Sisianovla İbrahim Xəlil xanın 1805-ci ilin mayında Gəncə yaxınlığındakı
məşhur görüşü başlandı.
İbrahim Xəlil xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci
il may ayının 14-də, Səlim xanın isə Rusiya ilə bağladığı traktat
həmin il may
ayının 21-də imzalanmışdır
1
.
Mirzə Camal traktatın bağlanması şəraitini belə qələmə alır: "Kürəkçayın
qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və
əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar,
böyük sərdar isə ona qol çəkdi. Bir-birinə böyük hörmət ve ehtiram
göstərdikdən sonra geri qayıtdılar. Şərtə görə, Məhəmmədhəsən ağanın ikinci
oğlu Tiflisdə girov qalmalı idi. Mərhum İbrahim xanın
xahişinə görə bir dəstə
rus qoşunu topxana ilə həmişə Şuşa qalasında xanın yanında qalmalı idi. Həmin
yığıncaqda İbrahim xana və Səlim xana general-leytenanthq, mərhum
Məhəmmədhəsən ağaya və Mehdiqulu xana general-mayorluq, mərhum Xanlar
ağaya isə polkovniklik rütbəsi verilməsi haqqında sərdarın vasitəçiliyi ilə
padşaha ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimiməvacibli dərəcələrin
verilməsi haqqında fərman gəlib çatdı"
2
.
Kürəkçay müqaviləsi (may 1805) İran şahlığının qəzəbinə səbəb oldu.
Fətəli
şah bu müqaviləni pozmaq və böyük strateji əhəmiyyəti olan Şuşa qalasını,
Əsgəran və Şahbulaq qalalarını almaq məqsədilə son dərəcə ciddi hazırlığa
başladı. Kürəkçaydan qayıdarkən İbrahimxəlil xanla Lisaneviçin hərbi dəstəsi
də gəlmişdi. Lisaneviçin hərbi bölməsi və topxanası hələlik Şuşanın 10
kilometrliyində olan Xan bağında yerləşdirilmişdi. Bu zaman İran hərbi
qüvvələrinin Araz sahillərinə yaxınlaşdığı xəbəri gəldi. İranlılarla müharibə
aparmaq üçün Məhəmməd Həsən ağanın rəhbərlik etdiyi Qarabağ süvariləri
göndərildi. Mayor Lisaneviçin hərbi hissələri də Məhəmmədhəsən ağaya
kömək edirdilər. İran qoşunu ilə Qarabağ döyüşçüləri arasında müharibə
Cəbrayıl qəsəbəsi yanında baş verdi. Məhəmmədhəsən ağa İran qüvvələrinin
güclü olduğunu nəzərə alaraq Şuşanın müdafiəsi məqsədilə qalaya qayıtdı.
Qızılbaş qoşunu Şuşanın dörd ağaclığında olan Ağoğlana girdi. Beş minə yaxm
İran qoşunu Əsgəran qalasını almaq üçün onu mühasirə etdi.
Mayor Lisaneviç
vəziyyət barədə Sisianova təcili çaparlar vasitəsilə xəbər verib kömək istəmişdi.
Bu zaman İran vəliəhdi naibüssəltənə Abbas Mirzə yeni qüvvələrlə Çanaxçı
kəndinə yaxınlaşıb hərbi düşərgə qurdu...
"...Şah özü Qarabağın Təxti-tavus adlı yerinə və naibüssəltənə də Ağoğlan
və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. Naibüssəltənə Gəncədən bir
dəstə soldatla Şuşaya gedən polkovnik Karyagin ilə döyüşə başladı. Polkovnik
qayıdıb Şahbulaq yanında olan Tərnəküt qalasına gəldi..."
3
.
1 AKAK, II cild, sənəd 1436, 1437, səh.700.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.152.
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.195.
237
Göründüyü kimi, 1805-ci ildə naibüssəltənə Abbas Mirzənin və sonra ona
köməyə gələn Fətəli şahın müharibə yolu ilə Kürəkçay əhdnaməsini pozmaq
səyləri boşa çıxdı.
Sisianov tərəfindən göndərilən rus hərbi qüvvələri polkovnik Karyagin və
polkovnik Kotlyarevskinin komandası altında Qarabağ xanlığının
köməyinə
gəldi. Həmin döyüşün təfsilatını Mirzə Camal belə təsvir edir:
"Polkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə
görə qoşun və topxana ilə Şahbulaq qalasının yaxınlığına çatdılar.
Naibüssəltənə Çanaxçıdan köçüb, polkovnik Karyaginin üstünə getdi. Bunlar
vuruşa-vuruşa Əsgəranın yaxınlığına çatdılaf. Qızılbaş qoşunu hər yeri, bütün
yolları və Əsgəran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların
hərəkəti çətinliyə düşdü. Buna görə bir dəstə rus qoşunu orada səngərə girib, on
bir gün ərzində, gecə-gündüz bütün Qızılbaş qoşunu ilə vuruşdu. Bundan başqa
rus qoşununun səngəri sudan da uzaq idi. On bir gündən
sonra polkovnikin
(Karyaginin və Kotlyarevskinin) yaralandığına və rus qoşununun yarısının
davada tələf olduğuna və yaralandığına baxmayaraq, üç yüzə yaxın soldat
bütün topları götürüb, Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağa
qayıtdılar..."
1
.
1805-ci ilin sonu 1806-cı ilin əvvəllərində Rusiya - İran müharibəsi daha
geniş miqyas aldı. Əvvəlcə bu müharibə Qarabağı Rusiya himayəsindən
çıxarmaq məqsədi daşıyırdı. Bu səbəbdən İran
hərbi qüvvələri Qarabağ
ərazisində cəmləşdirilmişdi.
Mirzə Camal Qarabağ uğrunda Rusiya - İran müharibəsindən sonra
Sisianovun həyata keçirdiyi başqa tədbirlərdən söz açaraq yazır: "Həmin ilin
(1805-ci il - N.A.) qış fəslində (knyaz) böyük Rusiya dövlətinin qoşunu ilə
Kürdən keçib, Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf
hərəkət etdi. Böyük Rusiya dövlətinə səmimiyyət bəsləyən İbrahim xan öz
istəkli oğlu Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəyzadə ilə birlikdə
padşah əsgərləri sırasına, tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın
hüzuruna göndərdi. Böyük (Rusiya) dövləti itaəti altında olan Şəki hakimi
Səlim xan sərdarı lazım olan tədarükat və layiqli peşkəşlərlə Şəki vilayəti
sərhədindən götürüb Şirvan vilayəti sərhədinə çatdırdı.
Öz
dövlətinə, gücünə və ölkənin çətin yollarına qürrələnən Mustafa xan bir
neçə gün sərdara qürurla cavablar yazaraq itaətdən boyun qaçırtdı. Lakin
qüdrətli rus əsgərləri, Qarabağ və Şəki qoşunu qarşısında müqavimət göstərə
bilməyəcəyini və Qarabağ qoşununun fürsət tapıb Şirvan kəndlərinə əl
uzatdığını gördükdə o, Mehdiqulu xanla Səlim xanın
göstərişi ilə itaət
edəcəyinə yalandan söz verdi. İbrahim xan və Səlim xan kimi müqavilə və
əhdnamə yazıb, üzdə Rusiya dövlətinin itaəti altına girdi"
2
.
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 153.
2 Yenə orada, səh.155.
238