermək üçün format olaraq “sahənin
uzunluğu: dəqiqlik” yazılışından istifadə olunur. Bu yazılışda
dəqiqlik onluq
nöqtədən sonra gələn rəqəmlərin sayını göstərir. Ümumiyyətlə, çıxış prosedurunda
sahənin uzunluğunu və dəqiqliyi göstərməmək də olar.
Bu halda Turbo Pascal
kompilyatoru tam ədədlər üçün 10 mövqe, həqiqi ədədlər üçün isə 20 mövqe ayırır.
Həqiqi ədədlər ekponsional formada çıxışa verilir.
WriteLn
proseduru
Write
proseduruna oxşayır. Fərq ondadır ki, birinci
WriteLn
prosedurunda olan axırıncı dəyişənin qiyməti çıxışa
verildikdən sonra
növbəti sətrə keçid təmin olunur. Növbəti çıxış prosedurundakı dəyişənlərin
qiymətləri təzə sətirdən çap olunurlar. Parametrsiz yazılmış
WriteLn
operatoru
yalnız təzə sətrə keçməyi təmin edir.
Məsələn, y = x
n
funksiyasını
hesablama proqramı aşağıdakı kimi olacaq:
Program N_2;
Var
n, x, y :
real;
BEGIN
Readln(x);
Readln(n);
y := exp(n*ln(x));
Writeln('Cavab y=', y:10:6);
END.
2.7. Şərti keçid operatoru
Şərti keçid operatorları verilmiş şərtdən asılı olaraq hər hansı operatorun
yaxud operatorlar qrupunun yerinə yetirilməsini və ya yerinə yetirilməməsini təmin
edir.
Şərti keçid operatoru aşağıdakı yazılış formatına malikdir:
if <şərt>
then else >;
Burada
<
şərt
>
-məntiqi ifadədir. Operator yerinə yetirilərkən məntiqi
ifadənin qiyməti doğru olarsa, onda <
operator_1
>, əks halda <
operator_2
>,
yerinə yetirilir. Burada
və
tək bir operatordan və
ya
begin
və
end
arasında yerləşən operatorlar qrupundan ibarət ola bilər.
Misal
1.
Program Oper_If;
Var
a, b : Integer;
c : Char;
Begin
Write('İki eded daxil edin: ');
Readln(a,b);
Write('Onlari toplayaq (y/n)? ');
Readln(c);
If c='y' Then
Begin
a:=a+b;
356
var x, f:real;
begin
write('Daxil edin x');
readln(x);
if x<-1 then f:= -x-1
else
if (x>=-1) and (x<0) then f:= x+1
else
if (x>=0) and (x<1) then f:= -x+1
else
f:= x+1;
writeln('F= ',f);
end.
Proqram aşağıdakı funksiyanın hesablanmasını təmin edir.
2.8. Seçim və ya variant operatoru
Seçim
və ya variant operatoru şərti keçid operatorunun ümumiləşməsidir.
Bu operator yerinə yetirildikdə mümkün variantlardan biri yerinə yetirilir. Operator
selektor adlanan ifadədən və seçim üçün istifadə olunan nişanlanmış operatorlar
siyahısından ibarətdir. Şərti keçid operatorunda olduğu kimi burada da
else
işçi
sözü işlənə bilər. Seçim və ya variant operatorunun yazılış formatı aşağıdakı
kimidir:
•
Tam formatda yazılışı
case of
:
< nişan 2>:
… … … … … … … … … … …
< nişan n>: >
else
end;
•
Qısa formatda yazılışı
case > of
< nişan 1>:
< nişan 2>:
… … … … … … … … … … …
< nişan n>:
end;
Burada
< nişan 1>, < nişan 2>, …, < nişan n
> selektorun
qiymətləridir. Seçim və ya variant operatoru aşağıdakı kimi işləyir. Proqram yerinə
yetirildikdə əvvəlcə selektor-ifadənin qiyməti hesablanır, sonra isə selektor-