52
hakimiyyətinin möhkəmlən məsinə həsr olunmuĢdur: "Azatlar öz Ģəxsi
mü lklərindən yepiskopun xəbəri o lmadan keĢiĢi nə qova, nə də götürə bilərlər.
Yepiskoplar da azatların icazəsi olmadan keĢiĢləri nə təyin edə, nə də çıxara
bilərlər. KeĢiĢ azat və ya dindarlar tərəfindən ona qarĢı təhlükə olsa belə,
yepiskopun icazəsi olmadan öz yerindən getməməlidir". Göründü yü kimi, qanun
azatların özbaĢına hərəkətin i məhdudlaĢdırır və ruhanilərlə azatların hüquqlarını
bərabərləĢdirir.
Aquen qanunlarının XVII, XX və XXI maddələri azatlarla ruhanilər
arasında iqtisadi və siyasi zəmində baĢ verən zümrələr- arası mübarizəni ö zündə əks
etdirir. Diqqətəlayiqdir ki, Aquen qanununda öz əksini tapmıĢ dünyəvi və ruhani
feodallar arasındakı mübarizə V əsr Albaniyasının gerçəkliyi idi. Müqayisə üçün xatır-
ladılmalıdır ki, V əsr Ermənistanı üçün ruhanilərin hökmdar hakimiyyətinə qarĢı
mübarizəsi
səciyyəvidir.
Görünür,
Albaniyanın
ictimai-siyasi
inkiĢaf
xüsusiyyətlərindən biri bundan ibarətdir. Dvin kilsə məclisinin qaydalarından aydın
olduğu kimi, Ermənistanda dünyəvi və ruhani əyanlar arasındakı mübarizə VII əsrdə
müĢahidə edilir.
III, IV, V, XVII, XVIII, XIX qanunlar Aquen qanunlarının üçüncü qrupunu
təĢkil edir. Həmin qanunlar ruhanilərlə dindarlar arasındakı qarĢılıqlı münasibətləri
tənzimləyir. Bu qanunlarda əsas diqqət ruhanilərin maddi cəhətdən təmin olunmasına
yönəldilmiĢdir. Ruhanilər əhalidən çoxsaylı vergilər (məhsul vergisi, onda bir vergisi,
can vergisi, ruhun rahatlığı üçün vergi) alırdılar. Kilsənin quruluĢunu, onun
iyerarxiyasını əks etdirən (Aquen qanunlarının birinci qrupu), ruhanilərlə dünyəvi
əyanlar arasındakı münasibətləri tənzimləyən (qanunların ikinci qrupu), ruhanilərlə
dünyəvi əhali - bir kilsəyə məxsus olan dindarlar arasındakı münasibət qaydalarını
müəyyənləĢdirən (qanunların üçüncü qrupu) qanunlardan baĢqa qanunlarını sırf
hüquqi səciyyə daĢıyan, nikah-ailə hüquqıı normalarını (X və XI qanunlar), cinayət
hüququnun bəzi normalarını (VIII, XI, XII, XIII, XIV qanunlar) əks etdirən dördüncü
qrupunu ayırmaq olar.
VIII qanunda deyilir: "Hər hansı bir xaçpərəst dava salıb qan tökərsə, həmin
adamı yepiskopun yanına gətirib qanunlara əsasən cəzalandırmaq lazımdır". Bu
qanunun mənĢəyi Bibliyaya gedib çıxır. Bibliyada deyilir ki, insan qanını tökmüĢ Ģəxs
ölüm cəzasına məhkum olmalıdır. Aquen qanununda cəzanın xarakteri naməlum qalır.
Ġlk növbədə onu qeyd etmək lazımdır ki, bu, Aquen kilsə məclisinin yeganə qanunudur
ki, orada cəza haqqında söhbət kilsə məclisinin kanonları üzrə deyil, qanun (oren)
əsasında gedir. Qanunlar dövlət hakimiyyəti tərəfindən müəyyən edilir. Aquen tipli
qanunlar isə ruhani və dünyəvi əyanların iĢtirakı ilə keçirilən kilsə məclislərinin
hüquqi yaradıcılığının nəticəsidir. VIII qanundan məlum olur ki, ruhanilər iyerarxik
baĢçının Ģəxsində mülki və cinayət hüququnun bəzi sahələrində hüquqi funksiyaları
(məhkəmə hakimiyyətini) həyata keçirir və kilsə qanunları əsasında deyil, dünyəvi
qanunlar üzrə mühakimə edirdilər.
Aquen kilsə məclisinin X və XI qanunları nikah-ailə münasibətlərini əks
53
etdirir.
X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə qohum olan qadınla
evlənə bilməz və qardaĢının da arvadını ala bilməz‖. Göründüyü kimi, qohumluğun
üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil budağı nəzərdə tutulur. Qanuna görə, nikaha
qohumluğun dördüncü dərəcəsində icazə verilird i.
Bu qanun mənĢəcə birbaĢa Bibliyaya gedib çıxır, belə ki, Bib liyada
qohumluğun ilk üç dərəcəsində qohumlar arasında nikahlar qadağan edilmiĢdir.
Qanunlardan məlum olur ki, baĢqa xristian ölkələrində olduğu kimi, V əsrdə
Albaniyada da xristianlığaqədərki adətlər və levirat (uĢaqsız dul qadının mütləq
qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen qanununun məqsədi qədim
nikah adətlərinin aradan qaldırılması və xristian kilsə nikahının bərqərar olunması idi.
XI qanunda cadugərlərə müraciət olunması da qadağan edilirdi. Cadugərlik
dinsizlik kimi qiymətləndirilirdi və həmin fəaliyyətə görə müqəssir olan Ģəxslər üçün
qanunda insan öldürməyin müqabilində verilən cəza, yəni ölüm cəzası nəzərdə
tutulurdu. Görünür, bu qanunun da əsasında Bibliyada olan qanun durur: "Əgər kiĢi və
ya qadın ölüləri və ya cadugərləri çağırarsa, ölü mə məhku m olunacaq, onu daĢqalaq
edərək, qanına qəltan edəcəklər".
Alban kilsəsinin, habelə erməni və gürcü kilsələrinin qanun yaradıcılığı üçün
aĢağıdakı mənbələr olmuĢdur: 1) Xristian ġərqinin baĢqa kilsələri ilə ümumi olan, xarici,
mənimsənilmiĢ normalar; 2) alban kilsəsinin hazırladığı və müəyyən etdiyi normalar.
Alban kilsə iyerarxiyası bu xarici normaları sadəcə olaraq əxz etməmiĢ,
həmin normaları Albaniyanın özündəki ictimai münasibətlərə, adi hüquqa zidd
olmayacaq dərəcədə qəbul etmiĢdi.
Aquen qanunları yeni dinin feodal əsaslarını qaydaya saldı və bununla
Albaniyada feodal münasibətlərinin daha da inkiĢaf etməsinə yardım göstərdi.