Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə46/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   42   43   44   45   46   47   48   49   ...   217

96 

 

(burun  və  ayaqlar  qısalır,  süzgəc  adiləĢir  və  s.).  Dövrün  əsas  qab  nümunələri  iri 



təsərrüfat küpləri, nehrə, səhəng, bardaq, küpə, qazan, tava, təknə, kasa, duzqabı, çıraq 

və  s.  Mingəçevirdə  gildən  düzəldilmiĢ  kəsmə  naxıĢlı  Ģamdanlar,  Bey ləqanda  isə 

buxurdanlar  tapılmıĢdır.  Onlar  kvadrat  və  dairəvi  formada  olub,  sadə  və  yaxud 

dördayaqlı oturacağa malikdir. 

Dulusçuluqdakı tənəzzül və geriləmə, görünür, cəmiyyətin yeni  üsuli-idarəyə 

keçməsi  prosesi  və  köçəri  tayfaların  qərbə  və  cənuba  axın ının  güclənməsi  və 

müharibələrin  artması  ilə  əlaqədar  idi.  Dövrün  saxsı  məmulatında  baĢ  verən  ən 

səciyyəvi hal konnelyur naxıĢlı qabların meydana gəlməsidir. Belə naxıĢlı qablar Azər-

baycanın Ģimal  (Quba-Xaçmaz)  bölgələri  üçün  daha səciyyəvidir.  Qırmızı  boyalı  və 

anqob örtüklü qabların istehsalı davam etdirilir. Beyləqandan tapılmıĢ bir ədəd boyalı 

səhəng yaxĢı ĢüyrələnmiĢ və ağzı zoomorf Ģəklə salın mıĢdır. 

ĠnĢaat  keramikasında da sadəliyə  doğru  dəyiĢiklik  baĢ  verir.  Antik  dövrün 

düzbucaqlı  kərpicləri  kvadrat  və  qalın  kərpiclərlə  əvəz  olunur,  kirəmitlər  xeyli  kiçik 

ölçüdə  hazırlanır.  Əsasən  Ģəhər  qazıntılarından  tapılan  iki,  kənarı  yuxarı  qatlanmıĢ 

müstəvi  formada  alt  (keramida)  və  qövs  Ģəklində  üst  (kolipter)  kirəmitlər  bunu 

deməyə əsas verir. 

Qəbələnin ilk orta əsr təbəqəsindən su kəməri üçün istifadə olunan gil borular 

tapılmıĢdır.  Uzunluğu  40,  diametri  16-10  sm  olan  belə  borular  bir-birinə  geydirilir, 

birləĢən hissələri kirəc  məhlulu ilə bərkidilirdi. Bəzən boru su xətləri biĢmiĢ kərpiclə 

hörülmüĢ  arxlarda  yerləĢdirilirdi.  Suyun  axarına  nəzarət  müəyyən  məsafələrdə 

yerləĢdirilən  iki  yandan  su  tünglərinə  bənd  edilən  xüsusi  küplər  vasitəsilə  həyata 

keçirilirdi. Belə küplərdən su xəttini Ģaxələrə ayırmaq üçün də istifadə olunurdu. 

Ġlk  orta  əsr  abidələrində  aparılan  qazıntılar  zamanı  aĢkar  olunan  maddi 

mədəniyyət qalıqlarının bir qrupunu da təndirlər təĢkil edir. Onların ölçüləri 30 sm-dən 

1,5 m-dəkdir. Ən ço x 50-80 sm dia metri olan təndirlərə təsadüf olunur. Belə təndirlərin 

dib hissəsində hava iĢləmək üçün gil boru qoyulur və yaxud deĢik düzəldilirdi. Bunlar, 

Ģübhəsiz, çörək biĢirmək üçün istifadə olunmuĢdur. Kiçik təndirlər evi qızdırmaq - kürsü 

üçün  düzəldilir,  böyük  təndirlərdən  isə  çörək  biĢirməklə  bərabər,  həm  də  meyvə 

qurutmaq  üçün  istifadə  edilirdi.  Görünür,  onlar  bəzən  qab  rolunu  da  oynamıĢdır; 

Beyləqanda aĢkar olunan bir təndirin içərisi darı ilə dolu idi. 

Gildən insan, heyvan və quĢ fiqurları hazırlanması ilk orta əsrlərdə də davam 

etdirilir.  Bunlara daha çox dağ rayonları ərazisindəki yaĢayıĢ yerlərində və qəbirlərdə 

təsadüf olunur.  Bəzən belə  fiqurlar stilizə  olunmuĢ Ģəkildə hazırlanmıĢ, yaxud onların 

elementləri  qablara  bəzək  kimi  vurulmuĢdur.  Bunlar  ölkədə  xristianlığın  qəbul 

olunmasına  baxmayaraq  bütpərəstliyin  qalıqlarının  hələ  də  güclü  olduğunu  nümayiĢ 

etdirir. Mingəçevir qazıntılarından büt Ģəklində düzəldilmiĢ  mü xtəlif uĢaq oyuncaqları 

tapılmıĢdır.  Gənc nəslin tərbiyəsində, onları soykökləri ilə bağlayan bir amil  kimi bu 

oyuncaqlar mühüm ro l oynamıĢdır. 

Ġlk  orta  əsrlərə  aid  maddi  mədəniyyət  nümunələrinin  bir  qrupunu  ĢüĢə 

məmulatı təĢkil edir. Arxeoloji materiallar sübut edir ki, artıq bu dövrdə Azərbaycanda 




97 

 

yerli  ĢüĢə  istehsalı  mövcud  olmuĢdur.  Qəbələdə,  Torpaqqalada  (Qax  rayonu), 



Amarasda ĢüĢə  istehsalı  üçün  iĢlədilən  kürə  qalıqları  və  hətta  istehsal  alətləri  aĢkar 

edilmiĢdir.  Azərbaycan  Ģəhərlərinin  ilk  orta  əsr  təbəqələrindən  tapılan  ĢüĢə  qab 

nümunələri,  əsasən,  darboğaz  qabların  qırıqlarından,  kiçik  bərnilərdən,  qənddan  və 

boĢqab  biçimli  qablardan  ibarətdir.  Rəngləri  açıq-yaĢıl,  tünd-yaĢıl  və  yaĢıl,  bəzən 

çəhrayıdır. Bərnilərin oturacağı bir qədər içəriyə batıq formadadır. Bu qabların bəziləri 

boğazsız,  bəziləri  isə  ağız  hissədə az  kənara geniĢlənən  boğaza  malikdir.  Sonuncular 

bir  növ  enliboğaz  küpələri  xatırladır.  Onlar  əsas  etibarilə  ağızdan  qabın  oturacağına 

doğru uzanan sıx  xətlərlə, bəzən qabın yanlarında üstdən aĢağıya mail qabartmalarla, ya 

da  oyma  naxıĢlarla  bəzədilmiĢdir.  Bərniyə  bənzər  qabların  oturacaqları  içəriyə  batıq 

olmaqdan baĢqa, mərkəzdən yanlara doğru günəĢ Ģüalarını xatırladan düz və qövsvari 

xətlərlə  də  naxıĢlanmıĢdır.  ġüĢə  qabların  hazırlanmasında  tökmə  və  üfürmə 

üsullarından istifadə olunmuĢdur. NaxıĢsız, saya qablar çoxluq təĢkil edir. ġüĢə bəzəklər 

əsas  etibarilə  yaĢıl  rəngli  muncuqlardan  ibarətdir; üzük,  üzük  qaĢı,  hətta bilərzik  və 

güzgü  qalıqlarına  da  təsadüf  olunur.  Mütəxəssislər  hələ  ilk  orta  əsrlərdə 

Azərbaycanda  bir  neçə  ĢüĢə  istehsalı  mərkəzləri  olduğunu  qeyd  edirlər.  Beyləqanın 

ĢüĢə  bəzəkləri  üçün  daha  xarakterik  olanı  qara  rəngli  bilərziklərdir.  Bunlar,  tapılan 

bilərziklərin  üçdə  iki  hissəs indən  çoxunu  təĢkil  edir.  Bilərziklərin  hamısı  ucları  bir-

birinə  bitiĢdirilmiĢ  çubuq  Ģəklində  olan  ĢüĢə  kütləsindən  halqa  formasında 

düzəldilmiĢdir. Əksər bilərziklərin bitiĢən yeri ilan baĢı Ģəklindədir. En kəsiyi dairəvi, 

yarımdairəvi  və  yaxud  üçbucaq  Ģəklindədir.  Tək-tək  eĢmə  bilərziklərə  də  təsadüf 

olunur. 

DaĢdan hazırlanmıĢ maddi mədəniyyət qalıqları, demək olar ki, Azərbaycanın 

qazıntı aparılmıĢ bütün abidələrinin ilk orta əsr təbəqələrindən tapılmıĢdır. DaĢ torpaqda 

yaxĢı  qaldığı  üçün  belə  tapıntılar  daha  zəngindir.  DaĢ  məmulatın  əsas  kütləsini, 

əlbəttə,  memarlıq  abidələrinin  hissələri  -  sütunaltlıqları,  kapitellər,  qapı  və  pəncərə 

baĢlıqları  və  digər  memarlıq  bəzəkləri  təĢkil  edir.  MəiĢət,  təsərrüfat və  dini ayinlərlə 

bağlı  materiallar  da  kifayət  qədər  tapılır.  Nümunə  üçün  Mingəçevirdən  tapılmıĢ, 

üzərində  alban yazısı  olan  xaçaltı  daĢı,  Bərdədən  tapılan,  künclərində qoç  baĢı  təsvir 

olunmuĢ  kapiteli,  Bərdə,  ġamaxı,  Qəbələ,  Mingəçevir,  Təzəkənd  qazıntılarından 

aĢkara çıxarılmıĢ sütunaltlıqlarını, Bərdə, Ağdam, ġamaxı rayonlarından məlum olan daĢ 

heykəlləri,  fallos  formalı  daĢları  və  digər  nadir  tapıntıları  göstərmək  olar.  Beyləqan 

qazıntılarından  kirkirə  daĢları,  duzqabı,  dabandaĢı  və  Ģamdanlar  tapılmıĢdır.  Bey -

ləqandan tapılmıĢ kirkirənin üst daĢı daha maraqlıdır.  Bu daĢın altında (dən deĢiyinin 

yanlarında) təvərə  keçirmək  üçün  14  sm  uzunluğunda  gəz  açılmıĢdır.  Məlumdur  ki, 

təvərəli dən daĢları, müasir su dəyirmanları kimi, dənin iri və yumĢaq üyüdülməsi üçün 

nizama salına bilinirdi. Hər halda, Beyləqandan ilk orta əsrlərə aid təvərə gəzi olan kirkirə 

daĢının  tapılması  Azərbaycanda  əhalinin  su  dəyirmanı  ilə  tanıĢlığını  tamamilə  sübut 

edən əsaslı dəlildir. 

DaĢ məmulatından danıĢarkən qazıntılardan tapılan ilk orta əsr möhürlərini də 

qeyd  etmək  lazımd ır.  Bunlar  mü xtəlif  qiy mətli  rəngli  daĢlardan düzəldilmiĢ,  əsasən 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə