Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə40/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   36   37   38   39   40   41   42   43   ...   217

83 

 

Qatalar  təliminin  zərdüĢtiliyə  qədərki  " xalq  dini"  ilə  qarĢılıqlı  güzəĢtlər 



əsasında  birləĢməsi  ilə  bağlı  olan erkən  zərdüĢtiliyin  transformasiyası həm ellin, həm 

də Parfiya dövründə davam etmiĢdir. Antik mənbələrə, arxeoloji materiallara və tətbiqi 

incəsənət  abidələrinə  əsasən  bu  qənaətə  gəlmək  olar  ki,  məcuslar  bu  dövrdə  Qərbi 

Ġranın dini həyatında əsas rol oynamaqda davam etmiĢ, onların etiqad və mərasimləri də 

Kiçik  Asiya  və  Cənubi  Qafqaz  ölkələrinin  dininə  və  ideologiyasına  güclü  təsir 

etmiĢdir. 

Sasanilər dövründə qılınc gücünə iĢğal olunmuĢ ərazilərə yayılan, baĢqa din 

və təriqətlərə qarĢı açıq-aĢkar düĢmən kəsilən "Kiçik Avesta" zərdüĢtiliy i doqmatik 

dövlət  dininə  çevrildi,  artıq  III  əsrin  ikinci  yarısında  maniçilərin  darmadağın 

edilməsin in  və  təqibinin  ilha mç ısı  və  təĢkilatçısı  olan  mobed  Kartir  öz  kitabələ -

rində bu dini siyasəti elan  etdi.  BaĢqa din  və  etiqadlara qarĢı dözümlü olan  Əhəməni  və 

ArĢakilərdən  əhəmiyyətli  dərəcədə  fərqli  olaraq    IV-VII  əsrlərdə  hakimiyyət  baĢında 

olan  bütün  sasani  ĢahənĢahları  məhz  bu  dini  siyasəti  güdürdülər,  baĢqa  dindən 

olanların, xüsusilə   xristianların təqibinin arabir  zəifləməsi  isə hakim dairələrin d in 

azadlığın ı qəbul etməsi ilə deyil, hərb i və ya iqtisadi vəziyyətlə bağlı idi. Özü də belə 

fasilələrdən sonra atəĢpərəst olmayanlar daha  amansız təqib lərə məruz qalırd ılar. 

Bununla  belə,  ZərdüĢt  təlimi  və  mərasimi  Sasanilər  dövründə  də  əvvəlki 

yüzillər  boyu  təĢəkkül  tapan  və  Sasanilərə  qədərki  zərdüĢtiliyin  mürəkkəb  təkamül 

prosesini  özündə  əks  etdirən  üst-üstə  gəlmiĢ  ziddiyyətli  cəhətlərdən  xilas  ola 

bilməmiĢdi.    Məsələn,  Ahura-Mazda  (Hörmüz)  ilə  yanaĢı,  monoteist  təməlli  Qatalar 

təlimində cüzi yer tutmuĢ baĢqa allahlara (o cümlədən Mitraya, orta  farsca - Mihr) da 

sitayiĢ  edilirdi;  ellinistik  görüĢlərin güclü təsirinə  məruz  qalmıĢ  "sonsuz  vaxt"  allahı 

Zrvana sitayiĢ Sasani zərdüĢtiliyində möhkəm yer tutsa da bəzi hallarda, hətta Ģübhə 

doğururdu;  Sasani  kahinlərinin  mərasimləri  bir  cür  keçirmək  cəhdləri,  ölkənin  

zərdüĢtiliyə sitayiĢ edən əhalisinin davranıĢ və məiĢətini ciddi tənzimləməsi, "Kiçik 

Avesta"dakı  təlimatın  mü xtəlifliyi  və  ziddiyyətliliy i,  Qatalarda  mərasimlərin 

keçirilməsinə  dair  göstəriĢlərin  olmaması  və  buna  görə  də  ölkədəki  zərdüĢtilərin 

mərasim  forma larının  mü xtəlifliy i,  zərdüĢtilik  qanunları  mətnlərin in,  həmçin in 

onun  orta  fars  dilinə  tərcüməsinin,  Ģərhlərinin  və  bir  çox  baĢqa  pəhləvi  dini 

əsərlərinin  uzun  müddət  Ģifahi  Ģəkildə  ötürülməsi  və  çox  gec  yazıya  köçürülməsi 

(əsas  etibarilə  VI  əsrdən)  dini  təlim  konsepsiyasının, eləcə  də  mərasim  qaydalarının 

müxtəlifliyinə səbəb olmuĢdur. Bunlarla bərabər adətə və "Avesta"dakı hüquqi nəsqlərə 

əsaslanan  çox  qədim  din i-hüquq  normaları  ilə  feodal  dövlətin in  mövcud  sosial-

iqtisadi vəziyyəti arasındakı ziddiyyət də nəzərə alınmalıdır. Sasani teologiyasının aĢkar 

sxolastik  və  mühafizəkar  xarakteri  bu  dövlətin  nəticə  etibarilə  müxtəlif  dinə  və 

mədəniyyətə mənsub olan, sosial və iqtisadi inkiĢaf səviyyələri baxımından eyni olmayan 

xalqları  bir  məmləkət  daxilində  birləĢdirən  fəal  hərbi  və  ticarət ekspansiyası  fonunda 

özünü  daha  açıq büruzə verirdi;  Sasani  kilsəsi  bu  xalqlar  arasında  baĢ  verən  mədəni 

mübadiləyə heç cür mane ola bilməzdi. Əksinə, o, dövlətin ərazisində Aristotelin irsini 

öyrədən  və  xristianların  dərs dediyi  fəlsəfi  məktəblərin  olması  ilə  barıĢmağa  məcbur 




84 

 

idi;  ZərdüĢti  ruhani  baĢçıları  Hindistan  mədəniyyəti və dinlərinin təsiri  ilə hesablaĢmalı, 



Avestanın  orta  fars  dilinə  tərcüməsinə  yunanların  fəlsəfi  biliklərinin  əsaslarının,  o 

cümlədən Aristotelin məĢhur varlıq kateqoriyasının, qədim Hind fəlsəfə və təbabətinin 

("Avesta"nın  bu  hissələri  dövrümüzə  gəlib  çatmayıb)  öyrənilməsini  daxil  etməli 

olurdular.  Bununla  belə,  sasani  kilsəsi  zərdüĢti  "irançılığın"  müstəsna  xarakteri 

haqqında  təsəvvürü  dəstəkləməyə,  dinin  təmizliyini  qorumağa  çalıĢır,  baĢ lıcası  isə, 

kahinlərin nüfuzunun və maddi rifahının əsasını təĢkil edən arxaik mərasimə ciddi riayət 

olunmasına cəhd göstərirdi. 

Azərbaycan  Özünün  AdurquĢnasp  od  məbədi  ilə  ZərdüĢt  kahinliyinin  əsas 

istinadgahlarından  biri  idi.  ZərdüĢtilik  ənənəsi  ZərdüĢtü  (ZaratuĢtranı) görünür  hələ 

Sasani  dövlətinin yaranmasından  və AdurquĢnasp odunun  təsisindən  çox  əvvəl  Midiya 

ərazisi  ilə  bağlamıĢdır;  tədqiqatçılar  bu  bağlılığı  çox  vaxt  Adurbadaqan  məbədi  ilə 

əlaqələndirirlər. 

ZərdüĢtiliyin  əfsanəvi  dini  mərkəzi  olan  Eranvejin  Adurbadaqanla 

eyniləĢdirilməsini də son Sasani dövrünə aid etmək olar. Avesta mətnlərinin (YaĢt 10 və 

Videvdat  1)  pəhləvi  əsərləri  ilə  tutuĢdurulması  göstərir  ki,  zərdüĢtilik  ənənəsinə görə 

peyğəmbərin vəz etməyə baĢladığı yer olan Eranvej vilayəti SeiĢtan, Xarəzm, Baktriya 

və  Adurbadaqan  kimi  mü xtəlif  ölkələrlə  eyniləĢdirilirdi.  Görünür,  ənənə,  burada 

zərdüĢtilik  mərkəzinin  tarixən  gerçək  olan  yerdəyiĢməsini  əks  etdirmiĢdir.  Eranveji 

Adurbadaqanla eyniləĢdirən bir çox pəhləvi mətnlərindən birində  - "Pəhləvi rəvayət-

ləri"ndə  deyilir:  " Və  o,  (ZərdüĢt)  yeddi  dəfə  Hörmüzdən  gələn  vəhyi  alıb:  b irinci 

dəfə  o,  [vəhyi]  Eranvejdə  -  Adurbadaqanda  qəbul  etdi  və  on  il  orada  Hörmüzlə 

ünsiyyətdə keçirtdi". 

Mühüm  pəhləvi  din i  əsərlərindən  olan  "BundahiĢn"də  ("Əsas   əsər"  və  ya 

"Zənd-agahih")  ZərdüĢtün  vətəninin  Daraya  çayı  (mütə xəssislər  ehtimalla  bu  çayı 

Savalan  dağından  baĢlayan  Dərya  -  rudla  eyniləĢdirirlər)  yaxınlığında  olduğu 

bildirilir: "Daraya -  Eranvejdə çay, onun sahilində ZərdüĢ tün atası PouruĢaspın evi 

yerləĢirdi".  Hə min  əsərin  baĢqa  bir  yerində  deyilir  ki,  Zə rdüĢt  Daraya  çayı 

sahilində doğulmuĢdur: "Daraya çayı çayların baĢıdır, çünki ZərdüĢtün atasının evi 

onun sahilində olub, ZərdüĢt özü də orada doğulub". 

"Avesta"da  (Vendidad)  deyilir  ki,  Əhrimən in  ZərdüĢtü  yoldan  çıxarması, 

Hörmü z və  mələklərin onun gözünə görünmələri Daraya çayı sahilində, ZərdüĢtün 

atasının evi olan yerdə baĢ vermiĢdir. Sonrakı ərəb ənənəsinə görə, ZərdüĢtün anası 

Duqda  Reydən,  atası  isə  Azərbaycandan  olmuĢdur.  Orta  fa rs  qaynağı  olan  

"Denkard"  ("Din in  əməlləri",  VII,  192)  əsərində  də  ZərdüĢtün  anasının  Rey 

mənĢəli olduğu iddia ed ilir. 

ZərdüĢtün vətənini Azərbaycanla bağlayan ənənə Adurbadaqan kahinlərin in və 

AdurquĢnasp od məbədinin mühü m rolunu əks etdirir.  

Artıq  qədim  zərdüĢtilikdə  oda  sitayiĢ  birinci  dərəcəli  əhə miyyət  kəsb 

edirdi.  Oda  sitayiĢin  bütün  Ġran  tarixi  boyunca  böyük  əhəmiyyəti  od  allahların ın 

adlarından  yaranmıĢ  xüsusi  adlar,  həmçinin  pul,  gemma  və  arxeoloji  materiallar 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə