94
Təsərrüfat çətinliklərini aradan qaldırmaq tədbirləri vergi sisteminə yenidən
baxmağı vacib etdi. 1923-cü ildə ərzaq vergisi müəyyənləĢdirildi. RSFSR-ə nisbətən
Azərbaycanda vahid kənd təsərrüfatı vergisi on faiz aĢağı qoyulmuĢdu.
1924-cü ildə tətbiq olunmuĢ pul islahatı xalq təsərrüfatının bərpasında
qarĢıya çıxan çətinliklərin aradan qaldırılmasına kö mək etdi. Qiymətdən düĢmüĢ
kağız pulun əvəzinə sabit pul - sovet çervonu tətbiq olundu. Bu islahat ölkənin
maliyyə vəziyyətini möhkəmləndirdi. Zaqafqaziya pul niĢanlarının buraxılıĢı ləğv
olundu. O, Ümu mittifaq pulu ilə əvəz edildi.
1923-1924-cü illərdə kənd təsərrüfatı və sənaye mallarının qiy mətləri
arasındakı fərqi aradan qaldırmaq üçün həyata keçirilən tədbirlər uğurlu oldu və öz
nəticələrini verdi. 1924-cü ilin ortalarına yaxın satıĢ böhranı aradan qaldırıldı və
iqtisadi vəziyyət yaxĢılaĢdı. 1924-cü ildə Azərbaycan qəzalarında kənd təsərrüfatı
məhsullarının qiymətinin nizama salınması və təsərrüfat həyatının sağlamlaĢması
prosesi baĢlamıĢdı
107
.
Azərbaycanda yeni iqtisadi siyasətin həyata keçirilməsi kəndlilərin öz
əkinlərini geniĢləndirmək, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və onun
əmtəə xarakterini yüksəltmək marağını artırdı.
Neft və baĢqa sənaye sahələrinin bərpası. YĠS sənaye və nəqliyyatı
dirçəltmək iĢinin güclənməsini təmin etdi. Ən vacib təsərrüfat vəzifələrindən biri ilk
növbədə neft sənayesini bərpa etmək idi. 1921-ci il iyunun 15-də RSFSR Əmək və
Müdafiə ġurası neft sənayesi haqqında geniĢ qərar qəbul etdi. Qərarda neft
sənayesinin ölkənin yanacaq bazasının əsas sahəsi olduğunu nəzərə alaraq, təchizatla
məĢğul olan bütün təĢkilatlara BaĢ Neft idarəsinin avadanlıq və pula olan
ehtiyacının təmin edilməsi iĢi tapĢırılırdı. Neft sənayesi fəhlələri və qulluqçuları
üçün 62,5 min dəst paltar, 50 min cüt çəkmə və baĢqa zəruri mallar buraxıldı, geniĢ
tələbat mallarının natura fondu xeyli gücləndirildi.
1921-c i il sentyabrın 30-da RSFSR Əmə k və Müdafıə ġurası
Azərbaycan neft sənayesini bərpa etmək ü zrə xüsusi tədbirləri təsdiq etdi,
oktyabrın 19-da isə BaĢ Yanacaq Ġdarəsinə Azərbaycan neft sənayesinin
ehtiyacları üçün əlavə 500 min qızıl manat buraxmaq qərara alındı
108
. Müttəfiq
respublikalar da A zərbaycan neft sənayesini avadanlıq və texn iki materiallarla
təmin edirdi. Məsələn, Sormovodan Bakıya fırlan ma qazıma dəzgahları,
Petroqraddan qazıma alətləri, Taqanroqdan dəmir gətirilməsi artdı. A zərbaycan
neft sənayesinin təchiz edilməsində Ukraynanın ağır sənayesi xüsusi rol
oynayırdı. Nikopol-Mariupol metallurgiya zavodu yalnız neft sənayesi üçün
jelonka dəmiri və borular hazırlayırdı. Xarkov elektrik texn ikası zavodu neft
sənayesinin elektrikləĢ məsinə kö mək ed irdi, Odessa maĢınqayırma zavodları
dərinlik nasosları və onlara lazım o lan alətlər istehsal edird i
109
.
95
1921-c i ilin payızından Sovet Rusiyasından Bakıya ərzaq gətirilməsi
artdı. 1921-ci il sentyabrın 9-da RSFSR hökuməti Azərbaycana təcili olaraq 600
min pud buğda göndərilməsi barədə sərəncam verdi
110
.
Beləliklə, Bakıya avadanlıq və ərzaq mallarının gətirilməsi istehsalatı
möhkəmləndirmək, fəhlələrin maddi-məiĢət vəziyyətini yaxĢılaĢdırmaq üçün
Ģərait yaradır, neft uğrunda mübarizə getdikcə geniĢ miqyas alırdı. ġəhərin
müəssisələrində qabaqcıl fəhlələr nü munəvi zərbəçi əmək qrupları yarad ırdılar.
1921-c i ildə Bakıda kütləv i iməciliklə r geniĢ ləndi. Hə min ilin birinci yarısında
Bakıda 379 min nəfərin iĢtirak etdiy i iki yüzdən ço x iməcilik keçirilmiĢdi. Bu
iməciliklər zamanı 400 min pud neft çıxarılmıĢdı'". Ġməciliyin yeni forması -
"Avral həftəsi" adlanan iməciliklər bəzən bir neçə gün davam edirdi. Neftayırma
zavodlarının təmirində əmək rəĢadəti göstərmiĢ 132 nəfərə "Əmək qəhrəmanı"
fəxri adı verild i" . Lakin Mərkəzin hakim Ģovinist siyasəti neft sənayesinin bərpa
olunmasında təxribat xarakterli nəticələrə səbəb olurdu. 1921 -ci ilin əvvəlində
neft sənayesində iĢləmək üçün neft ko mitəsinin Moskvadan göndərdiyi
rəhbərliy in təĢəbbüsü ilə general Vrangelin 7,5 min keçmiĢ əsgəri Ġstanbuldan
Bakıya gətirild i. Onların sırasında mü xtəlif ünsürlər, gizli əksinqilabçılar
ağqvardiyaçı zabitlər də var idi. Zaqafqaziya eserləri və müsəlman qrupları ilə
əlaqəsi olan polkovnik Qaydukovun baĢçılığ ı ilə 1921-ci ilin aprelində on lar
Ra manada terror akt ları keç irməyə baĢladıla r. Gizli eser təĢkilatı isə 1922-c i ildə
Bakın ın neft sənayesi müəssisələrində yanğınlar törətdi. 1922-ci il aprelin 10-da
bir gün ərzində Ramana, Suraxan ı və Balaxanı mədənlərində tə xribatçılar üç
yanğın törətmiĢdilər. Balaxan ı və Ramana yanğınlarını fəhlə dəstələri ço x çətin,
sərt xəzrin in tüğyan etdiyi mürəkkəb vəziyyətdə əzmkarlıq la tez söndürdülər
113
.
Ən qorxulu yanğın Suraxanıda, gündə 160 min pud neft v erən beĢinci
mədəndə olmuĢdu və onun alovları güclü əsən küləklə bütün neft mədəni
rayonuna tamamilə sıradan çıxmaq təhlükəsi yaratmıĢdı. Bu yanğın
mühəndislərdən F.Rüstəmbəyov, Ġ.S.Sorokin və Kusminskinin baĢçılıq etdiyi
fəhlə dəstələrin in səyi nəticəsində aprelin 11-də səhərə yaxın ləğv edilmiĢdi
114
.
Ümu mittifaq M ĠK 1922-ci ilin avqustunda yanğınla mübarizədə fədakarlıq
göstərmiĢ Bakı fəhlələrin i Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi
115
.
Bakı fəhlələrinin fədakar əməyi sayəsində artıq 1923-cü ilin martında
istismarda olan neft quyularının sayı 1510-a çatdırıld ı
116
. 1923/ 24-cü ildə
1920/21-c i ildəki 2,1 milyon tona qarĢı 4,1 milyon ton neft çıxarıldı. La kin bu,
1913-cü ildə ç ıxa rılmıĢ neftin yaln ız 56,1 fa izi id i. A zərbaycan neft sənayesinin
bərpasının birinci mərhələsi ərzində - 1921-1923-cü illərdə istehsalın əvvəlki
səviyyəsi bərpa olunmadı, ancaq neft çıxarılmasın ın artırılmasına doğru addımlar
atıldı. Belə ki, az da olsa valyuta qazanmaq üçün neftin ixrac edilməsinə Ģərait
yaranırdı. 1921/22-c i ə mə liyyat ilində xaricə ixrac o lun muĢ neft məhsulla rı