Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə30/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

56
Komitə dövlətə aşağıdakıları 
tövsiyə edir: 

Qadın və qızların fahişəliyə satılma və yaxud orqan alveri və qul əməyinə məruz qalma hallarını aşkarlamaq, 
onlara reaksiya vermək və qarşısını almaq üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi 
üzrə  komissiyaları  müvafiq  insan,  maliyyə  və  texniki  resurslarla  təmin  etmək;  Uşaqların,  xüsusilə  qızların, 
müdafiə siyasətinin əsas aspektlərini həyata keçirmək üçün uşaqların milli müdafiə sistemini gücləndirmək və 
ya onu yenidən təşkil etmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 25(a));

İnsan alveri ilə mübarizə aparmaq üçün milli təyinat mexanizminin siyasi çərçivəsinin tam icrasını təmin etmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 24(b));

Uşaqların, xüsusilə qızların, iştirakı ilə pornoqrafiyanı cinayət əməli etmək, belə hallar üçün hüquqi şəxslərin 
cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  müvafiq  müddəaları  dəyişmək 
(CEDAW  Komitəsinin  Yekun 
müşahidələri  (2015), bənd 24(c));

Dövlətin sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri çərçivəsində satış, fahişəlik və pornoqrafiya 
cinayətlərinin  qurbanı  olan  uşaqların,  xüsusilə  qızların,  ehtiyaclarını  nəzərə  almasını  təmin  etmək 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2015), bənd 24(d));

Cinslər üzrə bölünmüş sistematik məlumat toplanmasını təmin etmək üçün küçə uşaqları, xüsusilə qızların, vəziyyətinə 
dair məlumatların toplanmasını təkmilləşdirmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 24(e));

Qadınları  fahişəliyə  sövq  edən  amilləri  tədqiq  etmək  və  fahişəliyi  tərk  etmək  istəyən  qadın  və  qızlar  üçün 
reabilitasiya/cəmiyyətə reinteqrasiya proqramları və mərkəzlərinin sayını artırmaq
 (CEDAW Komitəsinin Yekun 
müşahidələri (2015), bənd 24 (f)).
Dövlətin həyata keçirdiyi tədbirlər
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2009-2012-ci illər üçün ikinci Milli Fəaliyyət 
Planı  fiziki,  psixoloji  və  sosial  reabilitasiya,  təhlükəsiz  həyat  şəraiti,  tibbi  müayinə  və  müalicə,  tərcüməçinin 
müyəssərliyi, məhkəmələrdə hüquqi nümayəndəlik, peşə təlimi və əmək bazarı da daxil omaqla təhsilin əlcatanlığı və 
s. kimi vacib məsələlərin geniş siyahısını əhatə edir.
174
 Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə 
dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı 2014-cü ilin iyul ayında təsdiq edilmişdir.
175
  6 fevral 2014-cü il 
tarixdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İnsan alverinin qurbanı olmuş uşaqların sosial 
reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram təsdiq edilmişdir.
176
İnsan alverinin cinayət hesab olunması öhdəliyinə uyğunluğu təmin etmək üçün 2005-ci ildə Cinayət Məcəlləsinə 
bir sıra düzəlişlər edilmişdir.
177
 2013-cü ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə insan alverinin tərifi beynəxalq 
hüquqa uyğunlaşdırılmışdır.
178
 İcra mexanizmini gücləndirmək üçün Nazirlər Kabineti bir sıra qaydalar qəbul etmişdir: 
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları (11 avqust  2009-cu il);
179
 İnsan alveri 
qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları) (3 sentyabr 2009-cu il); 
180
 İnsan alverinin qurbanı olmuş 
uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları (19 noyabr 2009-cu il); 
181
 İnsan alveri qurbanlarının 
repatriasiya Qaydaları (10 sentyabr 2013-cü il).
182
174
  Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2009-2013-cü illər üçün  Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Preziden-
tinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 
175
  Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
176
  Proqram Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il, 37 No-li qərari ilə təsdiq edilmişdir.
177
  Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 30 sent-
yabr 2005, No 1020-IIQD.
178
  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubliaksının Qanunu, 19 aprel 2013, No 610-IVQD. 
179
  «İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Nazirlər 
Kabinetinin 11 avqust 2009-cu il tarixli, 123 N-li  Qərarı ilə təsdiq edilmişdir.
180
  “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 3 
sentyabr 2009-cu il tarixli, 131 N-li Qərarı ilə təsdiq eidlmişdir.
181
  "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədəAzərbaycan Respublikas-
inin Nazirlər Kabinetinin 19 noyabr 2009-cu il tarixli, 180 No-li Qərarı ilə təsdiq edilmişdir.
182
  “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 10 sentyabr 2013-cü il 
tarixli, 252 No-li Qərarı ilə təsdiq edilmişdir.


57
Uyğunsuzluqlar
Yuxarıdakı siyasət və prosedurların implementasiyası məhduddur. İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi 
və müdafiəsi, eyni zamanda günahkarların təqibi baxımından təxirəsalınmaz tədbirlər məhdud saydadır. Xidmət 
təhcizatçılarının qurbanlara yardım göstərmək üzrə bacarıqları məhduddur. 
İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası üçün davamlı mexanizmlər də hələ tam qurulmayıb. 
Sığınacaqlarda,  xüsusilə  Bakıdan  kənarda  regionlarda  sığınacaqlar  da  insan  alveri  qurbanlarına  dərhal  yardım 
göstərmək üçün yetərli kəmiyyət və keyfiyyət imkanlarına malik deyil.
Qurbanların  reabilitasiya  və  reinteqrasiyası  mexanizmləri  yalnız  insan  alveri  qurbanları  ilə  məhdudlaşır  və 
pornoqrafiya sahəsində istismar olunmuş və fahişəliyin qurbanı olmuş qadın və qızlara şamil olunmur.
Yerli və milli uşaq müdafiə sistemi uşaq əməyinin, xüsusilə qızların istismarı formaları ilə mübarizə aparmaq 
istiqamətində də gücləndirilməlidir
Cinayət Məcəlləsinin uşaq pornoqrafiyasının dövriyyəsi haqqında 171-1-ci maddəsində
183
 qızlar da daxil olmaqla 
uşaqları pornoqrafiyaya cəlb etməni qadağan edən spesifik müddəa yoxdur.Cinayət Məcəlləsi uşaq pornoqrafiyasına 
görə hüquqi şəxslər üçün cinayət məsuliyyəti müəyyənləşdirmir.
İnsan alverinə qarşı daha həssas olan küçə uşaqları, xüsusilə də qızlar haqqında hərtərəfli rəsmi məlumat yoxdur.
Ölkədə fahişəliyin səbəblərinə dair geniş tədqiqat aparılmamışdır.
Tövsiyələr
CEDAW  Komitəsinin  Yekun  müşahidələrində  verilmiş  ölkə  üzrə  tövsiyələr  uyğunsuzluqları  aradan  qaldırmaq 
üçün qanun, siyasət və digər tədbirləri əks etdirir:

Qadın və qızların fahişəliyə satılma və yaxud orqan alveri və qul əməyinə məruz qalma hallarını aşkarlamaq, 
onlara reaksiya vermək və qarşısını almaq üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi 
üzrə yerli komissiyaları müvafiq insan, maliyyə və texniki resurslarla təmin etmək; Uşaqların, xüsusilə qızların, 
müdafiə siyasətinin əsas aspektlərini həyata keçirmək üçün uşaqların milli müdafiə sistemini gücləndirmək və 
ya onu yenidən təşkil etmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), bənd 25(a));

İnsan alveri ilə mübarizə aparmaq üçün milli təyinat mexanizminin siyasi çərçivəsinin tam icrasını təmin etmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 25(b));

Uşaqların, xüsusilə qızların, iştirakı ilə pornoqrafiyanı cinayət əməli etmək, və belə hallar üçün hüquqi şəxslərin 
cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  müvafiq  müddəaları  dəyişmək
  (CEDAW  Komitəsinin  Yekun 
müşahidələri (2015), bənd 25(c));

Dövlətin sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri çərçivəsində satış, fahişəlik və pornoqrafiya 
cinayətlərinin  qurbanı  olan  uşaqlar,  xüsusilə  qızların  ehtiyaclarının  nəzərə  alınmasını  təmin  etmək 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2015), bənd 25(d));

Cinslər üzrə bölünmüş sistematik məlumat toplanmasını təmin etmək üçün küçə uşaqları, xüsusilə qızların vəziyyətinə 
dair məlumatların toplanmasını təkmilləşdirmək 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 25(e));

Qadınları  fahişəliyə  sövq  edən  amilləri  tədqiq  etmək  və  fahişəliyi  tərk  etmək  istəyən  qadın  və  qızlar  üçün 
reabilitasiya/cəmiyyətə reinteqrasiya proqramları və mərkəzlərinin sayını artırmaq 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri (2015), bənd 25(f)).
İndikatorlar

Dövlət qadın və qızların fahişəliyə satılma və yaxud orqan alveri və qul əməyinə məruz qalma hallarını aşkarlamaq, 
onlara reaksiya vermək və qarşısını almaq üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi 
üzrə yerli komissiyaları müvafiq insan, maliyyə və texniki resurslarla təmin edibmi? 
(CEDAW Komitəsinin Yekun 
müşahidələri  (2015), bənd 25(a));

Dövlət, uşaqların, xüsusilə qızların, müdafiə siyasətinin əsas aspektlərini həyata keçirmək üçün uşaqların milli 
müdafiə sistemini gücləndirmək və ya onu yenidən təşkil etmək üçün tədbirlər görübmü? 
(CEDAW Komitəsinin 
Yekun müşahidələri  (2015), bənd 25 (a));
183
  Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli,  408-IVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 171-1-ci maddə 
əlavə edilmişdir. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə