131
ərəblərin xeyrinə inkiĢafı üçün təkan vermiĢ oldu.
633-cü ildə ərəb ordusu Ġraq tərəfdən Sasani imperiyasının sərhədlərini
keçdi. Moisey Kalankatlı bu haqda yazırdı: "Ġran ĢahənĢahı, əzəmətli Xosrovun
ölümündən dörd il keçmiĢ Azkert (III Yəzdigərd ) hakimiyyətə sahib oldu. 12
qəbilənin birləĢməsindən gücə gəlmiĢ Həcəri nəsli
1
səhrada baĢ vermiĢ qasırğa kimi
dəhĢətli və qorxulu həmlə ilə çox sürətlə getdi; Assuriyanı ötərək, tez bir zamanda Ġran
ĢahənĢahına qarĢı hücuma keçdi".
Orta əsr ərəb müəlliflərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Kufi, Ġbn əl-Əsir və
b.) məlu matları ilə təsdiq edilən bu hücuma ərəb sərkərdələri Xalid ibn Valid və
Mukanna ibn Haris, eləcə də Ġyad ibn Ğən m baĢçılıq edird ilər.
Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yəzdigərd ona tabe
ölkələrin hakimlərindən köməkçi qoĢun dəstələri tələb edir. Yerli qaynağın
məlumatına görə, belə bir əmr alan Albaniya hökmdarı Varaz Qriqor da öz dörd
oğlundan birini -CavanĢiri döyüĢ meydanına göndərmək qərarına gəlir. Moisey
Kalankatlı CavanĢiri böyük məhəbbətlə, Ģairanə qələmlə təsvir edir: "Varaz Qriqor
özünün ikinci oğlu, məğrur, qəddi-qamətli və gözəl CavanĢirə diqqət yetirdi. Zərif
saqqal onun üzünü hələ tamam örtməmiĢdi; atasının sevimlisi, silah iĢlətmədə mahir,
qartal kimi zirək, atasının dayağı, hər Ģeydə müvəffəqiyyət qazanan CavanĢir ona
(atasına) dünyəvi həyatda öz ağlı ilə kö mək etməyə, böyüklərlə bərabərləĢməyə,
hökmdarlar yanında olmağa hazırlaĢırdı". Bu zamandan alban qoĢunlarının sparapeti -
baĢ sərkərdəsi olan CavanĢir öz qoĢunu ilə birlikdə 634-cü ildən Sasani qoĢununun baĢ
komandanı təyin edilmiĢ, "təkcə öz hərbi Ģücaəti ilə deyil, ĢahənĢah taxt-tacı uğrunda
saray çəkiĢmələrində fəal iĢtirakı ilə"də ad çıxarmıĢ Xorasan hakimi Fərru xzad oğlu
Rüstəmin rəhbərlik etdiyi Ġran ordusu tərkibində çıxıĢ etməyə baĢladı. Yerli mənbənin
məlu matına görə, məhz sərkərdə Rüstəm CavanĢiri III Yəzdigərdə təqdim etmiĢdi.
Yenə həmin mənbəyə görə "Ölü suların" (Ġraqda əl-Bətaix - bataqlıqlar) sahilində,
Kadisiyyə yanında baĢ vermiĢ (636-cı ildə) vuruĢmada alban sərkərdəsi öz Ģücaəti ilə
seçilmiĢdi. Onun hünər və rəĢadəti III Yəzdigərd tərəfindən layiqincə
qiymətləndirilmiĢdi, ĢahənĢah özü ona "bayraq və gur səsli Ģeypurlar, iki qızıl cida,
həmiĢə qabağıyca aparılan qızıl suyuna salınmıĢ iki qalxan verdi. Onu hamıdan yüksək
tutdu, belinə mirvari ilə bəzədilmiĢ qızıl kəmər və qızıl dəstəkli qılınc taxdı,
qollarına bilərzik saldı, baĢına isə gözəl bir tac qoydu. Bundan baĢqa, ona üstü
baĢdan-baĢa mirvari ilə iĢlənmiĢ qaytanlar da bağıĢladı, boynuna çoxlu sap mirvari
1
Həcər Ġbrahim peyğəmbərin arvadı Saranın kənizi idi. Rəvayət ə görə, onun
Ġbrahimdən olan oğlu Ġsmayıl ərəblərin ulu babası hesab edilir. Bu qadının adı ilə ərəblərə
həcərilər də deyilirdi.
mirvari saldı".
637-ci ildə ərəblər Ġran Ģahını onun paytaxtı olan Ktesifonda mühasirəyə
aldılar. CavanĢir üç minlik alban qoĢununun baĢında iranlılarla birlikdə altı ay
Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Ġran ordusu darmadağın edildi. III
Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının
132
məlu matına görə, CavanĢirin Ġran ordusu tərəfində ərəblərlə son döyüĢü III Yəzdigərdin
hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin
faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən CavanĢir 639-640-cı ildə
vətəninə qayıdır.
Bu dövr hadisələrini bizə çatdıran ərəb mənbələrinin bir qismi ərəblərin
Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni
639-640-cı illərdə baĢ verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi
kitab yazmıĢ IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci
ildə Huzayfa ibn əl-Yəmənin baĢçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.
Ərəb yürüĢləri istiqamətlərinin mənbələrin müqayisəli təhlili nəticəsində izlənilməsi
sübut edir ki, Azərbaycanın real fütuhatının baĢlandığı hicri 22 (643)-ci ildən çox əvvəl,
görünür, Ġyad ibn Ğənmin baĢçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu
ilin avqustunda baĢlamıĢ Mesopotamiyanın iĢğalı prosesində Azərbaycan ərazisinə
hücum (və bəlkə də hücumlar) olmuĢdur. Hücum Urmiya gölünün cənub-qərb,
ərəblərin artıq iĢğal etdikləri erməni əz-Zəvazan vilayəti tərəfdən baĢlamıĢ və nəticədə
qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmıĢdı. Hadisələrin məhz o zonada baĢ
verməsi müqavilənin mətnindən də görünür; mərzban ərəb lərə " 800 min d irhəm
verməyə boyun olurdu. Əvəzində ərəblər heç kəsi öldürməyəcək, əsir almayacaq,
atəĢgahları dağıtmayacaq, Balasacanın, Savalanın və Miyan Ruzanın kürdlərini
sıxıĢdırmayacaq, ġiz əhalisinə bayramlarda rəqs etməyə və əvvəllər yerinə yetirdikləri
[ayinlərə] əməl etməyə icazə verəcəklər".
Lakin müəyyən hüdud çərçivəsində qazanılan belə ötəri qələbələr, nəticə
etibarilə ərəblər üçün hələ müvəffəqiyyətli hesab edilə bilməzdi, çünki imperiyanın
mərkəzində iflasa uğramıĢ Sasani üsuli-idarəsi ucqarlarda, o cümlədən Ģimallı-cənublu
Azərbaycan torpaqlarında Ġran qoĢunları tərəfindən hələ də müdafiə edilirdi. Görünür
məhz bu dövrdə, "yeddi il dalbadal ağır döyüĢlərdə iĢtirak edib, on bir dəfə ağır yaralar
aldıqdan" sonra, nəhayəl. vətənə qayıdan CavanĢir hələ atası Varaz Qriqorun sağlığında,
Albaniyanın ilk böyük iĢxanı olur. Moisey Kalankatlının yazdığına görə, "Ġran
müharibələrindən Ģöhrətlə qayıdan CavanĢir hökmdarın sərəncamı ilə Albaniyanın bütün
iĢlərinə rəhbərlik edirdi..." Onun atdığı ilk addımlardan biri Ġran üsuli-idarəsinə qarĢı
çıxıĢı oldu. Bütün Albaniyanı öz hakimiyyətinə tabe etməyə çalıĢan CavanĢir "qoĢununu
götürüb, atası ilə birlikdə Bərdə Ģəhərindən çıxaraq. Ģimal tərəfə çəkildi". Alban knyazının
bu çıxıĢı Ġran qoĢunlarının ölkəyə hücumuna səbəb oldu. CavanĢir Girdiman və
Kambisenaya hərəkət edən Ġran qoĢununa qarĢı əks -hücum edərək, onları Albaniyanın bu
bölgələrindən çıxartdı. Kambisenada olarkən, o, Ġberiya hökmdarı Atrnersehlə (605-641)
"sarsılmaz ittifaq" bağladı. Bu hökmdarın, eləcə də köməyə gəlmiĢ gürcü qoĢunlarının
yardımı ilə CavanĢir iranlıları Uti vilayətindən də qovub çıxararaq, paytaxt Ģəhəri Bərdəni
azad etdi, əsir düĢmüĢ anasını və qardaĢlarını düĢmən əlindən qurtardı. Lakin
məğlubiyyətlə barıĢmaq istəməyən iranlılar Adurbadaqandan yeni qüvvələr göndərdilər.
Sakasena vilayətində baĢ verən iki döyüĢ CavanĢirə yeni qələbələr bəxĢ etdi.
Darmadağın edilmiĢ iranlılar bu dəfə Sünik knyazının vasitəçiliyi ilə barıĢıq əldə edə