Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə54/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   50   51   52   53   54   55   56   57   ...   217

112 

 

çarpdırırdılar.  Əgər  əvvəllər  qaĢ  qızıl  məmulatının  ayrı-ayrı  quruluĢ  ünsürlərinin  bədii 



formasını daha qabarıq göstərmək  xatirinə qoyulurdusa, sonralar metal  detallar daĢın 

formasından asılı olmağa baĢladı. 

III-VII  əsrlər  incəsənətinin  maraqlı  növlərindən  biri  də  bədii  ĢüĢə  sənəti  idi. 

Qədim Azərbaycanda ĢüĢə  istehsalı üçün  zəruri olan  zəngin xammal -  kvarslı qum, soda, 

əhəng,  meĢə  materialları,  oda  davamlı  gil  ehtiyatları  və  s.  kifayət  qədər  idi.  Metal 

emalının  artması  da  ĢüĢə  istehsalının  inkiĢafına  təsir  göstərirdi.  Arxeoloji  qazıntılar 

nəticəsində əldə edilən ĢüĢə kürələrin varlığ ı,  istehsal  çıxarları, yarımfabrikatlar və s. 

Azərbaycan  ərazisində  istehsalın  bu  sahəsinin  geniĢ  yayıldığını  sübut  edir.  Həmçinin 

məlum olur ki, erkən orta əsrlərdə burada ĢüĢəni iki texnoloji üsulla - daha qədim tökmə 

və üfürmə üsulları ilə hazırlamıĢlar. 

Bədii ĢüĢə məmulatı nümunələri (kuzə formalı ĢüĢə qablar,  vazalar, piyalələr, 

dərman  və  ətir  qabları,  qədəhlər,  kuboklar,  müxtəlif  bəzək  Ģeyləri)  Mingəçevirdə, 

Ġsmayıllıda,  ġamaxıda,  Gəncədə,  Qəbələdə,  Yuxarı  Qarabağda və baĢqa yerlərdə aĢkar 

edilmiĢdir;  onu  da  qeyd  edək  ki,  eramızın  III  əsrinə  aid  edilən  ən  qədim  ĢüĢə  qab 

Mingəçevirdə tapılmıĢdır. 

ġüĢə,  bədii  baxımdan  daha  təsirli  material  kimi  gemmaların 

hazırlan masında,  qadın  bəzəklərinin  dekorativ  ünsürlərində,  qaların  istehsalında 

tətbiq edilirdi. 

Arxeoloqlarımızın  aĢkara  çıxardığı ĢüĢə tapıntıları  zaman  keçdikcə  həm  yerli 

bəzək  Ģeylərinin,  həm  də  qabların  çeĢidlərinin  mü xtəlifləĢdiyini,  onların  bədii 

dəyərinin artdığın ı sübut edir;

 

IV əsrdən baĢlayaraq möhürlər, VII əsrdə halqalar, daha 



sonra bilərziklər  meydana çıxır.  Va zalarla yanaĢı,  IV əsrdən baĢlayaraq yerli piyalə və 

kuzələrin,  V  əsrdən  isə  qədəhlərin  istehsalı  artır.  Qadınlar  üçün  yumru,  yastı,  tilli 

bilərziklərlə yanaĢı, eĢmə üsulu ilə hazırlanan bilərziklər göy, yaĢıl, sarı, qəhvəyi, qara və 

s.  rəngli  ĢüĢələrdən  düzəldilirdi.  Belə  bilərziklər  dairəvi  və  ya  üçbucaqlı  en  kəsiyinə 

malik idi. Bəzi ĢüĢə qolbaqların ucları ilan baĢı formasında da hazırlanırd ı. 

Bədii  ĢüĢə  ustaları  keramikanın  mütərəqqi  bədii  xüsusiyyətlərinə 

yaradıcılıqla yanaĢır, özlərinin orijinal formalarını yaradır, məmulatın naxıĢlanmasının 

yeni  üsullarını  kəĢf  edirdilər.  ġüĢə  məmulatında  dekorativ  bəzək  olan  toxunma  və 

qabırğavari naxıĢlar ərazimizdə səciyyəvi olduğu üçün, onun mövzusu, çox güman ki, 

ya yerli əhalinin hazırladığı keramika nümunələrindən, ya metal  əĢyalardan, yaxud da o 

dövr toxuculuğundan  alınmıĢdı.  Qabların  müxtəlif  ölçülərdə olması  isə sübut  edir  ki, 

ĢüĢəbiĢirən sənətkarın müxtəlif ölçüdə qəlibləri və bunlara münasib basmaları olmuĢdur. 

Üzəri  to xu ma  naxıĢlı  ĢüĢə  qablar  Azərbaycanın,  xüsusilə  onun  Ģimal  hissəsi  olan 

Albaniyanın  ilk  orta  əsrlər dövrü üçün səciyyəvi  qab nümunələri  olduğundan bunlara 

qazıntılar zamanı daha tez-tez təsadüf olunur. Bu qabların çoxu V-VII əsrlərin daĢ qutu 

və küp qəbirlərində aĢkar edildikləri üçün tədqiqatçılarımız bu tip əĢya  nümunələrini 

məh z həmin dövrə aid ed irdilər. 

Alimlərin  müəyyənləĢdirdiyinə  görə,  istehsal  edilən  yerli  bədii  ĢüĢə 

məmulatının  keyfiyyət  baxımından  təkmilləĢməsi  və  kəmiyyətcə  artması  nəticəsində 



113 

 

gətirilmə kuzə və vazalar IV əsrdən etibarən yerli qablarla əvəz olun muĢdur. 



Bu dövrdə daĢ, sümük, ağac və s. üzərində bədii oyma sənəti də  xeyli inkiĢaf 

etmiĢdi.  DaĢ  üzərində  bədii  oymanın  gözəl  nümunələri  Mingəçevirdə,  VI  əsr 

məbədinin qazıntıları  zaman ı aĢkar olunmuĢ sütun və kapitel qalıqlarında, pəncərənin 

oyuq və haĢiyələrində, divarların dekorativ tərtibatı ünĢürlərində qorunub saxlanmıĢdır. 

Sütunların  baĢı,  pəncərə  yerlərinin  haĢiyələri  və  məbədin  digər  memarlıq  detalları 

əsasən  nalvari  tağ  Ģəklində  oyulmuĢ,  sütunların  dairəvi  əsasları  qədim  keramika  və 

metal  məmulatını  bəzəyən  qabırğavari  naxıĢlarla  örtülmüĢdür.  Məbədin  tikintisində 

oyma  sənətinin  belə  geniĢ  tətbiqi,  müxtəlif  forma  və  çeĢidli  divar  bəzəklərinin  - 

buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını b ir daha sübut edir. 

Qəbirüstü  abidələrin  dekorativ  tərtibatında  da  daĢ  üzərində  bədii  oyma 

üsulu  tətbiq  edilirdi.  O  dövrə  dair  tapıntılar  belə  abidələrdə  qədim  alban  bəzək 

motivlərindən  -  üzüm  salxımı,  altıguĢəli  xonça, günəĢ,  xaç,  dolama  və  buruq Ģəkilli 

xətlərdən istifadə edildiyini göstərir. Qəbirüstü daĢlarda oyulmuĢ ov, ziyafət, süvarinin 

görüĢü  və  b.  səhnələr  öz  plastikliyi,  təsviri  motivləri,  habelə  kompozisiya 

xüsusiyyətlərinə görə  Bakıda  Azərbaycan  Tarixi  Muzeyində saxlanılan  tunc  möhürlər 

və  üzük  qaĢlarındakı  təsvirlərlə  uyuĢur.  Həmin  təsvirlər  Sankt-Peterburqdakı  Dövlət 

Ermitajında saxlanan alban yazılı daĢ lövhəsindəki relyefləri də xatırladır. 

O  dövrdə  sümük  üzərində  oyma  sənəti  də  geniĢ  yayılmıĢdı.  Mingəçevirdə 

aparılmıĢ  arxeoloji  qazıntılar  III-IV  əsrlərə  aid  edilən sümük  daraqları  aĢkar etmiĢdir. 

Daraqlardan birinin üzərində məhsuldarlıq  ilahəsini təmsil edən maral təsviri vardır. 

Darağın o biri üzünü hərəsində üç konsentrik dairə, eləcə də ĢimĢək və ildırımın rəmzi 

olan nöqtəli  qoĢa dolanbac  xətti  və nöqtələri  olan  üç sıradan  ibarət naxıĢ  örtür.  Yerli 

inama görə, darağın bu naxıĢları onun sahibini bədnəzərdən qoruyurdu. 

Həmin  dövrə  aid  edilən  digər  sümük  daraq  günəĢi  əks  etdirən  iki  üfüqi 

zolaqda yerləĢdirilmiĢ konsentrik dairələrlə naxıĢlanmıĢdı. Darağın qoç buynuzu Ģəklində 

düzəldilmiĢ  qulpu  da  iki  konsentrik dairə  ilə  bəzədilmiĢdi.  Darağın özü oyma  xətlərlə 

haĢiyələnmiĢ  və  səkkiz  qrup  konsentrik  dairələrlə  bəzənmiĢ  iki  üfüqi  hissəyə  ayrıl-

mıĢdı. Darağ ın əks tərəfi hamardır. 

Təsərrüfat və məiĢətdə iĢlədilən taxta əĢyalar da oyma naxıĢ larla bəzədilirdi. 

Azərbaycan ərazisində qədim tarixli ağaciĢləmə sənətinin bu nümunələri az tapılsa da, 

əldə olunan nümunələr ağac üzərində oyma ustalarının yüksək məharətinə sübutdur. VI-

VII  əsrlərə  aid  taxta  qablar yan-yana  düzülmüĢ  romb  və  ya  üçbucaqlarla  naxıĢlanırdı. 

Təsvir etdiyi səhnəni  zənginləĢdirmək üçün usta düzəltdiyi  məmulatın dairəvi forması və 

hamar səthindən bacarıqla istifadə edə bilirdi. Pirsaatçay vadisindəki IV-V əsrlərə aid 

edilən  qədim  qəbiristanlıqda  aparılmıĢ  qazıntılar  zamanı  daĢ  qutu  qəbirlərdə  aĢkar 

edilmiĢ oyma naxıĢlı taxta qədəh dövrün ağaciĢləmə sənətinin nümunəsidir. 

Mingəçevirdə  tapılmıĢ  taxta  təknə  üzərində  oyma  üsulu  ilə  naxıĢlanmıĢ 

"maralların qaçıĢı" rəsmi də maraqlıdır.  Burada erkək maral diĢi maralı təqib edir. Bu 

səhnə təknənin üzərində iki dəfə təkrar olunur. Onların arasındakı boĢluqda isə göylərin 

neməti  olan  axar  sular  və  məhsuldarlığı  təcəssüm  etdirən  quĢ  təsviri  verilmiĢdir.  Bu 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə