Azərbaycan diLİ VƏ tariXİ


§ 5. VERGĠ VƏ MÜKƏLLƏFĠYYƏTLƏR



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə38/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   34   35   36   37   38   39   40   41   ...   217

79 

 

§ 5. VERGĠ VƏ MÜKƏLLƏFĠYYƏTLƏR 

 

Vergi  və  mü kəlləfiyyətlər  içərisində  ən  mühü mü  qazidağ,  xaraq  və  xarq  



idi.  Ġran  mənĢəli olmayan hər üç termin aramilərdən keçsə də, fonetik və morfolo ji 

baxımdan  Ġran  mühitinə  uyğun Ģəkil  almıĢdı.  I  Xosrovun  vergi  islahatından  sonra 



qazidağ  termin i  "can  vergisi"  mənasında  iĢlənib.  Əvvəllər  ümu miyyətlə,  vergi 

mənasında olan "xaraq" termin i də elə həmin dövrdən torpaq vergisinə aid edilib.  

Sasani  "Qanunnaməsi‖ndə  xarq  termin inə  iran mənĢəli  bar  termin i  ilə 

birgə  təsadüf  edilir.  Mənbədəki  məzmununa  görə  xarq  termininin  iki  mənası  var: 

"mükəlləfiyyət, biyar" və "vergi". 

"Vergilərin baĢçısı" olan xarqbed - Sasani dövlətinin idarə aparatında yüksək 

mövqe  tuturdu.  Bu,  mükəlləfiyyətlərin  yerinə  yetirilməsi  və  əhalidən  vergi  toplanması 

iĢinə dövlətin verdiyi əhəmiyyətə dəlalət edir. Narsenin Payquludakı kitabəsində xarqbed 

"Ģahzadələr"  mənasını  daĢıyan  vaspurxlardan sonra  ikinci  yerdə durur,  yalnız  bundan 

sonra vuzurqlar (əyanlar) və azadlar gəlir. Sasani sarayında xarqbedin tutduğu yüksək 

mövqeni  Bizans  və  erməni  müəllifləri  də  göstərirlər  (yeri  gəlmiĢkən  qeyd  edək  ki, 

Bizans mənbələrində bu titul çox vaxt Ģəxsi və ya nəsli adla qarıĢdırılır). Mənbələrdə 

eyni  bir  zamanda  sərkərdə  və  baĢ  komandan olan  xarqbedlərdən də bəhs olunur.  Bu 

funksiyaların  bir  Ģəxs  tərəfindən  icrası  Sasani  dövləti  üçün  fövqəladə  iĢ  sayılmırdı.  I 

Xosrovun  islahatlarına  qədərki  vergi  sisteminin  xarakteri  haqqında  ət-Təbərinin 

məlumatında  bildirilir  ki,  torpaq vergisi  vaxtlı-vaxtında toplanmırdı;  onun  miqdarı  isə 

suvarma və əkinçiliyin yerlərdəki vəziyyətindən asılı olaraq məhsulun üçdə biri ilə altıda 

biri arasında tərəddüd edirdi. QonĢu ölkələrdəki islahatlarla tanıĢ olub,  onları  öyrənən 

tədqiqatçılar  I  Xosrovun  vergi  islahatının  Roma  imperatoru  Diokletianın  (284-305) 

islahatlarından asılılığını müĢahidə etmiĢlər. 

I Xosrovun dövründə üzərinə vergi qoyulmuĢ torpaqlar siyahıya alındı. Torpaq 

siyahısı  görünür  hələ  Kavadın  dövründə  tutulmağa  baĢlanmıĢ,  oğlu  I  Xosrovun 

zamanında  baĢa  çatdırılmıĢdı.  Vergi  vahidi,  onda  bir  hektara  bərabər  olan  qarib 

sayılmağa  baĢladı.  Torpaq  vergisinin  miqdarı  əkilən  bitkinin  xarakterindən  asılı  olaraq 

mü xtəlif  idi.  Məsələn,  bir  qarib  buğda  və  ya  arpa  sahəsindən  bir  drahma,  bir  qarib 

üzümlükdən  8 drahma, bir  qarib qarayonca sahəsindən  7 drahma  alınırdı.  Dörd  xurma 

palmasından və altı zeytun ağacından isə 1 drah ma vergi tutulurdu. 

I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaĢlı kiĢilərdən 

12,  8,  6  və  4  drah ma  can  vergisi  müəyyən  edilmiĢdi.  Kübar  nəsillər,  əyanlar, 

döyüĢçülər,  katiblər,  kahinlər  və  məmurlar  can  vergisindən  azad   idilər.  Belə  böyük 

məbləği  birdəfəlik  ödəmək  ağır  olduğundan,  vergilər  dörd  aydan  bir,  ildə  üç  dəfə 

alın mağa baĢlandı. 

Torpaq və  can  vergisi  ilə yanaĢı əhalidən baĢqa  vergilər  də tutulurdu:  Ģəhər 

divarının  tikilməsi  və  təmiri  üçün,  Ģəhər  mühafizəçilərini  silahla  təmin  edən 

mə mu ru  saxla maq  üçün,  kanalların  təmizlənməsi və yenilərinin salınması üçün və s. 

Əhali  yol  və  körpülərin  tikilməsi  üçün  material  (daĢ,  ağac)  verməli,  ö zü  də  bu 




80 

 

tikintilərdə  iĢtirak  etməli  id i.  ġəhərlərdəki  sənətlərə  də  vergilər  qoyulmuĢdu.  



Vergilərin  hədsiz    ağırlığı  ü zündən  kiçik  torpaq  sahibləri  verg iləri  ödəmək,  eləcə 

də  öz  ailələrini  saxlamaq  və  təsərrüfatlarını  idarə  etmək  üçü n  zəruri  olan  borcu 

almağa  görə  əllərində  olan torpaq sahələrini  girov qoymağa  məcbur olurdular.  Belə 

borclar 10  il  müddətinə verilirdi: torpağını girov qoymuĢ  adamın bu müddət ərzində 

öz sahəsini geri almaq ixtiyarı yox idi.  

Kiçik  torpaq  sahiblərinin  torpaqsızlaĢması  prosesi  torpaq  vergisini  ödəyə 

bilməd iyi  üçün  onun  satılması  yolu  ilə  də  gedirdi.  Dövlətin  qəranında  deyilirdi: 

"Torpağın vergisini verən torpağı yeyir". 

Torpaqları  əllərindən  çıxmıĢ  xırda  sahibkarlar  əvvəllər  onlara  məxsus olan 

torpaqları  indi  icarəçi  və  ya  yardar  kimi  becərməli,  ya  da  muzdlu  iĢçiyə  çevrilməli 

olurdular.  Beləliklə,  xırda  sahibkarların  torpaqsızlaĢması  və  həmin  torpaqların  iri 

sahibkarların  əlində  toplanması  mü xtəlif  dərəcə  və  formalarda  da  olsa,  hər  yerdə  baĢ 

verirdi. 

 

 



 

 

 



§ 6. MANĠÇĠLĠK VƏ MƏZDƏKĠLƏR HƏRƏKATI 

 

III əsrdə Sasani dövlətində Maninin əsasını qoyduğu hərəkat geniĢ vüsət aldı. 



Bu  hərəkat  dövlətin  bütün  vilayətlərinin,  o  cümlədən  Azərbaycanın  sosial  və  dini 

həyatına  təsir  etdi.  Hələ  cavanlığında  ġərqi  Ġran  və  Hindistanda  olmuĢ  Mani 

brəhmənizm,  buddizm,  Orta  Asiyanın  yerli  ayinlə ri  ilə  tanıĢ  olaraq,  tərkibində 

xristianlığın,  buddizmin,  brəh mənizmin,  zərdüĢtiliyin,  Ön  Asiya  qnostisizminin 

elementləri  olan  çox  sinkretik  təlimin  əsasını  qoymuĢdu.  Maninin  təlimində  bütün 

dinlərin vahid bir d inlə əvəz edilməsi  mey li var id i.  243-cü  ildə ĢahənĢah I ġapur 

tərəfindən  qəbul  edilən  Mani  özünün  "ġapurakan"  ("ġapurun  kitabı")  əsərini  ona 

təqdim etdi. 

Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və 

dini  baĢçıların  istismarına  qarĢı  xalq  kütlələrinin  etirazını  əks  etdirirdi.  Möhkəm  və 

nizamlı  təĢkilatı  olan  maniçilik  kilsəsinin  ayrı-ayrı  ölkələrdə  çoxlu  təbliğatçısı  - 

missioneri var idi. Maniçilər tərki-dünyalığı və nikahsızlığı təbliğ edirdilər. I Bəhramın 

dövründə (273-276)  maniçilərin təqibi baĢlandı. Mani təlimi bir çox dini cərəyanlara, o 

cümlədən  V-VI  əsrlərdə  yayılmıĢ  məzdəkilər  hərəkatına,  daha  sonralar  X  əsrdə 

Bolqarıstanda meydana çıxmıĢ, Kiçik Asiya və Balkanlarda yayılmıĢ xristian bidətçiləri -

boqomillərə,  XII-XIII  əsrlərdə  Fransanın  cənubunda  meydana  çıxmıĢ  albiqoylulara, 

həmçinin pavlikianlara güclü təsir etdi. 

Bu  hərəkat  və  məzhəblər  ü mu mi  təmayüllər inə  görə  seçilirdilər:  kilsə 

ayinlərinin  sadələĢdirilməsi,  bərabərliyin  təlqin  edilməsi  və  bunun  nəticəsi  olaraq 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə