46
§ 8. DÖVLƏT HAKĠMĠYYƏTĠ VƏ ONUN
ĠNSTĠTUTLARI
Alban cəmiyyətinin siyasi strukturunu I-VI əsrlərdə alban arĢakiləri
sülaləsindən olan hökmdarların, VII əsrdən isə Mihranilər sülaləsindən olan böyük
knyazların baĢçılıq etdiyi mərkəzləĢdirilmiĢ feodal dövləti kimi səciyyələndirmək
olar. Albaniyanın xarici-siyasi vəziyyətinin xüsusiyyəti (Dərbənd keçidin in
mühafizəsi), xarici təhlükən in dəf edilməsi idarəçilikdə mərkəzləĢmən in güc-
lən məsinə gətirib çıxarmıĢ, dövlətçiliy in rolunu yüksəltmiĢdi. Dövlət hakimiyyəti
ictima i-iqtisadi və ideoloji həyatın bütün sahələrini n iza mla mağa çalıĢırdı.
Albaniyada taxt-tacın nəslən keçməsin in qəti müəyyənləĢdirilmiĢ qaydası y ox idi.
Hökmdar ö lkən in qanunvericisi və baĢ hakimi idi, o, dünyəvi və dini hakimiyyətin
məĢvərətçi və qanunverici orqanı olan məclisə - məhkəməyə baĢçılıq edirdi.
Ölkənin bütün hərbi qüvvələrin in baĢ komandanı da o idi.
Albaniyanın əsas idarəçilik vəzifələri hazarapet, hramanatar və sparapet
idi.
Hazarapet orta fars istilahı olub, hərfən "minbaĢı" deməkd ir. Hazarapet
vəzifəsi ən qədim zamanlardan Ġranda mövcud idi. Bu, Əhəmən ilər dövründə
mü lki sahəyə keçirilmiĢ hərbi istilahdır. Bu istilah Parfiya dövründə də, Sasanilər
dövründə də qorunub saxlanılmıĢdır.
Albaniyada isə hazarapet ən yüksək dövlət vəzifələrindən biri idi. O,
alban kilsəsinin baĢçısı ilə birlikdə Albaniyadan ermənilərin yaĢadıqları vilayətlərə
nümayəndəlik təĢkil etmiĢ, hökmdar və hra manatarla b irlikdə alban əyanların ın
sırasında Aquen qanunlarına ö z möhürünü vurmuĢdu. Mətnlər Albaniya üçün
hazarapetin hərbi və yaxud mü lki vəzifə olduğunu aydınlaĢdırmağa imkan vermir.
Mətnlərdən görünür ki, alban hökmdarı III Vaçaqanın hakimiyyəti dövründə
Albaniyada yalnız iki və zifə - haza rapet və hra manatar var idi.
Ġranla analogiyaya görə, Albaniya hramanatarın ın həm də baĢ vəzir
olduğunu və bütün dövlət iĢlərinə nəzarət etdiyini ehtimal etmək olar.
Ġranda və Ġberiyada müstəqil dövlət gəliri idarəsinin olması Albaniyada da
buna bənzər idarənin mövcud olduğunu güman etməyə imkan verir. Görünür,
hazarapet bu vergilər idarəsinə baĢçılıq edirmiĢ. "Alban tarixi"ndə hazarapet vəzifəsi
yalnız V əsrdə xatırlanır. Hökmdarın təsərrüfat baxıcısı kimi hazarapet vəzifəs i hökmdar
hakimiyyəti ilə, hökmdar torpaq sahibliyi ilə, hökmdar torpağında yaĢayan, bilavasitə
istehsalçıların xəzinəyə vergi ödəmələri ilə əlaqədardır. Lakin feodal torpaq sahibliyinin
inkiĢafı, hökmdar torpaqları fondunun məhdudlaĢması ilə hazarapetin daĢıdığı
təsərrüfat və maliyyə funksiyalarının tədricən feodallara keçdiyini, VI əsrin əvvəllərində
isə hökmdar hakimiyyətinin ləğvi ilə hazarapet vəzifəsinin də aradan çıxdığını və maliyyə
funksiyalarının bilavasitə caniĢinlərə - mərzbanlara keçdiyini güman etmək olar.
Albaniyanın üçüncü əsas idarəçilik vəzifəsinin daĢıyıcısı olan sparapet (qədim
fars istilahı) ölkənin bütün hərbi qüvvələrinin baĢ komandanı idi.
47
Bu vəzifə yalnız ölkədə hökmdar hakimiyyətinin olmadığı dövrdən - VII əsrdən
qeydə alınmıĢdır. "Alban tarixi"ndə Albaniyanın böyük knyazı CavanĢir Albaniya
sparapeti kimi təqdim edilir. Bu məlumata görə, alban qoĢunu Albaniyanın böyük knyazı
Varaz Qriqorun oğlu gənc CavanĢirin baĢçılığı altında Ġran tərəfdə, ərəblərə qarĢı çıxıĢ
etdi. Ġran Ģahı III Yəzdigərd onu Albaniyanın sparapeti təyin etdi. CavanĢirin varisləri
olan Varaz Tiridatın və ġeroyun dövründə sparapet vəzifəsini artıq böyük knyazlar
deyil, baĢqa Ģəxslər tuturdular.
Albaniyanın böyük knyazı Varaz Tiridatın zamanında baĢ komandan kimi
"zoravar" (qədim fars termini) istilahı qeydə alınmıĢdır.
Belə bir fakt diqqətə layiqdir ki, Aquen məclisi iĢtirakçılarının siyahısında
yalnız iki vəzifənin - hramanatar və hazarapetin adları çəkilir. Əlbəttə, bu dövrdə hərbi
idarənin olmaması az ağlabatandır. Ola bilər ki, alban arĢakilərinin hökmdarlığı
dövründə sparapet vəzifəsini hökmdarlar özləri tutmuĢ, buna görə də Aquen qanun -
larında bu vəzifənin adının çəkilməsinə ehtiyac qalmamıĢdı; çünki hökmdarın burada
iĢtirakı qeyd olun muĢdur.
Güman etmək olar ki, Albaniyada sparapet vəzifəsi yalnız alban hökmdarları
hakimiyyətinin süqutundan sonra, böyük alban knyazları Mihranilərin hakimiyyətinin
qurulması dövründə formalaĢmıĢdır. Bu vəzifəni həm böyük knyazlar, həm də baĢqa
Ģəxslər tuta bilərdilər.
Alban qoĢunu azat patronimiyalarının meydana çıxardıqları
dəstələrdən
təĢkil o lunurdu. Hər bir azat patronimiyası qoĢundan baĢqa özünün üzük-möhürünə
də malik id i. Bu möhürlə ü mu mdövlət əhəmiyyətli yazılı sənədlər, habelə
nahararlıq ların sənədləri təsdiqlənirdi.
§ 9. SĠNFĠ MÜBARĠZƏ VƏ SOSĠAL HƏRƏKATLAR
Feodal münasibətlərinin inkiĢafı, əhalin in yerli hakim dairələri, eləcə də
Sasani Ġranı, o cümlədən dünyəvi və ruhani feodallar və kilsə tərəfindən feodal
istismarının geniĢlən məsi vergi əsarətin in artmasına səbəb o ldu; bütün bunlar həm
Albaniya, həm Atropatena əhalisinin müqavimətin i doğurdu.
III əsrdə Sasani dövlətində Maninin baĢçılıq etdiyi hərəkat geniĢ miqyas
aldı. Maniçilərin dövlətə və əsarətə qarĢı yönəldilmiĢ təlimi yüksək əxlaqi ideyaları
təbliğ edirdi. Lakin bu təlim tərəfdarlarının dövlətə və rəsmi dinə qarĢı müqaviməti
passiv idi.
III əsrin sonunda Mani ardıcıllarının sol, radikal cərəyanı meydana çıxd ı.
VI əsr Bizans yazıçısı Malalan ın məlu matına görə, bu cərəyanın liderlərindən biri
olan Bundos imperator Diokletianın hakimiyyəti dövründə (III əsrin sonu) Romada