19
Belə Ģəraitdə sovet hakimiyyəti özünün iqtisadi siyasətini həyata
keçirməyə baĢladı. Bu, zaman etibarilə Sovet Rusiyasında vətəndaĢ müharibəsi və
dağıntı Ģəraitində məcburiyyət qarĢısında tətbiq edilən "hərbi ko mmunizm"
siyasəti ilə eyni vaxta təsadüf edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağı
idi. Sovet Azərbaycanı ilə Sovet Rusiyası arasında siyasi və iqtisadi sahədə
əməkdaĢlıq münasibətləri əksər hallarda qeyri-bərabər idi və Azərbaycan
Respublikasının müstəqilliyi pozulurdu. Azərbaycan SSR-in, ümumiyyətlə digər
müttəfıq respublikaların da suverenliyi faktiki olaraq kommunist partiyasının
"ümumi vahid beynəlmiləlçilik" siyasəti ilə, sosializm cəmiyyəti quruculuğunun
ümu mi qanunauyğunluqları deyilən prinsiplərlə əvəz olunmuĢdu. Halbuki
gerçəklik, real həyat sovet milli respublikaların ın, o cümlədən də Azərbaycan SSR-
in konkret özünəməxsus Ģəraitinin daim nəzərə alınmasını tələb edirdi. Lakin ma l-
qara və digər kənd təsərrüfatı məhsullarının tədarükü ilə əlaqədar qəzalarda
mü xtəlif ərzaq agentlikləri, tədarük ko missiyaları və vəzifəli Ģəxslər tərəfindən sui-
istifadə hallarına və qanunsuz hərəkətlərə yol verilir, ü mu miyyətlə
özgəninkiləĢdirilməli olmayan ev əĢyalarının, pal-paltarın və sairənin zorla
alınması halları təkrar edilirdi. Belə ö zbaĢınalığın respublikada fəhlə-kəndli
hakimiyyətinin əsaslarını sarsıtdığını nəzərə alaraq, N.Nərimanov Moskvadan
gələn kimi xüsusi əmr verərək bütün qəza inqilab komitələrinə, məntəqə və kənd
yoxsul ko mitələrinə, ərzaq orqanlarına tapĢırdı ki, sovet ölkəsində bu cür
yolverilməz halların qarĢısını birdəfəlik almaq üçün qəti tədbirlər görsünlər
28
.
Əyalət fövqəladə komissarları qəzalarda torpaq məsələsinə qanunsuz
olaraq müdaxilə edir, Azərbaycan Ġnqilab Komitəsinin torpaq haqqında dekretinə
əsasən həyata keçirilən siyasəti pozurdular. Azərbaycan Ġnqilab Komitəsi 1920-ci il
iyulun 28-də hökumət baĢçısı N.Nərimanovun xüsusi əmri ilə bu cür hərəkətləri
pisləmiĢdi
29
.
Ġqtisadi fəaliyyət sahəsində Sovet Rusiyasının təcrübəsini mənimsəməyin və
nəzərə almağın zəruri o lduğunu bildirən AK(b)P-nin II qurultayı (1920-ci il,
oktyabr) öz qətnaməsində göstərirdi: "RKP-nin (Rusiya Kommunist Partiyasının -
məsul red.) rəhbər qərarları yalnız o dərəcədə dəyiĢdirilə bilər ki, bunlar
Azərbaycanda, məsələn, aqrar münasibətlər və ya sovet quruculuğunun ayrı-ayrı
sahələrində yaranmıĢ Ģəraitdən fərqli Ģəraitdə qəbul edilmiĢdir, yaxud bunları daha
çox konkretləĢdirilməyə və dəqiqləĢdirilməyə ehtiyac var"
30
.
"Hərbi ko mmunizm" siyasəti sisteminə aid tədbirlərdən Azərbaycanda
bəziləri, özü də daha məhdud formada və qısa müddət ərzində həyata keçirilirdi.
Əgər "hərbi kommunizm" zamanı Sovet Rusiyasında xüsusi ticarətə yol
verilmirdisə, sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda azad ticarət mövcud
idi və yalnız 1920-ci il avqustun 26-da Azərbaycan Ġnqilab Komitəsi taxıl ticarəti
inhisarı haqqında dekret qəbul etmiĢ, bir sıra qəzalarda taxılın və baĢqa kənd
20
təsərrüfatı məhsullarının dövlət tədarükü tətbiq olunmuĢdu. Həmin dekret
Mərkəzin təzyiqi altında RK(b)P MK Qafqaz Bürosunun himayəsi ilə AK(b)P MK
vasitəsilə qəbul edilmiĢdi. 1920-ci il avqustun 6-da onların birgə iclasında RSFSR
xalq ərzaq ko missarının müavini M.Ġ.Fru mkinin Azərbaycanda iqtisadi siyasət
haqqında məruzəsi müzakirə olundu. Ġlk vaxtlar bütün mallar, ərzaq və zəruri tələbat
Ģeyləri ilə azad ticarətin elan olunmasının möhtəkirliyin yayılmasına, sovet
orqanları, habelə maliyyə sisteminin pozulmasına xeyli dərəcədə Ģərait yaratdığını
qeyd edərək AK(b)P MK qərara almıĢdı: "RSFSR-in iqtisadi siyasəti Azərbaycanda
dönmədən, lakin kifayət qədər ehtiyatla həyata keçirilməlidir və tədbirlər sovet
aparatının nizama salınmasına uyğun olaraq görülsün"
31
. Qərarda daha sonra
deyilirdi ki, kəndlilərə münasibətdə tədbirlərin hamısı onların bütün dövlət
tapĢırıqlarını yerinə yetirməsi ilə yanaĢı görülməlid ir; qolço maq ünsürlər bunları
yerinə yetirməkdən boyun qaçırdıqda dövlət tərəfindən məcburiyyət tədbirləri
tətbiq edilsin; yer quruluĢunun yeni əsaslarını və möhkəm ərzaq siyasəti və iqtisadi
siyasəti həyata keçirmək zəminində yoxsulları maddi cəhətdən maraqlandırmaq la,
onları "proletariat diktaturasının" kənddə sosial bazası kimi öz tərəfimizə çəkməyə
çalıĢmaq lazımdır.
Bütün taxıl məhsulları, habelə ən mühüm xammal növlərinin tədarükü
üzərində inhisar elan edilird i. "... Mal-qaranın tədarükü yalnız sapalaq qaydasınca,
inhisarsız aparılmalıdır. Ġnhisara alman ərzaq və xammala ümu mrusiya
qiymətlərinə uyğun möhkəm qiy mətlər qoyulmalıd ır... "
32
.
Tədarükü yalnız Xalq Ərzaq Komissarlığı aparırdı. Bütün əsas sənaye
məhsulları (parça, çay, Ģəkər, kibrit, dəmir, ĢüĢə, kənd təsərrüfatı maĢınları,
avadanlığı, ağ neft və s.) dövlət hakimiyyəti orqanları tərəfindən bölüĢdürülür, qalan
məhsullar isə sərbəst dövriyyədə idi. Yalnız kiçik kustar müəssisələri dövlətin
ixtiyarına verilmirdi.
1920-c i il sentyabrın axırında Azərbaycanda ərzaq sapalağı və ümumi
əmək mü kəlləfiyyəti tətbiq edildi.
1920-ci ilin oktyabrından etibarən fövqəladə səlahiyyətlərə malik olan
sovet təsərrüfat orqanlarının nümayəndələrindən ibarət "Azərbaycan SSR-in ərzaq
müĢavirəsi" bütün ərzaq iĢini birləĢdirmək, mərkəzləĢdirmək və ona rəhbərlik
etmək sahəsində fəaliyyətə baĢladı. Ancaq onun köməyi ilə tədarük olunan ərzaq
Bakının və qəza Ģəhərlərinin ehtiyaclarını ödəmirdi. Ərzaq müĢavirəsinin
məlu matına görə, Azərbaycanda taxıl çatıĢmazlığı 9 milyon pud miqdarında idi
33
.
Azərbaycan SSR əhalisi həmin vaxt öz ərazisində yerləĢən "Qızıl ordu"
hissələrinin və fəhlələrin ehtiyaclarını "hərbi kommunizm" siyasəti tədbirləri ilə
ödəmək iqtidarında deyildi.
Azərbaycanda yerləĢən "Qızıl ordu" hissələrindən bəzilərinin
komandirləri Azərbaycan hökumətinin yerli orqanları ilə əsla hesablaĢmır, özlərinə