tərəfindən mühasirəsini ətraflı surətdə təsvir etdikdən sonra Ağa Məhəmməd
xanın məğlubiyyəti səbəblərini izah edir. Müəllifə görə, İbrahimxəlil xanın Ağa
Məhəmməd xana qalib gəlməsi səbəblərindən biri də yerli əhalinin istilaçı İran
ordularına qarşı apardığı partizan müharibəsi idi. Mir Mehdi Xəzaninin
yazdığına görə, Qarabağ əhalisi atlı və piyada olaraq, meşələrdə, Araz
sahillərindən tutmuş Şuşa qalasına qədər uzanan yollar boyu düşmənə qarşı
çıxır, İran ordusuna gələn ərzaq mallarını zəbt edib aparır, düşməni azuqəsiz
qoyaraq zəiflədirdi. Atlarını və sair böyük heyvanların doydurmaq məqsədilə ot
və ələf üçün ətrafa çıxan İran əsgərlərinə hücum edən əhali onları qırıb və
qismən əsir alıb İbrahim Xəlil xana çatdırırdılar. Mütəşəkkil olmayan əhalinin
daimi hücumlarına və qarətlərinə məruz olan İran ordusu Qalanın
mühasirəsindən el çəkmək məcburiyyətində qalır. Beləliklə, İbrahimxəlil xan
xalqın yardımı nəticəsində Şuşam Ağa Məhəmməd xanın istilasından müdafiə
edir.
İbrahimxəlil xan siyasi xadim olduğu kimi böyük sərkərdəlik məharətini də
1794-1795-ci il İran - Qarabağ müharibələrində bir daha sübut etdi. Qacar
Tiflis üzərinə yürüş edərkən gəncəli Cavad xan min nəfər atlı ilə Ağa
Məhəmməd xanın yanına gələrək ona Gürcüstan səfərində kömək etmişdir.
Gürcüstan üzərinə yürüşdə Qacara kömək edən Məlik Məcnun, Məlik Qulu və
Məlik İsmayıl 600 atlı ilə onun yanına gəlmişdilər. Qubalı Fətəli xanın oğlu
Şeyx Əli xan Qacara öz sədaqətini göstərmək üçün ona 5000 tümən pul
göndərmişdi. Yuxarıda deyilənlərə onu da əlavə edək ki, Qarabağı işğal edib
İbrahimxəlil xanı hakimiyyətdən devirmək üçün Ağa Məhəmməd xanın
yanında erməni məliklərinin xüsusi nümayəndəsi Abraham Beknazaryans öz
dəstəsi ilə bələdçi-məsləhətçi kimi işləyirdi. A.Beknazaryans Ağa Məhəmməd
Qacarın Qarabağa bütün yürüşlərində iştirak etmiş, onun xatirələrini sonralar
Barxudaryan "Qarabağın sirri" adı ilə 1886-cı ildə Peterburqda çap etdirmişdir.
Qarabağa İran yürüşü qüvvətləndikcə erməni məliklərinin xəyanəti daha da
artırdı.
İran qoşunlarının Şuşanı alması üçün xarici qüvvələrdən, eyni zamanda
dövrün ən güclü silahlarından istifadə olunurdu: "Fransız zabitlərinin
komandanlıq etdiyi düşmən topları şəhərin istehkamlarını dağıda bilmədi.
Şuşalılar düşmən üzərinə cəsarətlə həmlə edirdilər. Bu dəfə gecə Əsgəran
qalasının naibi Həsənbəy və Şuşa müdafiəçilərinin dəstələri düşmən
düşərgəsinə birgə hücum etdilər. Qanlı döyüş baş verdi. Düşmənə ciddi tələfat
verdirən həmlə iştirakçıları tezliklə qala divarlarının arxasına çəkildilər.
Düşmən sərbazları qarabağlıların hələ də öz düşərgələrində olduğunu zənn
edərək səhərə qədər bir-birini qırdılar"
1
.
Ağa Məhəmməd xanla sülh danışığı qeyri-mümkün idi. O, Qarabağın
suverenliyinə etinasız idi: "Ağa Məhəmməd şah Şuşa qalası altında olanda
mərhum İbrahim xanın elçiləri hərdənbir onun yanına gəlib-gedirdilər. Bir gün
ağa Məhəmməd şah İbrahim xanın sifarişlərindən qəzəblənib dustaqların edamı
1 Azərbaycan tarixi, cild I, səh.397.
223
haqqında fərman verdi. Onun əmrilə Mirzə Vəlini Tehranda topun ağzına
bağlayıb atdılar. On nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər.
Onlardan heç birini sağ qoymadılar..."
1
.
Ağa Məhəmməd xanın bu qəddarlığı qarabağlılarda mübarizə əzmini daha
da gücləndirdi.
Şuşa valisi şəhəri qəhrəmancasına müdafiə edirdi. Qalada 15 minlik xalq
qoşunu yaradılmışdı. Şuşanın müdafiəsində nəinki kişilər, hətta qadınlar da
iştirak edirdilər.
İbrahimxəlil xan hələ Şuşanın müdafiəsi zamanı hiss edirdi ki, Ağa
Məhəmməd xan məğlub olarsa, Gürcüstana gedib oranı viran edəcəkdir. Mirzə
Camal yazır: "Mərhum İbrahim xan, şahın hərəkətindən qabaq şövkətli
Gürcüstan valisinə belə xəbər göndərdi: "Ağa Məhəmməd şah qalanı işğal
etməkdə aciz qalmışdır, qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan
dəymişdir. Bu məğlubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın
kəndlərini qarət etmək fikrindədir. Onun fəsadının
və istilasının qarşısını almaq
tədarükündə olun"
2
.
Şuşanı mühasirə etmiş Ağa Məhəmməd xan tez-tez qarabağlıları, şəxsən
İbrahimxəlil xanı hədələyir, ona təhqiredici məktublar göndərirdi.
Ağa Məhəmməd xanın İbrahim xana göndərdiyi aşağıdakı beyt şirazlı Seyid
Məhəmməd Ürfi təxəllüslü şairin qəsidəsindən seçilmişdir və əsli belədir:
Zi məncənəqi-fələk səngi-fitnə mibarəd,
To əbləhanə girifti miyani-Şişə qərar.
Həmin beytin tərcüməsi aşağıdakı kimidir:
Fələyin məncəqindən fitnə daşı yağır,
Sən əbləhcəsinə Şişə içərisində sığınmısan.
İbrahim xan bu beyti alan kimi vəziri Molla Pənah Vaqifə müraciət edir. O
da şaha belə bir cavab yazır:
Gər nigahdarimən anəst ki, mən midanəm,
Şişəra dər bəğəli-səng nigəh midarəd.
Həmin beytin tərcüməsi belədir:
Əgər məni qoruyan mənim bildiyimdirsə,
O, Şişəni daşın qoltuğunda mühafizə edər.
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.138.
2 Yenə orada, səh.140.
224
Həmin şeirləşməni Mirzə Adıgözəl bəy də buna bənzər şəkildə təsvir edir.
Fərq budur ki, o, M.PVaqifi təmtəraqlı cümlələrlə tərifləyir: "Vaqif kamal ədəb
və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu, onun səlist
təbinin sünbülstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası
etsə, tamamilə səhvdir. Əgər Bədəxşanın ləli, onun sinəsinin xəzinəsində
toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında
xəcalətindən qızarsa, tamamilə düzgündür...
Ağa Məhəmməd şah məktubunun cavabım nəzərdən keçirdi. Qəzəbinin
buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar şərarələr
çaxmağa, ildırım yayan qumbaralara atəş yağdırmağa başlasınlar.
Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli
yoxluq pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə
hücumlarından və cəsarətli çarpışmalarından qorxuya düşürdülər. Əgər bir neçə
gün belə keçsə, qoşunu məğlub olar. Buna görə dövlətinin əmirləri,
məmləkətinin böyük adamları və vəzirləri ilə məşvərət etdi. Məsləhət görüb
dedi ki, zərərin yarısından qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu
təhlükəli yerdən at başı qaytarmaq ancaq xəzinəsinin açarıdır. Yoxsa çox
çəkməz bütün qoşunumuz və heyvanlarımız bu dərin xunxarlıq dəryasında
məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat qayıtmaz. Sonra
qayıtmaq bayrağını hərəkətə gətirdilər (yəni İran qoşunu geri çəkilməyə
başladı)..."
1
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin yaxşı cəhətlərindən biri
hadisələri belə ardıcıl təsvir etməsidir.
Şübhəsiz, Ağa Məhəmməd xanın Zaqafqaziyadakı fitnə və fəsadları
Qarabağ xanlığı və Tiflislə məhdudlaşmamışdı. Azərbaycanın bir sıra başqa
xanlıqlarında İran qoşunlarının törətdiyi qanlı faciələr məlumdur. Şirvan
üzərinə oniki minlik İran ordusu hücum edərək Şirvanı, sonra isə Şəki və Quba
xanlıqlarını talan etmişdi. Şuşanı ala bilməyən Ağa Məhəmməd xanın qarətçi
qoşunu 100 min başdan artıq mal-qaranı Azərbaycandan sürüb İrana aparmışdı.
Bütün bunlar 1795-ci il yürüşündə Ağa Məhəmməd xanı qane etmədi. O, yeni
daha dəhşətli müharibəyə hazırlaşdı. İranlıların Gürcüstanda törətdikləri
özbaşınalıqların həddi-hesabı yox idi. Elə bil ki, Ağa Məhəmməd xan qəsb edə
bilmədiyi Şuşanın hayıfını da gürcülərdən alırdı. Digər tərəfdən Gürcüstanın
müdafiəsində mindən artıq qarabağlı süvarisinin iştirakı onu qəzəbləndirmişdi...
Ağa Məhəmməd xanın Gürcüstanda və ümumən Zaqafqaziyada
özbaşınalıqları barədə Gürcüstan valisi II Yekaterinaya müfəssəl məlumat verib
ondan kömək istəmişdi.
Onunla şərik olan İbrahim xan da Rusiyadan kömək almanın tərəfdarı idi və
öz rəyini Rusiya dövlətinə bildirmişdi.
Qacar Tifiisi yandırıb qarət etdikdən sonra 1795-ci ilin payızında Muğana
qayıtdı. Onun məqsədi burada qışlamaq, yazın başlanğıcında Şuşa qalasına
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.61.
225
Dostları ilə paylaş: |