Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə17/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   13   14   15   16   17   18   19   20   ...   217

38 

 

aĢkar edilmiĢ  quyulardan  meyvə toxumları  ilə  yanaĢı,  qarpız  və  iki  növ  yemiĢ  tumu 



tapılmıĢdır. 

Albanların  təsərrüfatlarında  Ģərabçılığ m  xüsusi  çəkisi  böyük  idi. 

Mingəçevirdə e. III-VII əsrlərinə aid qəbir abidələrindən üzüm tumlarından baĢqa Ģərab 

çöküntüləri və dəridən hazırlanan tuluq parçaları da tapılmıĢdır.  Bu tapıntılar göstərir 

ki,  A zərbaycanda  həmin  dövrdə Ģərabı  təkcə  iri  küplərdə  deyil,  tuluqlarda da saxla-

yırdılar. Tuluqlardan Ģərab daĢınması üçün də istifadə edilirdi. 

Azərbaycanın  Ģimal  hissəsində becərilən  texniki  bitkilərdən  biri də boyaq 

kökü adı ilə tanınan qızıl boyadır. Qırmızı rəng kimi istifadə edilən bu bitki mənbələrdə 

"qırmız" adlanır. 

Azərbaycanın  nisbətən  isti  yerlərində  yayılan  pambıqçılıq  yerli  əhalinin 

təsərrüfat  məĢğuliyyətində  özünə  möhkəm  yer  tutmuĢdu.  Movses  Xorenatsi 

Beyləqanda  yaĢayan  əhalinin  baĢqa  mükəlləfiyyətlərlə  yanaĢı,  pambıqdan  da  natura 

Ģəklində  vergi  verdiyini  bildirir.  Moisey  Kalankatlının  məlumatına görə,  pambıq  Kür 

sahillərində xüsusilə ço x yetiĢdirilirdi.  

Ölkənin  əsas əkinçi  əhalisi  Kür  və  Arazın  məhsuldar vadilərində,  Kiçik  və 

Böyük  Qafqazın  dağətəyi  yerlərində  cəmləĢmiĢdi.  Ölkənin  iqtisadi  cəhətdən  daha  da 

inkiĢaf etmiĢ vilayətləri məhz bu bölgələrdə id i. 

Maldarlıq  Azərbaycan  əhalisinin  həyatında  ta  qədimdən  bəri  mühüm  yer 

tuturdu. ġirəli otlarla örtülü alp çəmənlikləri olan dağ  rayonları,  Kür-Araz ovalığı və 

Xəzəryanı rayonların q ıĢda da demək olar, qar görməyən çölləri köçəri maldarlığ ının 

geniĢ inkiĢafı üçün Ģərait yaradırdı. 

Albaniya  öz  otlaqları  ilə  elə  məĢhur  idi  ki,  qonĢuluqdakı  ermənilər də öz 

mal-qara  sürülərini qıĢlamaq üçün  alban torpaqlarına gətirirdilər.  Antik  və erkən orta 

əsrlər müəlliflərinin məlumatlarına görə burada keçi, qoyun, iribuynuzlu mal-qara, at, 

donuz, dəvə bəsləyirdilər. Erkən orta əsrlər dövründə ovçuluq peĢəsi getdikcə tənəzzül 

edir;  buna  müvafiq  olaraq  iri  və  xırda  buynuzlu  mal-qara  saxlayanların  sayı  artırdı. 

Albanların  bu  təsərrüfat  sahəsi  haqqında  Moisey  Kalankatlı  da  məlumat  verir; 

Albaniyada iri və xırda buynuzlu mal-qara və atların, o cümlədən minik atlarının bəs -

lənildiyi barədə yazan müəllif, ağ alban atı cinsini xüsusi qeyd edir. 

Arxeoloji  və  etnoqrafik  material  erkən  orta  əsrlər  Albaniyasında 

dəvəçiliyin  də  inkiĢaf  etdiyini  göstərir.  Dəvələrdən  yük  daĢımaq  və  min ik  üçün 

istifadə edird ilər. 

Tədqiqatlar  bu  dövr  Albaniyada  süd  məhsullarının  yüksək  səviyyədə 

hazırlandığını  da  təsdiq  edir.  Azərbaycanlı  maldarlar  və  qoyunçular  öz 

təsərrüfatlarında saxsı, ta xta və dəri nehrələrdən istifadə edird ilə r. 

Arxeoloji və etnoqrafik tədqiqatlar Albaniyada yun və dərinin geniĢ istehsalı 

və tətbiqi haqqındakı məlumatı təsdiq edir. Mingəçevir qazıntılarında qoyun qırxmaq 

üçün  qırxılıq  alətlər  aĢkara  çıxarılıb;  dəmir  qırxılıqlar  katakomba  (yeraltı  sərdabə) 

qəbirlərində də tapılıb. Belə dəmir qırxılıqları azərbaycanlı qoyunçular bu gün də öz 

təsərrüfatlarında iĢləd irlər. 




39 

 

Maldarlıqla  Albaniyanın  həm  yarımköçəri,  həm  də  oturaq  əhalisi  məĢğul 



olurdu.  Lakin  təsərrüfatçılığın  daha  geridə  qalmıĢ  formalarının  hakim  olduğu  dağlıq 

rayonlarda bu sahə üstünlük təĢkil edirdi. 

Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük rol oynayırdı. Balığı 

duzlayır,  qurudur  və  dəvələrlə  qonĢu ölkələrə  aparırd ılar.  Onun  piyindən  müalicə 

əhəmiyyətli  yağ  əldə  edir,  içalatın ı  qaynatmaqla  qiy mətli  nərə  yapıĢqanı 

hazırlay ırdılar. 

Orta  əsr  mənbələrində  Kür  sahili  əhalisinin  balıq  ovu  ilə  məĢ ğul  olması 

haqqında  çoxlu   məlu mat  vardır.  Mo isey  Kalankatlı  albanların  Kür  və  Arazdan 

tutulan balıqdan xəzərlərə bac verdiklərini xəbər verir.  

 

 



 

 

 



§ 6. ġƏHƏRLƏR VƏ DĠGƏR YAġAYIġ MƏSKƏNLƏRĠ 

 

Albaniyanın  erkən  orta  əsrlər  dövrü  Ģəhər  həyatının  canlanması  və 



Ģəhərlərin artması  ilə səciyyələnir.  Bu zaman köhnə Ģəhərlərin (Qəbələ, Naxçıvan, 

Dərbənd) tikilib geniĢlən məsi prosesi ilə yanaĢı, yeni Ģəhərlərin (Bərdə,  Beyləqan 

və  b.)  yaranması  prosesi  gedirdi.  QonĢu  Ermənistan  dövlətçiliyin in  ləğ vi  ilə 

əlaqədar baĢ verən tənəzzül  müqabilində Albaniya Ģəhərlərinin tərəqqisi bu dövrün 

özünəməxsus xüsusiyyətlərindən idi. 

Albaniyada  feodal  münasibətləri  bir  qədər  baĢqa Ģəraitdə,  qüvvətli  siyasi 

mərkəzi  hakimiyyət  Ģəraitində  inkiĢaf  edirdi;  bu  hakimiyyət  Ģəhərlərin  olmasını 

maddi  zəru rət hesab edir, onların tərəqqisinə kö mək göstərməyə çalıĢır,  feodallarla 

mübarizədə  onlardan  istifadə  edirdi.  Yeni  feodallaĢan  əyanlarda  da  onlara  pay 

edilmiĢ  torpaqları  mənimsəməyə  maraq  yaranır;  bütün  bunlar  Ģəhər  həyatının 

çiçəklən məsinə,  köhnə  Ģəhərlərin  abadlaĢdırılmasına,  yeni  Ģəhərlərin  salın masına 

gətirib çıxarırdı. 

Albaniya  Ģəhərlərin in  ticarət-sənətkarlıq  təbəqəsi  arasıkəsilməyən  ticarəti 

təmin  edə  bilən  güclü  mərkəzi  hakimiyyətə  məxsus  qüdrətli  dövlətin  olmasında 

maraqlı  idi.  Məh z  buna  görə,  erkən  orta  əsrlər  A lbaniya  Ģəhərləri  alban 

arĢakilərinin, sonralar isə alban mihran ilərin in dayağı id ilər. 

Albaniya  Ģəhərləri  ya  ticarət  yolu  üzərində  yerləĢən  kənd  icmasına 

əsaslanan  qədim  məskənin  yerində,  ya  hökmdar  və  ya  feodal  təsərrüfatının 

(dastakertin)  bazasında,  ya  da  sənətkarlıq  və  ticarətin  inkiĢafı  üçün  əlveriĢ li  o lan 

yerlərdə  təĢəkkül  tapmıĢdı.  Albaniyada  aĢağıdakı  Ģəhərlər  var  idi:  beynəlxalq 

tranzit ticarətin in ana yollarında meydana çıxmıĢ Ģəhərlər; Bərdə, Dərbənd, Qəbələ, 

Çoqa,  Beyləqan belə Ģəhərlərdən id i.  Bu Ģəhərlər  iri  in zibati və ticarət -sənətkarlıq 

mə rkə zləri  sayılırd ı.  Qaynaqlarda  onlar  "əzə mətli"  və  "Ģan -Ģöhrətli"  Ģəhərlər 



Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə