Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə41/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   37   38   39   40   41   42   43   44   ...   217

85 

 

üzərindəki mehrab təsvirləri ilə sübut edilir. 



Sasani  sülaləsi  oda  sitayiĢlə  daha sıx  bağlı  id i.  Bu  sülalənin  çıxd ığı  Fa rs 

vilayətinin  hakimləri  (frataraklar)  artıq  parfiyalılar  vaxtında  özlərini  müqəddəs 

odun qoruyucuları hesab edirdilər: bunu o dövrün, üzərində od  mehrabın ın təsviri 

olan pulları təsdiq edir. 

Sasani sülaləsinin baniləri fars kahinliyi, hər Ģeydən əvvəl, Anahit məbədi 

ilə sıx bağlı id ilər (Anahit - müqəddəs sular ilahəsi; Avestaya əsasən ulu Hörmü zün 

özü ona bütün varlığın qayğısını çəkməy i həvalə etmiĢdi. Onun üstünlüyü duada da 

özünü  göstərir:  "Hörmü zün,  bütün  allahların  və  xanım  Anahitin  adı  ilə").  Rəs mi 

dövlət oda sitayiĢi ilə yanaĢı, Ġranda qədimdən əcdadların sitayiĢi ilə bağlı olan ailə 

odu  ənənəsi  qalırd ı.  Sasani  "Qanunnamə"sində  ailə  odlarının  qorunub 

saxlan ılmasının vacib liy i  kifayət qədər aydın göstərilir; belə  ki, bu  iĢ ev sahibinin 

və onun ailə üzvlərinin əsas borcu idi: "Əgər o, desə ki,  mən ailəni sənin himayənə 

verdim, deməli, od da ona tapĢırılır"

1



Oda  dövlət  sitayiĢi,  Ģübhəsiz,  hələ  maniçilərin  darmadağın  edilməsindən 

sonra baĢ vermiĢ  və  hər Ģeydən  öncə  mobed  Kartirin  fəa liyyəti  ilə  sıx  bağlı  o lan 

ZərdüĢt kilsəsi islahatlarından əvvəl mövcud idi.  

ZərdüĢtiliyin  dövlət  dini  kimi  təĢəkkül  tapdığı  dövrdə  kilsə  və  dövlət 

bidətçi  təlimlərə  və  bütpərəstliyə  qarĢı  mübarizə  aparırd ıla r.  "Qanunnamə"də 

verilən  məlu mata görə, Ģəhərlərə fərman göndərild i;  maniçilikdə və onu yaymaqda 

günahlandırılan  hər  b ir  adamın  bütün  əmlakı  Ģah  xəzinəsi  xeyrinə  müsadirə 

olunacaq.  Sasani  dövlətində  zərdüĢtiliyə  zidd  məzhəblərin  o lduğu  Kartirin 

"ZərdüĢtün  Kəbəsi"ndəki  kitabəsindən  görünür;  məlu m  olur  ki,  iudaizm  və 

xristianlıq la  yanaĢı,  ölkədə  buddizm  və  brəhmən izm  də  yayılmıĢdı.  Kartirin 

məlu matına  görə,  dövlətin  bütün  ərazisində  bu  dinlərin  ard ıcılları  əsir-yesir 

edilmiĢ,  onların  allahların ın  təsvirləri  və  məbədləri  məhv  edilmiĢ,  bu  məbədlərin 

yerində atəĢgahlar tikilmiĢdi.  Bu  məlu mat "Qanunnamə"də təqdim edilən bütxana -

ların dağıdılması və onların yerində od mehrablarının tikilməsi  xəbəri ilə də təsdiq 

edilir.  Orta  farsdilli  mənbələrdə  atəĢgədə  sözünü  ifadə  etmək  üçün  "atəhĢ"  və 

"adur"  terminlərindən  istifadə  olunurdu.  Pəhləvi  mənbələrindən  olan  "AtəhĢ 

NiyanĢi"də  deyilir:  " Vaxramın  Odunun  - böyük  odun  əzəməti  və  Ģöləsi  üçün  qoy 

odun  qalib  hökmdarı  ucalsın.  Qoy  lazımi  yerlərdə  təsis  edilmiĢ  Adur  QuĢnasp 

(AdurquĢnasp),  Adur  Xordad,  Adur  Burzen  Mihr  və  baĢqa  odların  əzə məti  və 

Ģöləsi ucalsın". 

Məbəddəki  od gecə-gündüz  yanırdı;  ĢahənĢah və  əyanlar  tərəfindən  təsis 

edilmiĢ  od  məbədlərinə  təsisatçının,  yaxud  onun  nəslindən  olanların  adları 

verilirdi.  Ərəb-fars  müəlliflərin in  də  təsdiq  etdikləri  orta  fars  mənbələrindəki 

məlu mata  görə  daha  çox  ehtiram  bəslənən  odları  "AtəhĢ  Vahram"  adlandırırd ılar. 

Bu termini ind iki atəĢpərəstlər də iĢlədir. Belə odlar bir və ya bir neçə Ģəxs tərəfin- 

 

1



 Bu vəziyyət indiyə kimi Hindistan parslarında və Ġran zərdüĢtlərində qalmıĢdı  


86 

 

dən təsis oluna bilərdi. AtəĢgahların əmlakına  xüsusi dini  idarə  - divani   kardağan 



rəhbərlik  edirdi.  Onların,  görünür,  sosial  iyerarxiyan ı  özündə  əks  etdirən 

mütəĢəkkil  iyerarxiyası  mövcud  idi.  Üç  baĢ  od  məbədi  xüsusi  yer  tuturdu. 

"BundahiĢn"də  verilmiĢ  ənənəyə  görə,  Farroboq  ("ilahi  Ģölə")  odu  bir  vaxtlar 

Xarəzmdə, Xvarro mand dağında, döyüĢçülər zü mrəsinin hamisi olan AdurquĢnasp -

Əsnavənd  dağında,  kəndlilərin  himayəçisi  Adur  Burzen  M ihr  -Rəvand  dağında 

yerləĢmiĢdi.  Rəvayətə görə, bu odları  insanlar yandırma mıĢ, onlar ə zəldən  mövcud 

olmuĢlar.  Pəhləvi  mətnlərində  bu  odlar  haqqında  bir  neçə  əfsanə  qalmıĢdır. 

Bunlardan  ən  ətraflısı  "BundahiĢn"də  "Odların  xüsusiyyətləri  haqqında"  17-ci 

fəsildə verilmiĢdir. 

Adları  çə kilən  üç  ən  möhtərə m  məbəddən  biri  olan  AdurquĢnasp 

atəĢkədəsi  Azərbaycanda,  indiki  Təxti-Sü ley man  Ģəhərgahı  yerində  olan  ġizdə 

yerləĢirdi.  Ərəb  coğrafi  ədəbiyyatında  ġiz  (əĢ-ġiz)  Ģəhəri  və  orada  yerləĢən 

AdurquĢnasp  məbədinin  ən  ətraflı  təsviri  X  yüzilin  görkəmli  alim-səyyahı  Əbu 

Düləfə  məxsusdur.  ġizdən  Xuzistanadək  olan  səyahətini  qələmə  aldığı  "Ġkinci 

risalə"sində o, göstərir ki, ġiz "Marağa, Zəncan, ġəhrəzur və Dinəvərlə" qızıl, civə, 

qurğuĢun,  gümüĢ,  sarı  arsen  (miĢyaq)  və  əl-cəmast  adlanan  daĢ  mədənləri  o lan 

dağlar arasındadır". 

Daha  sonra  Əbu  Düləf  yazırdı:  "Sizin  ço x  hörmət  olunan  bir  atəĢgədəs i 

var.  MəĢriq  və  məğrib   məcusların ın  od  evləri  bu  atəĢ gədədən  od  alır.  Onun 

qübbəsinin  baĢında  gümüĢ  aypara  var,  bu  onun  tilsimidir.  Əmir  və  fatehlə rdən 

bəzisi  onu  qoparmağa  çalıĢ mıĢ,  la kin  buna  qüdrətləri  çatma mıĢdır.  Bu  məbədin 

möcü zələrindən biri də odur ki, yeddi yüz ildən bəri yanmasına baxmayaraq, orada 

qətiyyən  kül  yoxdur.  Bu  Ģəhəri  Hürmüz  ibn  XosrovĢir  ibn  Bəhram  daĢdan  və 

əhəngdən  tikdirmiĢdir.  Bu  məbədin  yanında  uca  saraylar,  əzəmətli  və  hündür 

binalar var...". 

Əbu  Düləfin  Ģəhərin  təsisatı  haqqında verdiyi  mə lu mat  əfsanəvi  xarakter 

daĢısa  da,  onun  təqdim  etdiyi  ġizin  təsviri  XIX  əsr  Avropa  s əyahətçiləri  və 

tədqiqatçıların ın  gördükləri  və  yazdıqları  ilə  üst-üstə  düĢür  və  Təxti-Süley man ın 

arxeolo ji tədqiqat materialları ilə təsdiqlənir. 

Məbədin əsasının qoyulmasını  III əsrə aid edən Əbu  Düləfin  məlu matına 

inanmaq  o lar.  Təxti-Sü ley manda  aparılan  qazıntıların  aĢkarlaĢdırdığ ı  əksər 

tapıntılar  (o  cümlədən  bullalar)  I  Xosrovun  dövrünə  aid  olsa  da,  Əbu  Düləfin 

göstərdiyi  tarix  arxeolo ji  qazıntıların  nəticələri  ilə  təsdiq  olunur.  Məbəd 

kompleksində aparılan qazıntılar isə onun hələ XIII əsrdə də mövcud olduğunu sübut edir

1



Qazıntılar nəticəsində günbəz Ģəkilli  mərkəzi zal, ümu mi tağlı sütunları olan 



həyət, ona bitiĢik olan çiy kərpic günbəzli tikililər, böyük sütunlu zal, məbədlə qonĢu- 

  

1



  Təxti-Süleymanda  ilk  arxeoloji  tədqiqatları  1937-ci  ildə  Ġran  incəsənəti  və 

arxeologiyası Amerika Ġnstitutunun ekspedisiyası baĢlamıĢdır. Tehrandakı alman Arxeoloji 

Ġnstitutu 1959-cu ildən bu iĢləri davam  etdirmiĢ, od məbədinin  Sasani dövründə tikildiyini 

təsdiq etmiĢdir. 




Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə