Azərbaycan diLİ VƏ tariXİ


§ 2. XĠLAFƏTĠN AZƏRBAYCANDA ĠNZĠBATĠ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə72/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   68   69   70   71   72   73   74   75   ...   217

150 

 

§ 2. XĠLAFƏTĠN AZƏRBAYCANDA ĠNZĠBATĠ 



SĠYASƏTĠ, ĠDARƏETMƏ SĠSTEMĠ 

VƏ KÖÇÜRMƏ SĠYASƏTĠ 

 

Ġspaniyadan  Hindistanadək  bir  ço x  ölkə  və  xalqları  tabe  etmiĢ  ərəblər, 



iĢğal  etdikləri  yerlərdə  yeni  tipli  idarə  sistemi  qura  bilmədiklərindən,  bu  yerlərin 

əvvəlki  idarə  sistemlərini  saxlamalı  oldular.  Mü xtəlif  xalq lardan  alınan  və  idarə 

iĢini  yüngülləĢdirmək  məqsədilə  çox  vaxt  köhnə  coğrafi  və  ya  inzibati  adını 

saxlayan  bu  ərazilər  müstəqil  və  ya  asılı  ölkədən  Xilafətin  ço xsaylı  vilayətlərinə 

çevrild ilər.  Bu  vilayətlər,  adətən  həmin  yerləri  fəth  etmiĢ  sərkərdənin  və  ya 

yürüĢün  bilavasitə  iĢtirakçısının  idarəsi  altında  ərazicə  yaxın  torpaqları  özlərində 

birləĢdirirdi. 

Ərəblərin  iĢğalı  ərəfəsində  tarixi  A zərbaycan  torpaqları  ilə  yanaĢı,  ġərqi 

Gü rcüstanı və ġərqi  Ermən istanı, Ġranın bir sıra vilayət və Ģəhərlərin i  (Təbəristan, 

Gilan,  Dih istan, Rey və b.) də özündə birləĢdirən Sasanilərin Ģimal  kustakı (kustu) 

-  əyaləti  olan  Adurbadaqan  (Azərbaycan)  bir  inzibati  vahid  kimi  cənubda 

Həmədan,  Əbhar  və  Zəncandan  Ģimalda  Dərbəndədək  uzanı rdı;  tədqiqatçıların 

(Y.Pa xo mov,  K.Trever,  V.Henninq  və  b.)  ə ksəriyyətinin  567/ 568-c i  ilə  a id 

etdikləri  Dərbənd  divarlarındakı  pəhləvi  yazısı  imperiyanın  Ģimal  sərhədinin 

Dərbənddən keçdiyini b ir daha təsdiq edir. 

Ərəblərin  Qafqaza hücu mları  zamanı Süniklə  b irlikdə Albaniya, eləcə də 

Gü rcüstanın  bir  hissəsi  xəzərlərin  əlində  idi.  BaĢ  vermiĢ  ərəb  iĢ ğalı  bu  ölkələrin 

tarixi-coğrafi  əra zi  bütövlüyünü  saxlasa  da  onların  in zibati  adını  dəyiĢdirdi.  Ġlk 

çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, ġərqi 

Gü rcüstan  və  əl-Cəzirə  vilayəti  ilə  birlikdə  yeni  yaranmıĢ  gənc ərəb dövlətinin beĢ 

vilayətindən  birini  təĢkil  edirdi.  VIII  əsrin  baĢlanğıcında  Qafqazın  iĢğal  olunmuĢ 

torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir 

dövlət  kimi  ləğv  edilən  Albaniya  ərəb  vilayəti  Arrana  (ar-Ran,  Aran)  çevrildikdə, 

"Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daĢıyan ərəb vilayəti öz tərkibində 

təkcə  Cənubi  Qafqazın  qalan  hissəsinin  fəthindən  bir  neçə  il  əvvəl  iĢğal  olunmuĢ 

bilavasitə  Ermənistanı  deyil,  eləcə  də  keçmiĢ  Albaniya  və  Ġberiya  ərazilərini  də 

birləĢdirirdi.  Yeni  ərəb  inzibati  termininin yuxarıda adı çəkilən ölkələrə də Ģamil edilməsi 

Bizans  imperatoru  I  Yustinianın  (527-565)  islahatları  nəticəsində  VI  əsrin ortalarında 

yaranmıĢ Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati 

quruluĢdan miras qalmıĢ "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına baĢqa obyektiv 

səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamıĢ, 

artıq  639-640-cı  illərdə,  Mesopotamiya  yürüĢü  zamanı  Bizansın  tabeliyində  olan 

erməni torpaqlarını ələ  keçinniĢ, ikincisi isə ərəb iĢğal zonasını  idarə edən caniĢinin 

qərargahını  ermənilərin  baĢ  Ģəhəri  Dəbildə  -Dvində  yerləĢdirmiĢdilər.  Təbii  ki, 

özlərindən  əvvəlki  Bizans  inzibati-idarə sisteminə varis çıxmıĢ  ərəblər, baĢqa yerlərdə 

olduğu kimi, burada da  köhnə dövrə aid "Ərminiyə" adını saxlamıĢdılar.  O da təbiidir  ki, 




151 

 

iĢğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan 



zonaya  qatmıĢ,  bir  bölgədə  yerləĢən  bu  torpaqları  birlikdə  "Ərminiyə"  adlandırmıĢ , 

bütün  Cənubi  Qafqazdakı  iĢğal  zonasının  idarəsini  Dəbildə  oturan  ərəb  caniĢininə  - 



amilinə həvalə etmiĢdilər. Bu obyektiv səbəblərlə yanaĢı, qədim kitablardan faydalanan 

erkən  ərəb  müəlliflərinin  (Ġbn  Xordadbeh,  Ġbn  əl-Fəqih  və  b.)  islamaqədərki  siryani 

xristian  ədəbiyyatından  (məsələn,  VI  yüzildə  yaĢamıĢ  Mitilen  Zaxarinin  əsərindən) 

istifadə  etmələri  də  mümkündür;  bu  ədəbiyyatdan  olan  məlu mata  görə  Qurzan 

(Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar" 

adlanırdı  (bu dövrün  ən  yaxĢı  tədqiqatçılarından  azərbaycanlı  alim  Z.M.Bünyadov  və 

erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər). 

VII  əsrin  a xırlarında  ərəblərlə  əks  cəbhədə  olan  Bizansa  qarĢı  ideoloji 

mübarizə  aparan  erməni  din  xadimlərinə  etdikləri  xid mət  müqabilində  xəlifənin 

göstərdiyi  iltifat  və  yürütdüyü  qərəzli  siyasət  bu  inzibati  adın  bir  qədər  də 

möhkəmlən məsinə səbəb oldu. 

Beləliklə,  Sasanilər  dövründə  Xəzəryanı  Ġran  vilayətləri  ilə  yanaĢı,  bütün 

Cənubi Qafqaz vilayətlərini özündə birləĢdirən inzibati Adurbadaqan - Azərbaycan adı 

ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda iĢğal etdiyi yerlərə 

verilən  inzibati  Ərminiyə  adı  ilə  əvəz  olundu.  Alban  kilsəsinin  erməni  kilsəsinə  tabe 

edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin, 

müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin baĢlanğıcında 

Albaniyanın  özünün də bir  dövlət  kimi  süqutu  xəlifə  Əbdülməlik  ibn  Mərvanın  (685-

705) baĢladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sistemin in həyata 

keçirilməsinə Ģərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın 

Qərbi  Ermənistanda,  yəni  coğrafi  baxımdan  ərəb  Ərminiyəsindən  fərqlənən  yerdə 

həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-

IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaĢadıqları əraziyə aid idisə, 

"Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-

nın  yaĢadıqları  və ermənilərə  dəxli  olmayan  Cənubi  Qafqaz  torpaqlarını  əhatə  edirdi. 

Vaxtilə  Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV 

Ərminiyə adı ilə dörd hissəyə bölünürdü. 

Xilafət qoĢunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz 

köhnə  adlarını  saxlayan  bu qondarma  ərazilər  haqqında yalnız  erkən  ərəb  mənbələri 

məlumat  verir.  Maraqlı burasıdır  ki,  ərəblərəqədərki  Bizans  inzibati  bölgüsü  haqqında 

ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında 

heç  bir  xəbər  vermir.  Ço x  güman,  bu  "məlumatsızlıq"  bütün  bölgə  ərazisinin  süni 

Ģəkildə  Ərminiyə  adı  ilə  birləĢdirilməsindən,  bu  birləĢmənin  isə  dövrün  real  tarixi 

coğrafiyasını  əks  etdirməməsindən  irəli  gəlirdi.  Məhz  buna  görə  bu  dövr  haqqında 

məlumat  verən  ərəb  mənbələri  erməni  torpaqları  ilə  birlikdə  ermənilərə  aid  olmayan 

qonĢu  torpaqları  da  əhatə  edən  yeni  "Ərminiyə"  inzibati  vahidi  ilə  yanaĢı, 

ərəblərəqədərki  Sasani  inzibati  vahidi  "Azərbaycanın"  (Adurbadaqanın)  da  adını 

çəkirlər.  Son  Sasanilər  dövründə  Albaniya  və  Atropatena  ilə  birlikdə  imperiyanın 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə