96
6,200 min pud idisə, 1924-cü ilin birinci yarısında 13364 min pud oldu. 1923/24-
cü ildə Batum vasitəsilə ixrac o lunan neft 1913-cü il səviyyəsinin 81 faizini
təĢkil edirdi.
Azərbaycanın neft sənayesində və baĢqa regionlarda əmələ gəlmiĢ
canlanma Qə rbin neft inhisarçılarının ona yol tapmaq istəklərin i qızıĢdırd ı.
Xarici kapitalistlər SSRĠ-dən çar Rusiyasının borclarını tələb etməklə yanaĢı,
Azərbaycan neft mədənlərin in keçmiĢ
neft firma larına qaytarılmasını da
istəyirdilər. Bu, 1922-ci ildə Genuyada keçirilmiĢ beynəlxalq konfransda da
özünü göstərdi.
N.Nərimanov Azərbaycan SSR-in nümayəndəsi kimi sovet nümayəndə
heyətinin tərkib inə daxil ed ilmiĢdi. Genuya konfransına getmək ərəfəsində Bakı
Soveti 1922-c i il fevralın 14-də ona öz tapĢırığın ı verdi: "Genuya konfransında
beynolxalq burjuaziyanın Sovet respublikalarının zəh mətkeĢ kütlələrini iqtisadi
əsarət altına
almaq və qarət etmək məqsədilə təzyiq etməyə cəhd göstərəcəklərini
nəzərə alaraq, Bakı Soveti sənə tapĢırır ki, imperialist dövlətlərin birləĢ miĢ
cəbhəsinə qarĢı, birləĢ miĢ Sovet nümayəndəliyinin Ģəxsində zəh mətkeĢ kütlələrə
və fəhlə-kəndli Qızıl ordusuna arxalanan birləĢ miĢ ölkələrin Sovct Ġttifaqını
qoyasan"
118
.
Bakı Soveti eyni zamanda N.Nərimanova imperialist müdaxiləsi və
vətəndaĢ müharibəsi dövründə Azərbaycanda yaratdıqları ço x böyük dağ ıntıları
beynəlxalq burjuaziyanın yadına salmağı, vurulmuĢ ziyanın əvəzin i tələ b etməyi
də tapĢırdı.
Genuya konfransında, həqiqətən, Qərb dövlətlərinin nümay əndələri
sovet ölkəsinə milliləĢdirilmiĢ müəssisələri xarici kapitalistlərə qaytarmaq və çar
borcların ı ödəmək tələbini irə li sürdülər, lakin sovet nüınayəndəliyinin
müqaviməti ilə rastlaĢdılar. Sovet nümayəndəliyi 1922-ci il mayın əvvəllərində
konfrans iĢtirakçıları arasında "Rusiyanın müdaxilə və b lokadaya məsul olan
dövlətlərə iddiaları" adlanan sənəd yaymıĢdı. Orada göstərilird i ki, A zərbaycan
neft sənayesinə 71 milyard 548 milyon manatlıq ziyan dəymiĢdir
119
.
N.Nərimanov sovet nümayəndəliyin in üzvü kimi konfransda Azərbaycanın,
bütün sovet respublikalarının mənafey ini müdaf iə etdi.
N.Nərimanovun 1922-ci il iyunun 1-də Bakı Sovetinin iclasında
Genuya
konfransının nəticələri haqqında məruzəsindən sonra sovet
nümayəndəliyin in fəaliyyətinin bəyənilməsi, eyni zamanda N.Nərimanovun Bakı
fəhlələrin in tapĢırığın ı yüksək səviyyədə yerinə yetirməsi barədə qəbul edilmiĢ
qətnamədə deyilirdi: "Sovet nümayəndəliyi Genuya konfransında əsil ü mu mi
sülh və ümumi tərk-silahın zəru riliyinə aid özünün təklifi ilə çıxıĢ edərək, Sovet
Federasiyasının və dost sovet respublikaların ın, o cümlədən bizim ASSR-in
fəhlə-kəndli kütlələrin in arzula rın ı tamamilə ifadə etmiĢdir"
120
.
97
Yeni iqtisadi siyasətə keçiddən sonra aparılmıĢ yenidənqurma iĢləri
nəticəsində neft sənayesində əsaslı dönüĢ yarandı. 1921-ci ilin sentyabr
ayından etibarən Azərbaycanın neft komitəsi (Azneftko m) təsərrüfat hesabına
keçirilən müstəqil Azərneft trestinə çevrildi. Bu dəyiĢiklik neft sənayesinin
təĢkilat-təsərrüfat cəhətdən möhkəmlən məsinə, onun maddi-texn iki təchizatının
yaxĢılaĢınasına kö mək edirdi. Azərneftə xarici ticarət, neftin və ağ neftin
xaricdə adanlığa mübadilə edilməsi məsələlərində müəyyən müstəqillik
verilmiĢdi.
1920-c i ildə Ba kı rayonunda geoloji-kəĢfiyyat bürosu yaradılması
sayəsində AbĢeronda yeni neft yataqları axtarıĢları baĢlandı. 1922-ci ildə
Balaxanı-Sabunçu rayonunda Kirməki və Kirməkialtı lay larda zəngin neft
yataqları aĢkara çıxarıldı. Geolo ji-kəĢfiyyat iĢlərinə görkəmli alimlər
D.V.Qolubyatnikov və Ġ.M.Qubkin rəhbərlik edirdilər.
1922-c i ildə Bibiheybət rayonunda yeni mədən yaradılmağa baĢlandı.
Bu iĢə artıq o zaman görmək qabiliyyətini itirmiĢ çox təcrübəli mütə xəssis
P.N.Pototski cəlb edilmiĢdi. Ba kı neftç ilə ri dünyada ilk dəfə bu xtanı qurutmaqla
dəniz neft yatağını fəth etdilər.
Neft sənayesinin bərpa etdirilməsindəki müvəffəqiyyətlərə görə 1922-ci
ilin dekabr ayında Zaqafqaziyanın I Sovetlər qurultayı Bakı fəhlələrini Qırmızı
Bayraq ordeni ilə təltif etməy i qərara ald ı.
Yeni iqtisadi siyasətin ilk ilində neft hasilatının a rtımı ço x da yüks ək
olmadı, lakin istehsalın tənəzzülü dayandırıldı və dirçəliĢ baĢladı.
Neft sənayesi ilə yanaĢı, baĢqa sahələrdə də canlanma hiss olunurdu.
Yeni iqtisadi siyasətə keçdikdən sonra Xalq Təsərrüfatı ġurasında köklü
dəyiĢikliklər baĢ verdi. Xalq Təsərrüfatı ġurasının tabeliyində olan müəssisələr
təsərrüfat hesabına keçdilər. Eyni zamanda müəssisələrin ayrı-ayrı sahələr üzrə
trestləĢdirilməsi baĢlandı. "Azəripək", "Azərto xucu", "Azərtütün", "Azərduz",
"Azoruntrest" və digər təsərrüfat hesablı iri b irliklər yarad ıld ı. Respublikan ın
iqtisadi həyatını planlı Ģəkildə tənzimləmək üçün Dövlət Plan Ko mitəsi və Ali
Ġqtisadi ġura kimi səlahiyyətli orqanlar yaradıldı. Xalq təsərrüfatını və ilk
növbədə sənaye müəssisələrin in maliyyələĢdirilməsin i yaxĢılaĢdırmaq məqsədilə
1921-c i il oktyabrın 16-da A zərbaycan Dövlət Bankı təsis edildi.
Lenin ad ına (keçmiĢdə H. Z. Tağ ıyevin) to xuculuq fabrikin in vəziyy əti
təsərrüfat hesabına keçməklə yaxĢılaĢdı. 1921-ci ilin dekabrında parça istehsalı
üç ay əvvəlki 12 mindən 24 min arĢına çatdı. Əgər 1921-ci ilin sentyabrında
fabrikdə 258 to xucu dəzgahı var idisə, 1924-ci ilin birinci yarısında onların sayı
758-ə , həmin də Azərbaycanda pambıq parça istehsalı isə müharibədən əvvəlki
səviyyəyə çatmıĢdı. 1923/24-cü ildə 5,3 min metr pambıq parça istehsal
olunmuĢdu
121
.