Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə62/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   58   59   60   61   62   63   64   65   ...   217

129 

 

Ġrakli  Bizans  imperiyasında,  eləcə  də  ona  tabe  Qafqaz  ölkələrində  xalkidonçuluğu 



(diofiziliyi) bərpa etməklə kilsə birliyinə nail olmaq qərarına gəldi. 

Albaniyanı  hələ  də  Ġran  mərzbanlarının  idarə  etdiyi  bu  dövrdə  Girdiman 

hakimi  Varaz Qriqor özünü Ġraklinin vassalı elan etdi.  Yeni süzereni və onun dini olan 

diofiziliyi qəbul etməklə bu knyaz bütün Albaniyanın tam səlahiyyətli hakiminə çevrilirdi. 

Lakin  beynəlxalq  meydanda baĢ verən dəyiĢikliklər,  görünür,  Ġraklinin  Varaz  Qriqora 

verdiyi  hüquq və səlahiyyətləri  alban hökmdarının  həyata  keçirməsinə  mane olmuĢdu. 

Belə  ki,  bu  vaxt  Ġran  Ģahı  II  Xosrov  öldürülür,  taxta  628/29-cu  ildə  Ġrakli  ilə  sülh 

bağlayaraq,  II  Xosrovun tutduğu  torpaqları  Bizansa  qaytaran  II  Kavad çıxır.  Albaniya 

yenidən  Ġranın  təsiri  dairəsində  qalır.  Bununla belə  ölkənin  faktiki  sahibləri  -  xəzərlər 

olurlar. 629-cu ildə Albaniyaya hücum edən  xəzərlərin baĢçısı ġat, ölkədə oturan Ġran 

mərzbanına, eləcə də 628-ci ildə siyasi dustaqlıqdan azad edilmiĢ katolikos Viroya elçi 

göndərərək,  Albaniyanın  ona  tabe  olmasını  tələb  edir.  Bu  dəfə  söhbət  artıq  siyasi 

asılılıqdan  gedirdi.  Lakin  Albaniya  müqavimət  göstərmək  iqtidarında  deyild i.  ġatın 

tələbini  qəbul  etməyən  mərzban  Ġrana  qaçır.  Katolikos  Vironun  baĢçılığı  ilə  alban 

əyanları  xəzərlərin  ali  hakimiyyətini qəbul  edirlər. Albaniya, yerli  tarixçinin  ifadəsinə 

görə,  xəzər  xaqanın ın "əbədi  mülkü" olur.  Beləliklə,  "Ġran ĢahənĢahı Kavadın oğlu 

ƏrdəĢirin  hakimiyyətinin  ikinci  ilində",  yəni  629-630-cu  ildə  xəzərlər  Albaniyanı 

iĢğal  edirlər.  Aramsız  hücumlar,  eləcə  də  xəzər  ağalığı  ölkəni  var-yoxdan  çıxarır. 

Burada  hökm  sürən  aclıq  və  xəstəlik  yerli  əhalinin  çox  hissəsinin,  o  cümlədən 

Albaniya katolikosu Vironun məhvinə səbəb olur (630-cu ildə). 

Ölkənin  faktik  sahibinə  çevrilən  xəzərlər  alban  feodallarından,  əvvəllər 

Sasanilərin  xəzinəsinə  keçirdikləri  dövlət  vergilərinin  indi  onlara  verilməsini  tələb 

edirdilər. Albaniyanın, bu dövrdən baĢlayaraq, həmçin in Xəzər adlandırılan qədim 

paytaxtı  Qəbələdə  möhkəmlən miĢ  xəzərlər,  solsahil  Albaniyasını  tamamilə  ələ 

keçirə  bilmiĢdilər.  Lakin  məh z  bu  dövrdə  Albaniyanın  hüdudlarından  kənard a 

ölkənin  siyasi  həyatında  həlledici  rol  oynayan  hadisələr  baĢ  verdi.  Beynəlxalq 

vəziyyət  -  Ġranda  taxt-tac  üstə  gedən  çəkiĢmələr,  Bizansda  xalkidonçularla 

monofizilər arasındakı  mübarizə bu ölkələrin  diqqətini Ģimal sərhədlərindən, u zaq 

Albaniyada baĢ verən hadisələrdən yayındırmıĢ oldu. 

VII  əsrin  30-cu  illərin in  əvvəllərində  Xəzər  dövlətində  Cəbu  xaqanın 

öldürülməsi  ilə  nəticələn miĢ  ara  münaqiĢələri  xəzərlərin  Albaniyadakı  ağalığ ına 

son  qoyub,  ölkəni  dəhĢətli  talandan  xilas  etdi.  Beləliklə,  tarixin  iradəs i  ölkəni 

müstəqillik  yoluna  çıxardı.  Suverenliy in  qazanılmasına  iki  rəqib  imperiyanın  - 

Bizansın  və  Ġranın  öz  aralarında  apardıqları  müharibələrdən  yorulması  və  əldən 

düĢməsi də kö mək etdi. 

Alban  taxt-tacı  Mihranilər  sülaləsindən  olan  Vara z  Qriqorun  əlinə  keçdi. 

Son tədqiqatlar hakimiyyət illəri ənənəvi olaraq  628-636-cı illərdə qəbul edilən bu 

alban hökmdarının əslində 630-642-ci illərdə hökmran lıq etdiyini, onun 628-ci ildə 

Bizans  hökmdarı  Ġraklinin  əlindən  diofiziliy i,  630-cu  ildə  isə  katolikos  Vironun 

əlindən monofiziliy i qəbul etdiyin i təsdiq edir. 




130 

 

Məhz  bu  dövrdə  Yaxın  ġərqdə  yeni  bir  qüvvə  -  ərəb  dövləti  meydana 



çıxır. 

 

 

 

§ 2. ƏRƏB ĠġĞALLARININ BAġLANMASI. 

AZƏRBAYCANA ĠLK YÜRÜġ VƏ ONUN NƏTĠCƏLƏRĠ 

 

630-cu  ilin  sonlarına  ya xın,  Azə rbaycandan  uzaqlarda  ya Ģasalar  da,  az 



sonra  onun  xalq larının  müqəddəratında  həlledici  rol  oynayacaq  ərəblərin  çox 

hissəsi  Məhəmməd  peyğəmbərin  hakimiyyətini  tanıdılar.  Ço x  keçmədən, 

peyğəmbərin siyasi istedadını, onun az qala hərəsi b ir bütə sitayiĢ edən pərakəndə 

ərəb  qəbilələrini  öz  rəhbərliy i  altında  birləĢdirmək  qabiliyyətini  yüksək  qiy -

mətləndirən  məkkəlilər  də  müqaviməti  dayandırıb,  Məhəmmədə  "Allahın  yerdəki 

elçisi, din in və dövlətin baĢçısı" kimi iman gətirdilər.  

Fəaliyyətinin ilk dövründə yeni dini etiqadın - islamın qəbulunu hər kəsin 

öz vicdanına həvalə edən, yalnız inandırma, təlq in yolunu seçən Məhəmməd, siyasi 

üstünlüyü  də  əldə  etdikdən  sonra  bütpərəstliyə  qarĢı  qəti  mübarizə  elan  etdi.  Bu 

məsələni  araĢdıran  tədqiqatçılar  Məhəmmədin  siyasi  və  diplo matik  mərifətini 

xüsusi  qeyd edirlər.  Belə  ki,  bütpərəstliyin  qatı  əleyhdarı  olan  Məhəmməd  qəbilə 

baĢçılarına  islamı  və  peyğəmbərin  hakimiyyətini  yaln ız  silah  gücü  ilə  deyil, 

xoĢluqla  da  qəbul  etmək  imkanı  verirdi.  Bunun  üçün  onlara  möhlət  də  ayırmıĢdı. 

Yaln ız təyin olunmuĢ vaxt baĢa çatanda, bütpərəstlər isə inadlarından dönməyəndə 

onlar  silah  gücünə  ram  edilir,  ayrı-ayrı  qəbilələrin  müstəqilliyin in  rəmzi  o lan 

qəbilə bütləri isə məhv edilird i. 

Ġslamı  bütün  ərəblər  arasında  yaymağın  vacib   sayılması  müsəlman 

baĢçıların ın öz d inləri  ilə Ərəbistan hüdudlarından kənara çıxmalarına, Sasanilərin 

və Bizansın tabeliyində olan Ġraq və ġam (Suriya) ərəblərinin yaĢadıqları ərazilərə 

qoĢun göndərmələrinə səbəb oldu. Beləliklə, 633-cü ilin  əvvəllərində,  Ərəbistanın 

Məhəmməd dövründə baĢlanan birləĢdirilməsini davam etdirən ilk "raĢidi" ("doğru 

yol  tutmuĢ")  xə lifəsi  Əbu  Bəkr  (632-634)  yarımada  daxilində  yürüĢləri  tam  baĢa 

çatdırmamıĢ,  islamı  bütün  ərəblərin  arasında  yaymaq  çağırıĢı  ilə  sərkərdələrindən 

Xalid  ibn  əl-Validin  və  Ġyad  ibn  Ğənmin  baĢçılıq  etdikləri  qoĢun  dəstələrini 

Sasanilərin  tabeliyində  olan  Ġraqa  və  Bizansın  tabeliyində  olan  ġama  göndərdi. 

Nəticə  etibarilə  ərəblərə  Ərəb istan  hüdudları  xaricindən  ilk  zəfər  müjdələrini 

gətirən  bu  yürüĢlər  bir  ço x  xalqların,  o  cü mlədən  azərbaycan lıların  həyatında  az 

sonra baĢ verəcək köklü dəyiĢikliklərin təməlini qoydu. Əvvəllər əsil dini yalnız öz 

soydaĢları  arasında  yaymaq  ideyası  ilə  çıxıĢ  edən  ərəblərin  fəaliyyət  dairəsi  yeni 

coğrafi  ərazilər  hesabına  geniĢləndi.  Ərəb  iĢğalları  baĢlandı.  Ərəb  cəmiyyətində 

baĢ verən ictimai-iqtisadi çevriliĢ bu iĢğallar üçün zəmin hazırlamıĢ,  Yaxın  ġərqdə 

(xüsusilə  Ġran  və  Bizansda)  yaranmıĢ  hərbi-siyasi  vəziyyət  isə  hadisələrin  məhz 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə