Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə36/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   32   33   34   35   36   37   38   39   ...   217

75 

 

təbəqəsini  zadəganlar  -  vaspuxrlar  (Ģahzadələr),  Ģəhriyarlar  və  vuzurqlar  (əyanlar), 



azadlar  (azad  adamlar,  kübarlar)  təĢkil  edirdi.  336-cı  ilə  aid  edilən  MiĢkinĢəhr 

(Cənubi  Azərbaycanda) kitabəsində şəhriyar, vuzurq və azad terminləri qeyd edilib. 

Vu zurq  kateqoriyasına  ilk  növbədə  adlı-sanlı  nəsillərin  -hələ  Parfiya  dövründən 

tanınan yerli Karenlər, Surenlər, Spendiyalar,  Mihranilər,  Spahbedlər  və  b.  nəsillərin 

üzvləri daxil idilər. Onlar  imperiyanın ayrı-ayrı vilayətlərində geniĢ torpaq sahələrinə 

malik  idilər:  Surenlər  -  Sistanda,  Karenlər  -  Nihavənddə,  Spahbedlər  -  Qurqan  və 

Dehistanda, Spendiyalar və Mihranilər Rey ərazisində. 

"Azad"ların  tərkibinə  kübarlarla  yanaĢı,  "süvarilər"  (əsvar),  mülk  sahibləri 

(kadaq-xvadan)  daxil  idi.  Gö rünür,  "azad"ların  xüsusi  qrupunu  dehqanlar 

(mülkədarlar,  feodallar) təĢkil  edirdi.  Ġranda  VIII  əsrədək qalmıĢ,  hərbi  qulluqçu  olan 

"süvarilər"  Ģərti  torpaq  sahibi  (xvastak,  xostak)  idilər.  Nəslin  kiĢi  davamçısı 

"süvarilər  siyahısı"na  düĢməsəydi,  həmin  torpaqlar  sahibinin  ölü mündən  sonra 

xəzinəyə qaytarılırdı. 

Üçüncü  zümrə  olan  katiblər  (dəbir)  qrupuna  nəinki  xidməti  idarələrin 

katibləri,  dəftərxana  mirzələri,  salnaməçilər  və  b.,  eləcə  də  həkimlər,  münəccimlər, 

musiqiçilər  və  görünür,  xırda  və orta  məmurların bir qismi daxil idi. Katiblər arasında 

tanınmıĢ nəsildən olan Ģəxslərə də rast gəlmək olurdu. 

Dördüncü,  vergi  verənlər  zümrəsi  özündə  bütün  zəhmətkeĢ  əhalini  - 

əkinçiləri,  maldarları,  sənətkarları,  eləcə  də  ticarətlə  məĢğul  olanları  birləĢdirirdi. 

Orta fars qaynaqlarında IIl-VII əsrlərə aid bir çox inkiĢaf etmiĢ sənət növlərinin adları 

çəkilir;  burada  dəmirdən bel və balta düzəldən dəmirçi (ahanqar), dəmirçilik  sənəti  ilə 

bağlı  olan  xəncər-qılınc  ustası  (çelenqar)  haqqında  məlu mat  var.  Adları  sadalanan 

sənətkarlar  arasında  çörəkbiĢirən  (nanbaq),  dabbağ  (postqar),  rəngsaz  (ranqraz), 

çəkməçi  (kafşqar),  sarvan  (sartva),  dəllək  (varzviray),  qayıqçı  (navaz)  da  var  idi. 

Dosenqar  adlanan  dulusçular  gil  qab  hazırlayırdılar;  dulusçu  ustanın  əlaltısı  olan 

kulvarqar  isə  gil  tutan  idi.  Dülgərlərin  iĢi  taxtanı  istifadə  üçün  hazırlamaq,  eləcə  də 

çarpayı, qapı və baĢqa Ģeyləri düzəltmək idi. 

Ġki cür zərgər var idi: bir qismi qızıldan iri Ģeylər - kuzə, tac, qab, cütqabağı 

hazırlayır, digərləri isə qızıl və gümüĢdən sırğa, qolbaq, üzük düzəld irdilər. 

Sənətkarlar  sırasında  nəqqaĢların  (niqarqar),  müxtəlif  peĢəli  tikinti 

fəhlələrinin  də  adları  çəkilir.  Ortafars  mənbələrindən  birində  ("Zadspramın  seçilmiĢ 

[əsəri]"ndə) belə bir maraqlı məlumat vardır: "Birisi ev tikdirmək istəsə? üç adam seçir: 

bunlardan biri  yaxĢı  özül  ustası olur, baĢqası divarları hörməkdə ustadır,  üçüncüsü  isə 

yaxĢı dam düzəldir". Mənbələrdə inĢaatçı və memarlar ümumi raz-kir-roq termin i  ilə 

ifadə olunurlar. 

Sənətkarlar rəislərin baĢçılıq etdikləri korporasiya və sexlərdə  birləĢ miĢdilər, 

sənətkarların  baĢçıları  isə  kirroqbed  adlanırdı.  Bütün  "vergi  verən"  zümrənin 

baĢında vastarioĢan-salar dururdu. 

Sənətkarlar  Ģəhərlərdə  məhəllə-məhəllə  məskən  salır,  onların  yaĢadıqları 

küçə  peĢələrinə görə adlanırdı. Ticarətin  növləri  üzrə bazarlarda sıralar təĢkil olunurdu. 




76 

 

Lakin ticarət ləyaqətli peĢə sayılmırd ı. 



Yalnız  nadir  hallarda  bir  zümrədən  daha  imtiyazlısına  keçmək  olurdu. 

"Denkard"da belə deyilirdi: "Öz borcundan və zümrəndən boyun qaçırma". 

Qullar  heç  bir  zümrəyə  aid  deyildilər.  III-VII  əsrlərdə  tarixi  Azərbaycanın 

cənub  hissəsində  quldarlıq  inkiĢaf  etmiĢ  uklad  Ģəklində  mövcud  idi.  Qullar  kənd 

təsərrüfatında,  Ģah  mədənlərində,  məbəd  təsərrüfatlarında  çalıĢırdılar.  VI  əsrdə  baĢ 

verən Məzdək hərəkatından sonra quldarlığın əsasları sarsıldı; lakin bundan sonra da hələ 

xeyli müddət, xüsusilə məbəd və ailə təsərrüfatlarında qul əməyindən istifadə edilirdi. 

Dövrün  mənbələri  əhalinin  bizə  məlum  olan  bütün  dini  qruplarında  qul  olması 

faktlarını təsdiq  edir.  Məsələn, qeyri-azad  atəĢpərəstlər  haqqında  yalnız  pəhləvi  mən-

bələri  deyil,  baĢqa  qaynaqlar  da  xəbər  verir.  Xristian  qullar  haqqında  siryani 

qanunnamələrində,  ĠĢoboxtın  hüquq  məcəlləsində,  eləcə də  islamın  ilk  çağında  Ġranda 

mövcud olan xristian kilsəsi baĢçılarının əsərlərində məlumat vardır.  Görünür, qulların 

əsas  kütləsini  anĢəhriq  (hərfən:  "gəlmə",  "qərib")  adlanan  hərbi  əsirlər  təĢkil  edirdi. 

Onlardan  ağır  iĢlərdə  istifadə  olunurdu.  Hər  Ģeydən  əvvəl  hərbi  əsirlər  iri  torpaq 

sahiblərinin  geniĢ  əkin  sahələrini  becərirdilər.  Ġranı  qulla  Roma  və  Bizansla  aparılan 

müharibələr  təmin  edirdi.  Məsələn,  I  ġapurun  kitabəsində  onun  Roma  ilə  apardığı 

müharibələrdə ələ keçirdiyi çoxlu əsir haqqında məlumat verilir. 

III-V  əsrlərdə  borc   kö ləliyi  geniĢ  yayılmıĢdı.  Kölə liyin  bu  forması  can 

vergisi  əvəzinə  özünü  satmaqdan,  ya  da  borcunu  ödəmədiyi  və  yaxud  ödəmək 

iqtidarında  olmadığı  üçün  iri  torpaq  sahibləri  tərəfindən  zorla  qul  edilməkdən 

yaranmıĢdı. II ġapurun (309-379) dövründə çıxarılan qanuna görə can vergisini ödəmə-

yənlər bunun əvəzinə həmin verginin köləsi hesab olunurdular. Daha bir qul mənbəyi 

cinayət etmiĢ azad adamların cəza olaraq köləyə çevrilməsi idi; atəĢgahlara verilən belə 

adamlar ömürlük qul olurdular. 

Sasani  "Qanunnamə"sində  qulların  azadlığa  buraxılması  (manumissiyası)  və 

onların  əmlakının  olması  haqqında  məlumat  vardır.  Manumissiya  hüququ  məhdud 

deyildi:  qul  sahibi  istədiyi  sayda  qulu  azad  edə  bilərdi.  Qulu  əmlakı  ilə  və  ya 

əmlaksız azadlığa buraxırdılar. 

Bu  dövrdə  qul  əməyi  istismarının  yeni  forması  meydana  çıxır.  Ro ma 

imperiyasında olduğu kimi, burada da Ģəxsi istifadə üçün qula torpaq sahəsi ayrıldı. 

Bu  torpaq  sahəsindən  əldə  etdiyi  məhsulun  bir  h issəsindən  istədiyi  kimi  istifadə 

etməyə ona icazə verildi. Sonralar, müəyyən günləri sahibkarın torpağında iĢləməsi 

Ģərtilə  qula  məhsulun  hamısından  istifadə  etmək  imkanı  verildi.  Qulu  torpağa 

bağlayan  bu  sistem  qul  ilə  quldar  arasında  feodalizm  dövrü  biyar  və  töycüsünə 

bənzər yeni münasibətlər yarad ırd ı. 

 

 



 

 

 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə