Mirzə Camal Sisianovun Bakı üzərinə yürüşü dövründə Qarabağda baş
verən hadisələri və onun siyasi-ictimai həyata təsirini də qələmə almışdır:
"Böyük sərdar Şirvandan gəlib Bakı tərəfə hərəkət etdi. Bu
zaman mərhum
İbrahim xanın xəstə olan böyük oğlu general-mayor Məhəmmədhəsən ağa
Allah rəhmətinə getdi. Bu kədər gətirən hadisədən Qarabağ vilayətini qəm və
pərişanlıq basdı. Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir para
adamlar Məhəmmədhəsən ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən
uzaqlaşmasından, mərhum İbrahim xanın
xəstəliyi, yaşının çoxluğu və
qüvvəsinin azlığından istifadə edərək müqavilə və əhdnamənin əksinə olan işlər
görməyə başladılar. Buna görə böyük sərdar Mehdiqulu xanı Qarabağ qoşunu
ilə birlikdə geri göndərməyi məsləhət bilərək, onu böyük ehtiram, izzət, layiqli
ənam və xoş xəbərlər ümidi ilə Qarabağa qaytardı. Mərhum general-mayor
Məhəmməd Həsən ağaya xüsusi səmimiyyəti və məhəbbəti olduğundan
hörmətli cənab polkovnik Cəfərqulu ağaya sevgi və ehtiramını andıran məktub
yazıb, mərhum Məhəmmədhəsən ağanın vəfatından
son dərəcə təəssüfləndiyini,
ona məhəbbət bəsləyib, qeydinə qalmağa hazır olduğunu bildirdi.
General-mayor Mehdiqulu xan Qarabağ qoşunu və bəyzadələri ilə
möhtərəm atasının hüzuruna gəlib, böyük sərdarın məhəbbətli və ümidverici
sözlərini söylədi, fəsadlıq törədən bəzi şəxslərin qarşısını almağa başlayıb,
yüksək (rus) dövlətinin qanunlarının yerinə yetirilməsi uğrunda çalışırdı..."
1
.
Mirzə Camal Cavanşir Bakıda Sisianovun
öldürülməsinin Qarabağ
xanlığında yaratdığı əhval-ruhiyyəni, xüsusilə İbrahim xana pis təsir etməsini
də qələmə almışdır: "Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun
adamlarından alçaq və pis hərəkətlərin baş verə biləcəyini güman etməyən
böyük sərdar, Bakı vilayətində iki nəfər bəyzadə ilə birlikdə (xanla) söhbət
etməyə getmiş və bu zaman pusquda durmuş İbrahim bəy
və iki nəfər başqa
adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldürmüş və bununla da özlərini
padşahın əsgərlərinə müxalif və düşmən olduqlarını bildirmişlər.
Bu xəbərdən İbrahim xan, övladı və vilayət əhli kədərlənib pərişan oldular.
Çünki bunlar hələ Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər.
Fikirləri İrana gedirdi. Çünki orada belə bir böyük sərdar vəfat etsə idi,
qoşunun və vilayətin işlərində böyük pozğunluq əmələ gələrdi. Əksinə,
düşmənlə müharibədə rus dövlətinin neçə sərdarı və sərkərdəsi öldürülsə belə,
ondan yüksək dövlətin möhkəm qayda-qanunlarına heç bir xələl dəyməz və
ölkədə heç bir iğtişaş baş verməz.
Sərdar Sisianov vəfat etdikdən sonra general
Nesvetayev Tiflis şəhərində
qoşunu və vilayəti idarə etməyə məşğul oldu. Mərhum İbrahim xanın adamı
(elçisi) məhəbbət və səmimiyyət andıran məktublarla generalın yanına getdi.
Hər cəhətdən xatircəmlik əldə edildi".
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.155.
239
Mirzə Camal 1806-cı ildə Rusiya - İran müharibəsinin yenidən başlanması
ərəfəsində İbrahim Xəlil xanın öldürülməsini də qələmə almış, Qarabağ xanlığı
uğrunda İran və Rusiyanın apardığı mübarizənin bəzi cəhətlərini işıqlandırmış-
dır: "Həmin il, yəni 1806-cı ilin yaz fəslində Qızılbaş qoşunu Qarabağ
torpağına yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib,
mərhum İbrahim xana yenidən vədə və ümidlər verməyə davam etdilər. Elə
qüdrətli düşmənin qabağını almaq üçün Qarabağda mayor Lisaneviç və yeger
dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından
İbrahim xan Qarabağ elləri və kəndlərinin ayaq altında dağıdılmaması üçün
qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. O
hər bir iş barəsində mayorla
məsləhətləşirdi. Mayor isə yüksək rus dövləti qoşununun tezliklə gəlib
çatacağını İbrahim xana vəd edirdi: həqiqətdə isə (rus) qoşunu çox yubandı.
Qızılbaşlar və onların qoşunu qalanın iki ağaclığına çatmışdı. Mərhum İbrahim
xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi.
Dələduzların bir neçəsi mayora nə isə danışdılar. Gecə mayor bir dəstə qoşunla
İbrahim xanın yaşadığı mənzilə getdi. Hökmü dəyişilməz olan fələkin
qəzasından mərhum İbrahim xan bir neçə nəfər əhli-əyalı və yaxın adamı ilə
orada öldürüldü"
1
.
İbrahim Xəlil xanın ölçülüb biçilmədən, gizli
donoslar nəticəsində
öldürülməsi xalqın böyük narazılığına səbəb olmuşdu. Onun öldürülməsi
haqqında çoxlu şikayətlər bürokratik quruluşda uzun müddət ləngidilmiş,
nəticəsiz qalmış, hətta həmin hadisədən sonra mayor Lisaneviç general
rütbəsinə yüksəldilmişdi. Buna baxmayaraq Mirzə Camal yazır ki, İbrahim
xanın xələfləri onun ölümündən sonra Şuşada və bütün Qarabağda sabitliyi,
Rusiya ilə bağlanmış Kürəkçay əhdnaməsini saxlamağa müvəffəq oldular:
"General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində
idilər. Onlardan yüksək (rus) dövlətinə bəslədikləri səmimiyyət qaydalarını
poza biləcək heç bir hərəkət baş vermədi"
2
.
1806-cı ilin iyul ayında Xonaşen (hazırkı Martuni qesəbəsi) ətrafında
Qarabağ və rus hərbi qüvvələrinin Abbas Mirzəyə qarşı müharibəsi başlandı:
"Naibüssəltənə öz qoşunu ilə köçüb müharibəyə gəldi. Xonaşen mənzilinin
yaxınlığında iki qoşun üz-üzə dayandı. Müharibə odu alovlandı. Mehdiqulu
xan, adamları və Qarabağ qoşunu ilə daim yol göstərir, kömək edir, döyüş
zamanı isə Qızılbaş qoşununu məğlub etmək uğrunda bilavasitə çalışırdı.
İyul ayının 15-də Xonaşen mənzilində yeddi saat davam edən döyüşdən
sonra generalın tədbiri, Kotlyarevskinin mərdliyi və Mehdiqulu xanın
köməyi
ilə Qızılbaş qoşunu məğlub edildi. Qoşunun bir parası öldürüldü, bir parası əsir
düşdü (qalanları isə Araza tərəf qaçdı). Kotlyarevski də yaralandı. Otuz nəfərə
yaxın zabit və əsgər yaralandı və öldürüldü.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.156.
2 Yenə orada, səh.157.
240