Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

Dərələrdən vüsət, dağlardan vüqar... 
Özünlə çiçəkli, güllü yaz gətir, 
Bir aşıq mahnısı, bir də saz gətir! 
Gətir, yollarına müntəzirəm mən! 
Gətir, bu fürsəti vermə əlindən! 
Ana yurdumuzun nəyi var gətir – 
Məhəbbət, sədaqət, etibar gətir!..
Osman Sarıvəlli
Söz ehtiyatı
6.  Mətndən çıxış edərək “sənə”, “nagahan”, “hali olmaq”, “vəcdə gəlmək”, “qumru”,
“vüsət”, “müntəzir” sözlərinin mənalarını izah etməyə çalışın.


Düşün və cavab ver
7.  “Kömürdən almaz çək, yarpaqdan ipək, Daşdan gövhər çıxart, buluddan şimşək”
misralarında ifadə olunan fikri şərh edin.
Dil qaydaları
8.  Göy rənglə verilmiş -mı  hissəciyinin şəkilçiyə və ədata xas olan xüsusiyyətlərini
araşdırın.
Yadda saxla!
 ƏDATLARIN ORFOQRAFİYASI
9.  Nöqtələrin yerinə müvafiq ədatları yazmaqla cümlələri köçürün.
xeyr, bəli, -ca , -mı , -sana
1.  Mən sənin üçün... istəmişdim bunu?
2.  ... , sizin dediklərinizlə razıyam.
3.  “Qorxulu nağıllar”dan yadımda qalanı “Qara... qızdır”.
4.  A Kos-Kosa, gəl... , Gəlib salam ver....
5.  Fəhlə, özünü sən də bir insan... sanırsan? (M.Ə.Sabir)
6.  ... , biz heç vaxt bu yoldan dönməyəcəyik.
10.  Verilmiş bayatıdakı ədatlarla bağlı suallara cavab verin.
Bayatıda hansı ədatlar var?
* Nəyə görə sonuncu misradakı feilin şəklini dəqiq müəyyən etmək mümkün
olmur?
Eləmi şüşə barı, 
Çəkilib şüşə barı, 
Sən dərdli, mən yaralı, 
Gəl gəzək qoşa barı.
11.  Debat. Mətndə qalın şriftlə verilmiş “bir” sözü saydır, yoxsa ədat?
12.  Altından xətt çəkilmiş misrada neçə feil var?
4
Ədatlar, adətən, sözlərdən ayrı yazılır. -ca , -mı , -sana  ədatları istisnadır: Dünən
yaxşıca əyləndik.
-mı  ədatı da, də köməkçi nitq hissələrindən sonra işlənəndə ayrı yazılır: Siz də mi
ora gedirsiniz?
Təsdiq və inkar bildirən bəli, xeyr, hə, yox ədatları cümlədə vergül işarəsi ilə
ayrılır: Xeyr, icazə vermirəm.
2
4
2
4
2
4
2


ŞƏKİ XAN SARAYI
Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, 
bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi. 
Nazim Hikmət
Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını
təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu
sarayın özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə
də XVIII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapıb.
Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq
elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən, saray Azərbaycanda ilk müstəqil
xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə
tikilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazdığına görə
saray bəzi mənbələrdə “Müştaq imarəti” kimi də qeyd olunmuşur. Tarixi mənbələrdə
Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi
göstərilir. Qeyd edək ki, Hüseyn xan Müştaq Azərbaycanın məşhur şairləri Molla Pənah
Vaqif və Molla Vəli Vidadi ilə dost olmuşdur. Vidadi öz “Müsibətnamə” əsərini də onun
ölümü münasibətilə yazmışdır.
1.  “Orijinal” sözünün mənalarını izah edin. Mətndə bu söz hansı mənada
işlənmişdir?


Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu
Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi və “Məhəmmədhəsən xan divanxanası”
adlandırıldığı xəbər verilir.
* * *
Şəki Xan sarayı üzü cənuba baxan ikimərtəbəli binadır. Binanın bir cərgədə yerləşən üç
hissəsi bir-birindən dəhlizlə ayrılır. Mərtəbələrin quruluşu eynidir.
Bura yolu düşən hər bir şəxsi, ilk növbədə, heyrətə gətirən, ..., binanın fasadındakı
şəbəkə pəncərə və qapılardır.
 Dünyada analoqu olmayan bu şəbəkələr çox xırda
həndəsi fiqurlardan ibarətdir. Şəbəkəni yaradan ağac parçalarının aralarına müxtəlif
rəngli şüşələr geydirilmişdir. Hər bir kvadratmetrdə orta hesabla 5000, mürəkkəb
yerlərdə isə 14000 ağac və şüşə element vardır. Rəngli şüşələrdən düşən işıq
divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə
odur ki, şəbəkələrin hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə
yapışqandan, nə də mismardan istifadə edilib.
Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə – döyüş
və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar
əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun”
poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli,
ornamentli şəbəkələrlə işlənib. Otaqların divarları ilə yanaşı, tavanını da incə naxışlar
bəzəyir.
* * *
Şəki Xan sarayının memarı şirazlı Zeynal Abidin olmuşdur.
Divar rəsmləri XVIII əsrdə yaradılsa da, sonralar dəfələrlə bərpa edilib. Sarayın divar
təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə
yazılıb. Burada şuşalı usta Qəmbərin, şamaxılı ustalar Əliqulu və Qurbanəlinin, rəssam-
nəqqaş Mirzə Cəfərin adlarına rast gəlmək mümkündür. Divarlardakı kitabələrdən
məlum olur ki, həmin sənətkarlar XlX əsrin sonunda binada işləmişlər.
XVIII əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı isə, ..., bunların içində qeyd edilməyib.
İkinci mərtəbənin tavanındakı təsvirdə usta Abbasqulunun adı yazılıb. Ancaq
Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat
yoxdur.
2.  Təsviri incəsənət fənnindən keçdiklərinizi xatırlayaraq həndəsi və nəbati
naxışlar haqqında bildiklərinizi danışın. Bu naxışlar Azərbaycanın daha hansı
qədim xalq sənətində geniş istifadə edilir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə