44
əĢyaları vardır.
Erkən orta əsrlər dövründə Albaniyanın ticarəti və ticarət əlaqələri haqqında
yuxarıda qeyd olunmuĢ tapıntılarla yanaĢı, dəfinə halında və tək-tək nüsxələrlə
tapılmıĢ çoxsaylı sikkələr də məlumatlar verir. Bu tapıntılar göstərir ki, Albaniyanın
Sasani Ġranı ilə əlaqələri xüsusilə canlı olmuĢdur. Bu, bilavasitə həmin dövrün siyasi
və mədəni Ģəraiti ilə əlaqədardır. Sikkə tapıntıları təsdiq edir ki, erkən orta əsrlərdə
Albaniya bazarlarında Sasani gümüĢ sikkələri hakim rol oynamıĢdır. Hələlik tarixi
Albaniyanın ərazisində Sasani sikkələrin in ən ilkin nümunələri 1964-cü ildə Qəbələ
Ģəhərgahı yaxınlığında tapılmıĢ dəfinədən məlumdur. Dəfinə torpaq iĢləri zamanı
təsadüfən tapıldığından sikkələrin bir qismi əhali arasında yayılmıĢdır. Dəfinənin
sikkələrindən yalnız 158 ədədini toplamaq mümkün olmuĢ və həmin sikkələr
Azərbaycan Tarix Muzeyinə təhvil verilmiĢdir. Sonralar həmin dəfinədən aĢkar olun-
muĢ daha 5 sikkə həmin mu zeyə verilmiĢ dir. Dəfinədə olan sikkələrin əksəriyyətini
(155 ədədini) Sasani hökmdarı 11 Varəhranın (274-291) drahmaları (dirhəmləri) təĢkil
edir. Lakin dəfinənin tərkibində e. I—II əsrlərinə aid Parfiya və Roma sikkələrinin
tək-tək nüs xələri də vardır.
Erkən Sasani sikkələrinin azsaylı olması və bu dəfinə təsdiq edir ki, ilk
Sasani hökmdarları dövründə Albaniyada əvvəllər kəsilmiĢ Parfiya və Roma
sikkələrindən də istifadə olunmuĢdur. Güman etmək olar ki, tarixi Albaniya ərazisində
III-IV əsrlərə aid olan abidələrdə aparılmıĢ arxeoloji qazıntılar zamanı Sasani Ġranından
gətirilmiĢ məmulata, o cümlədən sikkələrə, nisbətən nadir hallarda təsadüf edilməsi
Albaniyanın Sasani təsiri dairəsinə tədricən daxil olması ilə izah edilə bilir. Sasani
sikkələrinin və digər məmulatın (qliptika, torevtika nü munələri və s.) axını sonralar
tədricən güclənmiĢ, V-VII əsrlərdə isə Albaniya bazarlarında xey li dərəcədə
artmıĢdı. TapılmıĢ Sasani sikkələrinin çoxsaylı nümunələri məhz bu dövrə aiddir.
Onlara həm tək-tək nüsxələr, həm də böyük dəfinələr Ģəklində Azərbaycanın bütün
ərazisində təsadüf olunmuĢdur. Azərbaycanda Sasani sikkələrinin V əsrin sonlarından
etibarən xüsusilə geniĢ Ģəkildə yayıldığını görkəmli alim Y.A.Paxo mov da çoxillik
tədqiqi nəticəsində təsdiq etmiĢdir.
Son illər ərzində aparılmıĢ arxeoloji qazıntılar zamanı Sasani sikkələrindən
ibarət yeni dəfinələr, həmin sikkələrin tək-tək nüsxələri tapılmıĢdır. Əvvəllər olduğu
kimi, bu sikkələrə Azərbaycanın bütün ərazisində - həm qədim yaĢayıĢ məskənlərinin
mədəni təbəqələrində, həm də qəbirlərdə təsadüf edilir.
Azərbaycanda tapılmıĢ bütün Sasani sikkələri gümüĢ drahmalarla
(dirhəmlərlə) təmsil olunmuĢdur. Sasani sikkələrinin bu nominalı çəkisinə və əyarına
görə Attika (Yunanıstan) pul-çəki sistemi əsasında kəsilmiĢ Parfiya drahmalarına
yaxındır. Tiplərinə görə Sasani sikkələri baĢqa sikkələrdən əsaslı Ģəkildə fərqlənir.
Sasani pullarının üz tərəfində ĢahənĢahın beldən yuxarı təsviri, arxa üzündə isə
zərdüĢtilik dinin in rəmzi olan mehrab - atəĢdanın və onu hər iki tərəfdən qoruyan
mühafizəçilərin təsviri verilmiĢdir. Sikkələrin hər iki üzündə pəhləvi yazısı vardır.
Hökmdarların portretləri adətən Ģərti verilir. Hər bir Sasani hökmdarının baĢqa hökm-
45
darlarınkından fərqlənən tacı vardır. Sikkələrin əks üzündə təsvir edilmiĢ mehrablar,
erkən sikkələrdəki hökmdar portretləri daha mükəmməl iĢlənməsilə seçilirdi. Sonrakı
dövrlərdə həmin təsvirlər sxematikləĢmiĢdir. Qeyd etmək lazımdır ki, tədqiqatçıların
dəfələrlə qeyd etdikləri bu xüsusiyyət Sasani Ġranı incəsənətinin bütün abidələri üçün
səciyyəvidir. Bu xüsusiyyət nəinki sikkələrdə, habelə böyük relyeflərdə, qliptika
məmulatında, torevtika abidələrində nəzərə çarpır.
Azərbaycan dəfinələrində I Xosrovdan baĢlayaraq bütün sonrakı Sasani
hökmdarlarının adlarına kəsilmiĢ pullar tapılmıĢdır. Bu tipli sikkələrin kəsilmə yerinin
müəyyənləĢdirilməsi mühüm maraq doğurur. Təəssüf ki, Sasani sikkələrinin heç də
hamısında onların kəsildiyi yer göstərilmirdi. Sasani hökmdarları sikkələrin kəsildiyi
yeri pulların üzərində yalnız V əsrin II yarısından etibarən qeyd etdirmiĢlər. Lakin çox
vaxt sikkələrin kəsildiyi yerin adı ixtisarla yazılmıĢ, bu isə həmin yerin
dəqiqləĢdirilməsinə əngəl törətmiĢdir məsələn, "Nax", yəni Naxçıvan, "Atra", yəni
Atropatena, "Qaza", yəni Qazaka və s.). Vəziyyət pəhləvi yazısının eyni hərflərinin
mü xtəlif fonetik (səs) məna daĢıması ilə mürəkkəbləĢir. Tədqiqatçılar (Y.A.Paxomov və
b.) Azərbaycan ərazisində tapılmıĢ Sasani sikkələrinin kəsildiyi yerləri
müəyyənləĢdirmək üçün iki cəhətə -Ərəb xilafətinin caniĢinləri tərəfindən Sasani tipi
əsasında Ġranın müxtəlif vilayətlərində kəsdirilmiĢ ilk ərəb pullarının təhlilinə və
onların tapıldığı yerlərə diqqət yetirmiĢlər. AĢkar edilmiĢdir ki, müəyyən iĢarəli bəzi
sikkələr Cənubi Qafqazın, o cümlədən Azərbaycanın sikkəxanalarında kəsilmiĢdir.
Tədqiqatçılar, həmçinin, müəyyənləĢdirmiĢlər ki, VI əsrin sonundan etibarən
Azərbaycan pul dəfinələrində üzərində eyni bir iĢarə olan Sasani drahmalarına xüsusilə
daha çox təsadüf olunmağa baĢlanır. Belə iĢarəsi olan drahmaların çoxluğu onların idxal
olunmadığını və Azərbaycanda kəsildiyini ehtimal etməyə imkan verir. Lakin hər halda
onların kəsildiyi yeri qəti Ģəkildə müəyyən etmək qeyri-mümkündür. Belə hesab edilir
ki, bu cür iĢarəyə malik Sasani drahmalarının Bərdədə zərb olunduğunu güman etmək
olar. Həmçinin, güman etmək olar ki, Dvində və Tiflisdə zərb olunmuĢ sikkələrdə də
belə iĢarə həkk etmiĢlər. Çünki bu vilayətlər də eyni inzibati bölgəyə daxil idilər.
Sasanilər dövründə Naxçıvan və Gilanda da üstündə müəyyən iĢarəsi olan sikkələrin
kəsildiyi zərbxanalar olduğu ehtimal olunur.
VI əsrin sonu - VII əsrin əvvəllərində Gürcüstanda zərb olunan Sasani tipli
sikkələrin üstündə əvvəlcə xaç, sonra isə gürcü yazısı həkk olunmuĢdur. Bu sikkələrin
üstündə hətta gürcü padĢahının adı da göstərilir, xaç isə daha qabarıq və sikkənin daha
görkəmli yerində həkk olunurdu.
Erkən orta əsrlər dövründə Azərbaycan ərazisində Bizans pulları geniĢ
yayılmamıĢdı. Hər halda göstərilən dövrə aid arxeoloji abidələrdə qazıntılar zamanı
Bizans pullarına nadir hallarda rast gəlinir. Hələlik Azərbaycanda bu dövrə aid yeganə
Bizans pulu Örənqala Ģəhər yerindəki qazıntılar zamanı mədəni təbəqənin alt qatında
tapılmıĢdır. Bu mis sikkə I Anastasinin (491-518) adından zərb olunmuĢdur. Ərəblərin
hücumu nəticəsində Sasanilər dövlətinin süqutundan sonra Azərbaycanda ərəb pulları
yayılmağa baĢladı.