48
təbliğat aparırdı; o öyrədirdi ki, xey ir və Ģər baĢlanğıcların döyüĢü artıq xey ir
allah ının qələbəsi ilə baĢa çatsa da, bu, tam olmayan qələbədir. Bu nikb in iddia yer
üzərində qalan Ģərin məhv edilməsi uğrunda insanın fəal mübarizəyə qoĢulmasını
tələb edirdi. Məhz buna görə də bu təlim geniĢ xalq hərəkatının bayrağına çevrildi.
Maniçilik kilsəsi möhkəm və tənzim olun muĢ təĢkilata, mü xtəlif ölkələrdə təbliğat
aparan çoxlu missionerə ma lik id i.
Sasani Ģahı I Bəhra mın (273-276) hakimiyyəti dövründə maniç ilə rin
təqibi baĢlandı. Mani təlimi b ir ço x d ini cərəyanlara, o cü mlədən Məzdəkilər
hərəkatına (V-VI əsrlər), pavlikianlığa (VII-IX əsr-lər), daha sonralar meydana
çıxmıĢ xristian bidətçi hərəkatlarına -X əsrdə Bo lqarıstanda yaranmıĢ, Kiçik Asiya
və Balkanlarda yayılmıĢ boqumilçiliyə, XII-XIII əsrlər Fransanın cənubunda,
Lankedokda meydana çıxmıĢ alb iqoyluğa böyük təsir göstərmiĢdir.
Bütün bu hərəkatlar ümumi istiqamətləri ilə - kilsə ayinlərinin
sadələĢdirilməsi, istismara və feodal torpaq sahibliyinə qarĢı mübarizəyə gətirib çıxaran
bərabərliyin təbliği ilə seçilirdi.
V əsrdə Sasani Ġranında baĢ verən Məzdəkilər hərəkatı ġima li Azərbaycana -
Albaniyaya da təsir etməyə bilməzdi. Kilsə feodal əyanlarının nümayəndəsi olan Moisey
Kalankatlı öz tarixində sinfi mübarizə, sosial hərəkatlar barədə heç bir məlu mat verməsə
də, bu dövrdə Albaniyada da ictimai-siyasi vəziyyət, Ģübhəsiz, sabit ola bilməzdi. Alban
müəllifinin ayrı-ayrı səthi və ötəri məlumatlarını təhlil edən K.V.Trever də haqlı
olaraq məhz belə nəticəyə gəlmiĢdi. Məsələn, Aquen məclisinin çağırılması
səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər
arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baĢ verdi; onda hökmdar
məclis - böyük məhkəmə qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili
narazılıqlardan gedir. Lakin qanunların mətnlərində ancaq sinifdaxili - dünyəvi əyanlarla
ruhanilər arasındakı münaqiĢələr əks olunmuĢdur.
V-VI əsrlərin hadisələrini təsvir edən Bizans (Feofan, Malala, Aqafiy,
Prokopiy), Suriya (ĠyeĢu, Stilit) və erməni (YeqiĢe, Lazar Parblı, Sebeos) tarixçiləri də
Cənubi Qafqaz ölkələrinin - Albaniya, Gürcüstan və Ermənistanın ictimai həyatındakı
sosial hərəkatlar barəsində məlumat vermirlər. Moisey Kalankatlının mətnlərinin tədqiqi
Aquen məclisinin mətnindəki "azatlar və qara camaat (ramiklər) arasında münaqiĢələr"
məlumatı altında nə baĢa düĢüldüyünü, Albaniyada hansı sosial hərəkatın baĢ verə
biləcəyini aydınlaĢdırmağa və həmin hadisələrin mənzərəsini yaratmağa imkan verir.
Məlum olduğu kimi, qədim dövrdə və orta əsrlərdə hər hansı sosial hərəkat
rəsmi din və onunla ziddiyyətdə olan bidətçi təlimlər arasındakı fikirayrılığı pərdəsi
altında baĢ verirdi. Belə güman üçün əsas vardır ki, IV-V əsrlərdə Albaniyada
xristianlığa və zərdüĢtiliyə mü xalif olan bidətçi dini təlimlər - nestorçuluq və maniçilik
təbliğ edilmiĢdir. Bu təlimlərin Albaniyadakı yayıcıları Nestorun tərəfdarı suriyalı Ġbasın
(457-ci ildə vəfat edib) ardıcılları və maniçilik təliminin sol cərəyanının liderlərindən
olan Bundosun (V əsr) ardıcılları olmuĢdular. Moisey Kalankatlı məlumat verir ki, alban
katolikosu Ter-Abbas 551-ci ildə "ciddi istintaq apardı... və rəzil müəllimlərdən -
49
ikiüzlü Fo manı, zəburçu Ġliyanı, Bnotu, Ġbası və bu kimi baĢqalarını Albaniyadan
qovdu. Onları ayrı-ayrı yerlərə sürgün edib əmin-amanlığı bərpa etdilər". K.V.Trever
haqlı olaraq adları çəkilən Ġbas və Bnotu suriyalı Ġbas və ya onun ardıcılları, eləcə də
man içi Bundos və ya onun tərəfdarları ilə eyniləĢdirir. O hesab edir ki, Məzdək
hərəkatının əks-sədası Albaniyada özünü VI əsrin II yarısında baĢ vermiĢ bu bidətçi
təbliğlərdə göstərmiĢdir. Son tədqiqatlara görə, Aquen məclisinin "azatlar və qara
camaat arasında münaqiĢələr"ində maniç ilik və nestorçuluq ideyalarını IV-V
əsrlərdə bilavasitə Nestorun ardıcılları - tərəfdarlarından (suriyalı Ġbasdan) və maniçi
Bundosun özünün ardıcıllarından qəbul etmiĢ sosial hərəkatı və ya V əsrin sonunda
Albaniyada baĢ vermiĢ sinfi mübarizəni görmək olar; bu mübarizə V əsrin ikinci
yarısında baĢlayan və kökü maniçiliyə gedib çıxan Məzdək hərəkatı ilə bağlı idi, yəni
Məzdəkin rəhbərlik etdiyi hərəkatla Albaniyadakı hərəkat, demək olar, eyni zamanda
baĢ vermiĢdi, sinxron idi. Elə Albaniyadakı bu sinfi mübarizə Aquen məclisinin
çağırılmasının baĢlıca səbəblərindən biri olmuĢdur. Moisey Kalankatlının VI əsrdə Ter-
Abbas tərəfindən bidətçilərin qovulması barədə verdiyi məlumat isə, görünür, bu
sosial hərəkatla mübarizənin davam etməsindən bəhs edir. Beləliklə, güman etmək
olar ki, Məzdək hərəkatı təkcə Ġran və Cənubi Azərbaycan xalqlarını - kəndli və
sənətkarlarını deyil, həm də ġimali Azərbaycan - Albaniya əhalisini də ayağa
qaldırmıĢdı. Məzdəkilər hərəkatı Sasani dövlətinin daxili həyatının bütün zəif
cəhətlərini aĢkara çıxardı və dövlətin əsaslarını sarsıtdı; nəticədə I Xosrov ƏnuĢirəvanın
inzibati və vergi islahatları meydana çıxdı.
Onu da qeyd etməliyik ki, ġimali Azərbaycanda baĢ verən sinfi münaqiĢələri öz
əsərində aĢkar təsvir etməyən Moisey Kalankatlı, xristianlıqla qədim bütpərəst
etiqadları arasında baĢ verən toqquĢ malardan danıĢarkən istər-istəməz, dolayısı ilə
siniflərarası nifaqı açıqlamıĢ olur. Müəllifin CavanĢirin ölümündən sonra baĢ verən
hadisələr haqqındakı məlumatı xüsusilə maraqlıdır; bu məlumata görə, o vaxt
"ölkəmizdə az iğtiĢaĢlar olmadı: silahlanmıĢ qara camaat dəstə-dəstə yığıĢırdı".
Gö rünür, məhz bu məlu mat o dövrdə Albaniyada baĢ verən hansısa bir üsyana dəlalət
edir. Bu məlumat, eləcə də, VII yüzildə geniĢ yayılmıĢ bidətçi antifeo dal pavlikianlar
hərəkatına da aid ola bilərdi. Pavlikianlar iri torpaq sahiblərinə, dini ayinlərə və kilsə
iyerarxiyasına qarĢı çıxırd ılar. Dünyanın əsasında xeyir və Ģər baĢlanğıcların ın
durduğunu qəbul edən pavlikianlar xey ir baĢlanğıcının göylərdə deyi l, yer üzündə
olduğuna inanır, hamın ın mülki və hüquqi bərabərliy ini təsdiq edirdilər. Məzdəki-
lərdən fərqli olaraq, onlar xeyrin təntənəsinə əmin id ilər, icmalar yaradaraq, nə
feodallara, nə də kilsəyə tabe olurdular.
Pavlikianlar haqqında ən qədim məlu matı 706-707-ci illərdə Bərdədə
çağırılmıĢ Alban kilsə məclisin in bu təriqətin nümayəndələrini b idətçilər kimi
mühakimə edən qərarında görmək olur. Uzun on illər davam edən bu hərəkat
Girdimanda və Balasakanda daha geniĢ yayılmıĢ, sonrakı ərəb ağalığı dövrün də isə
ərəb üsuli-idarəsinə qarĢı yönəldilmiĢdi.