Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

3) Gülər göyçək, ağıl..,  səliqə.. , bacarıq.. qızdır. 4) Ürək.. görülən işin
nəticəsi pis olar. 5) Bostan.. tərəvəzlər artıq yetişmişdir.
18. Aşağıda verilmiş isimlərə uyğun gələn şəkilçiləri əlavə edib əlamət
bildirən sözlər düzəldin. Düzəltdiyiniz sözləri tərcümə edin və bir
neçəsini cümlələrdə işlədin:
dil, yağ, səliqə, tufan, yağış, meyvə, çiçək, istedad, dad, ləzzət, 
külək, ətir...
19. Şeiri oxuyun və oradakı fikirlərdən istifadə etməklə “Meşələrimiz”
mövzusunda mətn tərtib edin:
MEŞƏLƏR
Mirmehdi Seyidzadə
115
Nə gözəl, nə səfalı
Olur bizim meşələr.
Ətir saçır hər yana
Lalələr, bənövşələr.
Yer yaşıl, göylər yaşıl,
Yarpaqlar pıçıldaşır,
Gəzdikcə meşədə mən
Sevincim aşıb­daşır.
Görürəm ki, ağaclar
Verib burda baş­başa.
Ayna sular axdıqca
Çırpılıb dəyir daşa.
Eşidirəm hər yandan
Böcəklərin səsini,
Quşların könülaçan
Sevimli nəğməsini.
Çap üçün deyil
Çap üçün deyil


20. “Meşələr” şeirindəki əlamət bildirən sözləri seçib deyin və hər
birini cümlələrdə işlədin.
21. “Meşələr” şeirində cəmdə işlənmiş isimləri seçib dəftərinizə yazın,
həmin sözlərə aid özünüz cümlələr qurub deyin.
§ 25. DAĞLAR
Səməd Vurğun
1. Böyük şairimiz dağlarla insan kimi danışır. Nə üçün?
2. “Düz ilqarlı bizim dağlar”  sözləri ilə şair nə demək istəmişdir?
3. Sözlərdən cümlələr düzəldib yazın və tərcümə edin.
1) yurd, şair, qoynu, dağlar, yerləşir
2) əhatə, uca, kəndimiz,  dağlar, olunmuş
3) sıldırım, var,  hündür, vətənimiz, dağlar
4) çaylar,  səs, tərəf, yayılır, hər, yazda, dağ
116
Qayaları baş­başadır,
Güneyləri
tamaşadır. 
Gödək
ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada.
Vurğunu da 
salar yada
Düz ilqarlı bizim dağlar.
Binələri çadır­çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrət
ini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Maral gəzər 
asta­asta
,
Enib gələr 
çeşmə
üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?
SÖZLÜK
binə – жилище
qüdrət– могущество
çeşmə – родник
güney – солнечная сторона
gödək – короткий
SÖZ EHTİYATI
ömrüm gedər bada – жизнь закончится 
gözüm yolda, könlüm səsdə – в ожидании
düz ilqarlı –  верный своему делу, преданный
Çap üçün deyil
Çap üçün deyil


4. “Dağlar” şeirinin məzmununa hansı fikir uyğun gəlir?
A) Bütün kəndlər dağların qoynunda yerləşir.
B) Dağlar insana ən etibarlı dayaqdır.
C) Dağlar insanın gödək ömrünü uzadır.
5. Şeirdə qırmızı hərflərlə verilmiş sözü hansı sözlə əvəz etmək olar?
         a)  bulaq          b) göl            c) çay           d) çəmənlik
6. Cədvəli dəftərinizə çəkin. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın:
ac, dörd, beş, xeyirli, ağac, şirin, köynək, dadlı, rəf, quş, tərəvəz,
əllinci, sarı, yüz, xeyli, səxavətli, ürək, dad, pambıq, bir­iki, səliqəli, çox,
üçüncü, hündür
7. Sxemlərə uyğun birləşmələr düzəldin və dəftərinizə yazın.
         Neçə?
Neçə?
         
kitab
kitabxanaçı
         Necə?                                
Hansı?
         Neçənci?
Neçənci?
         
rəf
şagird 
         Hansı?                                       Necə?
8.  Şeirdə göy rəngdə verilmiş sözlərin yaxınmənalı və əksmənalı
qarşılığını tapıb dəftərinizə yazın. Hansı sözün antonimini tapmaqda
çətinlik çəkdiniz? Bəs hansı sözlərə bir neçə qarşılıq tapmaq mümkündür?
Özünüzü yoxlayın.
9. Şeirdə yaşıl rəngdə verilmiş sözün antonimi hansıdır?
a) yamac              b) quzey               c) gündöyən             d) kölgə
10. “Bir qonağam bu dünyada ...” misrasında şair nə demək istəyir?
İnsanlar bu dünyada bir qonaq olduqlarına görə necə yaşamalıdırlar ki,
özlərindən sonra yaddaşlarda yaşasınlar? Fikirlərinizi yoldaşlarınızla
bölüşün.
TAP GÖRƏK
11. Tapmacanın cavabını ismin halları üzrə dəyişib yazın.
İki kürküm var–
On qardaşa çatar.  
Bunu kim tapar?    
*
117
İsim
Sifət
Say
Çap üçün deyil
Çap üçün deyil


ÖZÜNÜZÜ YOXLAYIN
1. Oxuduğunuz  nağılda qarışqa hansı quşu ölümdən xilas edir? Həmin
quş hansı nağılın qəhrəmanıdır?
2. Öyrəndiyiniz mətnin müəllifi əsl xöşbəxtliyi nədə görürdü?
a) var­dövlətdə     
b) can sağlığında     
c) söz azadlığında     
d) el içində hörmətdə
3.  “Söz var, desəm, yaxşı­yaman yazılar,
Söz  var, desəm, yaxşı­yaman yozular.
Ürəyimiz yaralanar, pozular,
Öz sözünü bilməyəndə dil bir az” – misraları öyrəndiyiniz hansı şeirin
ideyasına uyğundur?
4. Xalq qəhrəmanı Nəbini nə üçün “Qaçaq Nəbi” adlandırıblar?
a) dağlarda yaşadığı üçün
b) həbsxanadan qaçdığı üçün
c) bəylərin zülmündən dağlara qaçıb mübarizə apardığı üçün
d) kasıblara, yoxsullara kömək etdiyi üçün
5. “Əsl dost” hekayəsindəki hadisələr hansı müharibədən xəbər verir?
O müharibə haqqında bildiklərinizi  2­3 cümlə ilə ifadə edin. 
6. Aşağıdakı misraların tərcümələrindən hansı düzgündür?
“Əl dosta vermək üçün 
Gül dərib dəstələyir”.
A) Руками можно выращивать много цветов.
B) Руки собирают цветы, чтобы подарить другу.
C) При встрече друзья обмениваются рукопожатием.
7. Hansı insanlara Şəhid adı verilir? Bu  sözdən hansı mətndə istifadə
edilmişdir?
A) Uzun xəstəlikdən sonra vəfat edənlərə şəhid adı verilir.
B) Vətən uğrunda döyüşlərdə həlak olanlara şəhid adı verilir.
C) Hər hansı qəza nəticəsində həlak olanlara şəhid adı verilir.
8. Yuvasının yeri dəyişdirilən quşlardan hansı hekayədə bəhs olunur?
9. Hansı mətndə qızcığaz öz sevincini ürəyi istədiyi kimi doğmaları
ilə bölüşə bilmədi?
118
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə