Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

* * *
Azərbaycan incəsənətinin möhtəşəm əsəri əsarət dövrünün acı zərbələrinə sinə gərib
yaşadı, gözəllik və əzəmətini qoruya bildi. Vaxtilə rus müstəmləkəçilərinin qəddar
münasibəti ilə üzləşən, məscidi rus kilsəsinə, hərəmxanası türməyə çevrilmiş sarayda
mütəxəssislər dəfələrlə bərpa işləri apardılar və abidə ilkin halına qaytarıldı.
Bu gün Şəki Xan sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin
ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında əkilmiş yüzillik xan çinarlar isə
sanki tarixin səhifələrindən söz açır, gələnləri XVIII əsrə dəvət edir.
Sahibə Tərtərli
Söz ehtiyatı
3.  Mətnə əsasən, “buxarı”, “taxça”, “nəqqaş”, “illüstrasiya”, “ornament” sözlərinin
mənasını təxmin edin və lüğətin köməyi ilə dəqiqləşdirin.
Düşün və cavab ver
4.  Araşdırma. Azərbaycan memarlığının daha hansı nümunələri ümumdünya
mədəni irsi siyahısına daxil edilmişdir?
5.  Mətnin hər bir hissəsinə uyğun başlıq verin.
6.  Şəki xan sarayının divarının bir hissəsini əks etdirən bu şəkil mətndəki hansı
məlumatları təsdiqləyir?


Dil qaydaları
7.  Mətndə göy rənglə verilmiş cümlələrdə nöqtələrin yerinə təəssüf ki, əlbəttə ki
sözlərindən uyğun gələnini artıraraq cümləni oxuyun.
Yadda saxla!
 MODAL SÖZLƏR
8.  Cümlələrdə altından xətt çəkilmiş sözlərdən asılı olaraq danışanın öz fikrinə
münasibətini müəyyən edin.
1.  O, uzun axtarışlardan sonra, nəhayət, bu maddənin sirrini öyrəndi.
2.  Hekayə çox maraqlı idi, sanki təcrübəli müəllif yazmışdı.
3.  Şübhəsiz, biz bu istiqamətdə işimizi davam etdirməliyik.
4.  Heyif ki, bir az gec gəldin.
5.  Bütün gördüklərim, olmaya, yuxu imiş.
A      B      C      D      E 
Yəqinlik bildirir.
A      B      C      D      E 
Güman, şübhə bildirir.
A      B      C      D      E 
Təəssüf bildirir.
A      B      C      D      E 
Nəticə ifadə edir.
A      B      C      D      E 
Bənzətmə bildirir.
9.  Nöqtələrin yerinə müvafiq modal sözləri yazmaqla cümlələri köçürün.
1.  ... bu işi uğurla başa çatdıra bilmədik. 
(sanki, əfsus ki)
2.  ... sən bu gün onunla görüşsən, yaxşı olardı. 
(təəssüf ki, zənnimcə)
3.  ... qəlbimdən gələn bir səs məni irəli getməyə qoymurdu. 
(elə bil, deməli)
4.  ... hər dəfə səni görəndə bunu demək istəmişəm. 
(ehtimal ki, düzü)
5.  ... bu dəfə qalib gələcəyik. 
(şübhəsiz, əfsus)
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə modal sözlər deyilir.
Əlbəttə, toplantıya gedəcəyəm. Bəlkə də, toplantıya gedəcəyəm.
Birinci cümlədən məlum olur ki, danışan toplantıya mütləq gedəcək. İkinci cümlədə
isə o, toplantıya gedəcəyinə əmin deyil. Cümlədə bu münasibəti yaradan “əlbəttə”,
“bəlkə də” modal sözləridir.
Doğrudan (da), əlbəttə (ki), güman (ki), deyəsən, yəqin (ki), bəlkə (də), əvvəla,
nəhayət, ümumiyyətlə, beləliklə, heyif (ki), təəssüf ki, sanki, elə bil (ki), guya (ki)
və s. dilimizdə ən çox işlənən modal sözlərdir.


DÜNYA 
20 YANVARDAN 
NECƏ XƏBƏR 
TUTDU
Yayım apardığı 64 il ərzində Azərbaycan radiosu ilk dəfə idi ki, efirə vaxtından yarım
saat əvvəl, özü də himnsiz, diktor elanı, “Danışır Bakı” sədaları olmadan çıxırdı.
Əvvəlcə bir uğultu gəldi, efiri xışıltı bürüdü, qırıq-qırıq səslər eşidildi. Sonra kimsə kal
səslə mikrofona məlumat oxumağa başladı.
Yad səslə oxunan məlumat 20 Yanvar gecəsində Bakıda baş vermiş qanlı hadisələrin
mahiyyətini yalanlarla ört-basdır edir, sovet ordusunun törətdiyi vəhşiliklərə bəraət
qazandırmağa çalışırdı. İnsanların sovet imperiyasına nifrətini daha da coşduran bu səs
Bakıda fövqəladə vəziyyət elan olun duğunu bildirirdi. “Diktor” hərbi komendant
Dubinyakın əmrlərini oxuyur, əhalini evlərdə oturub küçələrə çıxmamağa çağırırdı.
Bir neçə saat əvvəl Azərbaycan televiziyasının enerji bloku partladılmış, televiziya
susdurulmuşdu. Bakı qırğınını planlaşdıran hərbçilər yalnız radio ilə istədikləri
məlumatları yayırdılar.
20 Yanvarın acı səhəri bəd xəbərlər püskürürdü: 131 nəfər öldürülmüş, 742 nəfər
yaralanmış, onlarca adam itkin düşmüşdü. İşğal olunmuş şəhər yas içində idi, şaxtalı,
sazaqlı, tutqun havadan sanki ağır bir kədər yağırdı. İnsanlar nə axtardıqlarını özləri də
bilmədən, məyus halda qan tökülmüş küçə və meydanları gəzib-dolaşırdılar. Hamı


hüznlü və eyni zamanda qəzəbli idi. Nəqliyyat işləmirdi. Yalnız ağır tanklar mərkəzi
küçələrdə öz bədheybət tırtılları ilə yolları oyaraq sağa-sola cövlan edirdi.
Səhər tezdən radioya işə gələn əməkdaşlar avtomatla qarşılandılar. Bütün studiyaların
qarşısında üz-gözlərindən zəhrimar yağan rus əsgərləri keşik çəkirdilər. Artıq radionun
diktor otağı da zəbt olunmuş və burada hərbi senzor fəaliyyətə başlamışdı. Senzor
bəyan etmişdi ki, hələlik diktorlara ehtiyac olmayacaq, materialları efirə özləri
oxuyacaqlar. Hərbçilər arasında Azərbaycan dilində danışanlar – sapı özümüzdən olan
baltalar da var idi. Xüsusi canfəşanlıq göstərən bir praporşik də belələrindən idi. Səhər
tezdən hərbi komendantın ilk “rəsmi” məlumatlarını höccələyə-höccələyə efirə oxuyan
da, 
yəqin
, həmin şəxs idi.


* * *
Həmin günlər efirdə yalnız kədərli musiqilər səslənir və hərbi komendantın
məlumatları oxunurdu. Lakin qəflətən radio dalğalarında 
sanki
 ildırımlar oynadı,
gurultulu bir şimşək çaxdı. O vaxt Azərbaycan Ali Sovetinin sədri olan Elmira
Qafarovanın kəskin bəyanatı gözlənilmədən efirdə səsləndi. Moskvanın ünvanına
kəskin ittiham kimi səslənən həmin bəyanat bu üsyankar cümlələrlə bitirdi: “Tökülən
günahsız qanlar üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun
icrasını təmin etmiş SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşür.
Azərbaycan xalqı oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə
bağışlamayacaq...”
Bu bəyanat heç kimlə razılaşdırılmamışdı. Sadəcə, yanvarın 20-də günün ikinci
yarısında E.Qafarova köməkçisinin müşayiəti ilə studiyaya gəlmiş və radio işçilərinin
fədakarlığı sayəsində öz bəyanatını Azərbaycan və rus dillərində birbaşa efirdə
oxumuşdu. Əməkdaşlar həmin bəyanatı lentə yazmış və gün ərzində bir neçə dəfə
səsləndirməyə nail olmuşdular. Əlbəttə, olduqca sərt hərbi senzura şəraitində bu
bəyanatı efirə vermək sadə iş deyildi. Ertəsi gün radio işçiləri həmin bəyanatı gizlincə
Türkiyəyə, İrana və ərəb ölkələrinə yaydılar.
Bu “özbaşınalıq”dan xəbər tutan hərbi senzor yanvarın 24-də xarici verilişlərin yayımını
tamamilə dayandırdı. Amma artıq gec idi. Bəyanat “Azadlıq” radiostansiyası ilə də
səsləndirilmiş və bəzi qəzetlərdə çap olunmuşdu. Ümumiyyətlə, həmin günlərdə
Almaniyadan efirə çıxan “Azadlıq” radiosu 20 Yanvar faciəsini geniş işıq landırır,
Azərbaycan xalqının üzləşdiyi faciə barədə dünyaya məlu matlar yayırdı.
Faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyində sərt çıxış edərək SSRİ
rəhbərliyini tənqid atəşinə tutan görkəmli siyasətçi Heydər Əliyevin bəyanatı radio ilə
dünyaya yayıldı.
Qulu Məhərrəmli
Söz ehtiyatı
1.  Kontekstdən çıxış edərək “fövqəladə vəziyyət”, “enerji bloku” birləşmələrinin və
“senzura”, “praporşik” sözlərinin mənalarını izah edin.
2.  “Sapı özümüzdən olan baltalar” ifadəsini necə başa düşürsünüz? Sizcə, bu ifadədə
“sap” sözü hansı mənada işlənir? İfadənin mənasını təxmin edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə