2
Ordubadi M.S.,
göstərilən əsəri, səh. 105-116; Кафказский календарь на1913, Tiflis, 1912,
səh.66.
Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman kəndlərinə hücum
etmək əmri verilmişdi.
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar,
İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud,
Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq
və başqa kəndləri yerlə
yeksan etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
1
Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq
azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhali soyqırıma məruz qalmışdır.
1
Ordubadi M.S., göstərilən əsəri, səh.126-140.
2. ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ
XX əsrin əvvələrində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük
dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın,
ABŞ-ın, Almaniyanın xüsusi marağı var idi.
Birinci dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin
vəziyyəti ağırlaşmışdı. “Rusiyanın hakim dairələrindən boğazlara və Konstantinopola (İstanbula-
müəllif) yiyələnmək uğrunda mübarizəsi ənənəvi idi”
1
və bu istək yenidən baş qaldırmışdı.
1914-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz nazirləri çar II Nikolayın
mövqeyini müdafiə edərək birgə qərar
qəbul etmişdilər ki, “böyük Avropa müharibəsi baş
verərsə, Rusiya Bosfor və Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq
yolu ilə “şərq məsələsini” öz xeyrinə həll etməlidir”.
2
Digər tərəfdən, Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq öz mövqeyini
qoruyub saxlamaq üçün Almaniya ilə müttəfiq olmuşdu. Almaniya avqustun 1-də Rusiyaya
müharibə elan etmiş, avqustun 2-də Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanmışdı.
Müharibənin gedişində Rusiya ordusunun qarşısında
tab gətirməyən Almaniya qərb
cəbhəsindən rus qoşunlarının bir hissəsini geri çəkmək məcburiyyətində qoymaq üçün Türkiyəni
təşviq edirdi ki, Qafqaz cəbhəsindən hücuma keçsin. Türkiyə isə hərbə hazır deyildi. Səfərbərlik
yenicə elan edilmişdi. Almaniyadan gözlənilən sursat gəlib çıxmamışdı.
3
Bununla belə,
Türkiyənin hərbi naziri Ənvər Paşanın əmri ilə 29 oktyabrda türk gəmiləri Rusiyanın Qara dəniz
limanlarını bombalayır və Türkiyə-Rusiya
1
Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, M.1960, səh.56. z
2
Yenə orada, səh.56.
3
Süleyman Kosabas,
Tarihte Turk-Rus Musadelesi, İstanbul, 1989, səh.376.
müharibəsi başlanır. Rəsmi olaraq Qafqaz cəbhəsində isə Rusiya Türkiyəyə qarşı müharibəni
noyabrın 1-də elan edir.
Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 vilayətində “Qərbi
Ermənistan”dövləti yaratmaq istəyirdilər. Hələ 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni
burjuaziyası ilə saziş bağlamaqa və “məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək
Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdülər. Türkiyə hökuməti
1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. həmin sazişə
görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil,
hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi.
1
Müharibə başlanan kimi bütün ermənilərin katalikosu V.Gevorq
Qafqaz canişini
Vorontsov-Daşkova məktubla müraciət edərək “erməni məsələsini” həll etməyin vaxtı olduğunu
xatırlatmışdı. Canişin də onu əmin etmişdi ki, şərait yaranan kimi bu məsələ həll ediləcək.
Müharibənin əvvəlində rus ordularının Kerpüköy müharibəsində məğlubiyyətindən sonra 1914-
cü il dekabrın 20-də çar II Nikolay döyüş bölgəsinə gəlmiş əsgərləri ruhlandırmaq üçün onlara
mükafatlar təqdim etmişdi.
2
Bütün ermənilərin katolikosu V. Kevorqun çarla 15 dəqiqəlik görüşü olmuşdu.
İmperator demişdi: “- Zati müqəddəsləri, Sizi əmin edirəm ki, Siz nə arzu edirsinizsə,
yerinə
yetiriləcək, ancaq müharibədən sonra. Mən ermənilərin sədaqətinə tamamilə inanıram, erməni
xalqını yaxşı gələcək gözləyir. Siz hansı ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-idarəsi)
tətbiq edilməsini istərdiniz?
Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə qədər dəmir yolunu
Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər çatdırmaq olar.
1
В.Гурко-Кряжин, Erməni məsələsi, Bakı,1990, səh.12.
2
Süleyman Kosabas, göstərilən əsəri, səh.383.
İmperator: Həmin rayonlarda nə qədər erməni var? Onlar çoxdurlarmı?
Katolikos: Yeni sərhədlərdə erməni əhalisi
kifayət qədər olacaq, lakin Allahın və əlahəzrətin
mərhəməti ilə yeni azad üsul-idarə ki olacaq, onda Əbdülhəmidin rejimi və qırğınlar
zamanı vətənini tərk edən ermənilər Amerikadan, Misirdən və digər yerlərdən öz vətənlərinə
qayıdacaqlar.
İmperator: İnanıram, inanıram - demişdi.
Bundan sonra Katolikos Qafqazın canişini vasitəsilə bu məsələ ilə bağlı ona yazılı
müraciət etdiyini bildirir.
1
Göründüyü kimi, ermənilər “Böyük Ermənistan” dövləti yaratmaq üçün hər cür zəmin
hazırlamışdılar və qarşıda isə həmin ərazilərdə yaşayan türkləri bütün vasitələrlə sıxışdırıb
çıxarmaq, onların yerinə erməniləri məskunlaşdırmaq vəzifəsi dururdu.
Lakin 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə və sonralar İtaliya arasında
Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar keçirilmişdi. 1916-cı ilin mayında
bağlanan
gizli müqaviləyə əsasən (Sayks-Piko müqaviləsi nəzərdə tutulur) “Türkiyə Ermənistanın böyük
bir hissəsi sadə rus quberniyası şəkildə Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti həmin
ərazilərə kazakları (Don, Kuban, Sibir kazaklarını) köçürmək, bununla da Türkiyə Ermənistanını
ruslaşdırmaq istəyirdi.”
2
Ancaq sonralar ermənilərin gözlədiklərinin əksinə olaraq, 1916-cı il iyunun 8-də
imperator II Nikolay Türkiyənin işğal edilməsi haqqında əsasnamə imzaladıqdan sonra “Həmin
ərazilərdə yaradılmış 29 dairənin hərbi rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi.”
3
1
Арутюнян А., Кафказский фронт 1914-1917 qq., İrəvan 1971. səh. 345-346
2
Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского
командования на Кафказе, B.1990, səh.6.
3
Aрутюнян A., göstərilən əsəri, səh. 359.
Göründüyü kimi, Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini təmin
etmək üçün ermənilərdən
alət kimi istifadə edirmiş və Türkiyəyə xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirmiş.
“Daşnaksutyun” liderlərindən Kaçaznuni bu məsələyə münasibətində yazmışdır: “..ruslar bizi
aldatdılar və satdılar. Ruslar Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək
xəttini tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan” layihəsi həyata
keçirildi.”
1
Birinci Dünya müharibəsi dövründə İran Azərbaycanının Türkiyə sərhədlərinə yaxın
əyalətləri müharibə aparan dövlətlər üçün strateji kəsb edirdi. 1914-cü il noyabrın 6-da
Rusiyanın xarici işlər naziri Sazonov Rusiyanın Londondakı nümayəndəsi Bekendorfu xəbərdar
etmişdi ki, Türkiyə ilə müharibə zamanı rus qoşunları İranın bitərəfliyini pozacaqdır. Hələ 1914-
cü ilə qədər Peterburq və İstanbul İran Azərbaycanının ərazisindən müharibə meydanının cinahı
kimi istifadə etməyi nəzərdə tutmuşdular. Tehran hökumətinin gücsüzlüyünü görən tərəflər