Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

Düşün və cavab ver
3.  Sillogizm qurmaqla Azərbaycan radiosunun ilk dəfə efirə çıxdığı tarixi müəyyən
edin.
4.  1990-cı il yanvarın 20-dən sonra elan edilmiş fövqəladə vəziyyət haqqında
məlumat toplayıb təqdimat hazırlayın.
Yazı
5.  Teleqraf və internet vasitəsilə 20 Yanvar hadisələri və Xocalı faciəsi haqqında
dünya ictimaiyyətini məlumatlandırmaq üçün mətnlər hazırlayın.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş modal sözlərdə vergülün işlənməsi ilə bağlı fərqi şərh
edin.
Yadda saxla!
 MODAL SÖZLƏRDƏ DURĞU İŞARƏLƏRİNİN İŞLƏNMƏSİ
7.  Cümlələrdə modal sözləri müəyyən edin və buraxılmış vergül işarəsini qoymaqla
dəftərinizə köçürün.
1.  Mənəvi saflıq doğrudan ən böyük sərvətdir.
2.  Ülkər deyəsən bizim gəlişimizi gözləmirdi.
3.  Təəssüf dolu baxışları ilə sanki üzrxahlıq edirdi.
4.  Elə bil başına bir qazan qaynar su tökdülər.
5.  Guya Nadir gəlsə, hər şey düzələcək.
6.  Məni unutmamısan görünür.
7.  Sən də bəlkə bizim dəstəyə qoşulasan?
8.  Verilmiş nümunələrin hansında “sözsüz” modal söz kimi işlənib? Fikrinizi
əsaslandırın.
1.  Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, 
Qaytarsan o yerişi, yerindəcə qalarsan. (Ə.Kərim)
2.  Müəllim tapşırıbsa, sözsüz, yerinə yetirməliyik.
Modal sözlər cümlədə vergüllə ayrılır. Sanki, elə bil (ki), guya modal sözləri
istisnadır.
Əvvəla, bunları sənə demişdim. 
Biz, deyəsən, məsələdən çox uzaqlaşdıq. 
Ramin bu işləri yarımçıq buraxacaq, təəssüf ki. 
Guya onu tanımırsan.


NEFT DAŞLARI
Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin,
səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz
qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar”
adlandırılması da məhz bununla əlaqədar idi. Yerli sakinlər su üzərinə yayılmış nefti
vedrələrlə yığıb istifadə edirlərmiş. Sakit, küləksiz günlərdə dənizə yanan bir kağız
düşəndə həmin yer bir an içində alova bürünərmiş. Gecələr bu mənzərə daha
cazibədar olurmuş. Bayram günlərində və ya hörmətli qonaqlar gələndə bu möcüzəli
atəşfəşanlıq məxsusi nümayiş etdirilər, hamını heyrətləndirərdi.
Hələ XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybət körfəzində dənizin
sahilə yaxın hissəsində qazılmış quyudan neft çıxarılmışdı. Neftin dənizdən sənaye
üsulu ilə hasilatı isə ötən əsrin 20-ci il lərindən başlamışdı. Həmin illərdə Bibiheybət
dağının sökülüb körfəzə doldurulması qoca Xəzəri addım-addım, qarış-qarış geri
çəkilməyə, öz yerini gələcək neft mədənlərinə verməyə məcbur etdi. Dənizdən
qoparılmış sahədə neft buruqlarının sayı sürətlə artırdı. Buradakı quyular gələcəkdə
açıq dənizdə neft hasilatı üçün, bir növ, sınaq meydançasına çevrildi. Tezliklə dənizin
dibində də neft aşkar olundu və taxta özüllər üzərində neft quyuları qazıldı.
1.  Sizcə, nə üçün bu hadisə yalnız küləksiz günlərdə mümkün olurdu?


İlk nəticələr dənizdən çıxarılan neftin iqtisadi səmərəliliyini sübut etdi. Lakin texniki
imkanların məhdudluğu, daha sonra isə II Cahan savaşının başlaması bu sahənin
inkişafına mane oldu.
Müharibənin nəhəng sobasında 50 milyon tondan artıq Bakı nefti yandırıldı. Bakı
neftçiləri gecə-gündüz yatmayıb faşist ordusuna qarşı döyüşən sovet tanklarını və
təyyarələrini yanacaqla təmin etdilər. 
Lakin onların bu şücaəti lazımınca
qiymətləndirilmədi.
 Müharibədən sonra bir çox şəhərlərə “Qəhrəman şəhər” adı verildi.
Fəqət onların qəhrəman olmasında misilsiz qəhrəmanlıq göstərən neft paytaxtı – Bakı
insafsızcasına unuduldu. Şəhər öz problemləri ilə təkbətək qaldı. Müharibənin vurduğu
ziyanın miqyası son dərəcə böyük idi. Texnoloji standartları pozmaqla mədənlərin
vəhşicəsinə istismarı nəticəsində dörd mindən artıq neft quyusu sıradan çıxmışdı.
Onları həyata qaytarmaq, eyni zamanda yenilərini qazmaq asan məsələ deyildi.
Nəhəng SSRİ isə iqtisadiyyatın bərpası üçün yenə də Bakıdan neft tələb edirdi.
Azərbaycan neftçiləri müharibənin neft sənayesində yaratdığı problemləri tezliklə
aradan qaldırmalı idilər. Köməyə yenə də doğma Xəzər gəldi.
1947-ci ildə dənizin 5-6 metr dərinliyində ilk estakadalar quruldu. Beləliklə, Xəzərin
genişmiqyaslı tədqiqinin, onun neft ehtiyatlarının istismarının bünövrəsi qoyuldu.
Dənizin dərinliklərində böyük neft yatağı aşkar edildi.
 Bu, “Qara daşlar” idi. 1949-cu
ildə neftçilərimizin ilk dəstəsi “Qaradaşlar”a yollandı. Dünya təcrübəsində ilk dəfə idi
ki, sahildən 40 kilometr aralı, açıq dənizdə qazma işləri başlanırdı. Bunun üçün
sahildən gətizdirilən köhnə gəmi dənizin dayaz yerində yarıyacan suya “otuzduruldu”.
Onun göyərtəsində qazmaya hazırlıq işləri görüldü. Sonralar burada daha altı gəmi
batırıldı. “Yeddi gəmi adası” adı belə yarandı. Gəmilər neftçiləri dalğalardan qoruyur,
onlar üçün ev, anbar, idarə, istirahət yeri kimi xidmət edirdi.
2.  Nəyə görə Bibiheybət neft quyuları dənizdə neft hasilatı üçün sınaq
meydançası hesab edilirdi?
3.  Altından xətt çəkilmiş cümlələri şərh edin.
4.  “İstismar” sözünün bu abzasda işlənmiş mənasını digər mənaları ilə müqayisə
edin. Bu sözün omonim, yoxsa çoxmənalı söz olduğunu müəyyənləşdirin.


1949-cu il noyabrın 7-si Azərbaycanın neft tarixinə həmişəlik yazıldı. Bu, dünya neft
tarixində də fövqəladə bir hadisə idi. Həmin gün dərinliyi 1000 metr olan 1 saylı quyu
güclü fontan vurdu. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə
ərazinin əvvəlki “Qara daşlar” adı “Neft daşları” ilə əvəzləndi. “Neft daşları” gündən-
günə böyüyür, genişlənir, quyuların sayı artırdı. Dünyada ilk dəfə olaraq polad
dayaqlar üzərində dəniz yolları – estakadalar quruldu, ümumi uzunluğu 300 kilometrə
çatdırıldı. Estakadalar “Neft daşları”nı qəsəbəyə çevirdi. “Neft daşları”na xas həyat
tərzi, sosial-məişət münasibətləri yarandı. Burada neftçilərin yeni nəsli yetişdi,
formalaşdı, təşəkkül tapdı.
“Neft daşları” Xəzərdə neft ehtiyatlarının gələcəkdə daha geniş, daha dəqiq tədqiqinin
əsasını qoydu. Sonralar Türkmənistan, Qazaxıstan, Dağıstan sularında kəşf edilib
istismara verilən neft yataqları da Azərbaycan neftçilərinin adı ilə bağlıdır. “Neft
daşları”nda hazırlıq 
keçmiş
 mütəxəssislərimiz öz zəngin təcrübələrini
keçmiş
 SSRİ-nin bütün bölgələrində, ... Bolqarıstanda, Vyetnamda,
Hindistanda, Braziliyada, Pakistanda və başqa ölkələrdə yaydılar.
“Neft daşları”nın 1999-cu ildə keçirilmiş 50 illik yubileyində ümummilli liderimiz Heydər
Əliyev dəniz neftçilərinə ünvanladığı təbrikdə “Neft daşları”nı “XX əsrdən XXI əsrə
atılmış bir körpü” adlandırmaqla bu dəniz şəhərinin böyük gələcəyinə inamını ifadə
etmişdi.
Bu gün dünyanın səkkizinci möcüzəsi adlandırılan “Neft daşları” – Abşeron
yarımadasından 42 kilometr cənub-şərqdə, dənizin dibinə bərkidilmiş metal dirəklərin
üstündəki estakadalar üzərində, dəniz səthindən bir neçə metr hündürlükdə salınan,
Azərbaycanın şərqində ən sonuncu yaşayış məntəqəsi olan əfsanəvi dəniz şəhəri –
yurdumuzu dünyaya tanıdan unikal məkanlardan biridir.
Nazim Rza İsrafiloğlunun 
“Odlu məmləkət” kitabından
5.  Təxəyyülünüzə uyğun olaraq “Neft daşları”nda yaşayanların həyat tərzini
təsvir edin.
6.  Heydər Əliyevin “Neft daşları” haqqında işlətdiyi ifadəni izah edin.
7.  Sonuncu cümlədən aldığınız məlumatları müstəqil cümlələrlə ifadə edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə