Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə70/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   66   67   68   69   70   71   72   73   ...   217

146 

 

dərhal  ġirvana  doğru hərəkət  edib  ərəblərə  tabe  olmaq  istəməyən  ġabran  qalasını 



mühasirəyə  aldı.  Neçə  gün  davam  edən  mühasirədən  sonra  əlləri  hər  Ģeydən 

üzülmüĢ  Ģabranlılar  aman  istədilər.  Verilən  vədə  baxmayaraq  qalaya  buraxılmıĢ 

ərəblər  bütün  kiĢiləri  qılıncdan  keçirdilər,  qadın  və  uĢaqları  isə  ətraf  kəndlərə 

səpələdilər. 

Buradan  Dərbəndə  yollanan  Məsləmə  Ģəhər  divarları  yanında  düĢərgə 

saldı.  ġəhər  hakimi  ərəbləri  qarĢılamağa  çıxd ı.  Dərbəndin  qalasında  yerləĢmiĢ 

xəzər  qoĢun  hissələri  isə  heç  bir  maneəyə  rast  gəlmədən  Ģəhəri  tərk  etdilər. 

Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yer lərin dağlı 

hakimlərindən  xərac  alaraq,  öz  qoĢunların ı  Xilafətin  ġimal  vilayətlərindən  olan 

Arranın  hüdudlarından  kənara  -  xəzərlərin  Bələncər,  Vəbəndər  və  Səməndər 

Ģəhərlərinə  tərəf  yeritdi.  Ərəb lər  və  xəzərlər  arasında  qanlı  döyüĢ  bir  neçə  gün 

davam  etdi  və  ərəblərin  qələbəsi  ilə  baĢa  çatdı.  Geri  qayıdan  ərəblər  yenidən 

Dərbənd  qalasında  sığınacaq  tapmıĢ  min  xəzər  ailəsini  mühasirəyə  ald ılar.  Uzun 

mühasirədən  sonra  qala  ərəblərin  əlinə  keçdi.  Məsləmə  bu  dəfə də qaladakı  xəzər 

ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi. 

Dərbənd  sərhəd  vilayətində  ərəblərin  mövqeyini  möh kəmlətmək 

məqsədilə  Məsləmə  Dərbəndi  dörd  qismə  (sektora)  bölüb,  bunların  hər  b irində 

DəməĢqdən,  Himsdən,  eləcə  də  Fələstin,  ġam  və  əl-Cəzirənin  baĢqa  yerlərindən 

olan 

24 


min 

ərəb  döyüĢçüsü  yerləĢdirdi.  Məsləmənin  tapĢırığı  ilə 

möhkəmləndirilmiĢ,  silah  və  ərzaqla  təchiz  ed ilmiĢ  Dərbənddə  müsəlman 

icmasının  baĢçısı  Mərvan  ibn  Məhəmməd  təyin  olunur.  732-733-cü  ildə  Azər-

baycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapĢırılır. Məsləmə özü isə, 

görünür,  növbəti  hesabat  üçün  DəməĢqə,  xəlifə  sarayına  yollanır.  Əl-Kufin in 

məlu matına  görə,  Məsləmən in  getməsindən  xəbər  tutan  xəzərlər  yenidən 

Dərbənddən Ģimalda o lan torpaqlarına qayıdırlar.  

Yeni  caniĢin  Mərvan  ibn  Məhəmməd  40  minlik  qoĢunla  Bələncərə  hücum 

edib,  xəzərləri  əzir,  böyük  qənimətlə  Dərbəndə qayıdıb, qıĢın sonunadək orada qalır. 

Burada  baĢ  verən  hadisələrin  ən  yaxĢı  Ģərhçisi  olan  əl-Kufi  xəzərlərə  qarĢı  yaz 

əməliyyatını Mərvanın deyil, bu vəzifədə onu müvəqqəti əvəz edən Səid əl-HaraĢinin 

baĢlaması  haqqında  məlumat  verir.  BaĢqa  mənbələrlə  təsdiq olunmayan  bu  məlu mat, 

ziddiyyətli də olsa, mümkün bir fakt kimi nəzərə alınmalıdır. Əl-Kufiyə görə, ġamdan 

Dərbəndə çağırılmıĢ Səid xəzərlərin üzərinə elə tez-tez hücum edirdi ki, "atının yəhəri 

heç  vaxt  qurumurdu".  Lakin  görmə  qabiliyyətinin  pozulması  onun  istefa  xahiĢi  ilə 

xəlifəyə  müraciət  etməsinə  səbəb  olur,  Mərvan  isə  yenidən  əvvəlki  vəzifəsinə 

qaytarılır. 

Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin 

vacib  olduğunu  dərk  edən  Mərvan,  Cənubi  Qafqazın  Xilafətin  real  müttəfiqinə 

çevrilməsi zərurətini də yaxĢı baĢa düĢürdü. Bu baxımdan onun Xilafətin Ģimal ərazisi 

hesab edilən Qafqazda apardığı siyasət əvvəlki caniĢinlərinkindən fərqlənirdi.  Erməni 

və alban knyazlarının tam itaətinə nail olmuĢ Mərvan, çox keçmədən, zor gücünə baĢqa 



147 

 

Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları - ləzgiləri və b.) da özünə tabe edir. Arxa 



cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoĢunla Bərdənin 40, Tiflisin  isə 20 

fərsəxliyində yerləĢən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düĢərgə salır. 

737-c i il ərəb-xə zər  müharibələ ri tarixinə ən gərgin dövrün  baĢlanğıcı kimi 

daxil  olur.  Ərəblərin  Ģimala  doğru  hücum  əməliyyatlarına  baĢçılıq  edən  Mərvan 

xəzərlərin  üzərinə  iki  istiqamətdən  -  Dərbənd  və  Dəryal  keçidlərindən  yürüĢ  təĢkil 

etmək  qərarına  gəlir.  Dərbənd  qoĢununa  Ģəhərin  rəisi  Üseyd  (Əsəd)  ibn  Zafir  əs-

Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoĢuna isə Mərvan özü baĢçılıq 

edirdi.  Yolboyu  yerləĢən  qala  və  yaĢayıĢ  məntəqələrini  darmadağın  edən  qoĢunlar 

Səməndər Ģəhəri  yanında  birləĢdilər  və  oradan  Volqa  çayının sağ  sahilində  yerləĢən 

Xəzər  paytaxtı  əl-Beyda  Ģəhərinə  hücuma  keçdilər.  Xəzər  xaqanı  bu  Ģəhərdə 

möhkəmlənmiĢdi. Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan 

hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə 

(əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaĢadıqları ərazini tutdular, eləcə də 

Xəzər  ölkəsi  hüdudlarından  çıxaraq,  onun  qonĢuluğunda  yaĢayan  əs-səkləb 

tayfalarına  və  baĢqa  "kafirlərə"  hücum  etdilər.  Əl-Kufi  yazırd ı:  Mərvan  "daha 

sonra səkləblərə və onlarla qonĢuluqda yaĢayan baĢqa cinsdən olan kafirlərə hücum 

etdi,  onlardan  20  min  ev  adam  əsir  tutdu,  sonra  irəli  gedərək,  Sə kalib  (hərfən: 

Səkləblərin) çayına yetiĢdi". 

Xəzər  xaqanı  islam  din ini  qəbul  etməyə  boyun  olsa  da,  müsəlmançılıq 

burada  yayılmadı.  Belə  ki,  Mərvanın  əsas  məqsədi  heç  də  xəzərləri  doğru  din 

yoluna  gətirmək  deyil  (bunun  üçün  heç  lazımi  imkan  da  yo x  id i),  onların  belini 

qırmaq,  gö zlərin i  qorxutmaq,  Xila fətin  Qafqazdakı  iĢğal  zonasından  onların 

ayağını  kəsmək  idi.  Beləliklə,  Xilafətin  xəzərlər  ü zərində  qəti  qələbəsini  nümayiĢ 

etdirən  737-ci  il  döyüĢü  baĢa  çatır.  40  mindən  çox  xəzər  əsiri  ev indən-eĢiyindən 

edilib, Sa mu r və ġabran çayları a rasındakı ə raziyə köçürülür. 

QıĢı  Kasakda  keçirən  Mərvan  738-ci  ilin  yazında  Kürü  keçərək  ġəkiyə 

gəlir.  Bu  səfərdən  də  məqsəd  ərəblərə  boyun  əymək  istəməyən  Qafqaz  dağlılarını 

ra m  et mə k  idi.  Mə rvanın  "dağ  hökmdar larına"  qarĢı  baĢladığı  yürüĢlər 

müvəffəqiyyətlə  nəticələn ir:  dağlardakı  qalalar  çətinliklə  də  o lsa,  uzun 

mühasirələrdən sonra fəth olunur. Bu  mühasirələrdən bəzisi b ir ay, bəzisi  is ə Sərir 

hökmdarın ın  iqamətgahı  kimi  bir  il,  Ġbn  əl-Əsirin  dili  ilə  desək,  "bütün  yayı  və 

qıĢı" çəkirdi; a lınan qala lar dağıdılır, yerlə  yeksan edilirdi.  

Ardı-arası  kəsilməyən  hücumlar,  ağır  vergi  boyunduruğu  yerli  əhalini 

qorxuya  salmıĢdı.  Mənbələrin  yazd ığına  görə,  738-ci  ildə  bağlanılan  müqaviləyə 

əsasən  Mərvan  "Qumu x  və  Tumandan  ildə  100  qul,  100  kəniz,  20  min  batman 

buğda, Kür və Miskincdən 14  min batman buğda və 40  min dirhəm pul, ġirvandan 

20  min  batman  buğda  və  50  min  dirhəm  pul  alırd ı.  Bütün  bu  vəs ait  xüsusi 

mühafizəxana larda  saxlanılır  və  Dərbənd  Ģəhəri  əsgərlərin in  maaĢına  sərf 

olunurdu". 

QıĢı  Dərbənddə  keçirən  Mərvan  yazağzı  ətraf  yerlərin  -  ġirvanın, 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə