48
düzgün xarici siyasəti təmin etməyə dair əlavə tədbirlər haqqında yol. Çiçerinlə
razılığa gəlsin"
77
.
RK(b)P MK Siyasi Bürosunun qərarında deyilirdi: "Azərbaycanının
qorunması və bütün Xəzər dənizinin möhkəm surətdə oldə saxlanılması baĢlıca
vəzifə sayılsın"
78
. Bu məqsədlə Siyasi Büro Azərbaycanın müdafiəsini
möhkəmləndirmək üçün bir necə diviziyanın oraya göndərilməsini sürətləndirməyi
tapĢırdı və eyni zamanda Gürcüstan, Ermənistan, Türkiyə barəsində ilk növbədə
müharibəyə yol verməməyə yönəldilən siyasət yeritməy in zəruriliy ini təsdiq etdi.
Sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda yeridilən daxili və xarici
siyasətin qısaca xarakteristikası belə idi. Bu onu təsdiq edir ki, " müstəqil sovet
Azərbaycanının" elan edilməsi əslində sırf deklarativ "bəyannamə" idi, onun bütün
daxili və xarici həyatının "hakimi" RK(b)P-nin rəhbərlik etdiyi Mərkəz
Azərbaycan Respublikasının müstəqilliyi və rifahı haqqında deyil, neft Bakısını,
Avropa və Asiyanın qovuĢuğunda - Ya xın və Orta ġərqin qapısında müstəsna
dərəcədə böyük strateji əhəmiyyəti olan bütün Azərbaycanı itirməmək barədə
düĢünürdü.
* * *
Azərbaycanın 1920-ci il 28 aprel və 1922-ci il 30 dekabr dövrü, həm
daxili və həm də xarici vəziyyət baxımından, ictimai iqtisadi, siyasi münasibətlərin
qeyri-müəyyən və ziddiyyətli olması ilə xarakterizə olunurdu - "Müstəqil sovet
Azərbaycanı" əhvali-ruhiyyəsi, eyforiyası yavaĢ-yavaĢ sönməkdə idi. "Azərbaycan
Sovet Cümhuriyyəti"nin bayrağı, gerbi, pulu və poçt markasının milli naxıĢları,
ornamentlərlə ilk siluetləri ictimai həyatda görünürdü.
Azərbaycan Sovet Respublikasının rəhbərləri, xalq komissarları RSFSR
hökuməti baĢçısı V.Ġ.Leninlə, baĢqa dövlət xadimləri ilə (Çiçerin, Dzerjinski və
b.) məktubla, teleqramla Ģəxsən əlaqə saxlayırdılar. N.Nərimanov, Azərbaycan
Ġcraiyyə Ko mitəsinin sədri S Ağamalıoğlu, xarici iĢlər komissarı M.D.Hüseynov,
B.ġahtaxtınski və b. Leninin qəbulunda olmuĢ, onunla Azərbaycandakı ictimai,
siyasi və mədəni məsələlər barəsində söhbətlər aparmıĢdılar.
Azərbaycan SSR-in ilk çağlarda, hətta Litva, Latviya, Ermənistan,
Türkmənistan, Gürcüstan, Əfqanıstan, Buxara, Dağıstan və b. dövlət qurumları ilə
də "diplomatik" əlaqələri var idi. Hər iki tərəfı maraqlandıran məsələlər barəsində
danıĢıqlar da aparılırdı. Bir neçə xarici ölkələrin Bakıda nümayəndəlikləri,
Azərbaycanın da həmin ölkələrdə nümayəndəlikləri, konsulluqları mövcud idi.
QonĢu ölkələrlə siyasi və iqtisadi saziĢlər razılaĢdırılır, ticarət haqqında danıĢıqlar
aparılırdı. Hətta Birinci Ümu mazərbaycan Sovetlər qurultayında M.D.Hüseynov
respublikanın xarici siyasəti haqqında məru zə etmiĢdi.
49
Lakin tezliklə " müstəqil sovet respublikasının keçid dövründən",
ələlxüsus Stalinin 1920-ci ilin noyabrında Bakıda mötəbər partiya müĢavirəsində
bəyan etdiyi "Kommunist partiyasından müstəqil olmaq olmaz" tezisindən sonra,
tədricən "yeni sovet respublikalarının müstəqilliyi defenisiyası" məhdudlaĢdırılır və
onlar getdikcə dərinləĢən inzibati-amirlik səviyyəsində idarə olunur, birinci
növbədə onların xarici siyasəti sovet Rusiyası rəsmi Ģəxsləri tərəfındən
tənzimlənirdi. RSFSR höku məti yanında akkreditə olunmuĢ diplomatik konsulluq
nümayəndəlikləri və baĢqa diplomatik heyətlər bütün sovet respublikaları ilə
əlaqələri birbaĢa deyil, yalnız RSFSR Xarici ĠĢlər Komissarlığı vasitəsilə həyata
keçirə bilərdilər. Müstəqil respublikalar nəinki Sovet Rusiyasının Ģəhərlərində,
hətta bir-birində öz konsulluqlarını yalnız RSFSR Xarici ĠĢlər Ko missarlığın ın
icazəsi ilə aça b ilərdilər.
Azərbaycan
Demokratik
Respublikasının
vaxtilə
Gürcüstanda,
Ermənistanda, Ġranda, Ġstanbulda, Ukraynada, Krımda, Kuban və Donda,
Petrovskidə, Ġrkutskidə və b. yerlərdə açdığı diplomatik qurumlarının fəaliyyəti
dayandırıldı. 28 apreldən sonra Azərbaycanın Təbrizdə, Ənzəlidə, Qarsda və
Batu mdakı konsulluqları, Ankara, Tiflis və Moskvadakı səlahiyyətli
nümayəndəlikləri bağlandı və RSFSR nümayəndəliklərinə tabe edildi. 1921-ci ilin
noyabrında isə Azərbaycanın Ġrandakı nümayəndəliyinin fəaliyy ətinə son qoyuldu.
28 aprel ərəfəsində Bakıda xarici dövlətlərdən Ġngiltərə, Belçika,
Yunanıstan, Danimarka, Ġtaliya, Litva, Ġran, PolĢa, A Bġ, Ukrayna, Finlandiya,
Fransa, Ġsveçrə, Ġsveç, Hollandiya, Alman iya və Estoniyanın konsulluqları
iĢləyird i. 28 apreldən sonra da Bakıda Türkiyənin d iplo matik nü mayəndəliy i,
Ġranın Böyük Milli Məclisinin fövqəladə nümayəndəliyi, Rusiyanın BaĢ
konsulluğu, Ġtaliyanın siyasi agentliyinin nü mayəndəsi, Ermənistanın diplo matik
nümayəndəliyi, Gürcüstanın səlahiyyətli nümayəndəliyi, Bu xara Sovet
Respublikasının nü mayəndəliy i, RSFSR-in Cənubi Qafqazda nümayəndəsi
Leqran fəaliyyətlərin i davam etdirird ilər. A zərbaycan hökuməti 1920-ci il
sentyabrın 19-da Ġtaliya, Gü rcüstan, Ermən istan diplomatik nü mayəndəliklərini
və konsulluqların ı tanıd ığını bəyan etmiĢdi. Ġngiltərən in Bakıdakı v itsekonsulu
isə həbs edilmiĢdi. Bəzi məlu matlara görə, 28 apreldən sonra ingilis dairə lərinin
müsavatçılarla sovet hakimiyyətinə qarĢı mübarizəyə kö mək məqs ədilə görüĢləri
olmuĢdu. Ġngilis mətbuatı A zərbaycanın daxili vəziyyətini izləy ir, üsyanlar
haqqında ĢiĢirdilmiĢ, düzgün olmayan məlu matlar yayırdı.
Fransanın rəsmi dairə lərində də Sovet Azərbaycanına mənfı münasibət
bəsləyənlər var idi, onlar Tiflisdəki Fransa nümayəndəliyi vasitəsilə sovet
hökumətinə qarĢı çıxan üsyançılara kö mək göstərird ilər. Ġ.Əbilov 1922-ci il
martın 1-də M.D.Hüseynova "bizim əksinqilabçı‖ların Paris təĢkilatı Fransa
hökumətindən 3,3 mln frank pul aldığı barədə məlu mat göndərmiĢdi. Hətta