42
dulusçuluq istehsalından xəbər verir. Bu dövrdə Dərbənd həm də mühüm
beynəlxalq ticarət mərkəzinə çevrilir; ehtimal ki, bu zaman o daha ço x Xəzəryanı
ticarət yolunun ən böyük tranzit məntəqəsi rolunu oynayırdı.
ġəhər ərazisinin sahəsinə (150 ha-a yaxın) görə Dərbənd Ön Asiya,
Cənubi Qafqaz və Orta Asiyanın bir çox ən iri erkən orta əsr Ģəhərlərin i xey li
geridə qoyurdu. Arxeolo ji məlu mat lara görə, dənizkənarı rayon hesaba
alın mamaqla Ģəhərin məskunlaĢmıĢ ərazisin in ü mu mi sahəsi 26-27 ha-a çatırdı ki,
bu da Ģəhərin divarlarla əhatə olunmuĢ sahəsinin 1/6 hissəsini təĢkil edird i.
QuruluĢ baxımından Dərbənd aydın Ģəkildə iki tərkib h issəyə ay rılır:
içqala və Ģəhərin özü; indi narınqala adlanan içqala xüsusi yer tuturdu. Bu, Ģəhər
hakiminin iqa mətgahı, onun sarayı və qarnizonun yerləĢdiyi yer, inzibati, hərbi-
siyasi və mədəni mərkəz id i. 2,5-3,5 m qalın lıqda, ayrı-ayrı sahələrdə hündürlüyü
20-25 m-ə çatan möhtəĢəm divarlar onu alın maz qalaya çevirir. Ġlkin o rta əsrlər
Dərbəndi Ģəhər strukturunun bir hissəsi olan rabada (Ģəhər ətrafına) malik deyild i;
beləliklə, d ivarlarla əhatə olun muĢ çox böyük ərazi Ģəhərə kifayət qədər iri sahədə
geniĢlənmək və in kiĢaf etmək imkanı verirdi.
ġəhərin sosial strukturuna gəldikdə isə, qeyd etmək lazımdır ki,
narınqalada alban hökmdarları, sonralar isə Sasanilər tərəfindən təyin edilən Ģəhər
hakimi otururdu. Sasani Ģahlığ ının Dərbənddəki caniĢini V əsrdə " mərzban" titulu
daĢıyırdı. ġəhər əyanlarından ibarət hakim siniflə xırda alv erçi və sənətkarlar
arasındakı təbəqəni təĢkil edən döyüĢçülər Ģəhər cəmiyyətinin strukturunda xüsusi
yer tuturdular. Sasanilər sərhədlərin mühafizəsi üçün Dərbənddə hərbi kolon istləri
yerləĢdirərə k, onla ra torpaq paylayırdıla r.
Dərbənd o dövrdə ġərqi Qafqazda olan əsas xristian mərkəzlərindən biri
kimi də tanın mıĢdı.
Tədqiq edilən dövrdə Beyləqan, ġamaxı, ġabran, Xalxal, ġəmkir, A maras,
Xunan kimi Ģəhərlər də məĢhur id i.
§ 7. TĠCARƏT VƏ PUL DÖVRĠYYƏSĠ
Erkən orta əsrlər dövründə Albaniya təbii ehtiyatlarına və coğrafi Ģəraitinə
görə bir-b irindən fərqlənən vilayətlərdən ibarət geniĢ ərazin i tuturdu. Bu fərq
özünü ayrı-ayrı vilayətlərin məhsullarında da göstərirdi. Albaniyanın təbii
ehtiyatları baĢqa ölkə lərin də d iqqətini cə lb edird i. Bundan əlavə, A lbaniya
ərazisindən bir sıra tran zit ticarət yolları keçirdi. Xəzər dənizinin qərb sahili
boyunca uzanan yol xüsusilə canlı idi. Bu yol Cənubi Qafqazı, o cümlədən
Azərbaycanı həm Yaxın və Orta ġərqin mədəni mərkəzləriylə, həm də Qafqaz sıra
43
dağlarından Ģimalda yerləĢən ölkələrlə birləĢdirirdi. Burada daxili və tranzit
səciyyəli baĢqa ticarət yolları da fəaliyyət göstərirdi.
Əkinçiliyin və maldarlığın, habelə sənətin müxtəlif sahələrinin inkiĢafı əmtəə
istehsalına və ticarətə təkan verdi. Əhali izafi məhsulu bazarlarda satırdı. Əmtəənin bir
hissəsi istehsalçıların özləri tərəfindən satılırdı. Lakin çox vaxt istehsalçılarla
istehlakçılar arasında vasitəçi kimi əsas iĢləri alıĢ-veriĢ olan tacirlər çıxıĢ edirdilər.
Ticarətlə daha çox Ģəhərlilər məĢğul olurdular. Əhalinin, xüsusilə Ģəhər əhalisinin
təsərrüfat həyatında ticarətin mühüm ro l oynadığını Azərbaycan və Cənubi Dağıstan
ərazilərində aparılan arxeoloji qazıntılar zamanı aĢkar olunmuĢ çoxsaylı materiallar
təsdiq edir. Azərbaycanda bu cür materiallar Mingəçevirdə, Qəbələdə və ġamaxıda
daha çox aĢkar olun muĢdur.
Mingəçevirdəki 2 saylı yaĢayıĢ yerində, erkən orta əsrlər dövrü təbəqəsində
ticarətə aid baĢqa materiallarla yanaĢı, bürüncdən hazırlanmıĢ asma tərəzi qolu aĢkara
çıxarılmıĢdır.
Bir çox arxeoloji tapıntılar yerli əhalinin beynəlxalq ticarət əlaqələri haqqında
təsəvvür yaradır. Bu tapıntılar xaricdən gətirilmiĢ mü xtəlif məmulatla təmsil olunub.
Onların arasında Çində istehsal olunmuĢ ipək parça qalıqları, ayrı-ayrı ölkələrdən
gətirilmiĢ mü xtəlif bəzək əĢyaları, iĢlək üzlərində mü xtəlif rəsmlər həkk olunmuĢ daĢ
möhürlər (gemmalar), ĢüĢə qablar, yüksək zövqlə hazırlanmıĢ gümüĢ qablar, ço xsaylı
sikkələr və s. vardır.
Ġpək parça qalıqları Mingəçevirdəki erkən orta əsrlər dövrünə aid qəbirlərdə
tapılmıĢdır.
Azərbaycanda erkən orta əsrlərə aid abidələrdə aparılan qazıntılar zamanı
qliptika incəsənətinin çoxsaylı nümunələri - gemmalar aĢkar edilmiĢdir. Bu məmulat
baĢlıca olaraq möhür kimi iĢlədilirdi. Lakin onlar eyni zamanda bəzək əĢyaları idi.
Onların bir ço xu Ġrandan gətirilmiĢ və yaxud Ġran incəsənətinin təsiri altında Azər-
baycanda hazırlan mıĢdı.
Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı çoxlu ĢüĢə qab aĢkar
edilmiĢdir. Onların çoxu ticarət yolu ilə Finikiya, Suriya və Fələstindən gətirilmiĢdi.
Erkən orta əsrlər dövründə Albaniyada da ĢüĢə məmulatının istehsalına baĢlandı. Bu ĢüĢə
qablar ġimali Qafqaz və xüsusilə Dağıstan ərazisində daha çox aĢkara çıxarılmıĢdır.
Tarixi Albaniyanın ərazisində aĢkar olunmuĢ arxeoloji materiallar arasında
torevtika məmulatı xüsusi diqqətə layiqdir. Onların bir qismi, Ģübhəsiz, baĢqa
ölkələrdən gətirilmədir.
Gü müĢdən hazırlanaraq qızılı rənglə boyanmıĢ, hal-hazırda Sankt-
Peterburqun Dövlət Ermitajının kolleksiyasında saxlanılan dolça, Azərbaycanda və
Cənubi Dağıstanda hazırlanan digər tapıntılar da bu cür məmu latlar dairəsinə
daxildir.
Azərbaycan ərazisində ilk orta əsrlər dövrünə aid abidələrdə aparılmıĢ
arxeoloji araĢdırmalar zamanı idxal olunmuĢ baĢqa əĢyalara da təsadüf edilir və bu
əĢyalar həmin dovrün ticarət əlaqələrindən xəbər verir. Onların arasında çoxlu bəzək