Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə29/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Birdən qapı açıldı. Hərbi paltarda olan qadın içəri girdi. Nigar  anasını
görüb sevindi:
– Ana, lap vaxtında gəldin, babam xəstələnib, bəs atam hanı? O gəl­
səydi, babam tez sağalardı. Ana Nigara cavab verə bilmədi. Babanın  ağır
vəziyyəti onu sarsıtmışdı. Ana qızını o biri otağa keçirdi.
Bu otaqdakı radionun səsindən Nigar daha babasının sözlərini eşitmədi.
Baba isə daha danışa bilmirdi, gözlərini əbədi yummuşdu.
Birdən Nigarın səsi eşidildi. O, anasını,  sonra isə babasını 
harayladı
.
Babası yatan otağa girmək istəyəndə anası 
qabağını kəsdi
və tələsik onu
həyətə çıxartdı.
Nigar anasının əlindən tutub, sevinc və həm də qürur hissi ilə deyirdi:
– Ana, sənə şad xəbər deyəcəyəm, indi gedib babamdan da şirinlik 
alacağam!
Ana göz yaşını silib, qızına dedi:
– Nigar, o nə xəbərdir?
– Ana, indicə radio xəbər verdi ki, atama Milli Qəhrəman adı ve ri lib!
Gedim, babaya deyim, sevinsin. 
Ana danışa bilmədi. Göz yaşını qızından gizlətdi, onu 
bağrına basıb
,
al yanaqlarından öpdü. O nə babanın, nə də atanın ölümünü dilinə gətirə
bilmirdi. Qorxurdu ki, Nigarın ürəkdolu sevincini əlindən ala...
Hacı ağa Gəncəli        
104
SÖZ EHTİYATI
özünü ələ almaq – взять себя в руки
özünü üzmək – мучить себя
didərgin salmaq – изгнать
tələf olmaq – погибнуть
taqətdən düşmək – обессилиться 
göz dikmək – позариться 
itkin düşmək – пропасть без вести
ələ keçirmək  – захватить
can atmaq – стремиться
gözlərini əbədi yummaq – умереть
dilinə gətirmək – сказать
SÖZLÜK
nəmli – влажный
bəla – беда, горе
könüllü – добровольно
günah – вина
qeyrətli – мужественный
qürur hissi ilə – с гордостью
şirinlik – здесь: подарок
Çap üçün deyil
Çap üçün deyil


1. Mətnin mövzusu nədir?
A) Qarabağ müharibəsi
B) 20 Yanvar faciəsi
C) kənd həyatı
2. Mətni aşağıdakı ardıcıllıqla danışmağı öyrənin:
1) Nigar ilə babanın söhbəti.
2) Nigarın atasının didərgin düşməsinin səbəbi.
3) “Axı ermənilər bizdən nə istəyirlər?”
4) Nigarın anasının gəlməsi.
5) Şad xəbər.
6) Ananın göz yaşlarını gizlətməsi.
3.Nömrələnmiş sözlərdən hansılarının mənaları bir­birinə uyğun gəlir?
1) nəfəsi daralmaq
8) rəhm etmək
2) yazığı gəlmək
9) məhv olmaq
3) tələf olmaq
10) ürəyi sıxılmaq
4) can atmaq
11) demək
5) özünü ələ almaq             12) çalışmaq
6) ölmək                             13) gözlərini əbədi yummaq                          
7) dilinə gətirmək               14) toxtamaq 
4. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin:
1) Дедушка сильно заболел.  2) Отец девочки пропал без вести во
время войны. 3) Мама была одета  в военную форму. 4)  Вдруг от­
крылась дверь. 5) В комнату вошла мама Нигяр в военной форме.
5.  Ermənilər bizim hansı bölgələrimizi işğal etmişlər? Bu barədə
bildiklərinizi danışın. (Gündəlikdə işğal olunmuş bölgələrin adlarına baxa
bilərsiniz).
6. Hansı söz səhv yazılıb? Fikrinizi əsaslandırın.
a) ağır
b) torpağ 
c) sağaltmaq             d) sevinc
7. Aşağıdakı cümlələrdə sözlə verilmiş sayları rəqəmlə yazın.
1)  Məktəbdə dərslər səhər saat səkkizdə başlanır. 
2)  Səkkiz mart Beynəlxalq Qadınlar Günüdür.
3)  İyirmi bir fevral Beynəlxalq Ana dili günüdür.
4)  Otuz bir dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
5)  Sinfimizdə doqquz əlaçı var.
8.  Mətndə altından xətt çəkilmiş sözləri aid olduğu sözlərlə birlikdə
dəftərinizə yazın. Birləşmələrdəki birinci sözün həqiqi, yoxsa məcazi mənada
işləndiyini müəyyənləşdirin. Fikrinizi əsaslandırmaq üçün misallar gətirin.
105
Çap üçün deyil
Çap üçün deyil


9. Mətndə qırmızı rəngdə verilmiş söz və ifadələrin sinonimlərini tapıb
səsləndirin və hər iki variantı rus dilində deyin.
ÜRƏK XATİRƏSİ
         Rahat yatın, igidlər!
Ey köynəyi qanından
         Məşəl olub 
könlünüz
.
Al bayrağa dönənlər!
         Şəfəq kimi, nur kimi
Məşəllərin dililə
         Əbədidir ömrünüz.
Danışanlar, dinənlər!
Vətən sizi unutmaz,
Ürəklərdə
yaşarsız.
Arzunuzu ellərin 
Arzusuna qoşarsız.
Rüfət Zəbioğlu
10. Şeirin mövzusu nədir?
A) Qəhrəmanlar ölmürlər.
B) Vətən müqəddəsdir.
C) Günəşin işığı əbədidir.
11. Müəllif şeiri kimə müraciətlə yazmışdır?
A) Vətən uğrunda canlarını qurban verənlərə.
B) Müqəddəs arzularla yaşayanlara.
C) Həyatda əbədi yaşamaq istəyənlərə.
12. “Milli qəhrəman” adı hansı insanlara verilir? Hər kəs Milli qəhrə­
man ola bilərmi? Qruplara bölünərək bu barədə fikirlərinizi bölüşün.
13. “Rahat yatın” ifadəsi rus dilində hansı mənada işlənmişdir?
a) спите навечно
b) удобно расположитесь      
c) спите спокойно             ç) не беспокойтесь
14. Qəhrəman olmaq üçün insanda hansı keyfiyyətlər  olmalıdır?
                                                                    
106
SÖZLÜK
məşəl – факел
şəfəq – заря, рассвет 
əbədi – вечно
qoşmaq –  здесь: соединить
Qəhrəman
insan
qorxmazlıq
Çap üçün deyil
Çap üçün deyil


15. Hansı qəhrəmanların adlarını bilirsiniz? Tanıdığınız qəhrəmanlar
barədə yoldaşlarınıza da danışın. Hansı dostunuzun, ya tanışınızın
hərəkəti sizə qəhrəmanlıq kimi görünüb? Əgər belə hadisə olmuşdursa,
bu barədə dəftərinizdə yazın. Sonra yoldaşlarınıza oxuyun.
16. Qəhrəmanlıq, igidlik mövzusunda atalar sözləri tapıb dəftərinizə
yazın.
17.  Aşağıda verilmiş hansı saylar əşyanın miqdarını dəqiq şəkildə
bildirmir? Həmin sözləri seçib dəftərinizdə yazın:
iyirmi, əlli, beş­on, on yeddi, otuz, yüzlərlə, bir çox, iki, xeyli, çox,
minlərlə, yüz
18.  Şeirdə qırmızı hərflərlə verilmiş sözlər arasındakı münasibəti
müəyyənləşdirin və həmin sözlərə aid cümlələr qurub yazın.
19. Qarşı­qarşıya yazılmış aşağıdakı sayları müqayisə edin. Onları rus
dilinə tərcümə edərək dəftərinizə yazın.
beş — beş­altı
iki — iki­üç
on — onlarla
yüz — yüzlərlə
min — minlərlə
    
§ 23. HƏDİYYƏ
Cavad Cavadlı
107
Bayramıydı qadınların,
Yerdən

göydən
yağırdı nur.
Anaların üz­gözündən
Oxunurdu 
fərəh

qürur
.
Qadınları hamı o gün
Tələsirdi təbrik üçün...
Ata aldı təzə çətir, 
Böyük
oğlu çiçək, ətir.
Ortancılı kitab aldı,
Lap 
kiçiksə
fikrə daldı.
Ürəyində sevinc, həvəs*
Bilməyirdi nə etsin bəs...
Keçirirdi çox həyəcan,
İrəliyə gəldi bu an.
Gündəliyi açıb birdən
Anasını qucub qəfil
Körpə* quştək ötdü dil­dil:
­Anamın bir arzusunu*
Mən yerinə yetirmişəm.
Bu gün onun bayramına
Çoxluca “beş” gətirmişəm.
Baxışlarda duyuldu yaz,
Belə ömrün gülü solmaz.
Ana dedi:­Sağ ol, əhsən!
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə