Azərbaycan diLİ VƏ tariXİ


§ 10. ĠLK ALBAN HÜQUQĠ SƏNƏDĠ -AQUEN



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə24/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   20   21   22   23   24   25   26   27   ...   217

50 

 

§ 10. ĠLK ALBAN HÜQUQĠ SƏNƏDĠ -AQUEN 



QANUNLARI 

 

Aquen  kilsə  məc lisin in  qanuni  qərarları  və  VII  əsrin  alban  kato likosu 



Simeonun  qərarları  alban  hüququnun  dövrümüzədək  gəlib  çatmıĢ  qədim  yazılı 

abidələridir.  Bu  kilsə  məclisi  V  əsrdə  alban  hökmdarı  III  Vaçaqan  tərəfindən 

Aquen adlanan sərhəd məntəqəsində çağırılmıĢdı. 

Aquen  qanunları  böyük  əhəmiyyətə  malik,  erkən  o rta  çağlar 

Albaniyasının  indiyə  qədər  qorunub  qalmıĢ  yeganə  tarixi-hüquqi  sənədidir.  Bu 

abidədə  mü xtəlif  ictimai  təbəqələrin  sosial  və  hüquqi  münasibətləri  ö z  əksini 

tapmıĢdır. 

Aquen  qanunlarının 

qəbul 

olunduğu 



zamanadək 

Albaniyada, 

Ermənistanda  və  Gürcüstanda  kilsənin  ehtiyac  və  maraqlarını  ifadə  edən  tərcümə 

və  orijinal  qanun  mətnləri  mövcud  idi:  hüquqi  normalarla  b irlikdə  Bib liyanm 

tərcüməsi,  ü mu mdünya  kilsə  məc lislərin in  (325-ci  ilin  Nikeya,  381-ci  ilin 

Konstantinopol,  431-c i  ilin  Efes  kilsə  məclislərinin)  bütün  xristianlar  üçün  icbari 

olan  qanunları.  Ümu mdünya  kilsə  məclislərinin  hüquqi  kodekslərin in  müəyyən 

təsiri  və  Albaniyada  ictimai  münasibətlərin  daxili  inkiĢafı  nəticəsində  alban 

qanunlarının yaradılması zərurəti meydana gəldi.  

Alban  hökmdarı  III  Vaçaqan  Albaniyanın  müstəqilliyin i  möh-

kəmləndirməyə  can  ataraq,  yad  dini-siyasi  təsirlərə  və  yadelli  qüvvələrin 

assimilyasiya  siyasətinə  qarĢı  dura  biləcək  müstəqil  alban  kilsəsinin  böyük  siyasi 

rolunu  nəzərə  alaraq  alban  kilsəsinin  dayaqlarını  möhkəmləndirməyi,  onu  iqtisadi 

cəhətdən gücləndirməyi  zəruri hesab edirdi.  Bıınu  isə  alban  kilsə hüquqi normalarının 

qəbul  olunması  yolu  ilə  etmək  mümkün  idi.  III  Vaçaqan  bu  məqsədlə  Aquen  kilsə 

məclisini çağırdı. 

Aquen  qanunlarının  ayrıca  nəĢri  mövcud  deyildir.  Bu  qanunlar  Moisey 

Kalankatlının  "Alban  tarixi"  əsərində  və  "Erməni  qanunları  kitabı"nda 

("Kanonagirk"də) nəĢr olunmuĢdur. 

Aquen  məclisi  tərəfindən  iĢlənmiĢ  və  qəbul  edilmiĢ  qanun  Nizamnaməsi 

giriĢdən  və  21  maddədən  ibarətdir.  GiriĢ  hissəsində Aquen  kilsə  məclisinin səbəbləri 

haqqında danıĢılır. 

Kilsə  məclisi  ruhani  olmayanlarla  ruhanilər,  kübar  cəmiyyətindən  olan 

azatlarla  sadə  əhali  -  ramiklər  arasında  baĢ  verən  çəkiĢmələrə  qarĢı  təcili  tədbirlər 

qəbul edilməsi üçün çağırılmıĢdı. 

Görünür,  qanunlar  bizə  tam  redaksiyada  gəlib  çatmamıĢdır.  Çünki,  qeyd 

edilmiĢ  "azatlarla  ramiklər  arasında  olan  çəkiĢmələr"  qanunlarda  öz  əksini 

tapmamıĢdır. 

Qanunların  təhlili  onları  dörd  qrupa  bölmək  imkanı  verir:  1)  ruhanilərə  (kilsə 

xadimlərinin  qarĢılıqlı  münasibətlərinə,  ruhanilərin  hüquq  və  vəzifələrinə)  aid  olan 

qanunlar;  2)  ruhanilərlə  dünyəvi  əyanlar  arasında  olan  münasibətləri  tənzimləyən 



51 

 

qanunlar;  3)  ruhanilərlə  dünyəvi  əhali  a rasındakı  münasibətləri  tənzimləyən 



qanunlar; 4) sırf hüquqi səciyyə daĢıyan qanunlar. 

I, II, VI,  VII, IX, XV, XVI maddələr həmin qanunların birinci qrupuna aiddir. 

I qanunda deyilir: "Kənd keĢiĢləri ildə iki dəfə yepiskopa hörmət göstərməli,  müqəddəs 

kitablar  üzrə  ondan  din nizamlarını  öyrənməli  və  adətə  görə  ona  ildə  bir  dəfə  hədiyyə 

aparmalıdır". 

II  qanunda  deyilir:  "KeĢiĢ  və  ondan  aĢağı  vəzifələrə  təyin  etdikdə,  keĢiĢ 

dörd dirhəm, ondan aĢağı vəzifəyə keçirilən iki dirhəm verməlidir". 

I  və  II  qanunlar  kilsə  iyerarxiyasını  möhkəmləndirir,  aĢağı  vəzifəli  kilsə 

xadimlərinin  yuxarı  vəzifədə  olan  kilsə  xadimləri  qarĢısındakı  vəzifələrini 

müəyyənləĢdirir,  kilsə xidməti  zamanı iyerarxiya prinsiplərinə  əməl olunmasını tələb 

edir. 

VI, XV, XVI qanunlar ruhani təbəqəsindən olan yepiskopların, keĢiĢlərin aĢağı 



vəzifəli  kilsə  xid mətçilərinə  münasibətindəki  yurisdiksiyasını  müəyyənləĢdirmək 

məqsədi  güdür.  Təqsiri  olan  iereyi  və  yaxud  dyakonu  yepiskop,  keĢiĢ  mühakimə 

edirdi.  Kilsə  vəzifəsindən  məhrumetmə,  torpaq  payını  əlindən  alma,  tövbə  üçün 

xəlvət  yerə  göndərilmə,  kənddən  qovulma,  qanunlar  üzrə  cəzalandırma  -tənbeh 

növlərindən idi. 

Hüquqi  baxımdan  XV  və  XVI  qanunlar  həm  cinayət  hüququ  normasını 

(böhtan  haqqında),  həm  də  məhkəmə  hüququ  normasını  (məhkəmə  sübutları) 

özündə ehtiva edir. 

VII  və  IX  qanunlar  iereylərin  və  bir  kilsəyə  mənsub  olan  dindarların 

müəyyən  nisbətini  müəyyənləĢdirir.  Bir  kilsəyə  mənsub  olan  dindarların  sayı 

iereylərin sayı ilə u zlaĢ malı idi. 

Ruhanilərlə  dünyəvi  əyanlar  arasındakı  münasibətləri  tənzimləyən  ikinci 

kateqoriyadan  olan  qanunları  (III,  XVII,  XVIII,  XX,  XXI  qanunlar)  nəzərdən 

keçirək. 

Aquen kilsə məclisin in XXI  maddəsində deyilir: "Əgər azat öz  kilsəsində 

səcdəgah qurmaq və ya oraya quru cəsəd gətirmək və ya nahar ibadətini keçirmək 

istəsə,  bunları  o,  mü mkünsə  yepiskopun  icazəsi  ilə  etməlid ir.  Kim  ki,  bunları 

yepiskopun  icazəsilə  edir,  ona  uğurlar  olsun.  Kim  ki,  bunu  yepiskopun  icazəsi 

olmadan  edir,  o,  kilsədən  uzaqlaĢdırılır  və  yepiskopa  imkan ı  daxilində  cərimə 

gətirir.  Yalnız qanunlarda nəzərdə tutulmuĢ cərimən i gətirəndən sonra o, xeyir-dua 

ala  bilər".  Burada  yenə  də  Aquen  kilsə  məc lisinə  qədərki  dövrdə  fəaliyyət 

göstərmiĢ, bizə məlu m o lmayan qanunlar xatırlan mıĢdır.  

Bu  normala r  yepiskopların  nüfuzunun  və  hakimiyyətinin 

möh-


kəmləndirilməsi,  habelə  onların  "gəlir"dəki  payının  saxlan ması  məqsədini  güdür. 

Gö rünür,  bu  "gəlir"  onların  (kilsə  xid mətçilərin in)  günorta  ibadəti  keçirilərkən, 

əzablara  məru z  qalmıĢ  Ģəxslərin  quru  cəsədləri  nümay iĢ  etdirilərkən,  səcdəgah 

qoyularkən əldə etdikləri mənfəət hesabına yaranırdı.  

Aquen  kilsə  məclisinin  XX  maddəsi  ruhanilərin,  xüsusilə  yepiskopların 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə