Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə71/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   67   68   69   70   71   72   73   74   ...   217

148 

 

Lay zanın,  Filanın,  Təbərsəranın,  Lakzın  və  b.  hökmdarlarını  yanına  çağırtdırdı. 



Lakzın  hökmdarından  baĢqa dəvət  edilmiĢ  bütün  dağlılar  Mərvanın  çağırıĢına  səs 

verdilər.  ÇağırıĢa  hay  verməyən  Lakz  hökmdarının  ö lkəsi  dağıdılır,  özü  isə 

öldürülür. 

741-ci  ildə  Mərvan  ġirvanı  keçərək Muğan,  Gilan  və  Talakana  (Deylə mdə) 

soxulur,  ço xlarını  q ırır,  bir  ço xların ı  da  əsir  alır.  Qayıdan  baĢ  Bərdəni  də tutaraq, 

beləliklə,  ərəblərin  Azərbaycandakı,  eləcə  də  bütün  Qafqazdakı  hakimiyyətlərini 

yenidən möhkəmləndirə bilir. 

Sonrakı  20  il  boyu  xəzərlər  ərəblərin  nəzarəti  altında  oldular.  Yalnız 

Əməvilər  sülaləsi  devrildikdə  Xilafətdə  baĢ  verən hadisələrdən  istifadə  edən  xəzərlər 

Bizansın  təhrikilə  Xilafətin  xaqanlıqdakı  nümayəndəsini  öldürdülər  və  bu  yolla 

müvəqqəti müstəqillik qazandılar. 

Xilafətdə baĢ verən qarıĢıqlıq və çəkiĢmələrdən istifadə edən Bizans da 752-

ci  ildə  sərhədyanı  Suğur  vilayətinə  hücum  edərək,  onun bir sıra Ģəhərlərini  iĢğal  edir, 

bununla  yanaĢı  Cənubi  Qafqazda hərbi və  diplomatik  fəallığını gücləndirir.  754-cü  ildə 

hakimiyyətə  gələn  xəlifə  əl-Mənsur  (754-775)  rəqib  imperiyaya  qarĢı  əks  tədbirlər 

gördü, bizanslıların dağıtdıqları bəzi istehkamları bərpa etdirdi. 759-cu ildə xəlifə əl-

Mənsur, Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ərminiyənin caniĢini təyin edir. 

Xəzər  hücumlarından  ehtiyat  edən  yeni  caniĢin  Bab  əl-Lan  (Dəryal)  keçidini  ələ 

keçirib,  orada  özünə  sadiq  xüsusi  muzdlu  qoĢun  dəstəsi  yerləĢdirir.  Xəzərləri 

təhlükəsizləĢdirmək üçün Yəzid,  xəlifənin  məsləhəti ilə, Xəzər  xaqanının qızı Xatunla 

evlənir. Əl-Kufinin dediyinə görə, caniĢin yüz min dirhəmlik baĢlıq verməli olur.  Əl-

Kufi yazır: "Xatunu onun qohumlarından olan on min xə zər müĢayiət edirdi: ona dörd 

min əla madyan, min qatır, min qul, on min "xəzəri" cinsindən olan alçaq dəvə, min baĢ 

"türki" cinsindən olan ikihürgüclü dəvə, iyirmi  min baĢ qoyun, qapıları və üstü qızıl və 

gümüĢ  lövhələrdən  düzəldilmiĢ,  içərisinə  samur  xəzi  döĢənmiĢ  və  ipək  çəkilmiĢ  on 

furqon,  qızıl  və  gümüĢ  əĢ yalar,  qab-qacaq  yüklənmiĢ  iyirmi  araba  və  baĢqa  Ģeylər 

qoĢulmuĢdu". 

Təmtəraqla  Bərdəyə  gətirilən  gəlin  islamı  qəbul  etdi,  Quranı  öyrəndikdən 

sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiĢ onun özü və Yəziddən olan 

iki oğlu vəfat etdi. 

Xaqan qızının qəfil ölümü ərəblərə qarĢı yenidən inamsızlıq yaratdı. Bu iĢdə 

Yəzidi  və onun yaxın  adamlarını  günahlandıran  xəzərlər  763-764-cü  ildə  böyük  bir 

qoĢunla  Cənubi  Qafqaz  ərazisinə  hücum  edib,  alban  və  gürcü  vilayətlərini,  o 

cümlədən  yerli  salnaməçin in  alban  vilayətləri  sırasında  adlarını  çəkd iyi  Hecerini 

(Ecerini),  Kambehcanı  (Kambisenanı),  ġakeni  (ġəkin i),  Xozması  (Xaçmazı), 

Balasakanı  və  b.  yerləri  tutdular,  saysız-hesabsız  sürü  və  ilxıları  apard ılar. 

Xəzərlərin  bu,  dəfəki  hücumları  o lduqca  güclü  id i.  Ço x  keçmədən  ġirvan 

torpağında  xəzərlərlə  üzləĢən  Yəzid,  ona  kö mək  göndərilməsinə  baxmayaraq, 

məğ lub edilir və Bərdəyə qaçır. 

Bu  xəbər  xəlifəyə çatanda o, Yəzidə bir daha kö mək göndərir.  Yəzid yeni 




149 

 

qüvvələrlə  Kürü  adlayaraq  Dərbəndə  doğru  istiqamət  götürür  və  Ģəhərin 



müdafiəsini  təĢkil  etmək  qərarına  gəlir.  Az  qala  bütün  Arranı  fəth  edən  xəzərlər 

ərəblərin  Dərbənddəki  müdafiə  xətlərini  yara  bilməd ilər,  qala  ərəb lərin  əlində 

qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.  

O dövrün salnaməçiləri və tarixçiləri  VIII əsrin  60-cı  illərinin o rtalarında 

xəzərlərin  Cənubi  Qafqaz  ərazisinə  daha  bir  neçə  yürüĢü  haqqında  məlu mat 

vermiĢlər.  Bundan sonra VIII əsrin sonlarınadək  xəzərlər bu ərazidə görünmədilər. 

Yaln ız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-RəĢidin (786-809) hakimiyyəti 

dövründə,  xəzərlər  Arran  ərazisinə  yenidən  müdaxilə  etdilər,  kiçik  ərəb  hərbi 

dəstələrin in  müqavimətin i  qıraraq,  Kür  çayının  sahillərinədək  irəlilədilər. 

Mənbələrdəki  məlu mata  görə,  xəzərlər  burada  70  gün  qaldılar,  sonra  isə  ölkəni 

talan  edərək,  100  mindən  artıq  əsir  apardılar.  Ərəb  tarixçisi  əl-Kufi  xəzərlərin  bu 

müdaxiləsini  o  zaman  Dərbənddə  baĢ  verən  hadisələrlə  əlaqələndirir:  Dərbənd 

əhalisi  Ģəhər  hakiminin  baĢçılığ ı  ilə  q iyam  qaldırmıĢ,  ərəblərə  xərac  verməkdən 

imtina  et miĢ,  nəhayət  xəzə rləri  yardıma  çağırmıĢdı.  Dövrün  digər  mənbələ ri  (ət -

Təbəri,  Ġbn  əl-Əsir  və  b.)  bu  rəvayəti  baĢqa  cür  iĢıqlandırsalar  da,  fakt  özlüyündə 

qalır:  VIII  əsrin  son  ilində  xəzərlər  ərəblər  ü zərində  son  ciddi  qələbəyə  nail  ola 

bilirlər. 

Ġki  gəlmədən  biri  üçün  qələbə,  digəri  üçün  məğlubiyyət  olan  belə  qanlı 

döyüĢlər  torpaqları  yağı  tapdağı  altında  qalan  yerli  əhali  üçün  zülm,  iztirab  və 

əziyyətdən baĢqa bir Ģey deyildi. 

Bununla  da  xəzərlərin  bir  əsrdən  çox  ard ı-arası  kəsilməyən  soyğunçu 

yürüĢlərinə  demək  olar  son  qoyulur.  Yaln ız  hələ  də  xəzərlərin  qüdrətinə  inanan 

yerli  hakimlər  ara -sıra  köhnə  müttəfiq lərini  ərəblərə  qarĢı  birgə  mübarizəyə  dəvət 

edirdilər.  Hətta  IX  əsrin  sonları,  X  əsrin  əvvəllərində,  Cənubi  Qafqaz  ərazisində 

müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baĢ verən lokal  xarakterli 

bu  çıxıĢlar  nəticə  etibarı  ilə  Xilafətin  Qafqazdakı  mövqeyini  sarsıdan  amillərdən 

oldu.  Beləliklə,  obyektiv  olaraq,  müsəlmanların  Ģimala  doğru  yollarını  bağlamıĢ 

Xəzər  xaqanlığı,  rusların  və  digər  xalq ların  da  ġimali  Qafqaz  tərəfdən  müsəlman 

torpaqlarına müdaxilə etmələrinə mane olmuĢ, bufer dövləti ro lunu oynamıĢdır.  

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə