Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə56/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   52   53   54   55   56   57   58   59   ...   217

116 

 

edilird i. 



Dərbənd  yaxınlığındakı  keçid  daha  çox  möhkəmləndirilmiĢ  məntəqə  idi. 

Qədim  Ģəhər  iki  güclü  qala  divarları  arasına  alınmıĢdı.  Bu  divarlar  dənizin  içərisinə 

doğru xeyli uzan mıĢ, dənizin bu yerində süni liman yaratmıĢdı. Divarların əks sonluqları 

sərt, keçilməz dağ ətəklərinə söykənmiĢdi. Yu xarı istiqamətlənmiĢ, açıq, geniĢ pillələri 

olan, çoxlu qüllələrlə təchiz edilmiĢ Dərbənd qala divarlarının orta qalınlığı 4 metrədək, 

hündürlüyü 20 metr idi və diĢli məhəccərlə müdafiə olun muĢdu. 

Dərbəndin  ərəb  iĢğalı  ərəfəsində  tikildiyi  ehtimal  olunan  çoxsaylı  qədim 

tikililəri  içərisində  hamamların  qalıqlarını  və  qayalıqda  oyulmuĢ,  dörd  çatma  tağa 

dayaqlanan günbəzli,  iri  hovuzu qeyd  etmək  lazımdır.  Plan baxımından böyük bazilikal 

bina olan, sonralar yenidən qurularaq məscidə çevrilmiĢ abidənin daha qədim hissələri bu 

zamana  aiddir.  Məscidin  köhnə  hissələrinin  hörgü  texnikası  e.ə.  VI  əsrdə  ucaldılmıĢ 

Dərbənd istehkamları ilə eyniyyət təĢkil edir. 

Ġndiyədək  qalmıĢ  sitayiĢ  təyinatlı  tikililər  memarlıq  tiplərinə  görə 

mü xtəlifdir.  Lənkəran  bölgəsindəki  zərdüĢtiliyə  sitayiĢ  abidələri  tipoloji  baxımdan 

"sükut  qüllələri"nə  -  "daxma"lara  xeyli  yaxındır  və  zərdüĢtiliyin  dəfn  adətləri  ilə 

bağlıdır.  SitayiĢ  təyinatlı  xristian  abidələri  tarixi-memarlıq  baxımından  daha  böyük 

maraq doğurur. 

Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq Qafqaz Albaniyasında mərkəzi 

günbəzli və bazilikal sitayiĢ qurğuları meydana gəldi. Həmin tikililər plan və konstruktiv 

həll baxımından yetkin səviyyəyə çatmıĢdılar. Qumdakı bazilika, Böyük Əmili və Ləkit 

kəndlərindəki  dairəvi  məbədlər bu  kamilliyin  örnəkləridir.  Həmin  abidələr  bir-birinə 

yaxın  məsafədə yerləĢmiĢdir.  Gö rünür ki, vaxtilə bu məntəqələri birləĢdirən qədim yol 

var imiĢ. Bu tikililərin ucaldıldığı Ģimal-qərbi Azərbaycan vilayətləri erkən orta çağlarda 

Qafqaz Albaniyasının mərkəzi o lmuĢdur. 

Xristianlığın  yayılmasının  baĢlanğıc  mərhələsinə  aid  olan  abidələr  əyani 

surətdə  göstərir  ki,  Albaniya  memarlarının  qarĢısına  çıxmıĢ  yeni  vəzifə  dərhal  həll 

olunmamıĢdı.  Əsrlər  boyu təĢəkkül  tapmıĢ  ənənələrdən  imtina  etmək  çətin  idi.  Buna 

görə də ilk xristian abidələri erkən bütpərəstlik tikililəri ilə böyük oxĢarlığa malik olmuĢ 

və  Albaniyanın  sonrakı  tarixi  dövrdə  tikilmiĢ  kilsələrindən  kəskin  surətdə 

fərqlən miĢdi. 

Xristianlığın yayılmasının ilk  illərində əsasən daha qədim  məbədlər yenidən 

qurulurdu.  Azərbaycanın  Qəbələ,  Qax  və  Zaqatala  bölgələrindəki  nadir  dairəvi 

məbədlər bu tarixi gerçəkliyin parlaq təsdiqidir. 

Qəbələ  bölgəsinin  Böyük  Əmili  kəndi  yaxınlığındakı  Kilisədağda  Mitra 

allahı  (Mitra,  cəngavər  köçərilərin  və  dinc  əkinçilərin  allahı  idi)  məbədi  mərkəzi 

günbəzli,  ikiyaruslu  kompozisiyaya  malik  olan  abidədir.  Məbədin  divarınm  xarici 

səthi  qeyri-bərabər tərəfli  12  guĢəlik  formasında,  daxili  səthi  isə  10,4  metrlik  silindr 

Ģəklində həll  edilmiĢdir.  Ġkinci  daxili  dairə  8 sütun  üçün stilobat  (sütunlar  üçün özül) 

rolunu  oynayırdı.  Həmin  sütunlar  günbəzli  ikinci  yarusun barabanını  (günbəzli  dairə 

səmanın - Mitranın rəmzi idi) saxlayırd ı. 




117 

 

BaĢ  alaqapı  giriĢi  məbədin  qərb  fasadı  tərəfindəki  əsas  kompozisiya 



görüĢündə, iki yan giriĢ isə Ģimal və cənub səmtində idi. 

ġərq  fasadı  səmtində simmetrik  surətdə  yerləĢmiĢ,  plan  baxımından  dairəvi 

olan iki otaq - Mitra allahının göstərilmiĢ iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. 

Məbəd antik memarlığın müəyyən təsiri altında inĢa edilmiĢdi. 

Zaqatala  bölgəsinin  Mamrux  kəndi  yaxınlığında  GünəĢ  və  Ay  allahları 

Ģərəfinə tikilmiĢ ikinci dairəvi məbəd daha mürəkkəb kompozisiyaya  malikdir.  O da üç 

giriĢlidir,  Ģərq  tərəfində  dərin  divar  oyuğu  -  absida  vardır.  Absida  binanın  əsas  yuxarı 

hissəsində  yerləĢir.  Binanın  hər  iki  tərəfində  iki  səcdəgah  və  iki  yan  giriĢi  olan  xırda 

hücrələr  mövcuddur.  Günbəzli  yuxarı  baraban  dayaqlıq  tağları  olan  dörd  sütuna 

dayaqlanmıĢdır.  Mamrux  məbədlərinin  memarlığı  artıq  yerli  alban  formalarında, 

Kilisədağdakı  Mitra  allahı  məbədinə  nisbətən  daha  mükəmməl  və  mürəkkəb  tərzdə 

həllini tapmıĢdır. 

Dörd  pilon  (sadə  sütun)  və  mərkəzi  absida  məbədin  interyerində  əsas 

rolunu  oynayır.  Sonralar  bu  əsas  üzərində  tetrakonxlar  -  dörd  absidadan  ibarət  olan 

kompozisiya (konxlar) meydana gəlməyə baĢlamıĢdı. Həmin absidalar xaçvari surətdə 

üzbəüz yerləĢdirilmiĢdir. 

Mamruxdakı  məbəd  kompozisiya  baxımından  Kilisədağdakı  rotonda  (dörd 

tərəfi bərabər olan bina) ilə Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi 

qiymətləndirilə bilər. 

Ləkit  kəndindəki  dairəvi  məbəd  alban  memarlığının  görkəmli 

abidələrindəndir. Bu məbəd Azərbaycanın Qax bölgəsinin Ləkit  kəndindən bir kilometr 

aralıda aĢkar edilmiĢdir. ĠnĢaat texnikası üsulları bu məbədi VI əsrə aid etmək imkanı 

verir. Ləkit məbədi Cənubi Qafqaz tetrakon xlarının təĢəkkül tapması üçün əsas olmuĢdur. 

Məbədin diametri 22  metrdir. Məbəd hərəsi bir metr diametri  olan 3 sütunu, 

4 divar oyuğunu - absidanı əmələ gətirən tetrakonxdur. Tetrakon xun 4 küncündə bütün 

absidalar  üçün  əsas yaradan  4 pilon yerləĢdirilmiĢdir. Həmin pilonların daxili əyilmiĢ, 

küncü  iri  valla  tərtib  edilmiĢdir.  Bu  val  pilonun bütün hündürlüyü  boyunca  keçir  və 

absidaların tağlarını əyir. Pilonların arxasında ayrı-ayrı yerləĢən sütunlar səkkizguĢəli 

özülün dayağı rolunu oynayır. SəkkizguĢəli özül üzərində 4 absida yerləĢir. Pilonların 

üzərində  günbəzlə  tamamlanan  dairəvi  barabanın  kvadrat  əsası  yerləĢmiĢdir. 

Absidalardakı  sütunların  cüt  olmayan  (tək)  miqdarı  və  mərkəzi  sütunun  giriĢlərin 

əksinə  yerləĢməsi  zərdüĢtilik  dininin  müəyyən  mərasim  məqsədlərini  güdürdü. 

ZərdüĢtilik tələblərinə görə səcdəgah və müqəddəs od xaricdən görünməməli idi. 

Sonralar hər üç dairəvi məbəd xristian kilsələrinə çevrilmiĢdi. 

Moisey  Kalankatlının  məlumatına  görə,  Albaniyada  monumental  rəssamlıq 

sənəti  yüksək  inkiĢaf səviyyəsinə  çatmıĢdı,  məbədlər  və saraylar  isə  bir  çox  hallarda 

gözəl rəsmlərlə bəzədilirdi.  Ləkit  məbədində mala üzərindəki rəsmlərin qalıqları vardır 

və bu təsdiq  edir  ki,  onun  divarları  interyerdə  rəsmlərlə  örtülmüĢdü.  Məbədin  bütün 

xarici görkəmi Qafqaz Albaniyasının dairəvi məbədlərinin inkiĢafının həmahəng Ģəkildə 

tamamlandığını təsdiqləyir. 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə