27
mövqelərini qoruya bilmədilər.
ġimali Qafqaz sabirlərin Albaniyaya köçməyən qalıqları isə Dağıstan
ərazisində yaĢayan köçəri və yarımköçəri tayfalarla qarıĢaraq, barsillər və baĢqa etnik
qruplarla birlikdə paytaxtı Varaçan (Bələncər) olan "Hunlar məmləkəti"ni yaratdılar.
VI əsrin II yarısından baĢlayaraq sabir, bulqar, barsil və b. türkdilli Qafqaz
tayfaları ilə birlikdə Monqolustandan Qara dənizədək böyük bir ərazini əhatə edən
Türk xaqanlığın ın tərkibinə daxil olmuĢ xəzərlər həmin tayfalar arasında aparıcı rol
oynamağa baĢladı. VII əsrin 20-ci illərində Bizans imperatoru Ġraklinin (610-641) Ġrana
yürüĢü zamanı xəzərlər Bizansın tərəfində Cənubi Qafqaza soxulmuĢ türk qoĢunları
arasında əsas qüvvəni təĢkil etdilər. Dərbəndi, Tiflisi, o cümlədən bütün Albaniyanı
iĢğal edən xəzərlər Türk xaqanlığında ara müharibələri baĢlananadək (630-cu ildə) bu
yerləri əllərində saxladılar. Elə buna görə də bir müddət sonra buralara gəlmiĢ ərəblər
çox vaxt bu ölkələri Azərbaycanla birlikdə "Xəzərlər (yəni türklər) ölkəsi"
adlandırırdılar.
Bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində, əvvəllər
olduğu kimi, türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir;
lakin VI yüzilin sonlarından baĢlayaraq bu tərkibdəki türk komponenti bir qədər də
üstünləĢir, türkdilli əhalinin yayılma arealı daha da geniĢlənir. Tədricən bu dil bütün
azərbaycanlıların daxili ünsiyyət dilinə çevrilir.
Ço xsaylı tarixi və eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz
mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimikası və s.) sübut edir ki, VII
əsrin sonlarında qafqazdilli, irandilli, türkd illi olmalarından asılı o lmayaraq bütün
azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə məxsus idi. Məhz bu
dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq
Azərbaycan-türk dili formalaĢmağa baĢladı; məhz bu dövrdə az sonra yeni tarixi
birliyin - Azərbaycan xalqın ın təĢəkkülünə gətirib ç ıxaran etnik, ictimai -iqtisadi və
mədəni dəyiĢikliklər üçün ilkin Ģərtlər hazırlandı.
28
II FƏSĠL
III-VII ƏSRLƏRDƏ AZƏRBAYCANIN
ġĠMALINDA - ALBANĠYADA ĠCTĠMAĠ
QURULUġ VƏ SĠNFĠ MÜBARĠZƏ
§ 1. FEODAL ĠSTEHSAL ÜSULUNUN
MEYDANA ÇIXMASI VƏ TƏġƏKKÜLÜ
Cənubi Qafqazda feodal münasibətlərinin çox erkən yarandığı ölkələrdən biri
də Albaniyadır. Əlbəttə, feodal istehsal üsulunun baĢlanğıc addımlarını izləmək ço x
çətindir, belə ki, bu problem əvvəlki dövrün ictimai strukturunun daha mübahisəli
məsələləri ilə sıx bağlıd ır.
Albaniya təbii Ģəraitinin rəngarəngliyi, ayrı-ayrı bölgələrinin özünəməxsusluğu ilə
fərqlənirdi; bu isə təbii ki, ölkənin ayrı-ayrı hissələrinin ictimai inkiĢafının qeyri-
bərabərliyində özünü göstərirdi. Ġctimai inkiĢafın daha mütərəqqi formalarının meydana
çıxması üçün ilkin Ģərtləri olan vilayətlərlə yanaĢı, burada elə bölgələr də vardı ki,
onlarda təbii Ģərait maldarlığın geridə qalmıĢ formalarının üstünlüyü üçün geniĢ meydan
açırdı. Buna görə də ölkənin ictimai quruluĢu aparıcı olan, iqtisadi cəhətdən daha inkiĢaf
etmiĢ vilayətlərində erkən feodal münasibətlərinin inkiĢafını və özünəməxsus
xüsusiyyətlərini izləmək mü mkündür.
Mənbələrin tədqiqi belə nəticəyə gətirib çıxarır ki, burada mövcud olan ukladlar
içərisində üstün və hökmran olmaq meylinə malik olanı feodal ukladı idi. Albaniyada
quldarlıq ukladı, Ģübhəsiz ki, mövcud idi, lakin o, formasiyaya çevrilə bilmədi. BaĢlıca
siniflər - feodal cəmiyyətinin azatlar və Ģinakanlar təbəqələri əsasən formalaĢdı.
ġinakanlar maddi nemətlərin əsas istehsalçıları olan azad icmaçı kəndlilər idi. Feodal
asılı kəndlilərin formalaĢması, baĢlıca olaraq, kənd icmasının təkamülü, onun
üzvlərinin tədrici əsarəti, onların quldarlıq ukladının məlu m rolu Ģəraitində əvvəl
mövcud olan baĢqa müxtəlif qeyri-azad adamlarla yaxınlaĢması yolları ilə baĢ verird i.
Əvvəlki bir çox əsrlər ərzində icmalar tədricən dövlətin (dövlət vergiləri və
rüsumları, bir sıra mükəlləfiyyətlər yolu ilə) və dövlət vasitəsi ilə əyanların
hakimiyyəti altına düĢürdü. Alban hökmdarları və Ġran Ģahlarının kəndləri və
vilayətləri öz vassalları olan azatlara və nahararlara geniĢ surətdə paylama siyasətləri
buna əlveriĢli Ģərait yaradırdı. Bu proses IV-VII əsrlər ərzində davam etmiĢdi.
Moisey Kalankatlı bir ço x kənd və vilayətlərin hakim sinfin nümayəndələrinə
29
bağıĢlanması haqqında məlumat verir. Feodalizmin erkən mərhələsində kəndlilərin
istismar edilməsinin əsas forması dövlətin xeyrinə yığılan vergi və mükəlləfiyyətlər,
feodal münasibətlərinin möhkəmlənməsi dövründə isə feodalların xeyrinə yığılan
çoxsaylı natural vergilər, eləcə də yardarlıq idi. Natural verginin iqtisadi
məqsədəuyğunluğu təbii-iqtisadi mühitdən asılı olan əkinçilik istehsalının Ģəraiti ilə
müəyyənləĢirdi.
Feodaldan asılı kəndli təbəqəsinin - sinfinin formalaĢması feodal sinfinin,
azatlar təbəqəsinin əmələ gəlmə prosesi ilə sıx bağlı idi. Feodallar sinfinin ilkin
kökləri də əvvəlki cəmiyyətin içərisində idi. Ġlk növbədə, əvvəlki azad icmaçılar
arasından əyanların yeni qrupunun çıxması və onun köhnə əyanların bir hissəsi ilə bir-
ləĢərək vahid feodal sinfinə çevrilməsi prosesi gedirdi.
Bununla yanaĢı, vilayətlərin hökmdar tərəfindən təyin edilmiĢ hakimləri -
nahararlar tədricən öz vəzifələrini irsi vəzifəyə çevirdilər, onu atadan oğula vermək
hüququ əldə etdilər. Nəticədə onlar vilayətin inzibati b aĢçısından həmin yerin
torpaqlarına sahiblik hüququnu əldə etmiĢ feodala çevrildilər.
IV-V əsrlərdə dövlət torpaq fondu tədricən azalır. Onun xeyli hissəsi feodal
xanədanlarına - patronimiyalara məxsus olur. Feodalizmin dərinləĢməsi prosesində
hakim təbəqə - sinif olan azatlar bir neçə kateqoriyaya bölünürdü; bunların ən alisi
vilayət və nahiyə sahibləri idilər. Alban cəmiyyətindəki sosial təbəqələrin sonrakı
qütbləĢməsi IV-VII əsrlərdə Albaniyada bir ço x feodal siyasi-inzibati vahidlərin -
nahararlıqların yaranmasına gətirib çıxardı.
Feodal münasibətləri möhkəmləndikcə nahararlıqlardakı bütün hakimiyyət
patronimiyaların - feodal xanədanları baĢçılarının əllərində cəmlənirdi. VI əsrdən
etibarən nahararlığın baĢçılarını ifadə edən terminlər içərisində iĢxan (içxan) termini
üstünlük təĢkil etməyə baĢladı. Bu baĢçıların hakimiyyətləri daha çox siyasi-inzibati
səpki kəsb etdikcə, qəbilə üsuli-idarəsi ilə bağlı olan terminlər (nahapet, azqapet) feodal
hakiminin mövqeyini daha dolğun bildirən iĢxan termini ilə sıxıĢdırılır. ĠĢxan titulu
"hökmran", "sahib", "ağa" mənasını ifadə edir. Erkən feodalizm dövründə dövlət mül-
kiyyəti formasının üstün olması dövlətin mərkəzləĢməsinə, hökmdar hakimiyyətinin həm
dünyəvi, həm də dini həyat sahələrində imtiyazlarının geniĢlən məsinə doğru aparırd ı.
Alban hökmdarı ölkənin qanunvericisi və ali hakimi idi; dünyəvi və dini
hakimiyyətin qanunverici və məĢvərətçi orqanı, ölkənin bütün silahlı qüvvələrinin baĢ
komandanı idi. Kilsə məclislərini də o çağırırdı. Ġyerarxiya sisteminin təĢəkkülü,
süzerenlik və vassallıq münasibətlərinin formalaĢması meyli açıq görünürdü. QonĢu Ġran,
Ermənistan və Gürcüstanda olduğu kimi, Albaniyada da "Qaxnamak"da ("Dərəcələr
fərmanı"nda) əks olunmuĢ feodal iyerarxiyası mövcud idi. Hər bir feodal-azat
patronimiyası dərəcələrin bu xüsusi cədvəlinə öz qüdrət və mövqeyinə müvafiq
ardıcıllıqla qeyd edilirdi. Ġlk on patronimiya, nəsil böyük, qalanları isə kiçik nəsillər
sayılırd ı.
Hər bir patronimiyanın baĢçısı hökmdar süfrəsi arxasında da bu ardıcıllıqla
oturdulurdu. Patronimiyanın "mənsəb və Ģan-Ģöhrəti" onun iqtisadi qüdrəti, siyasi